Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə3/16
tarix03.02.2017
ölçüsü1,71 Mb.
#7578
1   2   3   4   5   6   7   8   9   ...   16

Makroelementlər  o  elementlərdir  ki,  onların  orqanizmdə  faiz 
miqdarı 10
-2 
%-dən  çoxdur.  Onlardan  O(62%),  C  (21%),  H  (10%),  N 
(3),  Ca  (2%),  P  (1%),  K  (0,23%),  S  (0,16%),  Cl  (0,1%),  Na  (0,08%), 
Mg (0,027%). 
Makroelementlər özlüyündə iki yarım qrupa bölünür: C, H, O, N, P, 
S  elementlərindən  bioloji  molekullar:  zülallar,  nuklein  turşuları, 
lipidlər,  sulu  karbonlar  və  s.  əmələ  gəlmişdir.  Digər  5  makro 
elementlər  ikinci  yarım  qrupa  daxil  olaraq,  onların  orqanizmdə  rolu 
dəqiq tədqiqatlarla ətraflı öyrənilmişdir. 
Mikroelementləri  o  elementlər  təşkil  edir  ki,  onların  canlı 
varlıqlarda faiz miqdarı 10
-3
%-dən  azdır.  Bunlar  J,  Cu,  As,  F,  Br,  Sr, 
Ba, Co və s-dir. 
Bundan  başqa  orqanizmdə  rast  gəlinən  bir  sıra  elementlər  Hg,  Au, 
U,  Th,  Ra  və  başqaları,  faiz  miqdarına  görə  çox  az  olub  (1

10
-5
%) 
müəyyən 
bioloji 
proseslərdə 
iştirak 
 
edirlər 
və 
onlar 
ultramikroelementlər adlanırlar. 

 
26 
Orqanizmdə  rast  gəlinən  bir  qrup  elementlər  biosistem  üçün  əvəz 
olunmaz elementlər olduğundan onlar biogen elementlər adlanırlar: H, 
O,  Ca, N, K, P, Na, S, Mg, Cl, C, J, Mn, Cu, Co,  Fe, Zn, Mo, V.  Bu 
elementlər fermentlərin, hormonların və vitaminlərin tərkibində olaraq, 
onların çatışmaması nəticəsində qarşısıalınmaz xəstəliklər baş verir. 
Canlı  varlığın  yaranması  və  var  olması  üçün  bəzi  metallar  əvəz 
olunmazdır  ki,  bölgü  zamanı  bunlar  10  element  olub,  həyat 
elementləri  adlanırlar:  Ca,  K,  Na,  Mg,  Fe,  Zn,  Cu,  Mn,  Mo,  Co. 
Məlumdur ki, homoqlobinin tərkibinə daxil olan iki valentli dəmir ionu 
(Fe
+2
)  ağ  ciyərdən  oksigeni  alaraq  toxumalara  daşıyır.  Orqanizmdə 
Mg
+2
  kationu  çatışmadıqda  Fe
+2
  ionunun  sintezi  getmir  ki,  bu  da 
anemiya  xəstəliyini  yaradır.  Çox  maraqlıdır  ki,  torpaqda  (əsasən  gilli 
və  karbonatlı torpaqlarda)  Fe
+2
 kationu çatışmadıqda  xlorofilin sintezi 
getmir  və  bitkilərdə  xloroz-  yarpaqların  saralması  –xəstəliyi  əmələ 
gəlir. 
Aşağıdakı  cədvəldə  kimyəvi  elementlərin  orqanizmdə,  daha 
doğrusu orqanlarda toplanması göstərilmişdir. 
Kimyəvi  elementlərin  insan  orqanizmində  rolu  müxtəlifdir. 
Makroelementlər  –  toxumaları  əmələ  gətirir,  osmos  təzyiqinin 
sabitliyini saxlayır, ion mübadiləsini həyata keçirirlər. 
 
Orqanlar 
Elementlər 
Tüklər 
Al, As, V 
Beyin 
Na, Mg, K, Li 
Hipofiz 
Zn, Br, Mn, Cr 
Göz mayesi 
Na, Cl 
Göz bəbəyi 
Ba 
Dişlər 
Ca, Mg, F 
Diş əti 
Ca, P 
Qalxanabənzər vəzi 
J, Zn, Br 
Ürək 
Ca, K 
Ağ ciyər 
Li, Na 
Skelet əzələləri 
Li, Mg, K 
Sümük toxuması 
Ca, Na, Mg, K, P 
Mədəaltı vəz 
Mg 
Qan 
Fe, Li, Na, Ca, K 
Qara ciyər 
Li, Se, Mo, Zn, Ca, Mg, K, Cu 
Böyrəklər 
Li, Se, Ca, Na, Mg, K, Mo, Cd, Hg, U 
Onurğa beyni 
Na 
Mədəaltı vəz 
Na, Cl 

 
27 
Mikroelementlər 
maddələr 
mübadiləsində, 
hüceyrələrin 
çoxalmasında,  toxuma  tənəffüsündə,  qan  yaranmasında,  zəhərli 
maddələrin 
orqanizmdən 
çıxarılmasında,  oksidləşmə-reduksiya 
proseslərində iştirak edirlər. 
Orqanizm  elə  qurulmuş  bir  sistemdir  ki, hər  hansı elementlərin 
azlığı  və  çoxluğu  anomaliyalar  yaradır.  Ətraf  mühitdə  biogen  yolla, 
bəzi  orqanizmə  lazımlı  elementlərin  çatışmaması  endemik  xəstəliklər 
yaradır.  Məsələn,  Böyük  Qafqaz  dağlarının  içməli  sularında  J,  Br 
çatışmadığından,  həmin  yerlərin  sakinlərində  bazedov  xəstəliyi 
(qalxanabənzər vəzdə), dişlərin sürətli kariyesi baş verir. 
 
Sual və tapşırıqlar 
 
1.Kimyəvi  elementlərin  yer  qabığında,  hidrosferdə,  canlı 
varlıqlarda yayılmasını müqayisə edin.  
2.Biogen elementlər hansı elementlərə deyilir?  
3.Orqanogen elementlərin adlanması hansı prinsipə əsaslanır? 
4.Makroelementlər hansı elementlərə deyilir?  
5.Mikroelementlər  hansı  elementlərdir  və    onların  bioloji  rolunu 
izah edin. 
6.Endemik xəstəliklər necə baş verir? 
______________________ 
 
 
EKOLOJĠ STANDARTLAR VƏ NORMATĠVLƏR 
 
Canlı  orqanizmlər  özünü  müdafiə  refleksi  sayəsində  və  yaşayış 
uğrunda  mübarizə  müqavimətinin  köməyilə  müəyyən  miqdar  zərərli 
çirkləndiricilərdən qoruna bilir. 
Bunun  nəticəsində,  orqanizmdə  xəstələnmə  reaksiyası  təsiri 
göstərməyən  hər  hansı  maddə  miqdarına  həmin  maddənin  hədd 
səviyyəsi  deyilir  və  maddənin  tərkib  və  xassələrinə  görə  müxtəlif 
miqdar ölçüsü ilə göstərilir. 
Digər  tərəfdən  bəzi  çirkləndiricilər  canlı  orqanizmlər  üçün  uzun-
müddətli  təsir  göstərirlər.  Bunların  hədd  səviyyəsi  tez  təsir  göstərən 
maddələrdən  aşağı  olur.  Bioakkumulyasiya  olunan  və  radioaktiv 

 
28 
maddələr  müstəsna  təşkil  edir.  Tədqiqatçıların  rəyinə  görə  radioaktiv 
maddələr  üçün  hədd  səviyyəsi  sıfıra  bərabərdir.  Bu  o  deməkdir  ki, 
hətta ən az vaxt daxilində onlar orqanizm üçün təhlükə mənbəidir. 
Bioakkumulyasiya  hadisəsi,  çirkləndiricilərin  canlı  orqanizmdə 
toplanması  prosesi  olub,  qidalanma  zamanı  orqanizmə  daxil  olan 
zərərli  maddələrin  kənar  olması  zəiflədikdə  baş  verir.  Məsələn, 
balıqlarda  civənin  miqdarı  balığın  tutulduğu  suda  olan  civənin 
miqdarından  1000  dəfə  çox  ola  bilir.  İnsan  həmin  balıqlarla  qida-
landıqda ölümlə nəticələnən zəhərlənmə baş verir. 
İnsan uzun müddət çirkləndirici maddələr mühitində yaşadıqda, hiss 
edilməyən dərəcədə ziyanlı maddələri qəbul edir və həmin maddələrin 
miqdarı müəyyən həddə çatdıqda təsir mexanizmi «işə düşür». 
Tibbdə olduğu kimi ekoloji kimyada da maddələrin təsir göstərdiyi 
miqdar doza ilə göstərilir. Doza sözü, yunan sözü olan dosis sözündən 
yaranmışdır ki, mənası dəqiq çəki miqdarı deməkdir. 
Ekoloji  zəhərləyicilərin  miqdarı  L  hərfi  ilə  işarə  edilir  ki,  bu  latın 
dilində Letal (öldürücü) sözünün baş hərfi ilə göstərilir. 
Əgər  zəhərlənmə  tənəffüs  vasitəsilə  baş  verirsə,  bu  zaman  zəhərli 
qazların qatılığı və tənəffüsün vaxtı ilə müəyyən edilir - C.t. Burada c-
qatılığı, t-zamanı göstərir. 
Maddələrin  qatılığı-  mq/m
3
  ilə  hesablanır.  Əgər  zəhərlənmə  başqa 
yolla –mədə-bağırsaq, dəri, əzələ və qan vasitəsilə baş verərsə kimyəvi 
maddənin dozası mq/kq-la göstərilir. 
Müxtəlif ölüm (letal) dozaları müəyyənləşdirilmişdir: 
a) LCt
50
 – tənəffüs yolu ilə zəhərlənmə. 
b) LD
50
 – başqa yollarla zəhərlənmə. 
İndeksdə  göstərilən  rəqəm  orqanizmin  məhv  olması  ehtimalını 
göstərir – yəni 50% ölümlə nəticələnə bilər. 
Ətraf  mühitin  qorunması  üçün  zəhərli  maddələrin  biosferdə  olan 
miqdarı,  hər  bir  maddə  üçün  müəyyən  edilmişdir  ki,  buna  ekoloji 
norma deyilir. 
Ekoloji  normaya  əməl  olunması,  ətraf  mühiti  antropogen 
çirklənmədən  qorumaq  və  canlı  varlıqlar  üçün  normal  şərait 
yaratmaqdır. 
Ekoloji  normativlərdən  biri,  ziyanlı  maddələrin  təbii  mühitdəki 
miqdarının  təyin  edilməsidir  ki,  buna–YOL  VERİLƏN  QATILIQ  

 
29 
HƏDDİ (YVQH) deyilir. 
Bu  hədd  o  deməkdir  ki,  həmin  miqdar  maddə  ətraf  mühiti,  insan 
orqanizminə və gələcək nəslə zərər verəcək dərəcədə çirkləndirmir. 
YVQH-müəyyən edilərkən elə rəqəm seçilir ki, hər hansı maddənin 
miqdarı nəinki insan orqanizminə, eləcə də bitkilərə, digər heyvanlara 
və  mikroorqanizmlərə  ziyanlı  təsir  göstərmir.  Bu  zaman  termin 
aşağıdakı kimi dərk edilir – maddənin ekoloji yol verilən miqdar həddi 
-  EYVMH. 
YVQH-əsas ekoloji normativ olub, hava və su üçün dəqiq müəyyən 
olunmuş  qiymətə  malikdir.  Torpaq  üçün  bu  miqdar  hazırlanmaq 
üzrədir və gələcəkdə dəqiq müəyyənləşəcəkdir. 
Qeyd  etmək  lazımdır  ki,  bütün  çirkləndiricilər  üçün  hədd 
miqdarının  dəqiq  təyin  olunmasına  baxmayaraq,  onların  sinergizmi 
(biri-digərinin 
zəhərləyici 
təsirinə 
göstərdiyi 
effekt) 
və 
akkumilyasiyası dəqiq və sona qədər öyrənilməmişdir. 
YVQH  -  əsasında  elmi-texniki  normativlər  işlənib  hazırlanmışdır: 
yol verilən tullantı (YVTH) həddi, yol verilən axıdılma (YVAH) həddi 
və  s.  bu  normativlər  uyğun  olaraq  atmosferə  və  su  hövzələrinə 
buraxılan zəhərli maddələrin birdəfəlik miqdarı kimi müəyyən edilir və 
ekoloqlar tərəfindən nəzarətdə saxlanılır. 
Bir qayda olaraq bu normativlər müəyyən edilərkən bir sıra amillər 
–  hidrometeoroloji  şərtlər,  relyef,  müddət,  orqanizmlərin  zədələnmə 
hesabatı və s. – nəzərə alınmalıdır. 
Elə müəssisələr vardır ki, onlar bu normativlərdən kənara çıxa bilir. 
Məsələn,  istilik  və  atom  elektrik  stansiyaları  üçün  müvəqqəti 
razılaĢdırılmıĢ tullantı (MRT) miqdarı müəyyən edilir. 
Hava  mühitində  zərərli  maddələrin  miqdarı  bəzən  istehsalat  zonası 
üçün müəyyən edilir. Bu normativ Yol verilən miqdar həddindən iĢlək 
zonası  üçün  nəzərdə    tutulur  və  YMH
i.z.
-kimi  göstərilir,  ölçüsü  isə 
mq/m
3
 kimi göstərilir. 
Yaşayış zonalarında digər normativlər fəaliyyət göstərir. Bu zaman 
yolverilən  miqdar  həddi  yaşayış  sahəsinin  atmosferi  üçün  müəyyən 
edilir və orta gündəlik, maksimum birdəfəlik (m.b.) kimi göstərilir. 
Zərərli maddənin maksimum birdəfəlik hədd miqdarı elə seçilir  ki, 
hər  hansı  maddənin  1m
3
  havadakı  milliqrammlarla  miqdarı,  orqanizm 
üçün hər hansı reflektor reaksiya göstərmir və ya iyi hiss edilmir. 

 
30 
Çirkləndirici  maddənin  orta  gündəlik  (o.g.)  həddi  mq/m
3
  miqdarı 
ilə göstərilir. Bu miqdar maddələrin 24 saat ərzində orqanizmdə törədə 
biləcək xassəsilə müəyyən edilir və YMH
o.g.
 kimi göstərilir. 
Ümumiyyətlə, yuxarıda göstərilən normativlər fərdi xarakter daşıyır 
və hər bir maddə üçün müxtəlif miqdar təşkil edir. 
Məsələn, kükürd-4 oksid və azot-4oksid üçün mq/m
3
 miqdarında bu 
hədd aşağıdakı kimidir: 
 
Maddə 
YMH
i.z.
 
YMH
o.g.
 
YMH
m.b.
 
Kükürd-4 oksid SO
2
 
10 
0,05 
0,500 
Azot-4 oksid NO
2
 

0,04 
0,085 
 
Hidrosfer üçün də ekoloji normativlər qəbul edilmişdir. Maddələrin 
zəhərlilik  təsirinə  görə  miqdarları  müxtəlif  olub  1  litr  suda  maddənin 
milliqramlarının miqdarı ilə hesablanır və YMH
s
 kimi göstərilir. 
Su  hövzələri  qarışıqların  miqdarına  görə  bir  sıra  kateqoriyalara 
bölünür: 
-təsərrüfat-içməli suları; 
-mədəni məişət suları; 
-balıqçılıq üçün yararlı sular; 
-texniki qurğular və zavodlar üçün sular. 
Məsələn,  təsərrüfat-içməli  sularda  neft  0,3  mq/l  nəzərdə  tutulursa, 
balıqçılıq  üçün  yararlı  sularda  bu  miqdar  0,05  mq/l  təşkil  edir. 
Tədqiqatlar  göstərmişdir  ki,  az  miqdarda  neft  və  neft  məhsulları 
balıqların  orqanizmində  daima  toplanaraq  kürülərin  əmələ  gəlməsinə 
və inkişafına mənfi təsir göstərir. 
Litosferdə  ekoloji  normativlərin  müəyyənləşdirilməsi  bir  sıra 
səbəblərdən  çətinlik  törədir.  Bir  tərəfdən  torpaq  qatı  hava  və  su 
mühitində 
nisbətən 
hərəkətsiz 
olub 
zəhərli 
maddələrin 
akkumluyasiyası  prosesi  gedir.  Digər  tərəfdən  mikroorqanizmlərin 
həyat  fəaliyyəti  nəticəsində  bir  sıra  maddələr  zərərsizləşir  və  ya 
miqrasiya edir. 
Digər tərəfdən torpağa hopmuş zərərli maddələr torpağın mürəkkəb 
quruluş və tərkibinə görə müxtəlif  cür təsir göstərir. 
Məsələn  ağır  metalların  toplanması  onun  uduculuq  xassəsindən, 
turşu-qələvi  göstəricisindən  və  humus  tərkibindən  çox  asılıdır.  Ona 

 
31 
görə  də  torpaqlar  üçün  səmtləĢdirilmiĢ  yol  verilən  qatılıq  (SYQ) 
vahidindən  istifadə  olunur  və  mq/kq  çəki  miqdarı  ilə  göstərilir.  SYQ 
müəyyən sinif birləşmələr üçün normativ kimi qəbul edilir. 
Aşağıdakı  cədvəldə  bəzi  ekoloji  çirkləndiricilər üçün 
YMH və SYQ miqdarları  mq/kq ilə göstərilmişdir. 
 
Maddə 
YMH 
SYQ 
Karbofos 
0,5 
 
Xlorofos 
0,5 
 
Bromofos 
 
0,20 
Heksaxlorbenzol 
 
0,03 
 
 
 
Sual və tapşırıqlar 
 
1. Hədd səviyyəsi və dozanı izah edin.  
2. Bioakkumulyasiya nədir? Misallar göstərin. 
3. Ekoloji zəhərləyicilərin dozası  necə müəyyən edilir? 
4. Ekoloji norma nədir və hansı məsələləri həll edir? 
5. Su mühitində YVQH necə qəbul edilmişdir? 
6. Torpaqda YVQH-ni müəyyən etmək hansı çətinliklərlə üzləşir? 
7.  SYQ  (səmtləşdirilmiş  yolverilən  qatılıq)  necə  müəyyənləşdirilir 
və ölçü vahidi hansıdır? 
_____________________ 

 
32 
Fəsil II.  
 
YER PLANETĠ VƏ CANLI ALƏM 
 
Yer  günəş sisteminin Günəşdən  məsafəsinə  görə  üçüncü  (149,6 

 10
6
 
km,  təqribi  150000000  km),  ölçüsü  və  kütləsinə  görə  beşinci  planetidir. 
Yer qrupu planetləri – Merkuri, Venera, Yer və Mars – arasında ən böyük 
olan, Yer planeti müasir kosmoqonik baxışlara görə təqribən 4,5 milyard 
il  bundan  əvvəl,  günəşətrafı  fəzada  təbiətdəki  səpinti  halındakı  bütün 
məlum  kimyəvi  elementlərin  kondensasiyasından  yaranmışdır.  Günəş 
sistemindəki başqa planetlərdən fərqli olaraq Yer planetində canlı aləm, o 
cümlədən insan meydana gəlmişdir (4,5 milyon il bundan əvvəl). 
Son illər Yerin formasının süni peyklərlə öyrənilməsi göstərmişdir ki, 
Yerin  forması  mürəkkəb  olub  ürəyə  oxşayır.  Odur  ki,  kardiodid 
adlandırılmışdır.  Şimal  qütbü  rayonunda  planetimiz  qabarıq,  cənub 
qütbündə isə batıqdır. 
Yer planeti Yer qabığından, mantiyadan və nüvədən ibarətdir. 
Amerika  geokimyaçısı  B.Meysonun  hesablamalarına  görə  Yer 
planetinin kimyəvi tərkibi faizlə aşağıdakı kimidir: 
 
Dəmir 
34,63 
Natrium 
0,57 
Oksigen 
29,53 
Xrom 
0,26 
Silisium 
15,20 
Manqan 
0,22 
Maqnezium 
12,70 
Kobalt 
0,13 
Nikel 
2,39 
Fosfor 
0,10 
Kükürd 
1,93 
Kalium 
0,07 
Kalsium 
1,13 
Titan 
0,05 
Alüminium 
1,09 
 
 
 
Yerin əmələ gəlməsi, əsasən radioaktiv elementlərin, - uran torium və 
kaliumun  radioaktiv  izotoplarının,  parçalanması  zamanı  ayrılan  istilik 
hesabına  Yer  təkinin  tədricən  isinməsinə  səbəb  olan  maddənin 
diferensasiyası  ilə  müşahidə  olunmuşdur.  Bu  differensasiya  nəticəsində 
Yer konsentrik yerləşən və kimyəvi tərkibi, aqreqat halı fiziki xassələrinə 
görə fərqlənən geosferlərə bölünmüşdür. Mərkəzində mantiya təbəqəsi ilə 
əhatələnən Yerin nüvəsi yaranmışdır. 
Ərimə  prosesində  mantiyadan  ayrılmış  maddənin  ən  yüngül  və  asan 
əriyən komponentlərindən mantiya üzərində Yer qabığı yaranmışdır. 
Yer qabığı üzvi aləmin inkişafı üçün əlverişli qat olub, həcminə görə 

 
33 
Yerin  1,2%-ni,  kütləsinə  görə  0,7%-ni  təşkil  edir.  Yer  qabığı  prinsipcə 
fərqlənən iki əsas strukturdan – materiklər və okeanlardan, ibarətdir. Yer 
qabığının  qalınlığı  materiklərlə  və  okeanlarda  müxtəlif  dərinlikdə  olub, 
20-70 km dərinliyinə qədər hesab edilir. 
Yer  qabığının  kimyəvi  tərkibi  Yer  planetinin  kimyəvi  tərkibindən 
fərqlənir və aşağıdakı kimidir: 
O
2
-47,2%;  Si-27,6%;  Al-8,8%;  Fe-5,1%;  Ca-3,6%;  Na-2,64%;  K-
2,6%; Mg-2,1%. 
Yer qabığının 99,64% - 8 elementin payına düşür. 
İlk dəfə 1898-ci ildə Amerika alimi F.U.Klark 50-yə qədər elementin 
yer  qabığında  yayılmasını  faizlə  hesablamışdır.  Odur  ki,  rus  alimi 
A.Y.Fersman  elementlərin  yayılmasını,  Klarkın  şərəfinə  «Klark» 
adlanmasını təklif etmişdir. 
Yer planetinin ən mühüm xüsusiyyəti canlı orqanizmlərin fəaliyyəti ilə 
yaranan  biosfer  təbəqəsinin  olmasıdır.  Müxtəlif  məlumatlar  toplusuna 
əsasən Yer üzərində 1,2-2 milyon həddində heyvan və bitki növü vardır 
ki, ondan da ¾ hissəsi bitkidir. 
Yer  qabığının  üst  hissəsi  hava  okeanı  ilə  əhatə  olunmuşdur  ki,  buna 
atmosfer  («atmos»  yunanca  buxar,  «sphaira»-kürə  deməkdir)  deyilir. 
Müasir  yer  atmosferinin  bərk  örtükdən  ayrılan  qazlardan  əmələ  gəlməsi 
güman edilir. 
Alt qatlardakı su buxarı, buz dənəcikləri, his, toz nəzərə alınmasa, yer 
Atmosferinin alt qatının tərkibi sabit olub, 78,08% azot, 20,95% oksigen, 
0,93% arqon, 0,03% karbon qazı, 0,01%-i isə hidrogen, helium, kripton, 
ksenon və neon qazlarından ibarətdir. 
Hündürlükdən  asılı olaraq atmosferin tərkibi dəyişir. 
Odur  ki,  Homosfer  (yunanca  «homos»  eyni)  və  Heterosfer  (yunanca 
«hetero»-müxtəlif) qatlarına ayrılır. 
Atmosfer  havanın  yaxşı  qarışan  və  molekulyar  azotun  molekulyar 
oksigendən 4 dəfə çox olan təbəqəsidir. 
Heterosferdə oksigen və azot molekullarının parçalanması nəticəsində 
havanın  tərkibi  dəyişir.  20-30  km  hündürlükdə  molekulların  atomlara 
parçalanma  prosesi  başlayır.  Təxminən  100  km  hündürlükdə    isə  qazlar 
atom halında olurlar. 
Yer  planetinin  canlılar  yaşayan  hissəsi  fransız  bioloqu  J.B.Lamark 
tərəfindən  «BİOSFER»  adlandırılmışdır.  Lamarkın  «biosferi»  atmosfer, 
hidrosfer və litosfer təbəqələri kimi ayrılıqda analiz edilmişdir. 

 
34 
Odur ki, ətraf mühitin çirklənməsi və onun kimyəvi tədqiqi birsferə bir 
başa təsir edən təbəqələr üzrə ayrılıqda analiz ediləcəkdir. 
 
ATMOSFER VƏ ONUN QURULUġU 
 
Bizim yaşadığımız hava okeanı atmosfer adlanır. Atmosfer qazlarının 
ümumi  çəkisi  5¸13¸10
15
t  olub,  tərkib  və  xassələrinə  görə,  eləcə  də  Yer 
qabığından məsafəsinə görə fərqlənirlər. 
Yerə ən yaxın atmosfer qatı Troposfer (yunan dilində –tropos-dəyişən 
deməkdir)  adlandırılır.  Onun  hündürlüyü  yerlərdən  asılı  olaraq  dəyişir: 
ekvator  üzərində  16-18  km,  qütblərdə  isə  aşağı  olub,  8-10  km  olur. 
Troposferdə  gedən  proseslər  iqlim  dəyişməsinə  və  digər  hadisələrə  təsir 
göstərir.  Canlı  orqanizmlər  troposfer  vasitəsilə  daimi  əlaqədə  olur. 
Troposferdə  yağıntılar,  buludlar,  ildırım  boşalmaları,  hava  burulğanları, 
temperatur  və  fəsil  dəyişmələri  əmələ  gəlir.  Troposferin  yuxarı  qatlarına 
getdikcə temperatur aşağı düşür. 
Troposferin üst qatı isə Stratosfer (latın sözü olub, mənası – döşəmə, 
qat)  yerləşir.  Burada  yüksəkliyin  müəyyən  hündürlüyündə,  temperatur 
dəyişməz  qalır.  Sonrakı  hündürlükdə  isə  artmağa  başlayır.  Stratosferdə 
Ozon  qatı  yerləşir.  Ozon  troposferdə  də  vardır,  lakin  ədəbiyyat 
məlumatlarında fərqli rəqəmlər göstərilirsə də, əsas ozon kütləsi 5-30 km-
də toplanmışdır. 
Yerdən  50  km  yüksəklikdə  Mezosfer  (mənası  araqatı  deməkdir) 
yerləşir  və  burada  temperatur  yenidən  aşağı düşür.  80  km-dən  yüksəkdə 
isə termosfer (istilik qatı deməkdir) yerləşir ki, onun dəqiq son sərhəddi 
yoxdur. 400 km-dən yuxarıda isə ekzosfera (xarici qat) yerləşir. 
Yerdən  yüksəyə qalxdıqda hava  seyrəkləşir və  hava  kütləsinin 90%-i 
1-16 km hündürlükdə yəni troposferdə yerləşmişdir. Odur ki, yuksəkliyə 
qalxdıqca  hava  seyrək  olduğundan  tənəffüs  çətinləşir.  Bunun  səbəbi 
olaraq  10 km-dən  yüksəkdə  uçan  reaktiv  təyyarələrin  sürücüləri  oksigen 
balonundan istifadə edirlər. 
Mezosferdən  yuxarı  təbəqə  Termosfer  (istilik  sferası)  adlanır  və  son 
sərhəddi  800  km  hündürlükdədir.  Təqribən  200  km  hündürlükdə 
temperatur  525-725
0
S  olur.  Termosferin  yuxarı  sərhəddində  yerləşən 
Termopauza adlı keçid təbəqəsində isə temperatur 1725-2725
0
S-yə çatır. 
  
Sual və tapşırıqlar 

 
35 
 
1.Yerin atmosferi hansı qatlardan ibarətdir? 
2.Atmosferin temperaturu yüksəklikdən asılı olaraq necə dəyişir? 
3.Ozon təbəqəsi atmosferin hansı qatında  daha çoxdur? 
4.Biosfer qatının əhəmiyyəti nədən ibarətdir? 
_________________ 
 
 
ATMOSFERĠN KĠMYƏVĠ TƏRKĠBĠ 
 
Atmosferin  kimyəvi  tərkibi  XVIII  əsr  tədqiqatlarından  sonra 
müəyyənləşmiş  oldu:  onun  əsas  tərkib  elementi  olan  azot  1772-ci  ildə 
Rezerford,  1773-cü  ildə  Şeyele,  1776-cı  ildə  Lavauzye  tərəfindən  kəşf 
edilmişdir. Azotun havada faiz tərkibi 78,08%-dir. 
Atmosferin faiz miqdarına görə – 20,95% ikinci elementi olan Oksigen 
haqqında  ilk  məlumatı  1774-cü  ildə  Pristli  vermiş,  lakin  onun  kəşfi 
Lavuazye tərəfindən – 1776 daha da dəqiqləşdirilmişdir. 
Tərkib faizinə görə – 0,93% üçüncü element olan Arqon 1894-cü ildə 
Ramzay tərəfindən kəşf edilmişdir. 
Atmosferin kimyəvi tərkibi aşağıdakı cədvəldə göstərilmişdir. 
 
 
Qazlar 
Formulu 
Qatılığı, % 
Atmosferdə miqdarı x10
9
 ton 
Azot 
N
2
 
78,084 
3,900000 
Oksigen 
O
2
 
20,948 
1,200000 
Arqon 
Ar 
0,934 
67000 
Karbon qazı 
CO
2
 
0,032 
2600 
Su buxarı 
H
2

Nəzərə alınmır 
14000 
Neon 
Ne 
18,18,10
-6
 
65 
Kripton  
Kr 
1,14,10
-6 
17 
Metan 
CH
4
 
2,00,10
-6
 

Helium 
He 
5,24,10
-6
 

Ozon 
O
3
 
0,15,10
-6
 

Ksenon 
Xe 
0,087,10
-6 

Azot-1 oksid 
N
2

0,5,10
-6
 

Dəm qazı 
CO 
Çox az 
0,6 
Hidrogen 
H
2
 
0,5,10
-6
 
0,2 
Ammonyak  
NH
3
 
Çox az 
0,02 
Azot-4 oksid 
NO
2
 
0,01,10
-6
 
0,013 
Azot-2 oksid 
NO 
iri 
0,005 
Kükürd-4 oksid 
SO
2
 
0,5,10
-6
 
0,002 
Hidrogen sulfid 
H
2

izləri 
0,001 

 
36 
Cədvəldə göstərilən qazlar uzun müddətli təkamül nəticəsində təbii 
yolla  əmələ  gəlmiş  və  çanlı  varlıqların  həyat  fəaliyyəti  nəticəsində  az 
da olsa dəyişmişdir. 
Bioloji və kimyəvi proseslər nəticəsində ammonyak, kükürd qazları, 
hidrogen,  sulfid  və  s.  əmələ  gələrək  atmosferin  tərkib  hissəsinə 
çevrilmişdir.  Üzvi  maddələrin  və  karbonlu  digər  birləşmələrin 
çürüməsi  nəticəsində  metan  və  hidrogen  sulfid  qazları  əmələ  gəlir. 
Azot oksidləri isə ildırım boşalmaları nəticəsində əmələ gəlir. Dünyada 
hər saniyədə 100-ə qədər ildırım boşalmaları qeyd edilir. 
Atmosfer havasından sənayedə, texnikada, tibbdə istifadə olunan bir 
sıra qazlar alınır. Təsirsiz qazlar, azot, oksigen, karbon qazı, hidrogen 
əsasən  havanın  mayeləşməsindən  alınır.  Təbii  qazların,  kömürün, 
neftin  təbii  ehtiyatları  getdikcə  azaldığından,  hava  atmosferinə 
göstərdikləri  təsirlər  də  dəyişməlidir.  Oksigenə  tələbatla  onun  əmələ 
gəlməsi  arasındakı  nisbət  birincinin  çox  olması  səbəbindən  dəyişir  və 
bu hadisə gələcəkdə daha çox hiss ediləcəkdir. 
Atmosferdə olan az miqdar qaz qatışıqlarının «yaşama» müddəti bir 
neçə  sutkadan  100  ilə  qədər  dəyişə  bilir  və  aşağıdakı  qaz  sırasında 
«yaşama» müddəti çoxalır: 
 
O
3
; CO;  CH
4
; H
2
;  N
2

 
Atmosfer  havasında  bir  sıra  mikroorqanizmlərə-bakteriyalar, 
viruslar, kif  göbələkləri və  s. rast gəlinir ki, onlar havada artıb çoxala 
bilir. 
 
Sual və tapşırıqlar 
 
1. Atmosferin əsas tərkib qazları hansılardır? 
2. Su buxarı hansı qatda daha çoxdur? 
3.  Atmosferdə  çox  az  miqdar  təşkil  edən  qazların  əmələ  gəlmə 
mənbəini göstərin. 
4. Hansı qazlar atmosfer havasından alınır? 
_________________ 
 
 

 
37 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin