32
gözlərini açdılarsa da, ermənilər Türkiyədən və İrandan əsgər
yığıb müsəlmanları əzməyə çalışırdılar.
Dörd
ü
ncüsü: Ermənilərin avtonomiya-idarə muxtariyyəti
həvəsində olmalarıdır. Zira ermənilərin hər aybaşı Londona,
Parisə, Amerikaya qaçıb ərzi-hal etmələri bunlara kamil bir
sübutdur.
Müraciət etdiyimiz bədii nümunələrlə tarixi faktları,
Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmləşdirdiyi
materialları, sənədləri müqayisə və təhlil etdikcə, belə qənaətə
gəlmək olur ki, sənət əsərlərində həyat həqiqətləri daha
inandırıcı, qabarıq və təsirli verilmişdir.
Faciənin səbəbləri-kökü və məqsədi bədii əsərlərdə düzgün
müəyyənləşdirilmiş, erməni vəhşiliyi,
erməni qəddarlığı
inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə
və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin
aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii
əsərlərin əsas qayəsini təşkil edir. Vətənpərvər ədiblərimizin
ürək yanğısını, fəryadını sözündə, şərtində yaşadan bu əsərlərin
arxiv
qaranlığından çıxarılaraq milli istiqlal işığında
mükəmməl tədqiqində və təhlilinə ehtiyac duyulmaqdadır.
Dostları ilə paylaş: