Azərbaycan Respublikasında idman sahəsində


Antidopinq qaydalarının pozulması zamanı sanksiyaların tətbiqi



Yüklə 191,5 Kb.
səhifə6/22
tarix26.12.2016
ölçüsü191,5 Kb.
#3651
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   22
9. Antidopinq qaydalarının pozulması zamanı sanksiyaların tətbiqi
9.1 Nümunələri hər il ÜADA tərəfindən təsdiq edilən qadağan olunmuş siyahının preparatlarının tərkibini göstərən, yaxud qadağan olunmuş mexaniki manipulyasiyanın keçirilməsinin izləri (sidiyin dəyişdirilməsi, kateter salma) olan idmançı dopinqdən istifadədə təqsirli hesab edilir.

Bu idmançıya müvafiq federasiya tərəfindən hazırkı əsasnamənin 9.2 bəndində göstərilən və ümumdünya antidopinq kodeksinə uyğun olaraq sanksiyalar tətbiq edilir.

Bununla yanaşı idman növləri üzrə federasiyalar 12 həftə ərzində qərar qəbul etməyə və bu barədə AADT-nın direktoruna məlumat verməyə borcludurlar (müvafiq beynəlxalq federasiyanın fəaliyyətində olan qaydalarına və ümumdünya antidopinq kodeksinin tələblərinə əsasən).

9.2 İdmançı aşağıdakılara görə yarışlardan kənarlaşdırılır:

- idmançıdan götürülmüş bio-nümunələrdə qadağan olunmuş substansiyalar, metabolitlər və ya markerlər aşkarlandıqda;

- idmançı nümunələrin verilməsi haqda xəbərdarlıq edildikdən sonra üzürlü səbəb olmadan nümunələri verməkdən imtina edirsə, həmçinin nümunələri verməkdən yayınırsa;

- dopinq-nəzarətin bütün sahələrində saxtalaşdırmaya və saxtalaşdırmaya çəhdə görə (nümunənin dəyişdirilməsinə və cəhd etməyə görə, şəxsiyyətin dəyişdirilməsinə görə);

- ümumdünya antidopinq kodeksinə uyğun olaraq verilmiş razılığa əsasən terapevtik istifadə üçün substansiyalar istisna olmaqla idmançıda və ya idmançının personalında yarışdankənar dövrlərdə istənilən vaxt və istənilən zaman qadağan olunmuş substansiyalar və metodlar olduqda.

9.3 Yarışdan kənarlaşdırma müddətləri:

- Birinci qayda pozuntusuna görə - iki il

- İkinci qayda pozuntusuna görə ömürlük

9.3.1 ÜADA-nın qadağan olunmuş siyahısında qəbulu kütləviliyinə görə qərəzli hesab edilməyən və ya idman nəticələrinə təsir imkanlarına görə şübhəli sayılan xüsusi substansiyalar qəsdən göstərilir. Əgər idmançının belə substansiyanı öz nəticələrini yaxşılaşdırması üçün içməsi təsdiq edilməsə bu zaman yarışdan kənarlaşdırma aşağıdakılarla dəyişdirilir:

- I qayda pozuntusuna görə - ən azı xəbərdarlıq, maksimum – 1 il kənarlaşdırma;

- II qayda pozuntusuna görə - 2 il kənarlaşdırma;

- III qayda pozuntusuna görə - ömürlük kənarlaşdırma.

9.3.2. İstənilən qadağan olunmuş substansiya və ya metodun yayılmasına, idmançıya istənilən qadağan olunmuş substansiya və ya metodu təyin etməyə və ya təyin etməyə cəhdə görə 4 ildən – ömürlük müddətə qədər yarışlardan kənarlaşdırma təyin olunur.

Gənclər tərəfindən antidopinq qaydalarının pozulmasına daha ciddi baxılmalıdır. Əgər bu qayda pozuntusu idmançının personalının günahı ücbatından baş verirsə və bu qayda pozuntusunun araşdırılması prosesində onun kodeksin 9.4 maddəsində göstərilmiş fəaliyyətlə uzlaşması təsdiq edilərsə, bu zaman idmançının personalı ömürlük kənarlaşdırılır.

9.6 İdmançının yeri haqqında məlumatın verilməməsi və növbəti testlərdə iştirakın buraxılması üçün kənarlaşdırma müddəti:

I qayda pozuntusuna görə - ən azı 3 ay, ən çoxu 3 il kənarlaşdırılır;

II qayda pozuntusuna görə kənarlaşdırma müddəti 2 ildir.

9.7. Hər bir idmançıya kənarlaşdırma qüvvəyə minənə qədər kənarlaşdırma müddətinin qısaldılması və ya ləğv edilməsi üçün əsaslandırma təqdim etmək imkanı verilməlidir. Əgər idmançı ondan götürülən nümunələrdə qadağan olunmuş substansiyaların, onların metabolitlərinin və ya qadağan olunmuş maddələrin aşkar edildiyi halda öz təqsirsizliyini və ya səhlənkarlığını sübut edərsə, bu qayda pozuntuları üçün nəzərdə tutulmuş kənarlaşdırma müddəti dəyişdirilə bilər.

9.8. İdmançıdan götürülən nümunədə qadağan olunmuş substansiya və ya onun metabolitinin olmasına görə, qadağan olunmuş substansiya və metoddan istifadə və istifadə etməyə cəhdə görə, nümunəni verməməyə və ya verməkdən imtina etməyə görə, idmançıya istənilən qadağan olunmuş substansiyanı təyin etməyə və ya təyin etməyə cəhdə görə yarışlardan kənarlaşdırma müddəti əgər bu qayda pozuntularının onun cüzi günahı və ya səhlənkarlığı ucbatından baş verməsi təsdiqlənərsə azaldıla bilər. Bu halda yarışdan kənarlaşdırma müddəti kodeksdə nəzərdə tutulmuş minimal müddətdən 2 dəfə çox olmamaqla azaldıla bilər.

9.9. Əgər AADT dopinq qəbulu hallarını (idmançının personalının qadağan olunmuş maddələrə malik olması, istənilən qadağan olunmuş substansiya və ya metodun yayılması, idmançıya qadağan olunmuş maddə və metodu təyin etmə) üzə çıxarmaq üçün idmançı tərəfindən kömək aldığı təqdirdə, idmançı üçün yarışlardan kənarlaşdırma müddəti azaldıla bilər. Bu halda yarışlardan kənarlaşdırma müddəti 2 dəfədən çox olmayaraq azaldılmalıdır. Əgər qayda pozuntularına görə nəzərdə tutulmuş yarışlardan kənarlaşdırma müddəti ömürlükdürsə bu zaman azaldılmış müddət 8 ildən az ola bilməz.

9.10. Yarışlardan kənarlaşdırma müddəti müvafiq federasiyanın təsdiq etdiyi qərarın tarixindən hesablanır.

9.11. Yarışlarda estafet tərkibində çoxyerli heyətdə (akademik avarçəkmə, baydarka və kanoe qayıqlarında avarçəkmə, yelkən idmanı) çıxış edən idmançı tərəfindən antidopinq qaydaları pozulduğu təqdirdə sonuncu yarışlardan kənarlaşdırılır və komandanın nəticəsi ləğv olunur. İdman oyunlarında idmançı tərəfindən antidopinq qaydaları pozularsa o, yarışdan kənarlaşdırılır, komandaya isə dopinq qəbulu faktı qeydə alındığı oyunda texniki məğlubiyyət hesablanır.

9.12. Mükafata layiq yer tutmuş və yarışlardan dopinq qəbuluna görə kənarlaşdırılan idmançılar medalları, diplomları, fəxri fərmanları, pul mükafatlarını müvafiq federasiyaya qaytarmalıdırlar. İdman nəticəsi də ləğv olunur.

9.13. İdmançılar tərəfindən dopinq qəbulunun aşkarlanmış hər bir halı üçün sanksiyaların tətbiqi haqqında idman növü üzrə müvafiq federasiya yığma komanda üzvlərini, cəmiyyətləri, müvafiq idman təşkilatlarını məlumatlandırır.

9.14. Yarışdan kənarlaşdırılmış idmançı kənarlaşdırma müddətində yarışlarda iştirak edə bilməz. Həmçinin o, məşqçi və ya digər rəsmi şəxs kimi komandanın tərkibinə daxil ola bilməz.

9.15. Əvvəllər qadağan olunmuş formokoloji vasitə və ya metodların qəbuluna görə cəzalandırılmış idmançı istənilən vaxt və xəbərdarlıq edilmədən əlavə dopinq-nəzarətə cəlb oluna bilər.

9.16. İdmançı tibbi göstəricilərinə görə anabolik steroidlərdən istifadə etdiyi təqdirdə bu preparatlarla müalicə başa çatana qədər 6 ay müddətində yarışlarda iştirakdan azad edilməlidir.

9.17. Komandalı idman növlərində dopinqdən istifadənin aqibəti:

Komandalı idman növlərində komandanın bir üzvü istənilən yarış zamanı antidopinq qaydalarının mümkün pozuntuları haqda məlumatlandırılıbsa, komanda bütünlüklə testdən keçməyə cəlb edilir. İdman yarışı zamanı yığma komandanın üzvləri tərəfindən birdən çox antidopinq qaydasının pozulması halı aşkar edilmişsə, bu zaman komanda yarışdan kənarlaşdırıla və ya digər inzibati cəza tədbirinə məruz qala bilər. Komandalı idman növləri olmayan, lakin mükafat komandaya verilən idman növlərində antidopinq qaydaları pozulduğu təqdirdə yarışdan kənarlaşdırma və digər inzibati cəza tədbirləri müvafiq beynəlxalq federasiya tərəfindən qeyd edilmiş qaydalara uyğun olaraq verilir.

9.18. Bu əsasnaməni yerinə yetirməyən və ya pozan idman növləri üzrə milli federasiyalara (ittifaqlar, assosiasiyalar), maliyyə və digər dəstəklər tamamilə və ya qismən dayandırıla bilər.

9.19. İdmançının müvəqqəti azad olunma və yarışlardan kənarlaşdırılması müddəti başa çatdıqdan sonra onun idmana qayıtması üçün şərt yarışdan kənar dövrdə testdən keçmək üçün hazır olmasıdır. AADT-nın sorğusuna əsasən idmançı vaxtaşırı öz yeri barədə dəqiq məlumat verməlidir.

Əgər idmançı yarışdan kənarlaşdırma müddətində idman karyerasını başa vurmağa və yarışdan kənar dövrdə testlərdən çıxmağa qərar verirsə, o bu barədə AADT məlumatlandırmayana qədər idmana qayıda bilməz. Bu müddətdə isə AADT yarışdan kənar dövrdə idmançını testdən uzaqlaşdığı vaxtdan qaldığı testlərdən keçirməlidir.



Yüklə 191,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin