Əsrin tanınmış neyrocərrah alimi Bakıda Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının



Yüklə 8.68 Mb.
Pdf просмотр
səhifə1/3
tarix21.01.2017
ölçüsü8.68 Mb.
  1   2   3

Nadir anadangəlmə ürək xəstəsi 

əməliyyat olunub



Əsrin tanınmış neyrocərrah alimi Bakıda

Türkiyənin Hacettepe 

Universiteti Xəstəxanasının 

nümayəndələri ATU-nun 

qonağı oldu

Tədris-Cərrahiyyə Klinikasında daha 

bir maraqlı əməliyyat icra edildi

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 03 (1621) 16 fevral 2016 - cı il                           Qiyməti 50 qəpik

ATU-nun bir sıra 

kafedralarının 

illik hesabatı 

üzrə iclas 

keçirilib



TİBBİ ŞURANIN GENİŞLƏN DİRİLMİŞ YIĞINCAĞINDA

AMEA Biologiya və Tibb Elmləri 

Bölməsi (BTEB) 2015-ci ilin 

yekunlarına dair hesabat verib

BU  SAYIMIZDA 

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik 

Konfransında iştirak 

edib

Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla 

Əliyeva da iştirak ediblər.

Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünya-

da iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu dedi. Daha sonra o, bu 

tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin, bir çox mötəbər qonaqların 

iştirak etdiyini bildirdi və sözü dövlətimizin başçısına verdi.

Prezident İlham Əliyev ölkəmizin ərazisinə daxil olan su mənbələrinin qonşu 

ölkələrdə yarandığını dedi və bildirdi ki, bu, özlüyündə müəyyən təhlükələr 

törədir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində meşələrin məhvi ilə bağ-

lı qanunsuz fəaliyyətlər həyata keçirilir, su mənbələri çirkləndirilir.

Dövlətimizin başçısı bildirdi ki, Avropa Şurasının müvafiq qətnaməsində 

Ermənistan tərəfindən Sərsəng Su Anbarının blokadada saxlanması, 

Azərbaycan əhalisinin bu su mənbəyindən istifadə edə bilməməsi bəyan edi-

lib.

Enerji təhlükəsizliyi məsələlərindən danışan Prezident İlham Əliyev 



müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatının üzləşdiyi çətinliklərə 

toxundu, 1994-cü ildə dünyanın nəhəng neft şirkətlərinin Azərbaycana dəvət 

olunduğunu dedi.

***


Prezident İlham Əliyev bildirdi ki, Avropa Şurasının Sərsəng Su Anbarı ilə 

bağlı qəbul etdiyi qətnamə Ermənistanın üzərinə öhdəlik qoyub ki, onlar daha 

məsuliyyətli olsunlar. Dövlətimizin başçısı bir daha vurğuladı ki, işğala son 

qoyulmalıdır. Bu işğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda hər şey 

məhv edilib. Ermənistan isə status-kvonun saxlanmasına çalışır.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji 

təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən 

panel-müzakirədə iştirak edib.

2

3

3

4

6


http://www.amu.edu.az

16 fevral  2016-cı il

2

 



Azərbaycan Milli Elmlər 

Akademiyası Rəyasət Heyətinin 

fevralın 5-də keçirilən iclasında hesa-

bat məruzəsi ilə çıxış edən bölmənin 

akademik-katibi, akademik Əhliman 

Əmiraslanov BTEB-də yerinə yetirilən 

elmi və elmi-təşkilati işlər haqqında 

geniş məlumat verib. 

Ə.Əmiraslanov  bildirib  ki,  hesabat 

ilində bölmənin tərkibinə daxil olan 

elmi  müəssisələr  və  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi-

nin  nəzdində  fəaliyyət  göstərən 

elmi-tədqiqat  müəssisələri  birgə 

tədqiqat  işləri  aparıblar.  Bölmə 

institutlarında  AMEA-nın  elmi-

təşkilati  fəaliyyətində  innovativ 

ideyaların  tətbiqi,  elmi-tədqiqat 

işlərinin  səviyyəsinin  yüksəldilməsi 

istiqamətində mühüm tədbirlər gö-

rülüb. 


Hesabat  ilində  əldə  olunmuş  mü-

hüm  nailiyyətlər  iclas  iştirakçıla-

rının  diqqətinə  çatdırılıb:  “Ötən  il 

bölmənin  elmi  müəssisələrində  41 

elmi problemə aid 193 mövzu üzrə 

445 tədqiqat işi aparılıb, bunlardan 

80 mövzu və 181 iş tamamlanıb. 127 

elmi-tədqiqat  işinin  nəticəsi  tətbiq 

olunub.  2015-ci  ildə  bölmənin 

əməkdaşları tərəfindən biri xaricdə 

olmaqla  69  kitab,  49  dərslik  və 

elmi-kütləvi  ədəbiyyat  çap  edilib. 

Ötən il 203-ü xaricdə olmaqla 1172 

tezis dərc olunub. 2015-ci ildə 1793 

məqalə  çap  olunub  ki,  onlardan 

177-si  impakt  faktorlu  jurnallarda 

işıq  üzü  görüb.  Həmçinin  57  dis-

sertasiya işi müdafiə edilib, 52 dis-

sertasiya  müdafiəsi  üzrə  sənədlər 

təqdim olunub”.

Akademik  Əhliman  Əmiraslanov 

patent  almaq  üçün  25  iddia 

sənədinin  verildiyini,  4-ü  xaricdə 

olmaqla  5  patentin  alındığını  iclas 

iştirakçılarının nəzərinə çatdırıb. İc-

lasda hesabat ilində Prezident İlham 

Əliyev  tərəfindən  təsdiq  edilmiş 

dövlət  proqramları  çərçivəsində,  o 

cümlədən  Rəyasət  Heyətinin  qərarı 

ilə  keçirilən  beynəlxalq  və  respub-

lika  səviyyəli  tədbirlər  haqqında 

ətraflı məlumat verilib.

Bölmənin akademik-katibi beynəl-

xalq elmi əməkdaşlıq əla qələrindən 

də  bəhs  edib.  Bildirib  ki,  Ukray-

na  Tibb  Elmləri  Akademiyasının 

D.F.Çebataryov adına Herontologiya 

İnstitutu,  Moskva  Dövlət  Universi-

teti,  Rusiya  Elmlər  Akademiyasının 

Biofizika İnstitutu, Gürcüstan Elmlər 

Akademiyasının  Ali  Sinir  Fəaliyyəti 

və  Neyrofiziologiya  İnstitutu,  İsrail 

Təbiət və Humanitar Elmlər Akade-

miyası ilə Fiziologiya İnstitutu ara-

sında  “Uzunömürlülük  səviyyəsi: 

sinir  və  ürək  damar  sistemlərinin 

öyrənilməsi”  mövzusunda  birgə 

tədqiqatlar  aparılır.  Eyni  zamanda 

Botanika  İnstitutu  respublika  bit-

ki aləmi biomüxtəlifliyinin və digər 

problemlərin  tədqiqi  məsələləri 

üzrə İsveçrənin Fribourg Təbiət Ta-

rixi  Muzeyi,  İspaniyanın  Seviliya 

Universiteti, Bitkilərin Biokimyası və 

Fotosintezi İnstitutu, ABŞ-ın Missuri 

Botanika Bağı, Ayova Dövlət Univer-

siteti,  Belarus  Dövlət  Universiteti, 

Şoran  Torpaqlarda  Əkinçiliyin  İnki-

şafı üzrə Beynəlxalq Mərkəz (İCBA) 

və bir sıra elmi qurumlarla əlaqələr 

yaratmışdır. Bununla yanaşı, Botani-

ka İnstitutu, Almaniyanın Frankfurt 

Universitetinin  Ekologiya,  Təkamül 

və  Müxtəliflik  Departamenti  və 

ABŞ-ın  Ayova  Universiteti  ilə  birgə 

tədqiqatlar aparılır.

Akademik  Əhliman  Əmiraslanov 

deyib  ki,  şagird  və  tələbələrdə 

təbiətə,  botanika  elminə,  bit-

ki  və  heyvanlar  aləminə  ma-

raq  oyadan,  onların  biliklərinin 

zənginləşdirilməsi 

məqsədlərinə 

xidmət edən tədbirlər görülüb:

“Anlaşma 

memorandumla-

rı  əsasında  bölmə  institutları  Bakı 

Dövlət Universiteti, Azərbaycan Tibb 

Universiteti, Azərbaycan Dövlət Pe-

daqoji  Universiteti,  Azərbaycan 

Dövlət  Aqrar  və  Sumqayıt  Dövlət 

universitetlərinin, Azərbaycan Döv-

lət  Bədən  Tərbiyəsi  və  İdman  Aka-

demiyasının  müvafiq  kafedrala-

rı  ilə  əməkdaşlıq  etmiş,  müştərək 

tədqiqatlar  aparmışlar.  Zoologiya 

İnstitutunun  muzeyində,  Botani-

ka  İnstitutunun  Herbari  fondunda, 

Dendrologiya  İnstitutu  və  Mərkəzi 

Nəbatat Bağında yüzlərlə şagird və 

tələbə  ekskursiyada  olmuş,  xüsusi 

seminarlarda iştirak etmişlər”.

Ə.Əmiraslanov  AMEA-da  Kök 

Hüceyrə Mərkəzinin və ya laborato-

riyasının olmamasını Azərbaycanda 

biologiya  və  tibb  sahəsində  böyük 

çatışmazlıq  sayıb:  “Biz  bu  sahədə 

müəyyən işlər görmüşük. Qrup ya-

ratmışıq,  həmin  qrup  dünyanın  bir 

çox  kök  hüceyrə  mərkəzlərində 

olub,  elmi  məqalələr  yazıb.  Labo-

ratoriya üçün yer də müəyyən olu-

nub,  ancaq  laboratoriyanın  təşkili 

məsələsində  müəyyən  problemlər 

var. Sadə bir laboratoriyadan başla-

yaq və yavaş-yavaş irəli gedək”.

Müzakirələr  zamanı  Azərbaycan 

vətəndaşlarının müalicə üçün yaxın 

və uzaq xaricə üz tutmasına toxu-

nan Ə.Əmiraslanov bildirib ki, xəstə 

axını Səhiyyə Nazirliyini də narahat 

edən  məsələdir:  “Xəstələrin  xarici 

ölkələrdə  müalicə  olunması  bütün 

dünyada problemdir. Avropanın im-

kanı olan xəstələri ABŞ-a, Türkiyənin 

xəstələri Avropaya gedir. Bir ara ki-

min  başı  ağrıyırdı,  İrana  gedirdi. 

Sonra  gördülər  ki,  həmin  ölkədə 

həkimlərin səriştəsizliyi səbəbindən 

nə qədər insanlar şikəst olur, başqa 

problemlərlə  üzləşirlər.  Bu  gün  elə 

bir  patologiya,  xəstəlik  yoxdur  ki, 

onu Azərbaycanda adekvat müalicə  

etmək  mümkün  olmasın.  10-15  il 

əvvəl  Azərbaycanda  açıq  ürək,  or-

qan  transplantasiyası  aparılmırdı. 

İndi  bu  əməliyyatlar  nəinki  Bakıda, 

regionlarda  da  aparılır.  Ancaq  biz 

kiminsə  xaricdə  müalicə  olunma-

sının  qarşısını  ala  bilmərik.  Vəsaiti 

olan Türkiyədə, Almaniyada, ABŞ-da 

da müalicə olunur. Bunun qarşısının 

alınması üçün təbliğat aparılmalıdır. 

İnsanları  başa  salmaq  lazımdır  ki, 

həmin müalicələr Azərbaycanda da 

aparılır.  Bizim  yeganə  xilasımız  ic-

bari tibbi sığortadır. Manatın deval-

vasiyası  ilə  əlaqədar  bu  məsələ  bir 

qədər  də  qabarıq  üzə  çıxır.  İndiyə 

qədər bir çox vətəndaşımızın imkanı 

var idi ki, xaricdəki xəstəxanalarda 

müalicə  olunsun,  yəqin  ki,  bu 

müalicə  səviyyəsi  bir  qədər  aşağı 

düşüb. İnanıram ki, bu il icbari tib-

bi  sığorta  ilə  bağlı  müəyyən  pilot 

layihələr həyata keçiriləcək”.

A.Əlizadə  Azərbaycanda  dərman 

istehsalının  genişləndirilməsinə  tə-

kan verəcək elmi-tədqiqat işlərinin 

aparılmasının 

zəruri 

olduğu-


nu  vur ğulayıb:  “Bu  elmi-tədqiqat 

işləri  üçün  AMEA  hər  cür  dəstək 

verməyə  hazırdır.  Azərbaycanda 

dərman  istehsalı  sahəsinə  diqqət 

artırılmalıdır.  Bilməliyik  ki,  dərman 

sənayesinin yaradılması üçün hansı 

işlər görülməlidir”. 

Bölmənin  hesabat  məruzəsi  din-

lənildikdən  və  müzakirə  olunduq-

dan sonra Rəyasət Heyətinin qərarı 

ilə bəyənilib. Hesabatda əks olunan 

statistik məlumatlar nəzərə alınaraq 

akademiyanın illik hesabatına daxil 

edilib.


AMEA Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) 

2015-ci ilin yekunlarına dair hesabat verib

Akademik Əhliman Əmiraslanovun 

rəhbərliyi  altında  Azərbaycan  Tibb 

Universitetinin  (ATU)  Onkoloji  Kli-

nikasında  ağciyər  xərçənginin  epi-

demiologiyası,  diaqnostikası  və 

müalicəsi,  eləcə  də  bu  sahənin 

tədrisi  sahəsində  toplanan  böyük 

elmi-pedaqoji təcrübə əsasında ha-

zırlanan  “Ağciyər  xərçəngi”  kitabı 

nəşr olunub.  

Kitab ağciyər xərçənginə dair ori-

jinal vəsait olub, maraqla oxunur və 

müasir  tələblərə  tam  cavab  verir. 

Burada ağciyərlərin klinik anatomi-

yası, ağciyər xərçənginin epidemio-

logiyası, etiologiyası və patogenezi, 

profilaktikası, patoloji-anatomik xa-

rakteristikası, müalicəsi, müalicənin 

nəticələri və proqnozu, bu xəstəliyi 

olan  pasiyentlərə  palliativ  yardım 

məsələləri geniş işıqlandırılıb.

Dünyanın əksər ölkələrində 

il ərzində hər milyon 

uşaqdan təqribən 150-200 

nəfərində xərçəng xəstəliyi 

qeydə alınır.

Səhiyyə Nazirliyindən 

AZƏRTAC-a 

verilən 


məlumata  görə,  uşaq-

lar  arasında  rast  gəlinən 

xərçəng xəstəlikləri digər 

yaş  qruplarından  xeyli 

fərqlənir.  Ümumiyyətlə, 

leykemiya  uşaqlar  ara-

sında qeydə alınan bütün 

xərçəng  xəstəliklərinin 

30  faizini  təşkil  edir. 

Digər tez-tez rast gəlinən 

bədxassəli  törəmələr  isə 

mərkəzi 


sinir 

sisteminin  şişləri 

və limfomalardır. 

Bununla  yana-

şı,  yalnız  uşaq-

lara  xas  olan 

bədxassəli emb-

rional  törəmələr 

vardır  ki,  onlara 

neyroblastoma, 

nefroblastoma,  medul-

loblastoma,  retinoblas-

toma və digər şişlər aid-

dir.  Süd  vəzisi,  ağciyər, 

çənbər  bağırsaq  və  düz 

bağırsağın  şişləri  isə 

adətən böyüklərdə qeydə 

alınır  və  uşaqlarda  çox 

nadir hallarda rast gəlinir.

Uşaq 


xərçəngi 

dedikdə 


adətən 

16 


yaşadək uşaqlarda inkişaf 

edən xərçəng xəstəlikləri 

nəzərdə  tutulur.  Uşaq 

xərçəng xəstəlikləri nadir 

olsa  da,  bütün  xərçəng 

xəstəliklərinin  0,5-1,5 

faizini təşkil edir.

“Ağciyər xərçəngi” kitabı nəşr 

olunub

Leykemiya uşaq xərçəng xəstəliklərinin 

30 faizini təşkil edir


16 fevral  2016-cı il

http://www.amu.edu.az

3

Fevralın 11-də Azərbaycan Tibb 

Universitetinin Tədris Cərrahiyyə Kli-

nikasının konfrans zalında ATU-nun 

neyrocərrahiyyə, urologiya, burun, qulaq 

və boğaz, ağız və üz-çənə cərrahiyyəsi, 

travmatologiya kafedralarının illik hesa-

batı üzrə iclas keçirildi. 

Toplantını direktor, I cər-

rahi  xəstəliklər  kafedra-

sının  müdiri,  Azərbaycan 

Milli  Elimlər  Akademiyasının 

müxbir üzvi, professor Nuru 

Bayramov açıq elan etdi.

Daha  sonra  neyrocər-

rahiyyə,  urologiya,  burun, 

qulaq və boğaz, ağız və üz-

çənə  cərrahiyyəsi,  travma-

tologiya  kafedralarının  illik 

hesabatı üzrə şöbə müdirləri 

ətraflı  prezentasiyalarla  çı-

xış  etdilər.  Burada  kadr-

ların  aktivliyi  və  fəaliyyəti, 

xəstələrin  ümumi  statistika-

sı,  müayinə  və  müalicə  olu-

nan  xəstələrin  statistikası, 

aparılan əməliy yatlar, onların 

növləri  və  nəticələrinin  illik 

statistik  hesabatı,  əldə  olu-

nan  uğurlar,  tətbiq  olunan 

yeniliklər, həmçinin fəsadlar, 

onların  qarşısının  alınma-

sı  üçün  düzəldici-önləyici 

fəaliyyət,  həm  təhsildə,  həm 

də müalicədə işin keyfiyyətini 

daha  da  yüksəltmək  üçün 

məqsədlər və s. barədə 

ətraflı 

mü zakirələr 

apa rıldı, qərarlar qəbul 

edildi.


İclasda  kafedra  mü-

dirləri  də  öz  fikir  və 

təkliflərini  bölüşdülər, 

maraqlı  diskussiyalar 

apa rıldı. 

Sonda  klinikanın  di-

rektoru, 

pro fessor 

Nuru  Bayramov  və 

baş  həkimi,  dosent  Asiman 

Həsənov  müzakirə  olunan 

bütün  məsələlərlə  bağ-

lı  öz  təklif  və  tövsiyələrini 

bildirdilər.

Tədris Cərrahiyyə Klinikasının 

kardiocərrahı Azərbaycanda ilk 

dəfə koronar anomaliya (ALCAPA) 

əməliyyatını icra edib.

Bütün  dünyada  olduğu  kimi, 

Azərbaycanda  da  əhali  arasında 

ürək-damar  xəstəlikləri  geniş  yayılıb. 

Tibb  sahəsi  inkişaf  etdikcə,  peşəkar 

həkimlərimizin  də  sayı  artır  və  onlar 

vaxtında bu cür xəstələrə kömək edirlər.

Lakin bu günlərdə Azərbaycan Tibb 

Universitetində  (ATU)  icra  olunan  ürək 

əməliyyatını sözün əsl mənasından na-

dir adlandırmaq olar. Çünki koronar ar-

teriya anomaliyası xəstəliyinə nadir hal-

larda rast gəlinir.

ATU-nun  Tədris  Cərrahiyyə  Klini-

asinin  kardiocərrahı,  tibb  üzrə  fəlsəfə 

doktoru  Seymur  Musayev  deyir  ki,  10 

milyon nəfər əhalisi olan Azərbaycanda 

çox  az  sayda  belə  xəstəyə  rast  gəlinə 

bilər.


Seymur  Musayevin  sözlərinə  görə, 

xəstə Gəncə şəhərinin 36 yaşlı sakini-

dir:

“Bu  xanım  bizə  müraciət  edəndə, 



artıq ona diaqnoz qoyulmuşdu. 

Bu xəstəliyə yüz minlərlə doğuşdan 

birində rast gəlinir. Önəmli məqamlardan 

biri odur ki, belə xəstələrin əksəriyyəti 

erkən yaşlarda həyatını itirirlər, çox az 

qismi, təxminən 2-3 %-i 30 yaşına kimi 

yaşayır. 10 milyon nəfərlik əhalisi olan 

Azərbaycan üçün 1-2 nəfər belə xəstə 

ola bilər. 30 yaşdan yuxarı isə yalnız 1 

belə xəstə tapa bilərsən”.

Kardiocərrah  bildirir  ki,  Klinikaya 

müraciət  edən  xəstə  artıq  36  yaşında 

olub.  Onun  əməliyyat  olunması  qərarı 

verilib:


“Həm  ürək  qapağının  işini  təmin 

etdik,  həm  də  anomaliya  olan  hissəni 

rekonstruksiya etdik. Əməliyyat mənim 

icramla doktor Mirəli Məcidovun iştirakı 

ilə keçirildi və 3 saat davam etdi”.

    S.Musayev  bildirir  ki,  artıq  bun-

dan sonra xəstənin həyatına hər hansı 

bir  risk  yoxdur.  3-4  gün  xəstəxanada 

yatdıqdan sonra xanım evə yazılacaq və 

həyatını  əvvəlki  qaydada  davam  etdirə 

biləcək.

 

 Azərbaycan Tibb Universitetinin 

Tədris-Cərrahiyyə Klinikasına traxe-

yanın yuxarı 1/3 hissəsinin daralması 

(stenozu) diaqnozu ilə müraciət edən 

26 yaşlı qız üzərində cərrahiyyə 

əməliyyatı keçirilib. 

T

ədris-Cərrahiyyə Klinikasını-



nın torakal cərrahı Arif Ağa-

yevin sözlərinə görə, xəstə 5 

ildən  çoxdur  ki,  traxeyanın  yuxa-

rı  1/3  hissəsinin  stenozu  diaqnozu 

ilə  müxtəlif  klinikalarda  müalicə 

alıb.  Xəstə  İranda  və  digər  xarici 

ölkələrdə  müayinələrdən  keçib  və  ona 

traxeyanın yuxarı 1/3 hissəsinin stenozu 

diaqnozu  quyulub  və  aparılan  müalicə 

tədbirləri effekt verməyib.

Torakal  cərrahın  dediyinə  görə,  bu 

xəstəliyin  müayinəsi  zamanı  endos-

kopiya - bronxoskopiya, boyun nahi-

yəsinin  və  döş  qəfəsinin  kompüter 

tomoqrafiyası,  maqnit  rezonans  to-

moqrafiyasından  (MRT)  istifadə  olu-

nur: “Xəstə bizim klinikamıza müraciət 

etdikdə,  onu  bir  sıra  müayinələrdən 

keçirdik.  Nəticədə  traxeyanın  II  də-

rəcəli  stenozu  diaqnozu  təsdiqləndi. 

Cərrahiyyə əməliyyatından öncə xəstə 

üzərində  minimal  invaziv  əməliyyat 

aparıldı.  Digər  klinikalarda  xəstəyə 

anastomoz  qoyulması,  böyük  boyun 

əməliyyatı, həmçinin lazer cərrahiyyəsi 

təklif olunub. Bu əməliyyat baha başa 

gəlir.  Xəstəyə  deyilib  ki,  Türkiyədən 

mütəxəssis  gəlib  əməliyyatı  icra 

edəcək.  Amma  xəstənin  buna  maddi 

imkanı çatmadığı üçün bizim klinikaya 

müraciət edib.

  Biz də müayinə və analizlərdən sonra 

xəstə üzərində kiçik sayılan, lakin tex-

niki ağır olan bir cərrahiyyə əməliyyatı 

həyata  keçirdik.  Əməliyyatı  endosko-

pist torakal cərrah və anestezioloqlar-

dan  ibarət  həkim  briqadası  icra  etdi. 

Xəstəni saat 12:00-da qəbul etdik, 2-3 

saat əməliyyata hazırlıq prosesi oldu. 

Axşam  18:00  radələrində  artıq  xəstə 

evə buraxıldı”.

    A.Agayevin  sözlərinə  görə,  ümu-

mi  anesteziya  vasitəsilə  1  saat  20 

dəqiqə  müddətində  həyata  keçirilən 

cərrahiyyə  əməliyyatı  zamanı  tra-

xeya  stenozu  tamamilə  ləğv  olunub: 

“Tənəffüs  yollarının  keçiriciliyi  bərpa 

olundu.  Stenoz  ləğv  edildikdən  sonra 

kiçik ölçülü fibrobronxoskop vasitəsilə 

bronx  yollarına  daxil  olduq  və  bron-

xo-alveolyar  mənfəz  sanasiya  edildi. 

Traxeya  və  nəfəs  yolları  divarından 

çoxsaylı biopsiyalar alındı.

  Cərrah bildirdi ki, xəstəyə əməliyyat 

sonrası  müalicə  məqsədilə  antibioti-

koterapiya  və  inhalyasiya  təyin  edi-

lib.  Xəstə  bir  həftədən  sonra  kontrol 

müayinədən keçəcək.

• 

Türkiyənin Hacettepe Universi-

teti Hastaneleri Anesteziologiya 

və Reanimatologiya bölməsinin 

professoru Dr. Seda Banu Akın-

cı Azərbaycan Tibb Universiteti 

(ATU) Tədris Cərrahiyyə Klini-

kasının qonağı olub.   

  Professor  Seda  Banu  Akın-

cı  Tədris  Cərrahiyyə  Klinikası-

nın  direktoru,  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  müxbir 

üzvi,  professor  Nuru  Bayramov 

və klinikanın baş həkimi, dosent 

Dr. Asiman Həsənovla görüşüb.

    Görüş  zamanı  qeyd  olu-

nub  ki,  Hacettepe  Universiteti 

xəstəxanası  Tədris  Cərrahiyyə 

Klinikası ilə daha geniş əlaqələr 

qurulmasını  arzulayır.  Klinikalar 

arasında  elm,  təhsil  sahəsində 

əməkdaşlığın  yaradılması,  o 

cümlədən  həkim,  tələbə,  rezi-

dent  mübadiləsi,  müəllimlərin 

təcrübə  mübadiləsinin  həyata 

keçirilməsi  ilə  bağlı  birgə 

fəaliyyətin  icra  olunması  haq-

qında fikir mübadiləsi aparılıb.

  Söhbət zamanı qonağa ATU-

nun  Tədris  Cərrahiyyə  Klinikası, 

onun fəaliyyəti, şöbələri haqqın-

da  məlumat  verilib.  Həmçinin, 

Anesteziologiya  və  Reanimato-

logiya şöbəsindəkı cari vəziyyət 

və  gələcəkdə  görüləcək  işlər 

barədə  ətraflı  müzakirələr  apa-

rılıb.  Görüşdən  sonra  professor 

Dr.  Seda  Banu  Akıncı  klinika  ilə 

daha ətraflı tanış olub. O, klini-

kaların  şöbələrini  gəzib,  burada 

xəstələr və rezidentlər üçün ya-

radılan  şəraitdən  məmnun  qal-

dığını bildirib.



Tədris-Cərrahiyyə Klinikasında daha 

bir maraqlı əməliyyat icra edildi

Türkiyənin Hacettepe Universiteti Xəstəxanasının 

nümayəndələri ATU-nun qonağı oldu

Nadir anadangəlmə ürək 

xəstəsi əməliyyat olunub

ATU-nun bir sıra kafedralarının illik 

hesabatı üzrə iclas keçirilib

ATU-nun mətbuat xidməti


http://www.amu.edu.az

16 fevral  2016-cı il

4

ABŞ-ın 



Kaliforniya 

Universitetinin 

alimləri 

apardıqları 

eksperiment 

zamanı belə 

qənaətə 

gəliblər 

ki, yuxusuzluq, habelə 

keyfiyyətsiz yuxu tələbələrin 

sosial şəbəkələrdən asılılıq və 

onların xroniki yorğunluğu ilə düz 

mütənasibdir.

AZƏRTAC “oane.ws” saytına istinadla 

xəbər verir ki, tədqiqatçılar bir həftə 

ərzində 76 tələbə (42 qız və 34 oğlan) 

arasında anket sorğusu aparıblar. Bütün 

könüllülərin sosial şəbəkələrdə profilləri 

olub. Eksperiment iştirakçıları hər gün 

anket sorğusunda iştirak edərək, necə 

yatdıqları və gündəlik rejimləri barədə 

məlumat veriblər.

Mütəxəssislər müəyyən ediblər 

ki, yuxusuzluq və az yatmaq sosial 

şəbəkələrə aludəçiliyin səbəb olduğu 

ümumi xroniki yorğunluqla düz 

mütənasibdir.

Ə

vvəlcə  klinikanın  yanvar 



ayındakı  və  fevral  ayının 

ilk  həftəsindəki  müalicə-

diaqnostik  fəaliyyətinin  yekunları 

haqqında  klinikanın  baş  həkimi, 

dosent  Ramin  Bayramlının  hesa-

batı dinlənildi.  

Baş  həkim  Reanimasiya  və  İntensiv 

Terapiya şöbəsinin fəaliyyəti üzərində 

xüsusi  dayanaraq  buraya,  eləcə  də 

uşaq  reanimasiya  bölməsinə  digər 

xəstəxanalardan  çox  ağır  xəstələrin 

daxil  olduğunu  və  müvəfəqiyyətlə 

müalicə  edilərək  müvafiq  şöbələrə 

köçürüldüklərini  bildirdi. 

Hesabatda bu ilin yanvar ayı ərzində 

klinikaya  464  nəfərin  daxil  olduğu, 

389  nəfərin  isə  çıxdığı  qeyd  edil-

di.  Müqayisə  üçün  deyək  ki,  ötən 

ilin  dekabrında  klinikaya  daxil  olan 

xəstələrin sayı 420 nəfər, klinikadan 

çıxan xəstələrin sayı 541 nəfər olub. 

Ən  çox  xəstə  yenə  terapiya  profil-

li  şöbələrdə  qeydə  alınıb  (234  nəfər 

daxil olub, 244 nəfər çıxıb). Ötən ilin 

müvafiq ayı ilə müqayisədə klinikaya 

daxil  olan  xəstələrin  sayı  bir  qədər 

azalıb. Belə ki, ötən ilin yanvar ayın-

da klinikaya daxil olan xəstələrin sayı 

526  nəfər  idi.  Hesabatda  klinikanın 

bölmələri  üzrə  daxil  olan  xəstələr, 

onların  xəstəliklərinin  profilləri, 

həmçinin fevralın ilk həftəsində klini-

kaya 113 nəfərin daxil olması barədə 

məlumat da öz əksini tapdı. 

Bundan  sonra  fizioterapiya  ka-

binetinin  2015-ci  ildə  qazandığı 

nailiyyətlər və əsas hədəflər haqqın-

da hesabatla çıxış edən dosent Paşa 

Mehdiyev bildirdi ki, kabinet öz işinə 

2011-ci  ilin  aprelindən  başlayıb.  O 

vaxtdan  indiyədək  müalicə  alan  457 

xəstəyə əsasən amplipus və elektros-

timulyasiya, qalvanizasiya və dərman 

elektroforezi, ultrasəsterapiya və fo-

noforez,  maqnitoterapiya,  indukto-

termiya,  lazerterapiya,  inhalyasion 

terapiya,  ultrayüksəktezlikli    tera-

piya,  UBŞ  terapiya,  solyuksterapiya, 

darsonvalizasiya,  naftalan  terapiya, 

masaj, parafinoterapiya kimi müalicə 

üsullarının tətbiq olunduğunu deyən 

P.Mehdiyev onu da qeyd etdi ki, nev-

roloji  xəstəliklərin  70,  travmatoloji, 

ortopedik və revmatoloji xəstəliklərin 

isə  60  faizə  qədərinin  fizioterapiya  

tətbiq  etmədən  müalicəsi  istənilən 

effekti vermir. 

O,  mexaniki  üsullarla  müalicə  və 

masaj kabinetlərinin yaradılması, hid-

rokolonterapiya üsulunu təşkil etmək 

barədə  düşündüklərini  deyərək, 

klinika  rəhbərliyinin  köməkliyi  ilə 

transkranial  maqnit  stimulyasiyası, 

zərbə  dalğa  terapiya,    müasir  amp-

lipuls,  lor  xəstəlikləri  üçün  UBŞ  və 

ultrasəs  aparatlarının  alınmasının  da 

nəzərdə tutulduğunu söylədi.

Toplantıya  yekun  vuran  professor 

S.Musayev bəzi cari məsələlərə də to-

xundu. 2015/2016-cı tədris ilinin yaz 

semestrinin  başlanması  ilə  əlaqədar 

olaraq  mühazirə  zallarına,  tədris 

otaqlarına  baxış  keçirməklə  möv-

cud problemlərin aradan qaldırılması 

üçün tövsiyələrini verdi. 

Klinikada  çalışan  orta  və  kiçik  tibb 

işçilərinin əlavə əmək haqlarının artı-

rılması təklifi də  tibbi şuranın üzvləri 

tərəfindən müsbət qarşılandı.

Son günlər müəyyən neqativ halla-

rın qarşısını almaq məqsədilə  daxili 

mühafizənin gücləndirildiyini bildirən 

klinikanın  direktoru,  bu  addımın  ilk 

növbədə  əməkdaşların  və  burada 

müalicə  alan  xəstələrin  rahatlığına 

hesablandığını vurğuladı.



Каталог: uploads -> xeberler -> tebib qezeti 2016
tebib qezeti 2016 -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib qezeti 2016 -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib qezeti 2016 -> Azərbaycan-Türkiyə II bariatrik və metabolik cərrahiyyə günü
tebib qezeti 2016 -> Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR
tebib qezeti 2016 -> BÖYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib
tebib qezeti 2016 -> Tibb Universitetinin ictimaiyyəti “20 yanvar” şəhidlərini yad etdi
tebib qezeti 2016 -> Dərs deyən müəllimlərin şəbəkəsi yaradılır
tebib qezeti 2016 -> “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə