Əsrin tanınmış neyrocərrah alimi Bakıda Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının



Yüklə 8,68 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix21.01.2017
ölçüsü8,68 Mb.
#5858
1   2   3

Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

TİBBİ ŞURANIN GENİŞLƏNDİRİLMİŞ 

YIĞINCAĞINDA

F

evralın 11-də ATU-nun Tədris 

Terapevtik Klinikasının Tibbi 

Şurasının genişləndirilmiş yığıncağını 

açan klinikanın direktoru, professor 

Surxay Musayev ölkə Prezidenti İlham 

Əliyevin səhiyyə işçilərinin maaşlarının 

artırılması barədə sərəncamı xatırlatdı. 

Diqqət və qayğı üçün kollektiv adından 

ölkə başçısına təşəkkürlərini ifadə 

edərək gündəlikdə duran məsələləri 

diqqətə çatdırdı. 

 

 Hər il fevral ayının 15-i 

dünyada Beynəlxalq Uşaq 

Xərçəng Xəstəlikləri ilə 

Mübarizə Günü kimi qeyd 

edilir. Həmin gün bütün 

dünyada xərçəng xəstəliyindən 

əziyyət çəkən uşaqlara və 

onların ailələrinə yardım 

olunur, bu xəstəliyə dair əhali 

maarifləndirilir. Bu gün, həm 

də onkoloji xəstəliklərdən 

əziyyət çəkən uşaqlara dünya 

ictimaiyyətinin diqqətini 

yönəltmək üçün mühüm 

əhəmiyyət kəsb edir. Həmin gün 

bütün dünya xərçəng xəstəliyindən 

vəfat etmiş uşaqların xatirəsini anır 

və xərçəngə qalib gəlmiş uşaqların 

fədakarlığını qeyd edir.

 

S

əhiyyə  Nazirliyindən 



AZƏRTAC-a  verilən 

məlumata 

görə, 

2012-ci il martın 7-də Mil-



li  Onkologiya  Mərkəzinin 

nəzdində  regionda  bi-

rinci  olan  Uşaq  Onkoloji 

Klinikası  fəaliyyətə  baş-

layıb.  Uşaq  Onkoloji  Kli-

nikasının  yaradılmasında 

Azərbaycan  Respublikası-

nın  birinci  xanımı,  Heydər 

Əliyev Fondunun preziden-

ti, UNESCO və İSESCO-nun 

xoşməramlı səfiri Mehriban 

Əliyevanın və Milli Onkolo-

giya Mərkəzinin direktoru, 

akademik  Cəmil  Əliyevin 

böyük  əməyi  vardır.  Ha-

zırda  Uşaq  Onkoloji  Klini-

kası  regionumuzda  onko-

loji  xəstəliklərdən  əziyyət 

çəkən  uşaqlara  ixtisaslaş-

mış, yüksək keyfiyyətli tib-

bi yardım göstərən yeganə 

tibb  müəssisəsidir.  Burada 

beynəlxalq 

protokollara 

uyğun  olaraq  kompleks 

müalicənin  bütün  növləri 

mükəmməlliklə  icra  edilir, 

o  cümlədən  kimya  və  şüa 

terapiyası, cərrahi müalicə, 

immunoterapiya və s. apa-

rılır.  Klinikada  ambulator 

və  poliklinik  şöbə,  kim-

ya  terapiyası,  cərrahiyyə, 

anestezioloji-reanima-

toloji  və  şüa  terapiyası 

şöbələri fəaliyyət göstərir.

Keçən  ilin  dekabr  ayında 

Uşaq  Onkoloji  Klinikasının 

bazasında  “Uşaq  Xərçəng 

Xəstəliklərinin  Milli  Alt-

Registri” də təsis edilib.

15 fevral Beynəlxalq Uşaq Xərçəng 

Xəstəlikləri ilə Mübarizə Günüdür

Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin Qərarı ilə “2016-2020-

ci illər üçün vərəmlə mübarizə üzrə 

Tədbirlər Proqramı” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Tədbirlər 

Proqramının məqsədi Azərbaycanda 

vərəm xəstəliyinin yayılma səviyyəsinin 

aşağı salınması və bu xəstəliklə bağlı 

əlilliyin və ölüm hallarının azaldılmasıdır. 

Proqramın vəzifələri vərəm xəstəliyinin 

profilaktikasının, erkən diaqnostikasının və 

müalicəsinin yaxşılaşdırılması, vərəm əleyhinə 

müəssisələrin maddi-texniki bazasının 

möhkəmləndirilməsi, xəstələrin vərəm 

əleyhinə preparatlarla davamlı təminatı, 

vərəm əleyhinə xidmətin kadr potensialının 

gücləndirilməsi, əhalinin vərəmlə mübarizə 

sahəsində maarifləndirilməsidir.

Tədbirlər Proqramının həyata keçirilməsindən 

gözlənilən nəticələr aşağıdakılardır: Xəstəlik 

hallarının erkən aşkar edilməsi, aşkar edilmiş 

xəstələri vaxtında müalicəyə cəlb etməklə 

sağalma səviyyəsinin yüksəldilməsi, tibb 

müəssisələrində epidemiya əleyhinə tədbirləri 

gücləndirməklə xəstəxanadaxili yoluxmaların 

qarşısının alınması, vərəmli xəstələrin 

qeydiyyatının yaxşılaşdırılması.



2016-2020-ci illər üçün 

vərəmlə mübarizə üzrə 

Tədbirlər Proqramı 

təsdiq edilib

Sosial şəbəkələrdən 

asılılıq yuxusuzluq 

yaradır

16 fevral  2016-cı il

http://www.amu.edu.az

5

Tibb elminin  hər bir sahəsi daim inki-



şaf etməkdə və yeniləşməkdədir. Dünya-

da bu elmin hər bir yeniliyini, nailiyyətini 

mənimsəmək və bu bilikləri tələbələrə 

çatdırmaq üçün dərsliklərin yazılması günün 

ən vacib məsələlərindən biridir.

     Azərbaycan dilində ilk dəfə olaraq 

təqdim edilən bu dərslik uşaq xəstəliklərinin 

propedevtikası fənninin bütün bölmələrini 

əhatə edir. Burada dölün və sağlam uşağın 

inkişafı, müxtəlif yaşlı uşaqların anatom- fi-

zioloji xüsusiyyətləri və müayinə üsulları, 

əsas xəstəliklərin simptom və sindromları 

ətraflı verilmiş, sağlam uşaqların qidalanma 

məsələləri açıqlanmışdır.

Dərslik tərtib edilərkən son illərin elmi 

məlumatlarından və müvafiq ədəbiyyat ma-

teriallarından istifadə edilmişdir. 

    Kitabın ümumi hissəsində pediatriyanın 

inkişaf tarixindən qısa söhbət açılır. Bundan 

sonra “ Pediatriyada deontologiya məsələləri”, “ Uşaq yaşının dövrləri”, “ Uşaq-

larda fiziki inkişafın xüsusiyyətləri və onun qiymətləndirilməsi” başlıqlı mövzular 

ayrı- ayrılıqda III fəsildə verilib. 

    II hissədə isə uşaqlarda üzv və sistemlərin anotom- fizioloji xüsusiyyətləri,  

müayinə üsulları və zədələnmə əlamətlərindən bəhs olunan  mövzular V fəsildən 

başlayaraq  XVIII fəsiləri əhatə edir.  

   Kitabın III hissəsinə daxil edilən XIX fəsildə sağlam uşaqlarda yaşdan asılı 

olaraq qidalanmanın xüsusiyyətlərindən bəhs olunur. 

    Dərsliyin son IV hissəsinin XX fəsili isə “uşaqlarda xəstəlik tarixinin aparıl-

ması” adlanır.           

     Kitab Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliıkləri tərəfindən 

ali məktəblərdə tədris olunması üçün  dərslik kimi təsdiq edilmiş, Tibb Univer-

sitetinin pediatriya və müalicə-profilaktika fakültələrinin tələbələri, eləcə də bu 

sahədə çalışan  həkimlər üçün nəzərdə tutulmuşdur.

İsayev İ. İ: “Uşaq xəstəliklərinin propedevtikası” Elmi redaktor: dosent N. İ.Nağıyev; Rəyçilər: 

respublikanın əməkdar həkimi, ə.e.x. professor S. N. Musayev,  professor A. İ. Həsənov; (dərslik ) 

Bakı – “Apostroff”nəşriyyatı,  2014.- 480 səh.

Tibb elminin  hər bir sahəsi daim inkişaf etməkdə və yeniləşməkdədir. Dünyada bu elmin hər bir yeniliyini, nailiyyətini mənimsəmək və bu bilikləri 

tələbələrə çatdırmaq üçün dərsliklərin yazılması günün ən vacib məsəslələrindən biridir.

     


Kitabda kliniki təbabətin əsasını təşkil 

edən xəstənin ilkin müayinəsi zamanı 

tətbiq edilən klassik müayinə üsullarının 

daha aydın və qısa formada xəstəliyin 

diaqnostikasındaskı əsas rolu, onların 

aparılma qaydası və ardıcıllığı haqqın-

da, həmçinin müayinə zamanı alınan 

məlumatlara əsasən ilkin diaqnozun 

formalaşması prinsipləri göstərilmişdir. 

Bununla yanaşı kitabda hüquqi bir sənəd 

kimi hər bir xəstə üçün tərtib olunması 

vacib olan “ xəstəlik tarixinin” düzgün 

və ardıcıl yazılma qaydası propedevtik ba-

xımdan şərh edilmişdir.

   Burada korifey klinisistlərin söylədiyi 

belə bir aforizm yerinə düşərdi: “Xəstəlik 

tarixi bütün kitablardan əzizdir. Çap olun-

muş kitabları hər yerdə tapmaq mümkün-

dür, xəstəlik tarixini isə heç yerdə”. Kliniki 

təbabət sahəsində fəaliyyət göstərən 

praktiki həkim üçün yalnız nəyi bilmək 

və onu yerinə yetirmək deyil, həmçinin 

necə işləməyi öyrənmək, yəni həkimlik 

metodikasına (qaydalarına) və üsullarına 

yiyələnmək xüsusilə vacib məsələdir. 

Kafedranın kitab rəfi

Qurbanov Y. Z: “Klinika –Həkimliyin ali 

məktəbidir” Redaktor: S. H. Əhmədov; Rəyçilər: 

ə.e.x. , t.e.d., professor R. M. Məmmədhəsənov,  ə.e.x. 

, t.e.d., professor Ə. A.  Hidayətov,  t.e.d., professor 

V. Ə. Əzizov, professor F. Y. Talıbov; (monoqrafiya) 

Bakı – “ Oğuz Eli ”nəşriyyatı,  2013.- 376 səh.

Hər iki kitabda daxili xəstəliklərin di-

aqnostikasında daha geniş tətbiq edilən 

laborator və instrumental müayinə üsulları 

təsvir edilmiş və onların diaqnostik meyar-

ları geniş şərh olunmuşdur. Dərskillərdə 

təqdim olunan üsulların aparılma qaydaları, 

onların təyininə göstəriş və əks göstərişlər, 

alınan nəticələrin təhlili və onların diaqnos-

tik əhəmiyyəti göstərilmişdir.

     I  cild iki fəsildən ibarət olmaqla qan 

dövranı və tələffüz sistemi orqanlarının  la-

borator və instrumental müayinə üsullarına 

həsr edilmişdir.

     Üç fəsilə bölünən II cilddə isə həzm, 

böyrək və sidikçıxarıcı, qan sistemi orqan-

larının laborator və instrumental müayinə 

üsullarına həsr edilmışdir.

      Müəllif bu kitabları tərtib edərkən 

daxili xəstəliklər üzrə mövcud olan 

ədəbiyyatları əxz etmək deyil, funksional 

müayinə üsulları haqqında elmi dərslik 

və dərs vəsaitlərindəki çatışmazlıqları 

müəyyən mənada aradan qaldırmaq, onları 

tamamlamağı qarşısına məqsəd kimi qoy-

muşdur.


    Tərtib olunmuş kitabların fərqləndirici 

xüsusiyyətləri ondan ibarətdir ki, bura-

da praktiki həkim üçün lazım olan daxili 

orqanların bu və ya digər sistemlərinin 

xəstəliklərində istifadə olunan müayinələr 

haqqında pərakəndə halda olan məlumatlar 

toplanaraq sistemləşdirilmiş və ilk dəfə 

Azərbaycan dilində nəşr edilmişdir. Müəllif 

bu kitabları tərtib edərkən son dövrün 

müxtəlif ədəbiyyatlarından istifadə etmişdir. 

    Hər iki kitab ali tibbi təhsil alan 

tələbələr, ixtisasartırma kurslarında 

təkmilləşən həkimlər, həmçinin funksional 

diaqnostika sahəsində öz biliklərini artırma-

ğa çalışan müxtəlif ixtisaslı həkimlər üçün 

nəzərdə tutulmuşdur. 

     

Azərbaycan tibb elminin görkəmli 



nümayəndələrindən biri- istedadlı alim, 

ə.e.x., professor Tamerlan Əziz oğlu 

Əliyevin əziz xatirəsinə ithaf olunan hər iki 

kitab Azərbaycan Respublikası Səhiyyə və 

Təhsil nazirliıkləri tərəfindən ali məktəblərdə 

tədris olunması üçün  dərslik kimi təsdiq 

edilmişdir.

Qurbanov Y. Z: “Daxili xəstəliklərin diaqnostikasında instrumental və laborator müayinə 

üsulları ” Redaktorlar: assistent T. M. Musayeva, assistent M. S. Novruzova; Rəyçilər: ə.e.x. 

, t.e.d., professor R. M. Məmmədhəsənov,  ə.e.x. , t.e.d., professor Ə. A.  Hidayətov; (Dərslik – 

cild I-II ) Bakı – “ Oğuz Eli ” nəşriyyatı, I- cild, 2012.- 622 səh; II- cild, 2012.-734 səh.

Müasir təbabətdə  daxili xəstəliklərin diaqnosti-

kasında laborator  müayinə üsullarının rolu inkar 

edilməzdir. Məhz bu baxımdan tərtib olnan bu dərs 

vəsaitində konkret olaraq daha çox rast gəlinən 

xəstəliklərin diaqnozunu dəqiqləşdirmək üçün lazım 

olan  laborator  müayinələr göstərilmişdir.Dərs 

vəsaitini digər mənbələrdən fərqləndirən əsas cəhət 

xəstəliklərin laborator diaqnostik üsullarını sadalama-

dan əvvəl ayrı-ayrı xəstəliklərin mahiyyəti haqqında 

ümumi şəkildə qısa məlumat verilir. Bu da oxucunun 

düzgün istiqamətləndirilməsində yardımçı rol oynayır.

     VII fəsildən ibarət olan bu dərslikdə ürək- damar 

sistemi, tənəfüz sistemi, həzm sistemi orqanlarının 

xəstəlikləri, böyrək və sidik ifrazat sistemləri, endok-

rin sistemi, qan sistemi, birləşdirici toxumanın revma-

tik və sistemi xəstəlikləri ətraflı işıqlandırılmışdır. 

     Kitab ali tibb təhsil alan tələbələr, ixtisasalaşma 

kursunda təkmilləşən həkimlər və ümumiyyətlə kliniki 

sahələrdə çalışan mütəxəssislər üçün köməkçi vasitə kimi  nəzərdə tutulmuşdur. 

Böyük Britaniyanın Nyukasl Universitetinin  bir qrup alimi vaxtı geriyə 

çevirib hüceyrələrin qocalmasının qarşısını necə almağın sirrini açıb.

 

AZƏRTAC “dni24.com” saytına 



istinadla xəbər verir ki, enerji 

“qoruyucuları” - mitoxondriyalar 

qocalmanın əsas amili sayılıb. Alimlər 

hesab edirlər ki, mitoxondriyalar 

qocalmaqda olan hüceyrələrdən 

çıxarılsa, dağıdıcı proses dayanacaq və 

sistem xeyli cavanlaşacaq.

Mitoxondriyaları çox vaxt “batareya” 

adlandırırlar. Bu onunla bağlıdır 

ki, onlar hüceyrələrin fəaliyyəti və 

bütövlükdə insan orqanizmi üçün 

zəruri olan enerjinin paylanmasına 

məsuldur. İnsan yaşa dolduqca, 

orqanizmdə tədricən müxtəlif dərəcəli zədələr toplanır. Alimlərin sözlərinə görə, bu zədələr 

iltihab proseslərini sürətləndirir, nəticədə qocalma prosesi inkişaf edir. Mitoxondriyalar 

laboratoriya şəraitində hüceyrələrdən çıxarılanda qocalma prosesini dayandırmaq mümkün 

olub, çünki iltihablı molekulların və gen ekspressiyalarının səviyyələri eynən gənclərinki 

kimi olub.

Alimlər topladıqları təcrübəyə söykənərək, hüceyrələrin qocalma tezliyini yavaşıtmağa 

kömək edəcək metodlar yaratmaq niyyətindədirlər.

Düzəliş

Qəzetimizin 30 yanvar 2016-cı il tarixli sayının 5-ci səhifəsində dərc olunan “Tibb 



Universitetinin Tədris Cərrahiyyə Klinikasında satellit simpozium keçirilib” adlı məqalənin 

3-cü sütunundakı abzasda 1-ci cümlə aşağıdakı kimi oxunmalıdır: 



“Seminarda ATU-

nun Fizioterapiya və İdman təbabəti kafedrasının müdiri, professor Əlişir Musayev, Neyrocərrahiyyə 

kafedrasının müdiri, professor Sabir Etibarlı, Travmatologiya və ortopediya kafedrasının müdiri, professor 

Əhməd Əhmədzadə, uzman Cəfər Nəsirli, reanimatoloq-alqoloq Vüqar Əbdülkərimov, rezident Müjgan 

Onk çıxış ediblər”.

Hazırladı M.ƏLƏKBƏRLİ

Qurbanov Y. Z, M. S. Novruzova, R.Ə. Rzayeva: “Daxili xəstəliklərin diaqnostikasında laborator 

müayinələr ” Redaktorlar: professor, Y. Z. Qurbanov  assistent M. S. Novruzova, R.Ə. Rzayeva; 

Rəyçilər: professor  M. M. Baxşıyev, dosent T.T. Əliyeva; (Dərs vəsaiti ) Bakı – “ Oğuz Eli ” 

nəşriyyatı,  2015.- 286 səh. 

Alimlər hüceyrələrin cavanlaşmasının 

sirrini açıblar

http://www.amu.edu.az

16 fevral  2016-cı il

6

Bu günlərdə yubileyini qeyd 



etdiyimiz ATU-nun Beynəlxalq 

əlaqələr üzrə prorektoru, dosent 

Rəhimə İsrafil qızı Qabulova 

Bakı şəhərində ziyalı ailəsində 

anadan olub. 

225 saylı orta məktəbi əla 

qiymətlərlə bitirən Rəhimə 

xanım 1983-cü ildə yüksək balla 

N.Nərimanov adına Azərbaycan 

Dövlət Tibb İnstitutunun (indiki 

ATU) II müalicə-profilaktika 

fakültəsinə daxil olub.

R.Qabulova 1989-cu ildə 

institutu Fərqlənmə diplomu 

ilə başa vurub və 1 saylı Şəhər 

Xəstəxanasında internatura keçib. 

Sonrakı illər ərzində təcrübi 

təbabət sahəsində çalışıb və 2000-

ci ildə Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat 

Kardiologiya İnstitutunun əyani 

aspiranturasına daxil olub və elmi 

işini yerinə yetirmək məqsədilə 

A.N.Bakulev adına Ürək-Damar 

Cərrahlığı Mərkəzinə (Mosk-

va, Rusiya Federasiyası) elmi 

ezamiyyətə göndərilib. 2003-cü 

ildə elmi işini yekunlaşdıraraq 

Moskva şəhərində və ET Kardi-

ologiya İnstitutunda dissertasiya 

işini ilkin müdafiə edib. Bundan 

sonra Azərbaycan Tibb Univer-

sitetinin I daxili xəstəliklərin 

propedevtikası kafedrasına assis-

tent  vəzifəsinə təyin olunub.

Həmin ildən etibarən ATU-

da assistent kimi fəaliyyətə 

başlayan Rəhimə xanım kafedra-

nın dosenti vəzifəsinə qədər 

yüksəlib. Universitetdə çalışdığı 

illərdə dəfələrlə ABŞ, Almani-

ya, Avstriya, İngiltərə, İtaliya, 

Rusiya və s. ölkələrin  univer-

sitet və klinikalarında kardi-

ologiya, funksional diaqnostika, 

tibb təhsili üzrə  seminar, təlim, 

ixtisasartırma kurslarında olub.

R.Qabulova 2011-2014-ci 

illərdə ATU-nun Beynəlxalq 

əlaqələr şöbəsininn müdiri kimi 

fəaliyyət göstərib.

2015-ci ildən ATU-nun 

Beynəlxalq əlaqələr üzrə pro-

rektoru vəzifəsinə təyin olunan 

R.Qabulova öz şəxsi və profes-

sional keyfiyyətləri ilə kafedra 

əməkdaşlarının və tələbə kollek-

tivinin hörmətini qazanıb.

Pedaqoji və təcrübi fəaliyyə-

tini uğurla həyata keçirən 

Rəhimə xanıma möhkəm can 

sağ 


lığı və gələcək işlərində 

müvəffəqiyyətlər arzu edirik!



ATU-nun mətbuat xidməti

Yubiley təbriki

Bu il yanvarın 30-da Xəzər Universitetində

  ənənəvi 

“Elm və Sənət Məclisi”nin 65-ci məşğələsi keçirilib. 

Məşğələni giriş sözü ilə açan Xəzər Universitetinin təsisçisi, 

Direktorlar və Qəyyumlar Şurasının sədri, professor 

Hamlet İsaxanlı öncə TUBİTAK-ın Başqan yardımçısı Orkun 

Həsəkioğlunu, TUSEB-in başqanı, professor Fəxrəddin 

Kələştimuru, Azərbaycan Respublikası Prezidenti yanında 

Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayevi və 

digər məşğələ iştirakçılarını salamladı.

 

Hamlet müəllim “Elm və Sənət Məclisi” nin məqsədi və 



məramı barədə iştirakçılara ətraflı məlumat verdi. Bildirdi 

ki, məclisdə dünyanın hər bir guşəsindən, o cümlədən 

Azərbaycandan da tanınmış elm və sənət adamları öz 

sahələri üzrə məruzələr edir. Burada təkcə uyğun sahənin  

mütəxəssisləri deyil, elmlə maraqlanan, o cümlədən ali 

məktəblərdə təhsil alan tələbələr də iştirak edir. İştirakçılar 

elmin uyğun sahələrinə töhfələr vermiş alimləri burada 

dinləyir və onları maraqlandıran suallara birbaşa özlərindən 

cavab ala bilirlər. 

Sonra H.İsaxanlı Məclisin qonağı dünyaca məşhur 

neyrocərrah alim Mahmud Qazi Yaşargili iştirakçılara 

təqdim etdi. Hamlet müəllim M.Q.Yaşargilin Diyarbəkrdə 

anadan olduğunu və dünyanın bir sıra nüfuzlu elm 

ocaqları və klinikalarında çalışdığını bildirdi: “Mahmud bəy 

Almaniyanın Fredrix Şiller Universitetində, İsveçrənin Basel 

Universitetlərində çalışıb. Burada dissertasiya müdafiə 

edərək doktorluk dərəcəsi alıb. Sonra ABŞ-da fəaliyyətini 

davam etdirərək Zürh və Vermont Universitetlərində bir 

sıra möhtəşəm elmi araşdırmalara imza atıb. 3 mindən çox 

peşəkar cərraha öz sənətinin sirlərini öyrədib. İndiyədək 

7500-dən artıq cərrahiyyə əməliyyatı aparıb. Çoxsaylı 

monoqrafiya və məqalələrin müəllifidir.1999-cu ildə ənənəvi 

Sinir Cərrahları Konqresində “Əsrin sinir cərrahı” adına layiq 

görülüb. 2014-cü ildə vətənə dönüb. Yedditəpə Universitetinin 

tibb fakültəsində dərs deyir və beyin cərrahiyyəsi üzrə müasir 

lobarotoriya təşkil edib. Hazırda laboratoriyada tədqiqat işləri 

aparılılr və bacarıqlı mütəxəssislər yetişdirilir”-deyən Xəzər 

Universitetinin rektoru Mahmud bəyin Azərbaycana təşrif 

gətirməsinin səbəbini də açıqladı. Bildrdi ki, M.Q.Yaşargil 

həmçinin yeni təşkil olunmuş,  beynəlxalq və regional 

mahiyyət daşıyan Avrasiya Akademiyasının 5 qurucularından 

biridir. (Azərbaycan, Türkiyə və ABŞ vətəndaşları olan 

professorlar Halil İnalcık, Lütfi Zadə, Mahmud Qazi Yaşargil, 

Hamlet İsaxanlı və bəstəkar Arif Məlikov Akademiyanın qurucu 

üzvləridir-red) Akademiyanın dünya  elminin, sənətinin 

inkişafına yardımlarını və töhfələrini verəcəyinə əminliyini 

bildirən rektor sözü məruzəçiyə verdi. M.Q.Yaşargil “Mərkəzi 

sinir sisteminin quruluşu” mövzusunda geniş məruzə ilə çıxış 

etdi. Məruzə ətrafında müzakirələr aparıldı. Müzakirələrdə 

Hafiz Osmanov (Azərbaycan Tibb Universiteti), Xəqani İsmayıl 

(Azərbaycan Yazarlar Birliyi), Çingiz Əlizadə (Travmatologiya 

və Ortopediya Elmi-Tədqiqat İnstitutu), Kabus Dadaşov 

(Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi), Firuz 

İbrahimov (Xəzər Universiteti) və digərləri çıxış etdi. Onların 

çıxışları iştirakçılar tərəfindən maraqla qarşılandı.

QABİL

Əsrin tanınmış 

neyrocərrah alimi Bakıda

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Tibbi-sosial 

ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və 

Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları 

yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir. Nazirlik, həmçinin tibbi-sosial 

ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial 

Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etməlidir.

Əsasnamədə ümumi müddəalarla yanaşı, tibbi-sosial ekspert komissiyalarının təşkili, 

vəzifələri və hüquqları, komissiyalarda müayinə qaydaları, əlillik müddətinin müəyyən 

edilməsi və komissiyaların qərarlarından şikayət qaydaları kimi müddəalar öz əksini tapıb.



“Tibbi-sosial ekspert komissiyaları 

haqqında Əsasnamə” təsdiq edilib

Praktiki  tibb  və  əczaçılıq  fəaliyyəti  ilə 

məşğul olan səhiyyə mütəxəssislərinin ser-

tifikasiya prosesi uğurla davam etdirilir.

Səhiyyə 

Nazirliyinin 

mətbuat 

xidmətindən  AZƏRTAC-a  bildiriblər  ki, 

ölkə başçısının 2009-cu il 21 dekabr tarixli 

Fərmanı və Nazirlər Kabinetinin 2010-cu il 

08 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq 

edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti 

ilə məşğul olan şəxslərin (işçilərin) sertifi-

kasiyası Qaydası”nı rəhbər tutaraq 2015-ci 

ildə ümumilikdə 11 min 607 şəxsi əhatə et-

miş sertifikasiya imtahanları keçirilib.

2015-ci  il  ərzində  sertifikasiya  imta-

hanlarından 85 nəfər ali təhsilli əczaçı ol-

maqla,  3638  nəfər  ali  təhsilli  mütəxəssis 

keçib.  Həmçinin,  2015-ci  il  ərzində  ser-

tifikasiya  imtahanlarından  praktik  tibb  və 

əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olan  7  min 

969 nəfər orta təhsilli şəxs keçib. Onlardan 

26 nəfər əczaçılıq fəaliyyəti ilə məşğul olan-

lardır.

Test  imtahanlarında  iştirak  edənlərin 



əksəriyyəti  terapiya,  pediatriya,  stomato-

logiya,  cərrahiyə  ixtisasları  üzrə  müraciət 

edənlərdir.  Orta  tibb  işçiləri  üzrə  isə  tibb 

bacısı, mama və feldşer ixtisasları üstünlük 

təşkil edir.

Sertifikasiyanın 

məqsədi 

əhaliyə 


keyfiyyətli  səhiyyə  xidmətinin  göstə-

rilməsinin təmin edilməsi və ölkədə praktik 

tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan 

şəxslərin  peşəkarlıq  səviyyəsinin  və  peşə 

yararlığının yoxlanılmasıdır.

Sertifikasiya prosesinə beş ildə bir dəfə 

ali  və  orta  ixtisas  təhsilinə  malik,  müvafiq 

qaydada dövri ixtisasartırma kurslarını keç-

miş səhiyyə mütəxəssisləri cəlb olunur.

Səhiyyə mütəxəssislərinin sertifikasiya 

prosesi uğurla davam etdirilir


16 fevral  2016-cı il

http://www.amu.edu.az

7

 

Z



ika qızdırmasının Qərbi Nil 

qızdırması ilə yaxınlığı olsa 

da,  bu  xəstəliyin  keçiricisi 

digər ağcaqanadlardır. Qeyd etmək 

lazımdır ki, yeni doğulan uşaqlar-

da mikrosefaliya olarsa, bu, ananın 

Zika virusuna yoluxması ilə əlaqəli 

olmasını göstərir.

  


Yüklə 8,68 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin