Azərbaycan Respublikasında idman sahəsində


Dopinq nəzarətinin klassik reqlamenti



Yüklə 191,5 Kb.
səhifə5/22
tarix26.12.2016
ölçüsü191,5 Kb.
#3651
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   22
8. Dopinq nəzarətinin klassik reqlamenti
8.1 Zəruri anti-dopinq yoxlanışına mükafatçılar, (onların sayı federasiya tərəfindən təyin edilir) həmçinin püşkatma nəticəsində müəyyən edilən idmançılar cəlb edilirlər. Komanda yarışlarında (iştirakçıların sayından asılı olaraq) hər komandadan və püşkatmaya əsasən seçilən komandadan ilk üç yeri tutan 1-2 idmançı test müayinəsinə cəlb olunur (əlavə 2). İdmançı yarış müddətində bir neçə dəfə testdən keçirilə bilər. Bu zaman onun yarışlarda iştirakına olan bütün maraqlar maksimum dərəcədə nəzərə alınır.

8.2 Komanda nümayəndələrinin, BHK-nın, yarışların təşkilatçılarının yarış qabağı texniki iclasında BHK yaxud Beynəlxalq İdman federasiyasının nümayəndəsi tərəfindən edilən dəyişikliklər istisna olmaqla yarış müddətində dəyişilməyən reqlament növünün seçilməsi elan edilir.

8.3 BHK – nın qərarına əsasən AADT – nın əməkdaşları öz hərəkətləri, zahiri görkəmi və qeyri – müəyyən reaksiyası ilə şübhə doğuran idmançıları dopinq üzrə testləşmədən keçirirlər.

Təlim-məşq toplanışlarında şəraitə uyğun nəzarət reqlamenti tətbiq oluna bilər, reqlamentin keçirilməsi üçün dopinq qaydaları isə məxfi saxlanılmalıdır.

8.4. İdmançıların püşkatmaya əsasən dopinq nəzarətinə seçilməsi federasiyanın nümayəndəsinin iştirakı ilə AADT-nın əməkdaşları tərəfindən həyata keçirilir.

Püşkatmanın nəticəsi xüsusi protokolda qeyd edilir və yarışların sonuna qədər (idman proqramlarının, finişin, oyunların qurtarması) açıqlanmır.

8.5. Dopinq-nəzarəti üçün seçilmiş idmançıya yarışlar qurtarandan dərhal sonra ondan nümunənin götürülmə yeri və vaxtı göstərilmiş bildiriş təqdim edilir.

İdmançı bu haqda xəbərdar olduğunu təsdiq etmək üçün bildirişə qol çəkməlidir. İdmançı ona bildirişin təqdim olunmasından sonra bir saatdan gec olmayaraq şəxsiyyətini təsdiq edən sənədlə birlikdə dopinq-nəzarət məntəqəsinə gəlməlidir.

8.6. İdmançının göstərilmiş vaxtda dopinq məntəqəsinə gəlməməsi, yaxud antidopinq nəzarətindən keçməkdən imtina etməsi idmançının dopinq preparatlarını qəbul etməsi faktı kimi qiymətləndirilir və idmançıya müvafiq sanksiyalar tətbiq edilir. Göstərilmiş faktlar məntəqənin rəhbəri tərəfindən imzalanan protokola köçürülür və dərhal BHK-na və federasiyanın nümayəndəsinə verilir.

8.7. İdmançıya kodeksin müddəalarına uyğun olaraq aşağıdakı pozuntulara görə sanksiya tətbiq edilir.

- idmançının təyin edilmiş vaxtda məcburi surətdə dopinq nəzarətə gəlməsi haqda bildirişi imzalamaqdan imtina etməsi;

- idmançının üzrlü səbəb olmadan dopinq nəzarət məntəqəsinə gecikməsi;

- qadağan olunmuş dopinq vasitə və metodlarından istifadə və ya istifadəyə cəhd göstərməsi;

- nümunənin əvəzlənməsi və dəyişdirilməsi;

- dopinq nəzarətin bütün sferalarında saxtalaşdırma və ya saxtalaşdırmaya cəhd göstərməsi.

8.8. Dopinq nəzarət məntəqəsində idmançıdan və onu müşayiət edən şəxsdən əlavə aşağıda göstərilən şəxslər ola bilərlər;

- AADT-nın əməkdaşı (dopinq nəzarətinin zabiti bundan sonra DNZ)

- Dopinq məntəqəsinin əməkdaşı (dopinq nəzarətindən keçməyin zəruriliyi haqda idmançıya bildiriş veriləndən sonra onu müşayiət edən şəxs).

- müvafiq idman federasiyasının və beynəlxalq federasiyanın nümayəndələri;

- həkim yaxud idmançının (komandanın) nümayəndəsi.

8.9. Dopinq-nəzarət məntəqəsi örtülü yerdə yerləşir.

İdmançını müşayiət edən şəxslərin nümunələrin götürüldüyü yerdə olmaları qadağan olunur.

8.10. Nümunələrin götürülməsinin aşağıdakı qaydaları təsis olunur:

İdmançı dopinq məntəqəyə gələn zaman dopinq məntəqəsinin rəhbəri idmançını və onu müşayiət edən şəxsi nümunələrin seçilməsi proseduru ilə tanış edir, bundan sonra idmançı prosedura ilə tanış olması haqda nümunələrin seçilməsi protokolunu imzalayır. Daha sonra idmançı nümunələrin seçilməsi üçün bir neçə bağlamadan içərisində 2 flakon və 1 sidik qəbuledici olan bağlamanı götürür.

Dopinq məntəqəsinin əməkdaşının nəzarəti altında sidikqəbulediciyə 75 ml-dən az olmamaqla sidik (bəzi hallarda beynəlxalq federasiyanın qaydaları ilə məsələn boksda – 100 ml) eritropoetinin müəyyən olunması üçün – 110 ml sidik götürülməlidir.

İdmançıya geydirilən paltar sidiyin ixracına nəzarətə mane olmamalıdır. Sonra idmançı sidik dolu qabla həkimin otağına qayıtmalıdır.

İdmançı özü sidikqəbuledicidən iki flakona bərabər miqdarda sidik töküb ağzını möhkəm bağlayır. Sidikqəbuledicidəki sidiyin qalıqları əsasında sıxlığı və turşuluğu (PH) müəyyən edilir.

Bununla bərabər PH sidikdə 5.0-dan az, 7.0-dan çox olmalıdır. Onun xüsusi çəkisi 1.010-dan az olmamalıdır. Bütün bu məlumatlar dopinq-nəzarət protokoluna (formulyar blank) köçürülür.

Dopinq məntəqəsinin rəhbəri hər iki flakonun (A və B nümunəsi) sıx bağlandığına əmin olduqdan sonra onları kip presləyir və idmançı tərəfindən seçilmiş kod nömrə ilə markalayır.

Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq yarışlarda nümunələrin seçilməsi bağlamalardan və AADT və Beynəlxalq İdman Federasiyaları tərəfindən təsdiq olunmuş sənədlərdən istifadə etməklə həyata keçirilir.

Dopinq məntəqəsinin rəhbəri idmançının və onu müşayiət edən şəxsin bio-nümunələrin göndərilməsi üçün flakonların və konteynerlərin möhürlənməsinə və markalanmasına əmin olmaları üçün imkan yaratmalıdır.

Dopinq məntəqəsinin rəhbəri protokolda kod nömrəni və idmançı tərəfindən son 3 gün ərzində qəbul edilmiş medikomentlərin siyahısını qeyd edir və idmançıya, onu müşayiət edən şəxsə flakonların kod nömrəsini göndəriləcək konteynerin kod nömrəsi ilə, həmçinin protokolda qeyd edilmiş nömrə ilə yoxlamağa imkan verir.

İdmançı nümunələrin götürülməsini və protokolun tərtibatının təsis edilmiş qaydalarının pozulmadan həyata keçirilməsini təsdiq etmək üçün protokolu imzalayır. Protokol həmçinin Antidopinq Komissiyasının (bundan sonra ADK) şöbəsinin nümayəndəsi və idmançını müşayiət edən şəxs tərəfindən imzalanır. Protokolun surəti idmançıya verilir.

Nümunələrin göndərilməsi üçün konteynerdə olan möhürlənmiş flakonlar xüsusi nəqliyyatla ÜADA tərəfindən akkreditə olunmuş, analizin mənşəyini araşdıran antidopinq laboratoriyasına göndərilir və imza altında təhvil verilir. Eyni zamanda flakonların kodu qeyd edilmiş protokollar antidopinq laboratoriyasına göndərilir.

Qeydiyyatdan keçmiş protokollar nümunələrin analiz nəticələri alınana qədər seyfdə qorunur, məlumatlar isə kompüterə köçürülür.

8.11 Nümunələrin fiziki-kimyəvi tədqiqatı ÜADA tərəfindən akkreditə olunmuş antidopinq laboratoriyaları üçün beynəlxalq standartlara uyğun istənilən laboratoriyada aparılır.

8.12 Analiz, bir qayda olaraq nümunələrin götürülməsindən sonra 72 saat ərzində, beynəlxalq yarışlarda isə 48 saat müddətində aparılmalıdır. Ayrı-ayrı hallarda analizlər bir qədər gec, lakin 5 gündən gec olmayaraq yoxlanıla bilər.

8.13 Analizin müsbət nəticəsi haqda dərhal (gün ərzində) ÜADA-nın direktoruna və müvafiq federasiyanın (ittifaqın, assosiasiyanın) baş katibinə məlumat verilir.

8.14 A nümunəsinin nəticəsi müsbət olduğu təqdirdə federasiya aşağıdakılar barədə idmançını dərhal məlumatlandırmalıdır.

- Nəticənin müsbət olması haqda;

- İdmançının B nümunəsinin analizinin keçirilməsi üçün təcili sorğu vermək hüququ olması haqda, (İdmançı xəbərdarlıq edildikdən sonra 7 gün ərzində sorğu olmadığı təqdirdə federasiya B nümunəsinin keçirilməsindən imtina edilməsi haqda yazılı surətdə bildirir ki, bu da nəticənin müsbət hesab edilməsinin əsasını təşkil edir).

- əgər analizin keçirilməsi üçün sorğu verilibsə idmançının, yaxud onun nümayəndəsinin B nümunəsinin analizinin alınmasında iştirak etmək hüququna milik olması haqda;

- İdmançının antidopinq laboratoriyaları üçün beynəlxalq standartlar səviyyəsində nəzərdə tutulmuş A və B nümunələrinin analizlərinin sənədlərinin surətinin ona təqdim olunması haqda sorğu vermək hüququna milik olması haqda;

8.15 A nümunəsinin analizlərinin nəticəsi haqda məlumatın yayılmasına icazə verilmir. Əgər B nümunəsinin nəticəsi A nümunəsinin analizinin nəticəsini təsdiq etmirsə - analizin nəticəsi mənfi hesab olunur (ÜADA-nın rəsmi sənədlərində “müsbət analitik nəticə” terminindən istifadə olunur.)

8.16 Federasiya analizin müsbət nəticəsi alınandan sonra yoxlama aparmalıdır və dərhal yoxlamanın nəticəsi haqqında idmançını məlumatlandırmalıdır.

8.17 A nümunəsinin nəticəsində qadağan olunmuş maddə və onun metobolitlərinin olmasını təsdiq edən məlumat alındıqdan sonra sanksiyanın tətbiq edilməsi haqqında qərar çıxarılana qədər idmançı yarışlarda iştirakdan uzaqlaşdırılır.

8.18 İdmançıdan B nümunəsinin keçirilməsi üçün sorğu alınandan sonra 7 gündən gec olmayaraq yoxlama tədqiqat aparılır. 3 nəfərdən ibarət komissiyanın iştirakı ilə B nümunəsinə baxış və açılması həyata keçirilir və bu haqda müvafiq akt tərtib olunur. İdmançının, idman təşkilatının nümayəndəsinin iştirak etməməsi yoxlama tətqiqatın keçirilməsi üçün maneə hesab edilmir. Yoxlama tədqiqatının xülasəsi 48 saatdan gec olmayaraq AADT-nın direktoruna və idman növü üzrə müvafiq federasiyanın baş katibinə göndərilir.

B nümunəsinin yoxlama tətqiqatının nəticəsi sonuncu hesab olunur və ona yenidən baxılmır.



Yüklə 191,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin