Elman Mövsümov Laləzar Quliyeva


EKOLOGĠYA ELMĠ VƏ ONUN ĠNKĠġAF TARĠXĠ



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix03.02.2017
ölçüsü1,71 Mb.
#7578
1   2   3   4   5   6   7   8   9   ...   16

EKOLOGĠYA ELMĠ VƏ ONUN ĠNKĠġAF TARĠXĠ 
 
«Ekologiya»  terminini  ilk  dəfə  elmə  alman  alimi  Ernest  Hekkel 
(1834-1919)  gətirmişdir.  Ekologiya  yunan  sözü  olub  oikos-(ev, 
məskən, vətən) və logos-(öyrənmək, təlim) sözlərindən yaranmışdır. 
Ernest  Hekkel  özünün  «Orqanizmlərin  ümumi  morfologiyası» 
(1866)  və  «Dünyanın  yaranmasının  təbii  tarixi»  (1868)  əsərlərində 
yeni  elmə  aşağıdakı  izahı  vermişdir.  «Ekologiya  dedikdə  biz  təbiətin 
iqtisadiyyatını  özündə  əks  etdirən  biliklər  sistemini  başa  düşməliyik. 
Canlıların  onları  əhatə  edən  üzvi  və  qeyri  üzvi  aləmlə  əlaqəsi, 
heyvanlar və bitkilərin biri-biri ilə canlı əlaqəsi, həmçinin canlıların bir 
başa  təmasda  olduğu  üzvi  aləmlə  münasibəti  nəzərdə  tutulmalıdır  ki, 
Darvin bunu «yaşayış uğrunda mübarizə adlandırmışdır». 
Beləliklə,  Hekkelə  görə  ekologiya-orqanizmlərin  ətraf  mühitə 
münasibəti haqqında bir elmdir. 
Məşhur  Fransalı  ekoloq  Pyev  Aqess  demişdir:  «Ekologiya-təkcə 
təbiət  elmi  olmamalıdır.  O,  həmçinin  hüquq,  iqtisadiyyat,  sosiologiya 
elmlərini də əhatə etməlidir». 
Məşhur  rus  ekoloqu  A.B.Yablokov  yazırdı:  «Bir  qrup  alimlər 
ekologiyanı  təbiət  elmi  kimi  göstərərək,  onun  orqanizm  ilə  ətraf 
mühitin  münasibətini  öyrənən  elm  kimi  nəzərdə  tutur;  ikincilər  canlı 
varlıqların  yaşadıqları  mühitlə  münasibətini  tədqiq  edərək,  kompleks  
elm  kimi  nəzərdə  tuturlar;  üçüncülər-müxtəlif    iyerarxiya  (aşağı 
rütbəlilərin  yuxarı  rütbəlilərə  tabe  olması)  səviyyəsində  ekosistemin 
funksional  qanunauyğunluqlarını  öyrənən  təlim  kimi  nəzərdə  tuturlar. 
Bütün bu təyinlər natamam hesab edilməlidir». 
Ensiklopedik    lüğətdə    ekologiya  aşağıdakı  kimi  müəyyən 
edilmişdir: «Ekologiya bitki  aləmi ilə  canlı  orqanizmlər arasında və 
onların  ətraf  mühitlə  münasibəti  haqqında elmdir». 
Ekologiyanın  bir  elm  kimi  XIX  əsrin  ortalarından  yaranmasına 
baxmayaraq,  mahiyyət  etibarı  ilə  canlı  varlıqların  təbiətlə  münasibəti, 
heyvan  və  bitkilərin  yaşayış  tərzi  hələ  eradan  əvvəl  antik  filosofların 
əsərlərində öz əksini tapmışdır. 
Aristobul (b.e.ə.384-322) 500 növ heyvanların davranış qaydalarını 

 
14 
şərh  etmişdir.    Onun    tələbəsi,    botanik    Teofrast    Ereziyski  (b.e.ə. 
371-280)    bitkilərin  həyat  fəaliyyətini  öyrənərək  onun  iqlim  və 
torpaqdan asılılığını tədqiq etmişdir.  
Orta  əsrlərdə  bu  elmin  öyrənilməsi  haqqında  məlumatlar  bizə 
çatmasa da, Böyük coğrafi kəşflər və intibah dövrləri zamanı bitki və 
heyvanların sistematikası yaradılmışdır. 
Sistematikanın  baniləri  A.Seralpin  (1519-1603)  və  D.Rey  (1628-
1705)  bitki  növləri  ilə  yetişmə  fazası  və  məskunlaşma  zonası 
arasındakı asılılığı təsvir etmişlər. 
Fransız təbiətşünası Jorj Byutton (1707-1788) ilk dəfə olaraq ətraf 
mühitin  (temperatur,  iqlim,  qida  növləri)  təsiri  ilə  bir  növün  digərinə 
keçməsi mümkünlüyünü öyrənməyə başlamışdır. 
İlk  təkamül  təliminin  banisi,  botanik,  zooloq  Jan  Batist  Lamark 
(1744-1829) ilk dəfə ətraf mühitin orqanizmə təsirini öyrənərək, insan 
fəaliyyətinin  katastrofik  nəticələr  verə  biləcəyini  söyləmişdir:  «Biz 
insanlar gələcəkdə Yer planetini yaşayış üçün yararsız edəcəyik». 
XIX  əsrin  əvvəllərində  yaranan  biocoğrafiya  elmi  ekoloji 
təsəvvürlərin inkişafına təkan vermiş oldu. 
Alman təbiətşünası Aleksandr Qumboldt (1769-1859) 1807-ci ildə  
bitkilərin  coğrafiyasını  tədqiq  edərək  yeni  ekoloji  istiqaməti 
müəyyənləşdirmiş oldu: uyğun zonalarda və üfüqi coğrafi qurşaqlıqda 
müxtəlif növ bitkilər eyni zahiri görünüş qazanırlar. 
Bu  istiqamətdə  böyük  ingilis  alimi  Çarlz  Darvinin  (1809-1882) 
əvəzsiz xidmətləri qeyd edilməlidir. «Növlərin əmələ gəlməsi» (1859) 
əsərində  orqanizmlərin  həyat  şəraitinə  uyğunlaşmasından  bəhs 
edilərək, onların  ətraf  mühitlə qarşılıqlı əlaqəsi  göstərilmişdir ki, bu  
da ekoloji təlimin bir hissəsi kimi qeyd edilməlidir. 
XIX  əsrin  sonlarında  ekologiya  digər  elmlər  arasında  özünün  əsl 
yerini  tapmış  oldu.  1870-ci  illərdə  ekologiyada  yeni  elmi  istiqamət 
yarandı. 
1877-ci ildə alman hidrobioloqu K.A.Möbus (1825-1908) biosenoz 
haqqında  yeni  elmi  fikir  formalaşdıraraq,  orqanizmlərin  təkamül 
prosesində  xarici  mühitin  təsirindən  asılılığını  müəyyən  etdi.  Möbusa 
görə,  biosenoz  və  ya  təbii  birgəyaşayış  növlərin  eyni  ekoloji  muhitə 
uyğunlaşması  əsasında  formalaşmışdır.  Buradan  da  botaniki 
ekologiyanın əsası qoyulmuş oldu. 

 
15 
XX  əsrin  əvvəllərində  ekologiya  botanikadan  və  zoologiyadan 
ayrılaraq sərbəst  bir elm  kimi inkişaf etməyə başladı. Artıq 1910-cu 
ildə  ekologiya  özlüyündə  autekologiya  və  sineekologiya  sahələrinə 
ayrıldı. 
1913-20-ci  illərdə  ekoloji  elmi  cəmiyyətlər  yaradıldı  və  xüsusi 
jurnallar  buraxıldı,  Ekologiya  bir  fənn  kimi  universitetlərdə  tədris 
olunmağa başladı. 
Hazırda öyrənilən ekologiya 1920-1940-cı illərdə təşəkkül tapdı və 
bir  elm  kimi  özünün obyektini  müəyyənləşdirərək  xüsusi  metodlar  və 
konsepsiyalar yaratmış oldu. 
1930-cu  illərdə  ingilis  alimi  Ç.Elton  ekologiya  elmində  yeni 
istiqaməti-populyasiya ekologiyasını yaratdı. 
1940-cı illərin əvvəllərində ekologiyada yeni təsəvvürlər yaranmağa 
başladı.  İngilis  alimi,  botanik-ekoloq  A.Tensli  (1871-1953)  yeni  bir 
istiqamətin  –  «ekosistemin»  əsasını  qoydu.  «Ekosistem»  dedikdə  – 
müxtəlif orqanizmlərin birgə yaşayış» qaydalarının məcmuu, eləcə də 
onların  yaşayış  təminatını  ödəyən  üzvi  və  qeyri  üzvi  aləmin  təsir 
mexanizmi nəzərdə tutulur. 
Ekositstemləri  öyrənən  amerika  alimi  R.Lindman  1942-ci  ildə  öz 
tədqiqatlarını  ümumiləşdirərək  yeni  konsepsiya  irəli  sürmüşdür:  «Bu 
elə  bir  sistemdir  ki,  burada  fiziki-  kimyəvi-bioloji  proseslər  müəyyən 
zaman və məkan daxilində baş verir». 
Ekologiya tarixində XX əsrin  ən  böyük  alimlərindən biri olan, rus 
təbiətşünası  V.Ġ.Vernadskinin  (1863-1945)  rolunu  qeyd  etməmək 
olmaz. 
O,  «biosfer»  təlimini  yaradaraq  canlı  varlıqların  mövcud  olma 
sahəsini  müəyyən  edərək,  onun  qanunauyğunluq  formalarını, 
davamlılığını və inkişafını göstərmişdir. 
Biosfera-möhtəşəm  ekosistem  olub,  ekoloji  qanunlar  əsasında 
fəaliyyət göstərir. 
«Biosfer»  terminini  elmə  ilk  dəfə  fransız  bioloqu  J.B.Lamark 
gətirərək,  Yer  planetində  yaşayan  bütün  canlıları  nəzərdə  tutmuşdur. 
Onun  «biosferası»  atmosfer,  hidrosfer  və  biosfer  nəzərə  alınmadan 
mövcud idi. 
V.İ.Vernadskiyə görə isə biosferada olan canlılar onları əhatə edən 
aləmlə  daimi  əlaqədə  olub  bir  sistem  təşkil  edir  ki,  insanlar  da  bu 

 
16 
kompleksin ayrılmaz hissəsidir. 
1944-cü  ildə  V.Ġ.Vernadski  yeni  təlim  «noosferanı»  yaratdı.  Bu 
biosferin  yeni  inkişaf  mərhələsi  olub,  insan  zəkası  və  əməyi  ilə 
təşəkkül tapır. 
1950-ci  illərdə  ekologiya,  miqdari  analiz  metodlarının  inkişafı 
sayəsində dəqiq elmlər sırasına daxil oldu. Bu üsullar vasitəsilə riyazi 
modelləşmə nəticəsində dəqiq proqnozlaşdırma aparmaq olar. 
Biosistemin  qiymətləndirilməsində  energetik  yanaşma  Amerika 
ekoloqları  Q.Odum  və  Y.Odum  tərəfindən  fəal  sürətdə  inkişaf 
etdirilmişdir. 
Miqdari  analiz  üsulunun  köməyi  ilə  1964-cü  ildə  hazırlanmış 
«Beynəlxalq  Bioloji  Proqram»  (BBP)  əsasında  planetimizin  ümumi 
məhsuldarlığı  hesablanmış,  Yer  kürəsi  əhalisinin  artım  səviyyəsi 
hesablanaraq,  onların  artan  tələbatlarının  miqdarı  və  norması 
müəyyənləşdirilmişdir.  
Bu  proqramda  təbiətin  mühafizəsi  problemi,  ekoloji  qanunlar 
əsasında  onun  resurslarından  ağıllı  istifadə  mexanizmi-bəşəriyyətin 
ümdə məsələsi kimi qarşıya qoyulmuşdur. 
1968-ci  ildə  Parisdə  YNESKO-nun  dövlətlərarası  konfransı  
keçirilərək,  biosfer ehtiyatlarından səmərəli  istifadə məqsədilə «İnsan 
və biosfer» proqramı qəbul edilmişdir. 
1974-cü  ildə  Haaqa  şəhərində  Ekoloqların  I  Beynəlxalq  konqresi 
çağrılmış və Ekoloqların Beynəlxalq Cəmiyyəti (EBC) yaradılmışdır. 
1988-ci  ildə  Cenevrə  şəhərində  (İsveçrə)  «Mərkəz»  -  xeyriyə 
təşkilatı  yaradılmış  və  «Bizim  ümumi  gələcəyimiz  naminə»  şüarı  ilə 
fəaliyyətə başlamışdır. 
1992-ci  ildə  Rio-de-Janeyro  (Braziliya)  şəhərində  Birləşmiş 
Millətlər  təşkilatının  təşəbbüsü  ilə  179  ölkənin  təmsil  olunduğu 
konfransda ətraf mühitin qorunması problemi gündəliyin əsas mövzusu 
olmuşdur.  Konfransda xeyli məruzə və çıxışlar edilərək yekun nəticə 
çıxarılmışdır:  «Bəşəriyyətin  davamlı  inkişaf  yolu  strategiyası 
hazırlanmalı  və  bu  da  insanlar,  cəmiyyətlər  arasında  və  təbiətdə 
harmoniyanın yaranmasına yönəldilməlidir». 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  «Ətraf  mühitin 
qorunması  haqqında»  qanun  qəbul  etmişdir.  Buna  baxmayaraq  20% 
torpaqlarımız  ermənilər  tərəfindən  zəbt  edildiyindən  həmin  ərazilərdə 

 
17 
meşələrin  kütləvi  qırılması  nəticəsində  ekologiya  qarşısı  alınmaz 
dərəcədə pozulmuşdur.  
Mətbuata sızan məlumatlar onu göstərir ki, ermənilər Atom elektrik 
stansiyasının  radioaktiv  tullantılarını  məhz  işğal  zonalarında  basdırır 
və  Araz  çayının  kütləvi  çirklənməsi  nəticəsində  qapalı  Xəzər  dənizi 
ekoloji çirklənməyə məruz qalır. 
Ekologiyanın  inkişaf  tarixini  təhlil  etdikdə  bir  neçə  mərhələnin 
mövcudluğu  aşkar  olur:  birinci  mərhələdə  bioloji  tədqiqatların 
aparıldığı illər aşkar edilir ki, bu dövrdə ayrı-ayrı orqanizmlər arasında 
əlaqə araşdırılaraq ətraf mühitlə sıx  bağlılıq tədqiq edilmişdir; 1920-ci 
ildən  başlayan  ikinci  mərhələdə  «ekologiya»  termini  orqanizmlərin 
simbioz  yaşayış  tərzini  araşdıraraq,  onların  həyat  sistemində  təbiətin 
ekoloji təmizliyinə diqqət yönəlmişdir, 1950-ci ildən başlayan üçüncü 
mərhələdə  «ekosistem»  və  «biogeosenoz»  məfhumları    yaranaraq,  
ekologiyanın  bir  elm  kimi  formalaşması  baş  vermişdir;  1970-ci  ildən 
başlayan  dördüncü  mərhələdə  qlobal  ekosistem  tədqiqat  obyektinə 
çevrilmiş və biosferin problemləri təhlil edilmişdir, XX əsrin sonu və 
XXI  əsrin  əvvəli  artıq  planetimizdə  yaranan  qlobal  problemləri  təhlil 
edərək,  bəşəriyyətin  diqqətini  məhv  olmağa  doğru  gedən  biosferin 
qorunmasını  hər  bir  fərdin,  hər  bir  dövlətin  ümdə  vəzifəsi  hesab 
etməyə  yönəltmişdir  ki,  bu  da  hələlik  sonuncu  və  beşinci  mərhələ 
hesab olunur. 
 
 
 
Sual və tapşırıqlar 
 
1.Ekologiya bir elm kimi nə vaxt yaranmışdır? 
2.Onun bir elm kimi təşəkkül tapmasında hansı alimlərin xidməti 
olmuşdur? 
3.Ekologiya  elminə  tərif  verin.  Ekologiya  nəyi  öyrənir  və  hansı 
elmlərlə sıx əlaqəsi vardır? 
 
 

 
18 
KĠMYA VƏ ƏTRAF MÜHĠT 
 
Müasir  ekologiyanın  elmi  istiqamətlərdən  biri  kimyəvi 
ekologiyadır. 
1950-ci  illərdən  başlayaraq  ətraf  mühitin  kimyəvi  tərkibi  sürətlə 
dəyişməyə  doğru  istiqamət  aldı.  Buna  səbəb  ikinci  dünya 
müharibəsində  istifadə  olunan  silahların  dağıdıcı  təsirindən  başqa, 
sənayenin  sürətli  inkişafı,  məhsuldarlığı  artırmaq,  ziyanvericilərlə  və 
bitki  xəstəlikləri  ilə  mübarizə  məqsədi  ilə  kənd  təsərrüfatının 
kimyalaşdırılması, sintetik liflərin və polimerlərin daimi artan istehsalı, 
nüvə  enerjisinin  hərtərəfli  tətbiqi  və  nəhayət  urbanizasiya  prosesinin 
artan  inkişafı  da  daxil  olmaqla,  nəqliyyat  vasitələrinin  çoxalması, 
təbiətin güclü çirklənməsi problemini yaratmışdır. 
Sənaye  istehsalının  durmadan  inkişafı  nəticəsində  məhsullar  bütün 
dünyada  yayılmağa  başlamış  və  beləliklə  də  onların  tərkibində  olan 
kimyəvi  birləşmələr  istehsal  zavodlarından  çox  uzaqlara  daşınmışdır. 
Beləliklə, biosferin Kimyəvi tərkibi get-gedə dəyişmişdir ki, bu da  öz 
növbəsində, planetimizdə yaşayan canlılara və bitki örtüyünə bir başa 
təsir etmişdir. 
İnsan, öz fəaliyyətinin genişləndiyi bir zamanda ekosistemdə gedən 
kimyəvi proseslərə diqqəti artırmaqla, canlılarla ətraf mühitin qarşılıqlı 
təsirini  öyrənərək,  atmosfer,  hidrosfer  və  litosferin  fiziki  və  kimyəvi 
metodlarla  öyrənilməsini  ekoloji  kimyanın  əsas  problemlərindən  biri 
kimi  qarşıya qoymuşdur. 
Biosistemdə  yaranmış  qarşılıqlı  təsir  mexanizmi  müasir  ekoloji 
kimyanın predmeti olub, canlı və cansız təbiətin öyrənilməsində xüsusi 
əhəmiyyət kəsb edir. 
Ekoloji  sistemi  çirkləndirən  maddələrin  və  onların  çevrilmə 
məhsullarının tərkibini müəyyən etmədən ətraf mühitin çirklənməsinin 
qarşısını  almaq  mümkün  deyildir.  Buradan  da  ekoloji  kimyanın  əsas 
predmeti  müəyyənləşir. 
Kimya-maddələrin  xassələri,  çevrilmələri  və  bu  çevrilmələri  atom-
molekul  səviyyəsində  öyrənən  bir  elm    olduğundan,  deyə  bilərik  ki, 
ekoloji  kimya  isə-ətraf  mühitdə  gedən  kimyəvi  prosesləri  və  bu 
proseslərin yarada biləcəyi təhlükləri müəyyən edir. 
Ekoloji kimya dedikdə – ətraf mühitin kimyası nəzərdə tutulur. Bu 

 
19 
qısa  və  hərtərəfli  izahı  ilk  dəfə  Con  Bokris  özünün  «Ətraf  mühitin 
kimyası» əsərində vermişdir. 
Ətraf  mühitin  fiziki  və  kimyəvi  xassələri öyrənildikcə  məlum olur 
ki,  ana  təbiətin  özündə  belə  Günəş  sisteminin  yaranmasından  indiyə 
qədər canlı varlıqlara təhlükə yaradan kimyəvi çevrilmələr və proseslər 
labüd olmuşdur. 
İnsanlar isə öz məişətlərini yaxşılaşdırmaq məqsədi ilə yaratdıqları 
və  inkişaf  etdirdikləri  texniki  inqilablar  nəticəsində  bu  ekoloji 
təhlükəni  bir  neçə  dəfə    artırmışlar.  Bu  antropogen  dəyişikliklər 
nəticəsində bir qrup bitki və heyvan növləri sıradan çıxmaq üzrədir və 
«qırmızı kitaba» düşmüşdür. 
Təbiətdə gedən bioloji və kimyəvi proseslər çox yavaş getdiyindən 
canlı  orqanizmlər  buna  adaptasiya  oluna  bilirlər.  Antropogen 
çirklənmələr  isə  çox  sürətlə  gedir  və  canlılar  buna  uyğunlaşmağa 
macal tapmırlar. 
Məsələn,  Yer    atmosferində    oksigenin  1%-dən  hazır    ki,  21% 
çatması üçün 1,5 milyard il keçmişdir ki, bu da hər 200-300 min ildə 
0,004%  təşkil  edir.  İnsan  fəaliyyəti  nəticəsində  isə  təxminən  200  il 
ərzində atmosferdə CO
2
 miqdarı 0,003%-dən 0,004% çatdırılmışdır ki, 
bu da böyük təhlükə hesab olunan və sonrakı fəsillərdə izahı veriləcək 
«Parnik effekti» yaratmışdır. 
Antropogen çirklənmə nəticəsində yüksək dərəcəli zəhərli maddələr 
alınır  ki,  təbiət  onların  utilizasiyasını  həyata  keçirməkdə  aciz  olur. 
Pestisidlər, 
defolyantlar, 
insektisidlər, 
antidetanatorlar 
belə 
maddələrdir. 
Müasir  cəmiyyət  bir  sıra  kimyəvi  yolla  alınan  məişət  əşyaları, 
dərman  preparatları  və  digər  çoxsaylı  sintetik  materiallar  olmadan 
keçinə bilməz. Odur ki, ətraf mühitin çirklənməsini kimyəvi məhsullar 
yaratsa da, bir növ kimyanı «günahlandırmaq» ədalətsizlik olardı. 
Lakin,    ətraf    mühit    diqqətlə    öyrənildikdə    onun  çirklənməsinin 
qarşısını almağın yolları da icad edilir. Kimya zavodları qurularkən elə 
texnologiya  seçilə  bilər  ki,  onun  zəhərli  tullantıları  minimuma 
endirilərək atmosferə, hidrosferə və biosferə yayılmasının qarşısı alına 
bilsin. 
Bu  ekotexnologiya  adlanan  proseslər  bəşəriyyətin  təhlükəsizliyinin 
ömrünü  bir  neçə  dəfə  artıra  bilər.  Ətraf  mühitə  yayılan  zəhərli 

 
20 
maddələri ekotoksikologiya öyrənir. Bu elm sayəsində biosferdə canlı 
varlıqların təhlükəsiz yaşaması üçün şərait yaratmaq mümkün olur. 
Ekoloji  kimya  digər  təbiət  elmləri  ilə  birlikdə  fəaliyyət  göstərir  və 
daha  effektivli  olur.  Biologiya,  zoologiya,  anatomiya,  sosiologiya, 
geologiya, fizika, riyaziyyat (modelləşmə),  kənd təsərrüfatı  elmləri və 
digər  elmlər  ekoloji  kimyanın  ayrılmaz  hissəsi  olub,  onun  qarşıya 
qoyduğu problemlərin həll olunmasında əvəzsiz xidmət göstərirlər. 
Ekoloji  kimyanın  üç  əsas  vəzifəsi  vardır  ki,  onların  həyata 
keçirilməsi  ətraf  mühitin  qlobal  çirklənməsinin  qarşısını  ala  bilər: 
1.Atmosfer  və  hidrosferə  ayrılan  əlavə  məhsulları  minimuma  endirən 
enerji  və  kimya  texnologiyasını  hazırlayıb  tətbiq  etmək;  2.Zavod  və 
fabriklərdə  əmələ  gələn  qazların  atmosferə  keçməsinin  qarşısını  alan 
tutucular  təklif  etməklə,  zəhərli  maddələrin  su  hövzələrinə  axıdılma-
sının qarşısını almaq; 3.Ətraf mühiti çirkləndirən maddələri  vaxtında 
aşkar  etməklə,  onların  gələcək  çevrilmələrini  proqnozlaşdırmaq  yolu 
ilə texnoloji proseslərə nəzarət etmək. 
 
 
Sual və tapşırıqlar 
 
1.Ətraf 
mühitin  çirklənməsində  kimyanın  rolunu  necə 
qiymətləndirmək olar?  
2.Müasir ekoloji kimyanın xidməti nədən ibarət olmalıdır?  
3.Təbii və antropogen çirklənməni fərqləndirən cəhətləri göstərin. 
4.Ekoloji kimyanın əsas vəzifələrini izah edin. 
___________________ 
 
 
ƏTRAF MÜHĠTĠN ÇĠRKLƏNMƏSĠ 
 
Ekoloji kimya, başqa elm sahələrində olduğu kimi bir sıra terminlər 
lüğətinə,  məfhum  və  təriflərə  malikdir  ki,  onlardan  ən  vaciblərini 
göstərmək lazımdır. 
Ətraf  mühitin  təyin  oblastlarından  biri  çirklənmədir.  Bu  məfhum 
altında  tərkibindən,  xassəsindən,  fiziki  halından  asılı olmayaraq,  təbii 
mühiti korlama başa düşülür. 
Təbii  yolla  və  insanlar  tərəfindən  ekosferaya  yayılan  zəhərli 

 
21 
maddələrin yaratdığı hadisəyə çirklənmə deyilir. 
Ekosfera dedikdə (yunanca oikos-ev, vətən, sphaira-şar, şarın üstü) 
-  Yer  kürəsinin  canlıların  inkişafı  üçün  planetin  xassələrinin  məcmuu 
nəzərdə tutulur. 
Ətraf  mühitin  çirklənməsi  məfhumu  altında,  təbiətin  hər  hansı  bir 
sahəsinə atılmış yad cism və ya maddə nəzərdə tutulur. 
Cisimlərin,  maddələrin  xassələri,  qatılığı,  az  və  ya  çox  zəhərliliyi 
çirklənmənin  dərəcəsini  təyin  edir.  Ətraf  mühitin  çirklənməsi  təbii 
səbəblərdən  də  ola  bilər:  zəlzələrlər,  vulkan  püskürmələri,  meşə 
yanğınları,  çay  daşqınları,  yerin  erroziyası  və  s.  tərəfindən.  Çox  qısa 
zaman  daxilində  ətraf  mühitin  təbii  yolla  çirklənməsinə  vulkan 
püskürmələri  adi  misal  ola  bilər.  Bu  zaman  atmosferə  minlərlə  ton 
müxtəlif maddələr atılır. Vulkan qazlarının tərkibində 79% su buxarı, 
12% CO
2
, 7% SO
2
, 1% N
2
 və 1% (CO, H
2
S, HCl, CH
4
, Ar) olur. 
Ətraf  mühitin  çirklənməsi  insanların  təsərrüfat  fəaliyyətləri  
nəticəsində  baş  verərsə  buna  «Antropogen»  çirklənmə  deyilir. 
Antropogen  –  yunan  sözü  olub  Antropo-(insan),  genezis  (doğulma, 
yaranma)  sözlərindən  yaranmışdır.  Bu  söz  altında  1000000-700000  il 
əvvəl başlamış 4-cü və sonrakı Kaynazoy erası da nəzərdə tutulur. 
Antropogen çirklənmə aşağıdakı cədvəldə aydın görünür: 
 
Biosferdən çıxarılanlar 
Biosferə buraxılanlar 
Faydalı qazıntılar-100 milyard ton   Kimyəvi maddədlər – 100 min adda 
 
Sintetik materiallar – 60 milyon ton 
Metallar – 800 milyon ton 
Mineral gübrələr – 500 milyon ton 
 
Pestisidlər – 5 milyon ton  
 
Dəmir – 50 milyon ton  
 
Maye axım- 500 milyard M
3
 
 
Bərk axım – 17,4 milyard ton  
 
CO
2
 – 20 milyard ton  
 
SO
2
 – 150 milyon ton  
 
Çirklənmə  növləri  müxtəlif  olub  insan  fəaliyyətindən  asılıdır, 
məsələn: 
-ziyanlı maddələrin atmosferə atılması (bərk toz  hissəcikləri, tüstu, 
kül,  qurum,  qaz  halında  maddələr,  SO
2
,  NO
2
,  CO
2
,  CO 
karbohidrogenlər və s.). 

 
22 
-su 
hövzələrinə 
axıdılan 
məişət 
suları, 
heyvandarlıq 
komplekslərinin 
çirkli  suları,  fabrik  və  zavodların  ziyanlı  
məhsullarının maye tullantıları və s. 
-su  mühitindən  və  torpağın  neft  məhsulları  ilə,  mineral  duzlarla, 
ağır metallarla, yuyucu maddələr və s. 
-kənd  təsərrüfatında  tətbiq  edilən  pestisidlər,  insektisidlər, 
herbisidlər və s. 
-radioaktiv maddələr (radionuklidlər) 
-elektromaqnit  dalğaları  (radio,  televizor,  mobil  telefon)  və  qeyri 
təbii səslər. 
Çirklənmənin ekosistemə təsir mexanizminə görə aşağıdakı klassifi-
kasiyasını göstərmək olar: 
1)  kimyəvi  çirklənmə  –  ətraf  mühitin  kimyəvi  maddələrlə 
çirklənməsi; 
2)  fiziki  çirklənmə  –  ətraf  mühitin  fiziki  xassələrinin  istilik 
balansının,  işıqlanma  dərəcəsinin,  səsin,  radioaktiv  fonun, 
elektromaqnit  şüalanmanın  intensivliyinin  dəyişməsi  ilə  xarakterizə 
olunan çirklənmə; 
3)  bioloji  çirklənmə  -  okean  və  dənizlərdə  həddindən  artıq  su 
heyvanlarının  ovlanması,  nadir  heyvanların  gəlir  məqsədi  ilə  kəskin 
azalması,  bakteriya  və  virusların  çoxalması  və  biogenezin  pozulması 
yolu ilə çirklənmə. 
4)  təbiət  landşaftının  pozulması  yolu  ilə  çirklənmə  –  kobud  və 
plansız  urbanizasiya  (şəhər  əhalisinin  çoxalması),  bataqlıqların 
qurudulması,  meşə  zolaqlarının  məhv  edilməsi,  meliorasiya  işləri  və 
süni su hövzələrinin yaradılması yolu ilə çirklənmə. 
 
Suallar və tapşırıqlar 
 
1.«Çirklənmə» məfhumunu izah edin.  
2.Biosferdə antropogen çirklənməyə misallar göstərin.  
3.Ekosistemin hansı növ çirklənmələri vardır?  
4.Ətraf mühitin fiziki və kimyəvi çirklənməsi nə ilə fərqlənir? 
_________________ 
 
 

 
23 
BĠOSFERĠN KĠMYƏVĠ ELEMENTLƏRĠ 
 
Məlum olduğu kimi ətraf mühiti çirkləndirən bütün  maddələr kim-
yəvi  elementlərdən  təşkil  olunmuşdur.  Həmin  elementlər  biosferdəki 
roluna və yayılma dərəcəsinə görə biri-birindən fərqlənirlər. 
Yerin kimyəvi tərkibi, kimyəvi elementlərin yayılması, miqrasiyası 
geokimya elmi tərəfindən öyrənilir. İlk dəfə amerika alimi F.Y.Klark 
(1847-1931) Yer qabığında ən çox yayılan 50 elementin faiz miqdarını 
vermişdir. 
Rus  alimi  A.Y.Fersman  kimyəvi  elementlərin  yer  qabığında 
yayılmasını  Klarkın  şərəfinə  «Klark»  kəmiyyəti  ilə  göstərməyi  təklif 
etmişdir. 
Yer, Günəş sisteminin Günəşdən məsafəsinə görə üçüncü, ölçüsü və 
kütləsinə  görə  beşinci  planetdir.  Günəş  sistemindəki  başqa 
planetlərdən  fərqi,  Yerdə  həyatın  mövcudluğu  və  insanın  meydana 
gəlməsidir. 
Müasir kosmoqonik nəzəriyyələrə əsasən Yer təqribən 4,5 milyard 
il  bundan  əvvəl,  Günəş  ətrafı  fəzada  kosmosdakı  səpinti  halında  olan 
bütün  məlum  kimyəvi  elementlərdən  ibarət  qaz-toz  cisimlərinin 
kondensasiyasından yaranmışdır. 
Yerin 
üst  təbəqəsi  biosfer  adlanaraq  bitki  və  heyvan 
orqanizmlərinin əmələ gəldiyi və fəaliyyət göstərdiyi hissədir. Biosfer, 
yuxarıdan  12-15  km  hündürlüyə  qədər  troposfer,  aşağıda  isə    5  km 
dərinliyə qədər litosfer arasında yerləşir. 
Yer  qabığında  90-na  yaxın  kimyəvi  element  vardır.  Digər 
elementlər  isə  süni  sürətdə  sintez  edilmişdir.  Yer  qabığının  ümumi 
çəkisinin  99,8%-ni  cəmi  18  element-oksigen  (49,4%),  silisium 
(27,6%),  alüminium  (7,45%),  dəmir  (5%),  kalsium  (3,5%),  natrium 
(2,6%), kalium (2,5%), maqnezium (2%), hidrogen (1%), titan (0,6%), 
karbon  (0,15%),  xlor  (0,05%),  fosfor  (0,08%),  kükürd  (0,05%),  azot 
(0,02%),  manqan  (0,09%),  flüor  (0,03%),  barium  (0,04%)  təşkil  edir. 
Bütün  digər  elementlər  0,2%  təşkil  edir.  İnsan  orqanizmi  isə  70-ə 
qədər  elementdən  ibarətdir.  Yer  qabığının,  torpağın,  dəniz  sularının, 
bitkilərin,  heyvanların  və  insanların  kimyəvi  tərkibinin  tədqiqi 
göstərmişdir ki, onların kimyəvi tərkibi biri-birinə çox oxşardır. 

 
24 
Cədvəl 1 
 
Element 
Yer qabığı 
Torpaq 
Dəniz suyu 
Bitkilər 
Heyvanlar 







49,4 
49,0 
85,82 
70 
62,4 
Si 
27,6 
33,0 
5

10
-5
 
0,15 
1

10
-5
 
Al 
7,45 
7,2 
1

10
-6
 
0,02 
1

10
-5
 
Fe 
5,0 
3,8 
5

10
-6
 
0,02 
0,01 

0,15 
2,0 
0,002 
18 
21 
Ca 
3,5 
1,37 
0,04 
0,3 
1,9 

2,5 
1,36 
0,038 
0,3 
0,27 
Na 
2,6 
0,63 
1,06 
0,02 
0,1 
Mg 
2,0 
0,6 
0,14 
0,07 
0,03 
Ti 
0,6 
0,46 
1

10
-7 
1

10
-7
 
1

10
-6
 

0,02 
0,1 
1

10
-5
 
0,3 
3,1 

1,0 

10,72 
10 
9,7 

0,08 
0,08 
5

10
-6
 
0,07 
0,95 

0,05 
0,05 
0,09 
0,05 
0,16 
Mn 
0,09 
0,085 
4

10
-7
 
1

10
-3
 
1

10
-5
 
Zr 
0,04 
0,62 

5

10
-4
 

Sr 
0,04 
0,03 
1

10
-3
 
1

10
-4
 
1

10
-3
 
Ba 
0,04 
0,04 
5

10
-6
 
1

10
-4
 
1

10
-3
 
Ce 
0,02 
0,02 
5

10
-7
 

1

10
-6
 
Cr 
0,02 
0,019 

5

10
-4
 
1

10
-5
 

0,027 
0,02 
1

10
-4
 
1

10
-5
 
1

10
-5
 

0,03 
0,01 
5

10
-8
 
1

10
-4
 
1

10
-5
 
Cl 
0,048 
0,01 
1,89 
1

10
-2
 
0,08 
Rb 
0,03 
5

10
-8
 
2

10
-5
 
5

10
-4
 
1

10
-5
 
Zn 
5

10
-8
 
5

10
-8
 
5

10
-6
 
3

10
-4
 
1

10
-3
 
Ni 
1

10
-2
 
5

10
-8
 
3

10
-7
 
5

10
-5
 
1

10
-6
 
Cu 
1

10
-2
 
2

10
-8
 
2

10
-6
 
2

10
-4
 
1

10
-4
 
Co 
4

10
-3
 
1

10
-3
 
1

10
-7
 
2

10
-5
 
1

10
-6
 
Li 
6,5

10
-3
 
3

10
-3
 
1,5

10
-5
 
1

10
-5
 
1

10
-4
 
Pb 
1,5

10
-4
 
5

10
-4
 
5

10
-7
 
1

10
-5
 
1

10
-6
 

3

10
-4
 
5

10
-4
 
5

10
-4
 
1

10
-4
 
1

10
-5
 

3

10
-5
 
5

10
-4
 
1

10
-6
 
1

10
-5
 
1

10
-5
 
Mo 
1,5

10
-2
 
3

10
-4
 
1

10
-7
 
2

10
-5
 
1

10
-6
 
As 
5

10
-4
 
4

10
-4
 
1,5

10
-6
 
3

10
-5
 
1

10
-5
 
Br 
1,5

10
-4
 
2

10
-4
 
7

10
-3
 

1

10
-4
 
Cd 
5

10
-5
 
5

10
-6
 

1

10
-6
 
1

10
-4
 

 
25 






Th 
1

10
-3
 
6

10
-4
 
4

10
-8
 
6

10
-4
 
1

10
-7
 


1

10
-4
 




2

10
-4
 
1

10
-4
 
2

10
-7
 

1

10
-8
 
Se 
6

10
-5
 
1

10
-6
 
4

10
-7
 
1

10
-7
 

Bi 
1,7

10
-6
 
2

10
-8
 
2

10
-8
 

2

10
-6
 
Hg 
7

10
-6
 
1

10
-6
 
3

10
-9
 
1

10
-7
 
1

10
-7
 
Ag 
1

10
-5
 

1

10
-9
 

3

10
-5
 
Au 
5

10
-7
 

4

10
-10
 

1

10
-7
 
Ra 
2

10
-10
 
8

10
-11
 
1

10
-14
 
1

10
-14
 
1

10
-12
 
 
1-ci  cədvəldən  göründüyü  kimi  canlı  orqanizmlərdə  faiz  miqdarı 
çox  olan  elementlər  yüngül  elementlər  olub  dövrü  sistemin  ilk  3 
dövründə  yerləşir.  Yüngül  elementlərdən  əmələ  gəlmə  canlıların 
yüksək hərəkət aktivliyi üçün əsas şərtdir ki, bu da onların üzvi aləmdə 
yaşamağının əsas kriteriiyalarından biridir. 
Altı element – C, H, O, N, P, S canlı varlığın əsas komponentlərini 
əmələ  gətirdiyi  üçün  bunlara  orqanogen  elementləri  deyilir.  Sonrakı 
fəsillərdə  onların  təbiətdə  dövranı  ilə  yanaşı  əsas  funksiyaları  da 
veriləcəkdir.  Bu  altı  elementin  orqanizmdə  faiz  miqdarı  97,4%  təşkil 
edir. 
Kimyəvi  elementlər  orqanizmdə  faiz  miqdarına  görə  makro-(çox) 
və mikro-(az) elementlərinə ayrılırlar. 
Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin