Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə32/55
tarix26.02.2017
ölçüsü5,83 Mb.
#9664
1   ...   28   29   30   31   32   33   34   35   ...   55
Elm haqqında elm 

 

 



 

430


onun özündə instinktiv şəkildə mövcud idi. Bəzi vərdişlər isə heyvanlar

quşlar və  hətta həşərat üçün instinktiv həyati fəaliyyətin  əsasını  təşkil 

edirdi. Belə ki, hörümçək tor hörməyi, arı  pətək düzəltməyi, qarışqa yeri 

qazaraq yuva tikməyi və s. kortəbii surətdə bacarırdı. Lakin bütün bu əmə-

liyyatlar zamanı onlar ancaq təbiətdə hazır olan şeylərdən, özləri istifadə 

edirlər. Siçan ağacı hansı isə bir alətlə yox, öz dişləri ilə  kəsirdi. Arı çi-

çəklərdən şirəni öz orqanizminin verdiyi imkan sayəsində çəkirdi. İnsanda 

isə vəziyyət bir qədər fərqli idi. Onun təbii orqanları: əli, ayağı, ağzı hansı 

isə xüsusi bir fəaliyyətə uyğunlaşmamışdı. O öz təbii orqanlarının qabiliy-

yətini artırmaqdan ötrü müxtəlif məqsədlər üçün müxtəlif əşyalardan isti-

fadə etməli olurdu. Alətlər isə çox müxtəlif idi. Hər bir konkret işin spesi-

fikasına uyğun alətdən istifadə etmək isə insanın daha hərtərəfli, universal 

fəaliyyət göstərməsinə meydan açırdı. 

İnsanın istifadə etdiyi bütün təbii vasitələr içərisində onun sonrakı 

həyatında  ən çox rol oynayan vasitə od olmuşdur. Təbii  şəkildə mövcud 

olan odun bəzi xüsusiyyətləri: qızdırmaq, yandırmaq, işıq salmaq heyvanat 

aləminə  də  bəlli idi. Lakin bu xüsusiyyətlər dərk olunmadığından, ancaq 

qorxu hissi doğururdu. 

İnsan qorxu səddini keçərək odu ram etdikdən sonra, yəni onu arzu 

olunan bir şey kimi qəbul edib istədiyi vaxtda od əldə etməyin qaydasını 

öyrəndikdən sonra, bütün heyvanat aləmi ilə müqayisədə böyük üstünlük 

qazanmış oldu. Nağıllarda, hekayələrdə, multiplikasiya filmlərində insanın 

dostu və başlıca silahı kimi təsvir olunan «qırmızı çiçək» məhz odun meta-

forik işarəsidir. Oddan vəhşi heyvanlara qarşı mübarizə vasitəsi kimimi, 

qızınmaq üçünmü, qidaların hazırlanması, bişirilməsi üçünmü istifadə et-

mək və bunlarla bağlı olan əməli vərdişlərin qazanılması texniki tərəqqinin 

bir istiqamətidir. Lakin əsas məsələ oddan istifadə etməzdən əvvəl onu əl-

də etməyin qaydasını bilməkdir. Sürtmə yolu ilə od əldə edilməsi o dövrdə 

insanın ən böyük texniki nailiyyəti idi. 

Od sonralar əmək alətlərinin düzəldilməsində, metalların istənilən 

formaya salınmasında mühüm vasitə oldu, daha mükəmməl alətlər yaradıl-

masına xidmət etdi. 

İnsanın tarixən ilk praktik fəaliyyət prosesində əldə etdiyi əməli bi-

liklər tədricən toplanaraq gerçəklik haqqında geniş, hərtərəfli, sistemli bi-

liklər toplusunun əldə edilməsi üçün əsas oldu. İnsan  ətrafındakı  şeylərin 

xassələrini öyrəndikcə, daha böyük əməli nailiyyətlər əldə etdiyini gördük-



  Elm–Texnika–İstehsal 

 

 

 

431



 

cə gerçəkliyi məqsədli surətdə öyrənməyə başladı.  İlk nəzəri biliklər ya-

randı.  Əməli və  nəzəri biliklərin bölgüsü getdikcə  dərinləşdi. Gerçəkliyi 

dəyişdirmək deyil, sadəcə olaraq öyrənmək istəyən adamların sayı get-

dikcə artdı. İlk elmi biliklər və alimlər yarandı.  Əldə edilmiş biliklər gec 

və ya tez əməli fəaliyyət sahəsində istifadə olunmağa başladı. Elmlə texni-

kanın tarixi ittifaqı belə başlandı. 

İnsanın öz maddi tələbatını ödəmək üçün göstərdiyi fəaliyyət getdik-

cə daha çox vasitəli xarakter daşımağa başladı. İnsanlar yalnız bu gün üçün 

olan ehtiyaclarını düşünməklə kifayətlənmədi. Gerçəklik haqqında daha 

çox bilik əldə etdikcə, səbəbiyyət əlaqələrini dərk etdikcə bir qisim hadisə-

lərin necə  cərəyan edəcəyini irəlicədən görmək, onları proqnozlaşdırmaq 

imkanı açıldı. 

Yuxarıda qeyd edildiyi kimi, yaşayış üçün zəruri olan məhsulların 

təbiətdən hazır  şəkildə tapılması heç də  həmişə asan olmurdu. Yaxud bu 

məhsulların təbiətdə necə yetişdiyini, onların xassələrini öyrəndikcə insan 

məhz özünə lazım olan məhsulların yetişməsi üçün zəruri şərait yaratmağa 

çalışırdı. İnsan üçün ilkin özünütəminat vasitəsi olan ovçuluq heç də həmi-

şə uğur gətirmirdi. Ov alətləri nə qədər təkmilləşsə də, burada təsadüf həl-

ledici rol oynayırdı. Heyvanlardan istənilən vaxt faydalana bilmək üçün 

onlarla müntəzəm əlaqə yaradılmalı idi. Bəzi heyvanların tədricən əhliləş-

dirilməsi insanların həm öz qida tələbatını ödəməsi, həm də onlardan iş 

qüvvəsi kimi istifadə olunması imkanı yaradırdı. Digər tərəfdən, lazımlı 

bitkilərə qulluq edilməsi, təbii yolla bitən bitkilərin təsadüfi surətdə məhv 

olmasının qarşısını almaq cəhdləri və nəhayət, onların məqsədyönlü surət-

də  əkilib çoxaldılması, sivilizasiyanın çox mühüm şərtlərindən biri olan 

əkinçiliyin yaranmasına səbəb oldu. Vəhşi heyvanların  əhliləşdirilməsi – 

maldarlığın yaranması və qida, geyim və s. məqsədlər üçün istifadə olunan 

faydalı bitkilərin əkilib – becərilməsi – əkinçiliyin yaranması bəşəriyyətin 

tərəqqisində sürtmə yolu ilə od əldə edilməsinin kəşfindən sonra ən böyük 

nailiyyət idi. Bununla böyük ictimai miqyasda əmək bölgüsünün əsası qo-

yulmuş oldu. 

Maldarlıq və əkinçiliyin inkişafı iki mühüm şərtlə bağlı idi. Birinci-

si, heyvanları  əhliləşdirmək, onları qoruyub saxlamaq və onların yalnız 

ətindən deyil, müntəzəm surətdə verdikləri  əlavə  məhsullardan (süd, yun 

və s.) istifadə etmək üçün, faydalı bitkiləri  əkib-becərmək üçün əvvəlcə 

onların üzərində müşahidələr aparmaq, onların necə çoxaldığını, böyüdük-


Elm haqqında elm 

 

 



 

432


lərini, nə kimi xassələrə malik olduqlarını öyrənmək lazım idi. Daha sonra 

bitki və heyvanat aləmində öz məqsədlərinə uyğun dəyişikliklər yaratmaq 

üçün insan həmin bilikləri tətbiq etməli, yeni əməli vərdişlər qazanmalı idi. 

Həm  əkinçilik, həm də maldarlıq sahəsində qarşıya qoyulan məqsədlərə 

çatmaq üçün yeni tipli əmək alətləri lazım idi. Beləliklə həmin dövrdə yeni 

əməli vərdişlərin və  əmək alətlərinin yaranması – texnikanın inkişafı  və 

əsasən yeni əmək sahələrinin:  əkinçilik və maldarlığın tələblərinə uyğun 

surətdə baş verirdi. 

İnsanın təbiət haqqında bilikləri artdıqca və bilavasitə istehlakdan, 

yəni təbiətdən bilavasitə yararlanmaqdan vasitəli istehlaka keçdikcə alətlə-

rin növü də artır, zənginləşirdi. Alətlərin nədən, hansı materialdan düzəl-

dilməsinin də çox böyük rolu var idi. Təbiətdə hazır  şəkildə tapılan daş, 

sümük, ağac və s. mürəkkəb texniki qurğuların yaradılması üçün kifayət 

deyildi. 

Yeni daş dövründə, neolitdə (b.e.ə. 5000-3000 illər) adamlar artıq 

hamarlanmış, pardaqlanmış daş alətlərdən istifadə edirdi. Əmək alətlərinin 

yaradılması xüsusi əməli vərdişlər və biliklər tələb etdiyindən, bu işi daha 

hamı yox, onu daha yaxşı bacaran və ancaq alət düzəltməklə məşğul olan 

adamlar – sənətkarlar görməyə başladı. Əgər eyni adamlar həm əkinçilik, 

həm də maldarlıqla məşğul olurdularsa, alət düzəldilməsi ilə tamam başqa 

adamlar məşğul olmağa başladı. Torpaqdan, kənddən ayrılmış olan və get-

dikcə daha çox ixtisaslaşan sənətkarların meydana gəlməsi  şəhərlərin ya-

ranmasına və inkişafına böyük təkan verdi. İlk tam əmək bölgüsü də bu 

vaxtdan başlandı. 

Sənətkarlığın müstəqil əməli fəaliyyət sahəsinə çevrilməsi, şəhərlə-

rin yaranması, digər tərəfdən də alətlərin düzəldilməsində metallardan isti-

fadə olunmasına başlanması texnikanın inkişafında yeni bir mərhələ açdı. 

Sivilizasiyanın təməli qoyuldu. 

Metallardan istifadə edilməsi, əlbəttə, birdən-birə metal alətlərin dü-

zəldilməsindən başlanmayıb. Metallar əvvəlcə qədim insanları öz parıltısı 

ilə cəlb edib, onlardan əyləncə və zinət şeyi kimi istifadə olunub. Məsələ 

burasındadır ki, heç də bütün metallara təbiətdə saf halda rast gəlmir. Ən 

çox qızıl və misə ayrılıqda, külçə halında rast olunur. Həm də onları tap-

maq asan məsələ deyildi. Təsadüfi deyil ki, «metal» sözünün özü də yunan 

dilində «axtarmaq» mənasını verir. İnsanlar təbiətdə hazır şəkildə əldə et-

dikləri  şeyləri tədricən öyrənir, onlardan hansı  məqsədlə istifadə etməyin 



  Elm–Texnika–İstehsal 

 

 

 

433



 

mümkün olduğunu müəyyənləşdirməyə çalışırdılar. Teofrastın dediyi kimi, 

əldə olunan şeylər ya əyləncə, ya fayda üçün, ya da həm əyləncə, həm də 

fayda üçün istifadə olunurdu. Əldə olunmuş metallara da insanlar tədricən 

xeyir, fayda baxımından yanaşmağa başladı. Daş alətlər daha bərk oldu-

ğundan insanlar mis əldə etdikdən sonra da uzun müddət daş alətlərdən 

istifadə edirdilər. Hər şey misin əridilib başqa metallarla qarışığından dü-

zələn bürünc əldə edilənə qədər beləcə davam edirdi. Amma bürünc alətlər 

öz keyfiyyətinə görə daş alətlərdən xeyli üstün olduğuna görə b.e.ə. III-II 

minilliklərdə daha çox bürünc alətlər yayılmağa başladı. Bununla da daş 

dövrü bürünc dövrü ilə əvəz olundu. 

Metalların  əridilməsi və onlardan tökmə yolu ilə müəyyən formalı 

alətlər düzəldilməsi texniki vasitələrin müxtəlif yeni növlərinin yaradılma-

sına imkan açdı. Digər tərəfdən də metaldan düzəldilən kəsici alətləri daha 

yaxşı itiləmək olurdu. Metal alətlərin düzəldilməsi və təmir edilməsi ayrıca 

bir peşə sahəsinin yaranmasına səbəb oldu ki, müasir dövrdə bu sənət 

dəmirçilik kimi məlumdur. 

Həmin dövrdə  təkərlərin düzəldilməsi və heyvanların gücündən is-

tifadə edilməsi yük daşınmasını xeyli asanlaşdırdı  və insanların fəaliyyət 

dairəsini genişləndirdi. 

Yeni əməli vərdişlər qazandıqca insan təbiətdə baş verən və özünün 

yaratdığı hadisələr haqqındakı bilikləri qaydaya salmağa və qeydə almağa 

ehtiyac hiss edirdi. Müxtəlif simvolların, rəqəmlərin, heroqliflərin və daha 

sonra yazının üzə çıxması, ölçü əməliyyatlarından istifadə edilməsi, ilk he-

sab üsullarının kəşfi əməli biliklərlə yanaşı, elmi biliklərin də tədricən for-

malaşdığına dəlalət edirdi. Elmi biliklərin sonrakı inkişafı müasir siviliza-

siyanın artıq daha çox qərarlaşdığı dövrə – e.ə. I minilliyə təsadüf edir. 

Şüurun nisbi müstəqillik əldə etməsində, biliklərin və nitqin yaran-

masında neytral müşahidənin rolu böyük olmuşdur. Seyr özünə maddi fəa-

liyyətdən fərqli olan ikinci çıxış yolu tapır. Bu yol məntiqi təfəkkürdən və 

onun nəticəsi olan biliklərdən keçərək, dil və nitq vasitəsilə maddi dünyaya 

gətirib çıxarır. Biliklər sözlə ifadə olunduqdan sonra ayrıca bir fərdə mən-

sub olaraq qalmır – ictimailəşir. Bu mərhələdə biliklərin ictimai sintezi və 

tətbiqi yeni səviyyəli və yeni mahiyyətli praktika doğurur. Mənəvi və mad-

dini özündə üzvi surətdə birləşdirən və bir fərd miqyasında həyata keçən 

praktika indi getdikcə daha böyük ictimai miqyas alan mürəkkəb prosesə 

çevrilir ki, bu da sivilizasiya məfhumu ilə ifadə olunur.  


Elm haqqında elm 

 

 



 

434


İndi qədim sivilizasiyalardan ancaq xarabalıqlar və tək-tək nümunə-

lər qalmışdır. Bu sivilizasiyalar yarımçıq bitmişdir. Onların canındakı 

enerjini nisbətən daha güclü olan sivilizasiya sümürmüş və bugünkü möh-

təşəm bir güc halına gəlib çıxmışdır.  İndi bu güc, enerji mərkəzini hansı 

isə  tək bir mənbə ilə bağlamaq cəhdləri, ona yiyələnmək, onu özəlləşdir-

mək istiqamətindəki addımlar çox təbii görünür. Halbuki, dərindən yanaş-

dıqda bu ortaq ümumbəşəri sərvət – vahid sivilizasiya keçmişə getdikdə 

hansı isə bir monokökdən deyil, olduqca fərqli mənbələrdən, köklərdən 

qida almışdır. Yəni gövdə bir olsa da, kök çoxşaxəlidir. Məhz ona görə də, 

biz ortaq sərvətdən danışırıq.  

Əslində sivilizasiyanın, ümumbəşəri tərəqqinin aparıcı, hərəkətverici 

qüvvələri və ümumi mənzərəsi eynidir. Yəni müxtəlif dövrlərdə, müxtəlif 

ölkələrdə, bölgələrdə yaranan və zaman, məkan baxımından fərqli olan si-

vilizasiyalar eyni bir prosesin fərqli koordinatlarda və libaslarda üzə 

çıxmasıdır.  

Hər yerdə əvvəlcə söz yaranmışdır. Sonrakı ən böyük hadisə yazının 

əmələ gəlməsi olmuşdur. Bu bir planda. Digər planda götürüldükdə isə si-

vilizasiya hər yerdə  əmək bölgüsündən başlamışdır. Ovçuluqdan sonra 

əkinçilik və maldarlığın yaranması və nisbi müstəqil inkişaf yolu keçməsi

zehni  əməyin fiziki əməkdən ayrılması  və  təşkilatlanması – bunlar bütün 

sivilizasiyalar üçün eyni başlanğıc olmuşdur. Coğrafi cəhətdən müxtəlif 

bölgələrdə müəyyən spesifiklik olsa da ictimai tərəqqi prosesinin hər yer 

üçün ortaq bir modelindən bəhs etmək olar. Sadaladığımız təsərrüfat for-

maları indi ancaq geri qalmış, ucqar bölgələrdə: Afrikanın, Cənubi Ameri-

kanın bəzi yerlərində saxlanılır. Amma halbuki, nə vaxtsa bütün bölgələr, 

o cümlədən Avropa həmin ilkin sivilizasiya mərhələsini yaşamışdır.  İndi 

Qərb sivilizasiyası adlanan və bütün Avropada yayılmış olan sivilizasiya 

isə əslində təkcə Avropa dəyərlərinin davamı kimi ortaya çıxmayaraq, pla-

netimizin bütün guşələrində nə vaxtsa mövcud olmuş sivilizasiyaların üs-

tün cəhətlərindən sintez olunmuşdur. Hətta nə vaxtsa Avropada yaranmış 

dəyərlər də Avropanın özündə itirildikdən sonra başqa bölgələrdən intixab 

edilmişdir.  

Tarixən yeni sivilizasiyaların yaranması çox müxtəlif formalarda 

həyata keçmişdir: köhnə bir sivilizasiyanın xarabalıqları üzərində yeninin 

yaranması bir cür hadisədir, öz təbii tarixi inkişaf prosesinin üzərində 

qurulan sivilizasiya isə xeyli fərqlidir. Bir də var müxtəlif sivilizasiyaların 



  Elm–Texnika–İstehsal 

 

 

 

435



 

qovşağında yaranan və hamısından bəhrələnən, onları üzvi surətdə birləş-

dirə bildiyi üçün daha sürətli inkişaf edən sivilizasiyalar. Əslində bu so-

nuncu vahid ümumbəşəri sivilizasiyanın prototipidir. Tarixdə buna ən par-

laq misal Antik sivilizasiyadır. O heç də  qədim yunanların təfəkkürünün 

məhsulu olmayıb, bir çox sivilizasiyaların hazır  şəkildə  mənimsənilməsi-

nin nəticəsi idi. Con Bernalın yazdığı kimi, “yunanlar özü sivilizasiya ya-

ratmamışdılar...”. Əslində mədəni inkişaf səviyyəsinə görə xeyli geri qalan 

və digər Avropa xalqları kimi ovçuluqdan hələ təzəcə əkinçiliyə keçən qə-

dim yunanlar Krit adasında və Anadoluda formalaşmış olan yüksək sivili-

zasiyaya bir növ hazır şəkildə sahib olmuşdular: “Yunanların ilkin mədə-

niyyəti o dövrdə bütün Avropada olduğu kimi, kənd təsərrüfatı tipli mədə-

niyyət idi. Bu mədəniyyət yunanların sonradan gəldiyi Krit və Anadolunun 

çox zəngin və  əsrarəngiz, yüksək səviyyəli mədəniyyəti ilə  rəqabətə girə 

bilməzdi”.

6

1



  

Digər tərəfdən, vaxtaşırı olaraq Şərqin bir çox sivilizasiyalarını mə-

nimsəyərək məhz bu məkanda məskunlaşan böyük fikir sahiblərinin təsiri 

ilə yunanlar qismən dağıtdıqları və qismən mənimsəyə bildikləri bu hazır 

sivilizasiyanı sonrakı dövrlərdə bir az da inkişaf etdirə bilmişlər. Homerin 

poemalarında da təsvir olunduğu kimi, yunanların müharibə apardığı tayfa-

lar onların özündən daha çox inkişaf etmişdilər. Troya müharibəsi də məhz 

gücün mədəniyyət üzərində qələbəsi idi. Sonrakı əsrlərdə Aleksandr Make-

donskinin hərbi istilaları da Yunanıstanın yeni donorlarla qidalanmasına 

xidmət edirdi. Başqa istilaçılar qənimət olaraq ancaq var-dövlət aldıqları 

halda, Aleksandr həm də  və daha çox dərəcədə bilik və  mədəniyyətin 

transferinə nail olurdu. Onun saldığı Aleksandriya şəhərinin böyük elm 

mərkəzinə çevrilməsi də  təsadüfi deyildi. Arximeddən Ptolomeyə  qədər, 

demək olar ki, bütün böyük alimlər Afinanın yox, məhz bu şəhərin yetiş-

dirmələri idi. Aleksandrın hətta o vaxtlar iki nüsxə olan Avestanın birini 

yandırtdıqdan sonra, müəmmalı şəkildə “itən” digər nüsxəsini Aleksandri-

yaya apartdırdığı güman olunur.

6

2



  

Bir sıra tədqiqatçılar antik fəlsəfənin qədim Hind fəlsəfəsi ilə oxşar-

lıqlarından çıxış edərək bu müəmmanın qarşısında aciz qalırlar. Məsələn, 

Şreder yazır ki, Pifaqorun ədədlərin mistikası haqqında təlimi yunan ru-

                                                 

1

 Дж.Бернал. Наука в истории общества, с. 96.  



2

 S.Xəlilov.  Şərq-Qərb: ümumbəşəri ideala doğru. Bakı, «Azərbaycan Universiteti», 

2004, s. 126; S.Xəlilov. Baxış bucağı. Bakı, Elm və təhsil, 2010, s. 222-229. 


Elm haqqında elm 

 

 



 

436


huna əsla uyğun olmadığı halda, o dövrdə bu təlim Hindistanda artıq for-

malaşmış və yayılmışdı.

6

1

 K.Şlüster isə özünün 1874-cü ildə yazdığı “Aris-



totelin metafizikası Kapilanın sankhi təliminin qızı kimi” əsərində Aristo-

tel təliminin qədim hind mənbələri ilə müqayisəli təlimini verir və heyrəta-

miz oxşarlıqlar ortaya çıxarır.

6

2



 Biz isə belə düşünürük ki, bu qədər paralel-

lər təsadüfi ola bilməz. Alman komparativistlərinin tədqiqatlarını C.Berna-

lın yuxarıda iqtibas gətirdiyimiz fikirlərilə müqayisə etməklə belə bir qəna-

ətə gəlmək mümkündür ki, “vəhşi yunanların” qarət etdiyi Krit mədəniy-

yəti  əslində o dövrdə Hindistandan üzü bəri geniş yayılmış olan böyük 

Şərq mədəniyyətinin bir hissəsi idi.  

Tarix heç də hamar, kəsilməz bir proses deyil. Quruculuq və mədə-

niyyətin səviyyəsi ilə döyüş ənənələri heç də həmişə üst-üstə düşməmişdir. 

Bir  şəhərdə, ölkədə, bölgədə müəyyən bir sivilizasiya təşəkkül tapdıqdan 

sonra, ilkin elmi biliklərin əmələ gəldiyi, mədəniyyətin bir çox sahələrinin 

inkişaf etdiyi əraziyə yadellilər gəlmiş  və bu mədəniyyəti dəyərləndirə 

bilmədikləri üçün onu dağıtmış, yox etmişlər. Təsadüfi deyil ki, ulu ba-

balarımız “torpağı əkib becərirsənsə, onu qorumağı da bacarmaq lazımdır”, 

– deyirdilər. Yəni bir əlində kətməndirsə, o biri əlində gərək qılınc olsun.  

Maraqlıdır ki, ictimai inkişafın aşağı pilləsində olanlar inkişaf etmiş 

xalqlara nisbətən daha döyüşkən olmuş və onları öz mədəniyyətləri ilə bir 

yerdə sıxışdırıb çıxarmışlar. İlk baxışda paradoksal görünsə də bunun çox 

sadə izahı var. Sadəcə olaraq, sivilizasiyanın hələ ilkin mərhələsində olan-

ların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Əkinçilik və maldarlıq pilləsinə 

yüksəlmiş xalqların çörəyi daha artıq döyüş texnikasından yox, mədəni 

quruculuqdan çıxırdı. Hələ vəhşilik dövrünü yaşayan, həyat uğrunda ölüm-

dirim mübarizəsi aparan mənimsədiyi yeganə texniki vasitələr ox və nizə 

olan tayfaya, qəbiləyə rəhbər də seçəndə meyarlardan biri kimi fiziki gücü 

nəzərə alan, yəni güc kultunun hakim olduğu xalqlar başı  mədəniyyətə 

qarışan xalqlarla savaşda açıq-aşkar bir üstünlük qazanır. Eyni vaxtda həm 

mədəni quruculuq işini, həm də döyüş praktikasını inkişaf etdirmək çətin 

olduğundan bir çox xalqlar məhz arxayınlaşdığı vaxtlarda qəfil hücumla 

üzləşirdilər. Sivilizasiyanın inkişafının ancaq müəyyən bir mərhələsindən 

sonra elmi-mədəni dəyərlər döyüş texnologiyasının modernləşdirilməsi 

                                                 

1

 L.von Schroeder. Pythagoras and die Inder. Lpz., 1884, 72-76 // Bax: Сравнительная 



философия. М., Восточная литература, 2000, с. 29-30.    

2

 Bax: Сравнительная философия, c. 28. 



  Elm–Texnika–İstehsal 

 

 

 

437



 

üçün imkan açmış və ancaq bu dövrdən sonra geri qalmış xalqların hücum-

larından mühafizə olunmaq mümkün olmuşdur. Tüfəngin, topun ixtira 

olunması  və sivilizasiyanın həm də  hərbi güc faktoruna çevrilməsi elmi-

mədəni quruculuq işinin daha rahat şəkildə davam etdirilməsinə imkan aç-

sa da yeni bir təhlükə qaçılmaz oldu. Belə ki, indi artıq barbarlardan ehti-

yatlanmayan və əksinə, onların ölkələrini ələ keçirən, müstəmləkəyə çevi-

rən “sivil” xalqlar öz aralarında girdilər, Avropada Yeni dövr bir tərəfdən 

yüksək elmi-texniki inkişaf, sənayenin tərəqqisi ilə səciyyələnirdisə, digər 

tərəfdən milli dövlətlərin formalaşması və sərhədlər uğrunda dövlətlər ara-

sı savaşlar sivilizasiyanın məhz hərbi texnika qolunun inkişafına təkan 

verdi.  


Sivilizasiyanın inkişafında  ən mühüm yeni keyfiyyət mərhələsi el-

min yaranması ilə başlanır. Belə ki, ayrı-ayrın elmi biliklərin mənimsənil-

məsi çox qədimdən başlasa da, Yeni Dövrə qədər elmi biliklər əməli bilik 

və  vərdişlərdən tamamilə ayrılmamış, elm hələ bir sistem kimi formalaş-

mamışdı. O dövrdə sivilizasiyalar texnikanın inkişaf səviyyəsinə görə fərq-

lənirdi.  

Adətən texniki tərəqqidə elmin rolundan bəhs olunur. Amma əvvəl-

cə elmin özünün bir sistem kimi formalaşması üçün texnikanın böyük rolu 

olmuşdur. Belə ki, texniki vasitələr həm elmi tədqiqat işində, həm də əldə 

edilmiş yeni biliklərin saxlanması və ötürülməsi prosesində geniş miqyas-

da istifadə olunur. Elmin sosial institut kimi formalaşması, onun fərdi miq-

yasdan ictimai miqyasa keçməsi prosesinə tarixin müxtəlif mərhələlərində 

müxtəlif texniki ixtiralar böyük təsir etmişdir. Kağızın ixtira olunması, ya-

zı mədəniyyətinin inkişafı, kitablar və onların cildlənməsi – kitab çapı, tex-

niki tərəqqiyə aid olsa da, elmin ictimailəşməsinə bilavasitə  təsir göstər-

mişdir. Nəticədə kitabxanalar yaranmış, bir alimin elmi nəticələri kitab va-

sitəsi ilə başqa bölgələrə göndərilərək elmi ictimaiyyətin coğrafiyasının 

genişlənməsinə səbəb olmuşdur. Kitabların daşınması işi, nəqliyyat texni-

kasının inkişafı sayəsində daha müntəzəm xarakter almışdır. Poçtun, tele-

qrafın da xidmətlərini nəzərə alsaq, elmi informasiyanın yayılmasında tex-

nikanın nə qədər vacib olduğu daha aşkar görünər. Əlbəttə, müasir dövrdə 

elektron poçtu, internet bu funksiyanı daha operativ surətdə həyata keçirir, 

lakin sonuncular artıq elmin öz tətbiqi sayəsində mümkün olmuşdur.  

Texnikanın və onun ayrı-ayrı hissələrinin öyrənilməsi, elmin tədqi-

qinə  nəzarət xeyli əvvəl başlanmış  və bu sahədə bir sıra vacib məsələlər 


Elm haqqında elm 

 

 



 

438


geniş  tədqiq olunmuşdur. Lakin «texnika» anlayışını  dəqiq  şəkildə  təyin 

etmək, onun əhatə dairəsini müəyyənləşdirmək tələbi yalnız indiki dövrdə 

– elmi-texniki tərəqqinin yeni keyfiyyətli mərhələyə keçməsi ilə əlaqədar 

olaraq meydana çıxmışdır. 

Məsələ burasındadır ki, müasir texnika məzmun və strukturu, habelə 

ictimai həyatda oynadığı rola görə XIX əsr və ondan əvvəlki dövrlərin tex-

nikasından ciddi surətdə fərqlənir. Bu baxımdan, texnikanın keçdiyi tarixi 

inkişaf yolunu izləmək, bu inkişafın meyllərini, qanunauyğunluğunu orta-

ya çıxarmaq onun müasir mərhələdəki spesifikasını müəyyənləşdirmək 

üçün də mühüm əhəmiyyətə malikdir. Texniki tərəqqinin nə kimi yeni key-

fiyyət və xüsusiyyət kəsb etdiyini, onun elmlə qarşılıqlı təsirinin xarakte-

rində baş verən dəyişiklikləri öyrənmədən müasir dövrdə elmi-texniki tə-

rəqqinin səciyyəsini vermək də mümkün deyil. 

Müasir texnika elmin nailiyyətlərinə əsaslanır və ondan kənarda tə-

səvvür oluna bilməz. Elmin inkişafı texniki tərəqqi üçün kafi şərt olmasa 

da, zəruri şərtdir. Əgər əvvəllər texnika elmə nəzərən qabaqlayıcı rol oyna-

yırdısa, elm texnikanı qabaqlayır və ona istiqamət verir. 

Elmin tədqiqinə müvafiq olaraq, texnikanın tədqiqi də sistemli şəkil-

də, vahid metodoloji prinsiplər əsasında aparılmamışdır. “Texnika” anlayı-

şı müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cəhətlərin ön plana çəkilməsi 

və mahiyyət kimi götürülməsi mövqeyindən öyrənilmişdir ki, bu da texni-

ka haqqında vahid elmi nəzəriyyənin işlənib-hazırlanmasına mane ol-

muşdur. 

Texnika insanın təbiətlə qarşılıqlı  təsiri prosesində vasitələndirici 

sistem kimi öyrənilmədiyindən onun mahiyyətinin dəqiq müəyyənləşdiril-

məsi hələ indiyədək mümkün olmamışdır. Bu isə elm ilə texnikanın 

əlaqəsinin optimal surətdə təşkil edilməsi işini də çətinləşdirir. 

Texnikanın tədqiqindəki vəziyyət göstərir ki, bu sahədə öyrəniliməli 

olan əsas məsələlər aşağıdakılardan ibarətdir: 

1.

 



Texnika ictimai istehsalın tərkib hissəsidirmi, yoxsa o daha ge-

niş əhatə dairəsinəmi malikdir? Başqa sözlə, insan qeyri-istehsal sahələrin-

dəki fəaliyyəti zamanı texniki vasitələrdən istifadə etmirmi? 

2.

 



Əgər «istehsal texnikası» ilə paralel surətdə digər texnika növlə-

rini də  qəbul ediriksə  və «texnika» anlayışı altında bu müxtəlif növlərin 

kompleksini nəzərdə tuturuqsa (və ya «texnika» anlayışı bu müxtəlif növ-

lər üçün ümumi olan cəhətləri ifadə edirsə), onda bu növlərin öz araların-




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin