Əsaslı təmir işlətinin görülmə ardıcıllığı



Yüklə 31,71 Kb.
səhifə3/5
tarix26.01.2023
ölçüsü31,71 Kb.
#80862
1   2   3   4   5
Təmir işləri

Təlimatlar.
Giriş təlimatı və iş yerində təlimat olaraq 2 növü var.


Giriş təlimatlarının əsas məqsədi müəssisəyə işə qəbul edilən bütün fəhlə
və qulluqçulara, müəssisəyə ezam olunmuş işçilərə, müvəqqəti işləyən
fəhlələrə, istehsalat təlimi və təcrübəsi keçmək üçün müəssisəyə gəlmiş
ləbə və şagirdlərə, habelə istehsalat sexlərinə işlərin aparılmasına
buraxılmış bütün şəxslərə müəssisə, iş rejimi, əməyin mühafizəsinin
hüquqi və normativ əsasları, yanğın və elektrik təhlükəsizliyi haqqında
qısa məlumat verməkdən ibarətdir. Giriş təlimatının keçirilmə müddəti 2
saatdan az olmamalıdır və müəssisənin əməyin təhlükəsizliyi xidməti
tərəfindən keçirilməlidir.


İş yerində keçirilən təlimatlar aşağıda göstərilən 4 yerə bölünür:
ilkin təlimat
krar təlimat
növbədənkənar təlimat
birdəfəlik təlimat
İş yerində ilkin təlimat
hlələrə iş yerində ilkin təlimat onlar sərbəst işə buraxılmazdan əvvəl,
bir işdən başqa işə və ya digər xassəli iş sahəsinə keçirilən hallarda aparılır.
hlələrlə ilkin təlimat konkret bölmənin iş xüsusiyyətləri və şəraiti nəzərə
alınmaqla təsdiq edilmiş proqramlar və təlimatlar üzrə keçirilir. İlkin
limat işin xüsusiyyətindən asılı olaraq bir neçə növbə ərzində keçirilir.
Onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış olurlar və hər bir
fəhlə fərdi olaraq təlimatlandırılır. İlkin təlimat keçilib qurtardıqdan sonra
hlənin təhlükəsiz iş üsullarını mənimsəməsinə, onun konkret iş yerinə və
peşəsinə aid təhlükəsizlik tələblərini və təlimatı praktiki bilməsinə və başa
düşməsinə əmin olunmalıdır. İlkin təlimatın keçilməsi “İşçilərin iş yerində
təlimatlandırılmasının qeydiyyatı jurnalı”nda rəsmiləşdirilir.
Vaxtaşırı təlimat
Bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla onların təhsilindən,
ixtisas dərəcəsindən, bu və ya digər peşə üzrə iş stajından və tutduğu
zifədən asılı olmayaraq vaxtaşırı, hər 3 aydan bir işlərin təhlükəsiz
aparılması üzrə təlimat keçirilməlidir.
Vaxtaşırı təlimatı bilavasitə iş rəhbəri (usta, iş icraçısı, sahə və qurğu rəisi
və s.) iş yerində proqram üzrə keçirir. Vaxtaşırı təlimatlar keçirilən zaman
müəssisənin iş təcrübəsi (müsbət və mənfi nümunələr) nəzərə alınmaqla,
ilkin təlimatın bütün məsələləri yenidən müzakirə edilir. Bundan əlavə,
vaxtaşırı təlimat keçirilən zaman fəhlələri əvvəl keçirilən təlimatdan
sonrakı dövrdə verilmiş əmrlər, sərəncamlar,məktublarla tanış edirlər.
Vaxtaşırı təlimatların keçirilməsi “Щейятя иш йериндя тялиматын кечирил мясинин гейдя алынмасы журнал”inda rəsmləşdirilməlidir.
.Növbədənkənar təlimat
İstehsalat zəruriyyətindən irəli gələn xüsusi hallarda fəhlələrlə işlərin
təhlükəsiz aparılması üzrə növbədənkənar təlimat keçirilməlidir.
Növbədənkənar təlimatlar aşağıdakı hallarda keçirilir.
İstehsalat prosesi dəyişdikdə.
Müəssisənin istehsalat sahələrində qəza və bədbəxt hadisə baş
verdikdə.
Yeni texnika və texnologiya tətbiq edildikdə.
Müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə yuxarı təşkilatın və
Dövlət nəzarət orqanlarının göstərişi ilə və digər hallarda.
Birdəfəlik təlimat
hlələr onların peşəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və
ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq alarkən
birdəfəlik təlimat keçməlidirlər. Birdəfəlik təlimatı işin məsul rəhbəri keçir
tapşırıq- icazə vərəqində rəsmiləşdirilir

3.7 Torpaq işləri

  • Torpaq işləri qüvvədə olan tikinti norma və qaydalarına, "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na və bu Qaydaların tələblərinə əsasən yerinə yetirilməlidir.

  • Şaquli müstəvilərlə məhdudlaşdırılmış, digər kabellə paralel olan, hər iki tərəfdən bir metr aralı, yeraltı EÖX kabellər olan mühafizə zonalarında torpaq işlərinin aparılması qadağandır. Şaquli müstəvilər arasında digər kabellərdən 100m aralı olan, suyun üst səthindən dibinə qədər müəyyən olunmuş su sahəsində sualtı elektrik ötürücü xətlər olan mühafizə zonasında sualtı işlərin aparılması qadağandır.

  • Təhlükəli sahədə qaz kəmərinin və digər kəmərlərin yaxınlığında iş görülərkən işin rəhbəri (məsul şəxs) işçi sahənin hava mühitində zərərli və yanar qazlarm qatılığma nəzarəti təşkil etməlidir.

  • Qaz kəmərinin tədqiqatı, həmçinin katod çıxışları və ayrılma birləşmələrinin bərkidilməsi üçün dayaz quyuların qazılması zamanı torpaq işləri xətt ustası və ya XİX-nin rəhbərliyi tərəfindən təyin olunmuş cavabdeh şəxsin rəhbərliyi altında aparılmalıdır.

  • KS, QPS, YQA ərazilərində qaz və digər kəmərlərin, kabellərin və yeraltı xətlərin yaxınlığında, həmin xətlərin ərazi planı olmadıqda, həmçinin təşkilatların məsul nümayəndələri tərəfindən iş yeri yaxınlığında olan yeraltı xətlərin və avadanlıqların yerləşməsi haqqında razılaşdırmalar olmadıqda torpaq işlərinə başlamaq qadağandır.

  • Əl ilə və mexaniki üsülla topaq işlərinin yernə yetirilməsi, xəndəyin ölçüləri, divarların bərkidilməsi və yamacların dikliyi şərtləri qüvvədə olan tikinti norma və qaydalarının, tikintidə texniki təhlükəsizlik üzrə tələblərə əsasən qəbul olunmalıdır.

  • Qeyri-qaya və donmayan süxurlarda, şaquli divarları bərkidilmədən, yeraltı suların səviyyəsindən yuxarı olmaq şərti ilə, xəndək qazıla bilər: tökmə torpaqda, qumlu və çınqıllı süxurlarda 1m-ə qədər; qumcada -1,25m; gilcədə və gildə -1,5m-ə qədər, xüsusi ilə qeyri-qaya süxurlarda 2,0 m-ə qədər.

  • Xəndək çox dərin olduqda, yamacın dikliyi xəndəyin dərinliyindən, süxurların növündən və onun vəziyyətindən asılı olaraq cədvələ əsasən təyin olunur:



Yamacın dikliyi (onun hündürlüyünun dərinliyinə olan
nisbəti) qazma dərinliyi (m) çox olmadıqda

Süxurların növü

1,5

3

5

Sıxlaşdırılmamış

1:0,67

1:1

1:1,25

Tökmə torpaq










Qumlu və çınqıllı

1:0,5

1:1

1:1

Qumca

1:0,25

1:0,67

1:0,85

Gilcə

1:0

1:0,5

1:0,75

Gil

1:0

1:0,25

1:0,5

Qat-qatvə qatvari

1:0

1;:0,5

1:0,5



Qeyd: Müxtəlif növ süxurların təbəqələnməsi zamanı yamacın dikliyi ən zəif süxur növünə əsasən təyin edilir.

  • Həddindən artıq nəm, qumlu, qatvari və tökmə süxurlarda xəndəklərin bərkidilmədən qazılması qadağandır. Belə süxurlarda qazılmış xəndəklərin bərkidilməsindən əvvəl fəhlələrin xəndəyə girməsi qadağandır.

  • İşin rəhbəri, mütəmadi olaraq, yamacın və bərkidilmələrin vəziyyətinə nəzarət etməli, torpağın sürüşməsi təhlükəsinin qarşısını almaq məqsədi ilə lazımı tədbirlər görməlidir.Torpağın sürüşməsi təhlükəsi yarandıqda, fəhlələr vaxtından əvvəl təhlükəli yerlərdən uzaqlaşdırılmalıdır.

  • Tez yuyulan və çökən torpaqlarda çəkilmiş qaz kəmərləri sahələrində iş zamanı qaz kəməri yerləşən xəndəyə səth sularının tökülməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir.

  • Torpaq işləri mexanizmlərin köməyi ilə aparıldıqda torpaq işlərinin əl vasitəsi ilə görüləcəyi sahələrin hüdüdları işarələrlə qeyd olunmalıdır.

  • Diametri 800mm-dək olan kəmərlərdə iş görülərkən xəndəyin, 2-dən az olmayaraq, hər tərəfə bir çıxışı olmalıdır. Diametri 800-mm və ondan çox olan kəmərlərdə iş görülən zaman xəndəyin 4-dən az olmayaraq, hər tərəfə iki çıxışı olmalıdır.

  • Fəhlələr yamacları bərkidilməyən xəndəkdə işlədiyi zaman, xəndəyə yaxın sahələrdə başqa işlər görülməməlidir, ağır mexanizmlər isə torpağın uçma ehtimalı olan prizmaların sərhədlərindən aralı olmalıdır.

  • İş üçün lazım olan alət və materiallar xəndəkdən 0,5m aralı olmalıdır.

  • İş görülən sahədə hava mühitinin tərkibi yoxlanıldıqdan sonra mexanizmlərin köməyi ilə torpaq işlərinə başlamaq olar.

  • Təzyiq altında istismar olunan kəmərlərdə, torpaq qazan mexanizmin köməyi ilə dayaz quyunun və xəndəyin qazılmasına, qaz kəmərinin dərinliyi və yeri dəqiq məlum olduqda, həmçinin kəsici mexanizm kəmərin hər tərəfindən üst səthinə qədər 0,5m-dən yaxın olmayan məsafədə yaxınlaşmağa yol verilir. Bu zaman torpaq qazan mexanizmin dayaq hissəsinin kəmər üzərində yerləşdirilməsinə icazə verilmir. Sonra isə borunun üst səthinin zədələnməməsi üçün külüng, linq və s. ağır alətlər tətbiq olunmadan, əl ilə qazılmalıdır.

  • Qaz kəmərinin yerləşməsi haqqında dəqiq məlumat olmadıqda, mexanizmlərlə qazma o zaman mümkündür ki, əl vasitəsi ilə və digər etibarlı üsullarla dayaz quyuların qazılması və xüsusi üsulla tədqiq edilərək, qaz kəmərinin yerləşdiyi yer təyin edilsin.

  • MQK borularının və kabellərin təmiri və istismarı ilə əlaqədar olmayan torpaq işləri kənar təşkilatlar tərəfindən, MQK-nin xətti istismar xidmətinin (XİX) məsul nümayəndəsinın iştirakı ilə, qaz kəmərindən və kabellərdən 2m-dən az olmayan məsafədə aparılmalıdır.

  • Qaz kəmərlərinin xətti (trassı) yaxınlığında torpaq işləri görülərkən torpağın trasın üzərinə atılması qadağandır.

  • Xəndəyi səth suları ilə dolmadan və yuyulmadan mühafizə etmək üçün torpaq hündür tərəfə yığılmalı, suyu kənara axıtmaq üçün arx qazılmalıdır.

  • Əgər dayaz quyunun (xəndəyin) qazılması zamanı qaz kəmərində qaz sızması aşkar olunarsa, torpaq işləri dərhal dayandırılmalı, adamlar isə quyudan (xəndəkdən) çıxarılmalıdır. Torpaq işləri qaz sızması ləğv olunduqdan və ya qaz təhlükəli işlər üçün tələb olunan əlavə tədbirlər görüldükdən sonra davam etdirilməlidir.

  • Qaz sızmasının aradan qaldırılması işlərində qaz kəmərinin üstünü qazıb açmaqla məşğul olan fəhlələr mütləq qaydada qoruyucu kəmərlərdən və şlanqlı əleyhqazlardan istifadə etməlidirlər. Şlanqların ucu qaz sızan ərazidən kənarda, küləyin əksi istiqamətində yerləşdirilməlidir. Qoruyucu kəmərlərin kəndiri xəndəkdən kənarda dayanan və işləyən fəhlələrin işini müşahidə edən, lazım gəldikdə, onlara yardım edən fəhlədə (əvəzedici) olmalıdır.

  • KS, YQA ərazisindəki, nəqliyyat və piyadalar hərəkət edən yerlərdəki xəndək və çalalar möhkəm hasarlanmalı, təhlükəsizlik nişanları ilə və plakatlarla təchiz edilməlidir. Sutkanın qaranlıq vaxtı partlayışdan mühafizəli fənərlərdən istifadə edilməlidir, lazım gəldikdə isə xəbərdaredici postlar qoyulmalıdır.



Yüklə 31,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin