F. Köçərli adına Respublika Uşaq Kitabxanası 31 Mart – tariximizin göz yaşı



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/14
tarix08.06.2022
ölçüsü1,03 Mb.
#61022
1   2   3   4   5   6   7   8   9   10   ...   14
31 Mart – tariximizin göz yaşı

 
Kitabxanaçının 
çıxışından 
sonra 
məktəbin 
ədəbiyyat 
müəllimlərinə söz verilir. 
I müəllim: Azərbaycan Xalq Cümhuriyyətinin 15 iyul
1918-ci il tarixi qərarı ilə yaratdığı Fövqəladə Təhqiqat 
Komissiyasının topladığı və rəsmləşdirdiyi çoxsaylı, zəngin 
sənədlər, materiallar, şahid ifadələri birincilərin verdiyi
siyasi qiyməti təsdiqləyən danılmaz arqumentlər və faktlar 
arsenalıdır. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda
heç bir siyasi boya, ideoloji rəng görünməsə də faktların, 
dəlillərin inkaredilməzliyinə baxmayaraq azərbaycanlıların 
1918-ci il mart soyqırımı 70 illik “Qırmızı qaranlıqlar” 
(Ə.Hüseynzadə) dövründə görünməz olmuşdur. Sovet senzura 
aparatının bütün cəhdlərinə baxmayaraq azərbaycanlıların 
soyqırımına həsr olunmuş əsərlər mənəvi terror dalğalarından 
salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra “yaşamaq 
hüququ” qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin 
azərbaycanlılara qarşı ilk kütləvi qırğın epidemiyası
1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün 
Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası”, 
Məmməd Səid Ordubadinin “Qanlı illər” adlı milli yaddaş 
abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə 
bu ənənə inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda 
geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırmalıyıq 
ki, əldə etdiyimiz, haqqında məlumat topldığımız bədii əsərlərin 
hamısı “mart hadiseyi-ələiyyəsi”ndən sonra yazılmış, müəllifləri 
soyqırımı aksiyasının şahidləri və zərərçəkənləri olmuşdur.


23 
Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni 
bandalarının hücumuna məruz qalmış, döyüşlər evlərindən 
azacıq yuxarı, “Ceyran bağçası” deyilən yerdə getdiyindən 
qadınları, uşaqları və qocaları “qar anbarı” adlanan sığınacaqda 
gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə − Xızıya 
aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona 
xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları 
Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf 
nəticəsində ölüm kabusundan xilas olmuşdur.
Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, “Mart 
hadisələri zamanında İsmailiyyə binasından çox da uzaq 
olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə 
edilmişdim... Pulemyotların dırıltısını, topların gurultusunu 
eşidirdim” (“İstiqlal” qəzeti, 1335, 4 şubat).
Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında 
saxladığı və yandırmaq istədiyi 4000 nəfər azərbaycanlıların 
içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur. 
Özünümüdafiə dəstələrinin ermənilərinin bəd niyyətlərindən 
xəbər tutması və hadisəyə müdaxiləsi nəticəsində qanlı aksiya 
həyata keçirilməmişdir.
Tanınmış şair, nasir və pedaqoq Hacı Səlim Səyyahın ən 
yaxın qohumları və dostları mart faciəsinin qurbanı olmuşdur.
Üzeyir 
Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala 
Məmmədzadə, İbrahim Xəlil və digər sənətkarların, aydınların, 
söz adamlarının mart faciəsinin şahidləri olduqları müxtəlif 
səpkili əsərlər yazdıqları oxuculara məlumdur.
1918-ci ilin Mart soyqırımı gənc olmasına baxmayaraq, Cəfər 
Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən 
Çəmbərəkənd qəbiristanlığında, indiki Şəhidlər xiyabanında
dəfn olunan Mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün 
“Dur, ey xalq olan millət” sərlövhəli bir mərsiyə də yazmışdır.
Dərvişlər, əsasən, gənclər bu mərsiyəni şəhidlərin 7-sində və 


24 
40-da məscidlərdə və küçələrdə günahsız qurbanlar üçün göz 
yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı 
səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin