Azərbaycan Respublikasında idman sahəsində


Testdən keçirmə proseduru



Yüklə 191,5 Kb.
səhifə3/22
tarix26.12.2016
ölçüsü191,5 Kb.
#3651
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   22
6. Testdən keçirmə proseduru
6.1 Bu əsasnamə Kodeksin ayrılmaz hissəsi olan ÜADA tərəfindən vaxtaşırı qəbul edilmiş düzəliş və dəyişikliklərlə birlikdə testdən keçirilmənin qəbul edilmiş beynəlxalq standartlarına uyğundur.

İdman prosesinin bütün iştirakçıları və idman federasiyaları (ittifaqlar, assosiasiyalar) edilmiş dəyişikliklərlə razılaşmalı və onlara uyğun olaraq fəaliyyət göstərməlidirlər.

6.2 Anti-dopinq testləşdirilməsi hər il AADT tərəfindən hazırlanan yarış və yarışdankənar dopinq – nəzarət planına əsasən, eləcə də idman növləri üzrə federasiyaların əlavə nəzarət testləşdirilməsi sifarişinə əsasən keçirilir.

6.3 Yarışdankənar nəzarətə, yaxud yarış zamanı nəzarətə Azərbaycan Respublikasının yığma komandasının istənilən idmançısı, idman məktəblərinin tələbələri təlim – məşq toplanışlarında və yarışdankənar dövrlərdə məruz qala bilər.

6.4 Yarışdankənar dövrlərdə testləşdirmə aşağıdakı təşkilatlar tərəfindən təşkil edilə və keçirilə bilər.

- ÜADA;


- Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq və keçirilməsi ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya komitəsi (bundan sonra BPK);

- İdman növləri üzrə beynəlxalq və yaxud milli idman federasiyaları;

- AADT, həmçinin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsi.

- İdmançının cari vaxta olduğu ölkənin Milli Anti-dopinq Təşkilatı.

6.4 İdman yarışlarında testləşdirilmənin keçirilməsinə məsul olan AADT-nın əməkdaşı (bundan sonra AADT-nın əməkdaşı) yarışların keçirilməsi üzrə təşkilat komitəsinin, yaxud Baş Hakimlər Kollegiyasının (bundan sonra BHK) tərkibinə daxil olur.

6.6 BHK AADT ilə aparılmış danışıqlara əsasən idmançıların dopinq – nəzarət məntəqəsinə gəlməsinə məsul olan 1-3 hakim ayırmalıdır.

6.7 AADT-nın əməkdaşlarının ezamiyyəsi, iş üçün otaqların icarəsi, dopinq – nəzarəti üçün içkilərin təminatı, nəqliyyat və rabitə, yemək və yaşayış xərclərinin ödənilməsi təsis edilmiş qaydada respublika büdcəsinin vəsaitləri hesabına ödənilir.

6.8 Yarışın təşkilatçıları anti-dopinq nəzarətinin keçirilməsi üçün yuxarıda sadalanan şəraitin yaradılmasını təmin etməlidirlər.

6.9 Bakı şəhərindən kənarda keçirilən yarışlar və ya digər idman tədbirləri zamanı AADT-nın əməkdaşları mehmanxanada idmançıların yaşadıqları otaqlara kənar şəxslərin yerləşdirilməsinə yol vermədən özləri də ayrı otaqlarda yerləşirlər. Yarışın təşkilatçıları AADT-nın əməkdaşlarını mehmanxanada yerləşdirən zaman daha yüksək kateqoriyalı nömrədə anti-dopinq nəzarətinin keçirilməsi üçün ştab – məntəqə nəzərdə tutmalıdırlar (Əlavə 1).

6.10 Yarışın təşkilatçıları borcludurlar:

- əlavə 1-də göstərilmiş tələblərə uyğun olaraq dopinq - nəzarət briqadasının işləməsi üçün otaq hazırlamağa;

- dopinq - nəzarətin keçirilməsi və nümunələrin açılmasını təmin etməyə, oğurlanmasını və dəyişdirilməsini tamamilə istisna edərək qorunmasını təmin etməyə, zəruri olduğu halda ictimai asayiş orqanları nümayəndələri ilə otağın qorunmasını təşkil etməyə;

- nəzarət məntəqəsində yubanmış AADT-nın əməkdaşlarını və idmançıları mehmanxanaya aparmaq üçün nəqliyyat vasitələri ilə təmin etməyə;

- AADT-nın əməkdaşlarını idmançıların soyunub – geyinmə otaqları və yarış yerləri (finiş, stadion, rinq, meydança) daxil olmaqla “Bütün ərazilərə giriş” sözləri yazılmış icazə vərəqələri, həmçinin dopinq – nəzarət məntəqəsinə yaxın olan dayanacaq göstərilmə ilə nəqliyyat vasitələrinə icazə vərəqələri ilə təmin etməlidirlər.

6.11 Yarışların təşkilatçıları hazırkı əsasnaməyə və idman növləri üzrə beynəlxalq, həmçinin milli federasiyalar tərəfindən təsis olunmuş reqlamentə uyğun olaraq dopinq nəzarətinin keçirilməsi üçün şəraitin yaradılmasına şəxsən məsuliyyət daşıyırlar.


Yüklə 191,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin