Əsaslı təmir işlətinin görülmə ardıcıllığı



Yüklə 31,71 Kb.
səhifə4/5
tarix26.01.2023
ölçüsü31,71 Kb.
#80862
1   2   3   4   5
Təmir işləri

Qaz təhlükəli işlər
Qazlı mühitdə və ya qazın ətrafa yayılma ehtimalı olan şəraitdə görülən
işlərə qaz təhlükəli işlər deyilir.
Qaz təhlükəli işlərin yerinə yetirilməsi ən azı 2 nəfər tərəfindən yerinə
yetirilməlidir.
Qaz təhlükəli işlərin yerinə yetirilməsi zamanı işə cəlb olunmuş işçilərə
yalnız işin rəhbəri tərəfindən göstəriş verilə bilər.
İcazə-tapşırıqlarda əsasən aşağıdakılar qeyd edilir:
Müəssisənin adı, tapşırıq almış şəxsin vəzifəsi, soyadı, adı, atasının adı,
işin yeri və xüsusiyyəti, briqadanın tərkibi, işin başlanma və qurtarma
tarixi və vaxti, işin aparılmasında əsas əməliyyatların texnoloji ardıcıllığı,
əsas təhlükəsizlik tədbirləri və rəhbər təlimatlar, briqadada olan əsas FMV,
təmirdən qabaq qaz tərkibinin təhlili nəticələri, tapşırıq-icazə verən şəxsin
imzası, tapşırıq alan şəxsin vəzifəsi və imzas, briqada tərkibinin
təlimatlandırılması və işlərin qurtarması üzrə işin rəhbərinin qərarı.
Qaz olan yerlərdə işləyən zaman qığılcım yaranmasına imkan verməyən
əlvan metalldan hazırlanmış çəkic və kürə işlədilməlidir. Qara metaldan
olan alətlərin və başqa vasitələrin işlək hissəsinə qalın qatla solidol, yaxud
başqa texniki yağlar çəkilməlidir. Qaz olan yerlərdə qığılcım verə bilən
elektrik qurğusundan və başqa elektrik alətləindən istifadə edilməsi
qadağandır.
Quylarda, çənlərdə və bu kimi yerlərdə işləyən işçilər qaztəhlükəli işlər
görərkən dəmir nalı və mıxları olmayan ayaqqabılardan istifadə
etməlidirlər. Əks halda ayaqqabılar üzərinə qaloş geyinilməlidir.
Qaz təhlükəli işlərin yerinə yetirilməsi üçün tərtib edilmiş “icazə tapşırıq”lar 1 il və onların qeydiyyatının aparıldığı jurnalı isə 5 il
saxlanılmalıdır.
---Ayrı-ayrı məişət qaz cihazlarının birləşdirilməsi, qaz balonlu qurğuların
istismara verilməsi, diametri 32 mm-dən artıq olmayan alçaq təzyiqli qaz
kəmərlərində qaynaq və qaz ilə kəsmə tətbiq etmədən təmir işlərinin
aparılması, quyuların nəzərdən keçirilməsi və havanın dəyişdirilməsi,
kondensat yığan tutumlardan kondensatın nasosla sorulub çıxarılması,
həmçinin də istismar olunan qaz cihazlarına və daxili qaz avadanlıqlarına
xidmət edilməsi ilə bağlı qaz təhlükəli işlər mühəndis-texniki işçinin
rəhbərliyi olmadan aparıla bilər. Bu halda işlərə rəhbərliyi həmin işlərin
görülməsi üçün ayrılmış fəhlələrdən daha ixtisaslı olanına tapşırılmasına
yol verilir.
Qəza ilə əlaqədar işlər bilavasitə insanların həyatına, maddi nemətlərə dəyə
biləcək təhlükə aradan qaldırılana qədər tapşırıqsız aparılır. Təhlükə
aradan qaldırıldıqdan sonra qaz kəmərlərinin və qaz avadanlıqlarının
texniki saz vəziyyətə gətirilməsi üzrə işlər tapşırıq (sərəncam) üzrə
aparılmalıdır


Yüklə 31,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin