ƏLİyev rəhman mərdan oğlu


Başvermə və maya dəyərinə aid olunma



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix08.05.2020
ölçüsü1,61 Mb.
#31152
1   2   3   4   5   6   7   8
liyev-R-hman


Başvermə və maya dəyərinə aid olunma 

dövrünə görə xərclər cari, gələcək dövrün 

xərclərinə və qarşıdakı xərclərə bölünür:

Cari xərcləri – hazırki dövrün məhsulunun  istehsalı və satışına çəkilən 

xərclərdir.

Gələcək dövrün xərclərinə cari dövrdə çəkilmiş, lakin gələcəkdə 

buraxılacaq məhsulun maya dəyərinə daxil edilməli olan xərclər (istehsalın 

hazırlanması və mənimsənilməisnə çəkilən xərclər) aiddir.

Qarşıdakı xərclər cari hesabat dövrünün hələlik baş verməmiş, lakin həqiqi 

maya dəyərinin düzgün müəyyən edilməsi  üçün cari hesabat dövründə 

istehsal xərclərinin tərkibinə plan həcmi aidəsində daxil edilməli 

xərclərdən ibarətdir. Məsələn, belə xərclərə fəhlələrin növbəti məzuniyyəti 

üçün yaradılan ehtiyatlar, əsas vəsaitlərin təmiri üçün yaradılan fonda 

ayırmalar və s. xərclər daxildir.



23 

 

II FƏSİL. MƏHSUL İSTEHSALI VƏ SATIŞI İLƏ ƏLAQƏDAR 



ƏMƏLİYYATLARIN UÇOTU 

2.1. Məhsul istehsalı və satışı ilə əlaqədar məsrəflərin uçotunun sistemi 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  istehsal  və  qablaşdıma  proseslərini  tamam-

lamış, müvafiq standartlara və müqavilə şərtlərinə cavab verən, texniki nəzarətdən 

keçərək ambara təhvil verilmiş və ya alıcıya göndərilmiş mal hazır məhsul sayılır. 

Mövcud  istehsal  və qablaşdırma  məhrələrini tam  keçməmiş, eləcə də ambara tam 

təhvil  verilməmiş  məhsul  yarımçıq    vəziyyətdə  qalan  işlərin  uçotu  kimi  qeydə 

alınır. 

Satışdan əldə ediləna gəlirin həcmi müəssisənin maliyyə-təsərrüfat fəaliyətini 

əks  etdirən  vacib  göstəricidir.  Məhsul  satışı  müəssisənin  vəsaitinin  dövriyyəsini 

yekun  mərhələsidir.  Satış  prosesinin  tamamlanması  nəticəsində  daxil  olan 

vəsaitdən  müəssisəinin  yeni  istehsal  çiklini  başlamaq  üçün  mal-material 

ehtiyatlarını əldə etmək, işçilərlə əmək ödənişləri  uyğun  hesablaşamalar aparmaq, 

büdcə  və  başqa  öhdəliklər  uyğun  ödənişlər  etmək  imkanı  yaranır.  Məhsul 

satışından  daxilolmalar  tək  istehsal  və  təchizat  xərclərini  ödəməli  deyil,  eləcə  də 

mənfəətin  götürülməsini  də  təmin  etməlidir.  Mənfəət  istehsalın  genişlən-

dirilməsinin,  əsas  vəsaitlərin  yenilənməsinin,  modernizasiyasının  və  bərpasının, 

eləcə də məhsul istehsalının həcminin artırılmasının vacib mənbələrindəndir. 

Məhsul,  iş  və  xidmət o  zaman  satılmış  hesab  olunur  ki,  yaranmış  mülkiyyət 

hüquqları  alıcıdan  satıcıya  və  ya  isthesalçıdn  istehlakçıya  keşmiş  olsun.  Həmin 

andan  etibarən  məhsulun  dəyəri  gəlirə  çevrilir  və  məhsulun  relızasiyaından 

formalaşan gəlirə daxil edilir. 

Muhasibat  uçotunda  satışdan  gəlir  alıcılara  və  istehlakçılara  təqdim  edilmiş 

mal,  iş  və  xidmət  uyğun  yaranan  debitor  borcları  və  ya  daxil  olan  vəsaitlərin  pul 

ifadəsində əks edilmiş məbləği kimi qeydə alınır.  

 

 


24 

 

 



Satılmış mal, görülmüş iş və göstərilmiş xidmətlərin dəyəri pul, xarici valyuta 

və  ya  başqa  əmlakla  (xammal,  material  və  s.)  ödənilə  bilər.    Satışdan  daxil  olan 

vəsait  muhasibat  uçotunda  hesablaşma-ödəniş  sənədləri  əsasında  qeydə  alınır.  Bu 

sənədlərə ödəniş tapşırıqları,  ödəniş tələbnamələri, kassa mədaxil orderi, qaimələr 

və s aiddir. 

Yüklənmə  və  hesablaşma  sənədləri  məlumatları  əsasında  satışdan  əldə 

olunmuş  gəlirin  həcmi  müəyyən  edilir.  Bu  sənədlər  özündə  müvafiq  müəssisənin 

öz  istehsal  etdiyi  məhsul  və  yarımfabrikatların,  sifarişçilərə  görülmüş  işlər  və 

göstərilmiş  xidmətlərin  hansı  həcmdə  olduğunu  müəyyən  etməyə  imkan  verir. 

Əgər  məhsul  (mal  və  yarımfabrikar)  daxili  istehsalda  istifadə  üçün  nəzərdə 

tutulubsa,  o  halda  bunun  dəyəri  satışdan  daxilolmalara  aid  edilmir.  Satışın  həcmi 

müəssisənin fəaliyyətinin qiymətləndirilməsində, biznes planların hazırlanmasında, 

vergi hesablaşmalarında vacib bir göstərici kimi istifadə edilir. 

Məhsulun ölçü vahidləri. Uçot zamanı məhsul həm natural (ədəd, cəki) və həm 

də dəyər ifadəsində qeydə alınır. Natural ölçü vahidi kimi ədəd, litr, ton və sair ölçü 

üsullarından istifadə edilir. Bu metodla analitik hesabat aparılır və məhsulun növləri, 

formaları, ölçüləri uyğun sayı, həcmı, çəki və sair müəyyən edilir.  

İstehsalatda eyni cinsli məhsulun istehsalı uyğun ümumi məlumatı əldə etmək 

üçün  şərti  ölçü  vahidlərindən  də  istifadə  edilir.  Məhsulda  olan  faydalı  maddələr, 

istehsal  prosesinin  müddəti,  istehsal  prosesinin  mürəkkəbliyi  və  sair  bu  kimi 

yanaşmalar  əsasında  müəyyənləşən  şərti  əmsallardan  istifadə  etməklə  istehsal 

• müəssisə alqı-satqı müqaviləsi və ya digər əsaslarda 

bu vəsaiti almaq hüququ olduqda;

• satışın məbləği müəyyən edildikdə, konkret əməliyyat 

üzrə vəsaitlərin artımı və ya iqsadi səmərə əldə 

olacağına əminlik olduqda;

• satılmış mal üzrə hüquqlar (mülkiyət, istifadə və 

sərəncam) satıcıdan alıcıya keçdikdə, görülmüş iş və 

göstərilmiş xidmət sifarişçi tərəfindən qəbul edildikdə;

• müvafiq əməliyyat üzrə çəkilmiş xərclər müəyyən 

edildikdə.

Uçot məqsədləri 

üçün satışdan gəlir 

aşağıdakı hallar 

olduqda qeydə 

alınır: 


25 

 

olunmuş  məhsulların  həcmi  hesablanılır.  Şərtı  ölçü  vahidləri  ilə  hesablama 



mütodundan  məsələn,  qara  metallurgiya,  konserv  istehsalı,  kimyəvi  məhsulların 

istehsalı müəssisələrində istifadə edilir. 

Uçot zamanı  natural  və  şərti  ölçü  üsulları  ilə  yanaşı  dəyər  ölçü  mütodundan 

da  istifadə  edilir.  Məhsulun  dəyər  ölçüsü  ilə  həm  analitik  və  sintetik  uçot 

məlumatları  hazırlanır,  həm  də  məhsul  istehsal  həcmi,  satışın  həcmi  və  məhsul 

satışının  maliyyə  nəticələri  kimi  göstəricilər  müəyyənləşir.  Məhsulun  dəyər 

göstəricilərinin hesablanması zamanı məhsul faktiki və plan maya dəyəri, eləcə də 

satış qiymətləri uyğun qiymətləndirilir.  

Məhsulun  çeşidinin  uçotu.  Məhsul  istehsalı,  saxlanması  və  satışının  sinterik 

və  analitik  uçotun,    həmcinin  maliyyə  nəticələrinin  hesablanmasının  doğruluğunu 

ifadə  edən  vacib  gösətiricilərindən  biri  də  məhsulun  çeşid  qiymətləndirilməsinin 

mövcud olmasıdur. 

Çeşidlərin  qiymətləndirilməsi  –  istehsal  olunmuş  məhsulların  siyahısıdır.  Bu 

hesablama müəssisənin özü tərəfindən hazırlanır. Bu metod tətbiqi zamanı istehsal 

edilən  məhsulların  müəyyən  əlamət  (təyinat,  model,  marka,  növ  və  s.)  uyğun 

qruplaşdırılması  aparılır.  Buna  müvafiq  olaraq  məhsulun  çeşid  nömrələnməsi 

aparılılr.  Məhsulun  çeşid  uçotunda  məhsulun  çeşid  nömrəsi,  məhsulun  adı, 

xarakterik xüsusuiyyətləri, ölçü vahidi, uçot dəyəri göstərilir. Uçot dəyəri qismində 

məhulun  plan  maya  dəyəri  və  ya  satış  qiyməti  istifadə  edilir.  Muhasibat  uçotu 

avtomatlaşdırılmış  müəssisələrdə  kompyuterdən  istifadə  edilməklə  məhsulların 

çeşid  qiymətləndirmə  siyahısı  (cədvəlləri)  hazırlanır  və  bu  istehsal  edilmiş 

məhsulların  başqa  əlamətləri  və  eləcə  də  alıcılar  barəsində  məlumatlar  da  daxil 

edilir. Müvafiq cədvəllərə əlavə məlumatlar kimi əsasən növbəti məlumatlar daxil 

edilir:  vergiyə  cəlb  edilən  və  ya  edilməyən  məhsul,  vergi  dərəcəsi  və  sair.  Belə 

siyahılar uyğun məhsulun əsas istehsal, köməkçi sexlər, xidmət sahələrindən, ayrı-

ayrı sexlər və sahələr uyğun buraxılışı barədə məlumatlar hazırlanır. 

Hazır  məhsulun,  işlərin  və  xidmətlərin  qiymətləndirilməsi.  Sintetik  uçotda 

məhsul  istehsalı  və  satışı,  görülmüş  işlər  və  göstərilmiş  xidmətlər  onların  faktiki 

istehsal dəyəri ilə qeydə alınır.  


26 

 

 



Normativ dəyər və ya satış qiyməti uyğun uçot metodundan istifadə edildikdə 

göndərilmiş,  satılmış  məhsullarla  həmin  malların  ambar  qalığı  və  yüklənmiş 

malların  dəyərlərlərindəki  kənarlaşmanı  hesablamaq  və  bölüşdürməyə  ehtiyac 

yaranır. İstehsal edilmiş məhsulun uçot dəyərindəki kənarlaşma həmin məhsulların 

faktiki  dəyərinin  plan  dəyəri  və  ya  satış  qiyməti  ilə  müqayisə  etməklə  müəyyən 

edilir.  Həmin  kənarlaşma  ay  ərzində  satılmış  məhsul  ilə  hesab  dövrünün  sbununa 

ambardakı məhsul arasında ortaçəkili faizə əsasən bölünür. Müvafiq ortaçəkili faiz 

dərəcəsi  ayın  əvvəlinə  əmtəə  qalığının  və  ay  ərzində  istehsal  olunmuş  əmtəənin 

faktiki  maya  dəyərinin  eyni  həcmdə  əmtəənin  plan  maya  dəyəri  və  ya  satış 

qiymətinə nisbəti kimi hesablanır. Müvafiq hesablama müxtəlif mal qrupları uyğun 

ayrılıqda  hesablanır. Analitik  uçotda  müvafiq kənarlaşma plan  maya dəyərinin  və 

ya  satış  qiymətinin  üzərinə  əlavə  edilməklə  məhsulun  faktiki  maya  dəyəri 

hesablanır. Müvafiq kənarlaşma müsbət fərq verdikdə sintetik uçotda adi yazılışla 

qeydə  alınır,  kənarlaşma  mənfi  fərq  yaratdıqda  isə  “qırmızı  xətt”  üsulu  ilə  qeydə 

alınır. 

Məhsul, iş və xidmət sintetik uçotda növbəti kimi 

qiymətləndirilir:

• faktiki istehsal dəyəri üzrə. Bu metod fərdi sifarişlər əsasənda məhsul istehsal edən və 

xidmət göstərən istehsal sahələrində istifadə edilir. Bu zaman hər bir növ məhsulun və ya 

xidmətin dəyəri müvafiq proses başa çatdırdn sonra müəyyən olur ki, bu da müvafiq 

metoddan istifadə etməyə imkan verir.

• Plan (normativ) dəyəri üzrə. Bu qiymətləndirmə metodundan istifadə edildikdə, ayın 

sonunda faktiki maya dəyərinin plan dəyərindən kənarlaşması müəyyənləşdirilir və bu 

kənarlaşma analitik uçot məlumatlarında ayrıca qeyd edilir. Bu metod tətbiqi xərclərin və 

məhsulun maya dəyərinin normativ uçot metodundan istifadə edən müəssisələrdə mümkün 

olur.


• Məhsul, iş və xidmətlərin satış qiyməti üzrə. Bu zaman hesab dövrünün sonunda məhsul, iş 

və xidmətlərin satış qiyməti üzrə dəyə və faktiki maya dəyəri hesablanılır, müvafiq fərq 

əvvəlki metodda olduğu kimi analitik uçot məlumatlarında ayrıca qeyd edilir;

• Birbaşa xərc maddələri üzrə. B qiymərləndirmə üsulu ilə bütün dolayı xərclər satılmış 

məhsulun maya dəyərinə əlavə olunur.


27 

 

Analitik  və  ya  sintetik  uçot.  Hazır  məhsulun  faktiki  maya  dəyərinin  uçotu 



müvafiq dövr uyğun bütöv sənədlər mühasibatlığa daxil olduqdan və eyni zamanda 

sərf  edilmiş  resurslar  hesablandıqdan  sonra  müəyyənləşdirilir.  Məhsulun 

hazırlanması  prosesində  bunun  xərclərinin  daim  dəyişdiyini  nəzərə  alaraq 

tənzimlənən  uçot  qiymətinin  müəyyən  edilməsi  lazımdır.  Hazır  məhsul  qaimə 

əsasında anbara təhvil verilir. Bu zaman iki nüsxədə qaimə tərtib olunur. Müvafiq 

qaimənin  bir  nüsxəsi  ambarın  məhsul  şəxsinə  verilir,  başqa  nüsxəsi  isə  anbarın 

məsul  şəxsinin  imzası  ilə  məhsulun  istehsal  edildiyi  sexdə  saxlanılır.  Hazır 

məhsulun anbardan sifarişçiyə qəbul-təhvil qaiməsi əsasında verilir.  

Muhasibat  uçotunun  hesablar  Planında  204  saylı  “hazır  məhsul”  hesabı 

vasitəsilə hazır məhsulun həcmi və hərəkəti ilə əlaqəli ümumiləşdirici məlumatlar 

uçota alınır.  Bu  hesab aktiv hesabdır  və  maddi  istehsal sahələri  uyğun  fəaliyyətlə 

məşğul  olan  müəssisələr  tərəfindən  istifadə  edilir.  Hazır  məhsulların  analitik 

uçotunun aparılması vacib bir hal olduğunu nəzərə alaraq, 204 saylı “hazır məhsul” 

hesabında  qeydə  alınmış  məlumatların  analitik  uçotu  məhsulun  saxlanma 

yerlərində ayrı ayrı çeşidlər uyğun aparılır.   

Hesablar  Planının  205  saylı  “Mallar”  hesabı  vasitəsilə  satılmaq  və  ya 

komplektləşdimə  (qablaşdırma)  məqsədi  ilə  alınmış  və  istehsal  edilən  məhsulun 

maya  dəyərinə  daxil  edilməyən  hazır  məhsullar  uçota  alınır.  Görülmüş  işlər  və 

göstərilmiş  xidmətlərin  dəyərini  əks  etdirən  faktiki  xərclər  istehsal  məsrəflərini 

qeydə  alan  hesablardan  601  saylı  “Satış”  hesabına  silinməklə  uçota  alınır.  Hazır 

məhsul  faktiki  istehsal  maya  dəyəri  ilə  204  saylı  “hazır  məhsul”  hesabında  uçota 

alınır. 204 saylı “Hazır məhsul” hesabı aktiv hesab olduğu üçün bunun debet qalıq 

məbləği dövrün əvvəlinə və sbununa müəssisədə olan hazır məhsulun qalığını əks 

etdirir. Hesabın həm debet və həm də kredit dövriyyəsində hazır məhsullar faktiki 

və  ya  plan  maya  dəyəri  ilə  uçota  alınır.  Hesabın  debit  dövriyyəri  daxil  olan 

məhsulların  (istehsaldan  və  ya  alıcıdan  qaytarılmış)  maya  dəyərini,  kredit 

dövriyyəsi isə alıcıya yüklənmiş məhsulun maya dəyərini əks etdirir. 

Muhasibat uçotunda istehsal edilən məhsulun xərclər uyğun uçotunu aparmaq 

üçün hesabar planında 202 saylı “İstehsal xərcləri” aktiv hesabı nəzərdə tutulmuş-


28 

 

dur. Müvafiq hesabda hesabat müddətində müəssisə tərəfindən məhsul istehsalı və 



ya xidmətlərin göstərilməsinə sərf edilən bilavasitə və dolayı məsrətlər əks etdirilir.  

 

202 saylı “İstehsal xərcləri” hesabının debetinə məhsul istehsalı, iş və xidmət 



göstərilməsi ilə əlaqədar olan bilavasitə məsrəflər, eləcə də köməkçı istehsalarların 

xərcləri,  əsasə  istehsala  xidmətlə  və  idarəetmə  ilə  əlaqəli  dolayı  xərclər,  eyni 

zamanda  müvafiq  istehsalla əlaqədar zay edilmədən əmələ  gələn  xərclər və  itkilər 

əks etdirilir. Məhsul istehsalı, iş və xidmət göstərilməsi ilə əlaqədar olan bilavasitə 

xərclər,  eləcə  də  itehsal  ehtiyatlarını,  əmək  ödənişi  uyğun  hesablaşmaları  uçota 

alan  hesabları  uyğun  hesablanmış  məbləğlər  sonda  202  saylı  "İstehsalat  xərcləri" 

hesabının debeti üzrə silinir. 

əməliyyatın təsviri 

Debet 

Kredit 



1. 

İstehsalatda istifadə edilən 

əsas xammal xərcləri 

202-2 "İstehsalatda istifadə 

olunmuş əsas materiallar" 

201-2 "Xammal və 

materiallar" 

2. 

İstehsalat işçilərinin əmək 

haqqısı 

202-3 "Əsas istehsalatla məşğul 

olan işçi heyətinə məsrəflər" 

533 "İşçi heyətinə qısa-

müddətli kreditor borcları" 

 

Sair istehsalat xərcləri 

202-5 "İstehsalatda istifadə 

olunmuş köməkçi xammal" 

201-6 "Sair materiallar" 

 

Sair təsərrüfat xərcləri 

202-6 "İstehsalatda istifadə 

olunmuş köməkçi materiallar 

201-5 "Ehtiyat hissələri" 

 

Avadanlığın amortizasiyası 

202-4 "İstehsalat aktivlərinin 

amortizasiya məsrəfləri" 

112 "Torpaq, tikili və 

avadanlıqlar -Amortizasiya" 



 

Hazır məhsulun maya dəyəri 

ilə anbara təhvil verilməsi. 

204 "Hazır məhsul" 

202 "İstehsalat məsrəfləri" 

 

Qeyd  etdiyimiz  kimi  istehsal  prosesi  başa  çatmış  məhsulların,  yerinə 



yetirilmiş işin və xidmətlər üzrə faktiki maya dəyərinin məbləğləri 202 "İstehsalat 

202 saylı “İstehsal xərcləri” hesabı üzrə növbəti subhesablar açılır:

• 202-1 "İstehsalatda istifadə olunmuş əsas xammal"

• 202-2 "İstehsalatda istifadə olunmuş əsas materiallar"

• 202-3 "Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər"

• 202-4 "İstehsalat aktivlərinin amortizasiya məsrəfləri"

• 202-5 "İstehsalatda istifadə olunmuş köməkçi xammal"

• 202-6 "İstehsalatda istifadə olunmuş köməkçi materiallar"

• 202-7 "Köməkçi istehsalatla məşğul olan işçi heyətinə məsrəflər"



29 

 

xərcləri"  hesabının  kreditində  əks  etdirilir.  Sonradan  müvafiq  məbləğ  202  saylı 



"İstehsalat  xərcləri"  hesabın  kreditində  204  saylı  "Hazır  məhsul"  hesabının 

debetinə  yazılmaqla  anbara  təhvil  verilmək  üçün,  701  "Satışın  maya  dəyəri" 

hesabının debetinə bilavasitə  satış məqsədləri üçün yazılmaqla silinir. 

Əgər hazır məhsul daxili məqsədlər üçün nəzərdə tutulursa, bu zaman istifadə 

təyinatından  asılı  olaraq  201  saylı  “Material  ehtiyatyları”,  207  saylı  “Başqa 

ehtiyatlar”  və  başqa  müvafiq  hesabların  debetində  uçota  alınır.  Satış  məqsədi  ilə 

yüklənmiş və ya alıcıya təhvil verilmiş hazır məhsul artıq satılmış məhsul qismində 

601  saylı  “Satış”  hesabında  uçota  alınır.  Bu  məqsədlə  anbardan  buraxılmış 

malların satışı əks etdirmək üçün 204 saylı “hazır məhsul” hesabının kreditinə, 601 

saylı “Satış” hesabının isə debetinə yazılış aparılır. 

Məhsul  (iş,  xidmət)  satışı  məqsədi  ilə  yekun  satış  qiymətləri  məhsulun  satış 

qiymətinə  vergi  məqsədi  ilə  tutulmalar  (ƏDV,  aksiz,  sadələşmiş  vergi  məbləği) 

əlavə  edilməklə  formalaşır.  Sərbəst  müəyyən  edilən  qiymətlər  alıcı  və  satıcı 

arasında  müəyyənləşir  və  alqı-satqı  müqaviləsində  qeydə  alınır.  Sərbəst  müəy-

yənləşdirilən  qiymətlər  vergi  oranları  tərəfindən  yoxlanılır.  Əsasən  qiymətlərdə 

eyni  cinsli  malların  orta  bazar  qiymətindən  20%-dən  çox  kənarlaşma  olduqda 

yoxlamaya cəlb edilə bilər.  

 

İstehsalın  növündən,  təşkili  və  texnologiyasından,  başvermə  yerlərindən, 



Müqavilə qiymətləri növbəti üsullarla yoxlanlır:

Müvafiq məhsulun bazar 

qiyməti üzrə rəsmi 

məmbələrdən  alınmış sənədlə 

təsdiqlənən məlumatlar 

əsasında. Rəsmi məlumat 

məmbələrinə  əmtəə 

birjasındakı katirovka və bazar 

qiyməti, statistika və digər 

qiymətəmələgəlməni  idarə 

edən orqanlar tərəfindən dərc 

edilmiş məlumatlar, eləcədə 

qiymətləndirmə  fəaliyyətinə 

hüququ olan ekspertlərin 

rəyləri aid edilir;

Növbəti satış qiyməti metodu 

ilə. Bu metodda məhsul 

növbəti satışı üzrə 

müəyyənləşən  qiymətinə 

əsaslanılır. Bu metoddan  eyni 

növ məhsul üzrə bazarda 

nümunə qiymətlərinin 

müəyyənləşdirmək mümkün 

olmadıqda istifadə edilir.

Xərc metodu ilə. Bu metodun 

əsasını mövcud fəaliyyət 

sahəsi üzrə istehsal xərclərinin 

və müvafiq mənfəət 

marjasından istifadə etməklə 

hesablama təşkil edir. Bu 

metodda istifadə edilən 

mənfəətin  həcmi anoloji 

məhsullar üzrə müəyyən 

edilən rentabelliyin həcminə 

bərabərdir. Rentabellik 

səviyyəsinə aid məlumatlar 

statistika və tarif şurası 

tərəfindən təqdim edilir.



30 

 

məsuliyyət  mərkəzlərindən,  istehsalat  edilən  məhsulun  (işin,  xidmətin) 



xarakterindən,  kalkulyasiya  obyektləri  uyğun  qraplaşdırılmasından  və  sair 

amdövrlərdən  asılı  olaraq  məsrəflərin  uçotunu  aparmaq  üçün  Hesablar  planında 

aşağdıakı  :  201  №li  “Material  ehtiyatları”;  202  №li  “İstehsalat  (iş  və  xidmət) 

məsrəfləri”;  203  №li  “Tikinti  müqavilələri  uyğun  məsrəflər”;  204  №li  “Hazır 

məhsul”; 205 №li “Mallar”; 206 №li “Satış məqsədi ilə saxlanılan başqa aktivlər”; 

207  №li  “Başqa  ehtiyatlar”;208  №li  “Ehtiyatların  dəyərinin  azalmasına  görə 

düzəlişlər”.mühasibat uçotu hesabları nəzərdə tutulmuşdur. 

Əsas  istehsalatda  iqtisad  uyğun  elementlər  və  kalkulyasiya  maddələri  uyğun 

istehsal  xərclərinin  uçotunu  aparmaq,  məhsul  (iş,  xidmət0  növlərinin  maya 

dəyərini  müəyyən  etmək  üçün  202  saylı  hesabdan  istifadə  edilir.  həmin  hesab 

aktiv, kalkulyasiyaedici hesabdır. Bunun debetində ay ərzində baş verən müstəqim 

xərclər  (məhsulun  hazırlanması  texnolojiyası  ilə  əlaqəli  olan  materialların, 

texnolojiməqsədlər  üçün  istifadə  edilən  yanacağın  və  enerjinin  dəyəri,  istehsal 

fəhlələrinin  əmək  haqqı,  həmin  dəyəri,  istehsal  fəhlələrinin  əmək  haqqı,  həmin 

əmək haqqına görə ayırmalar) toplanır. İlkin sənədlərdə həmin  xərclərin başvermə 

yerləri,  buraxılan  məhsulun,  görülən  iş  və  xidmət  lərin  növləri  və  müvafiq  xərc 

maddələri  göstərilir.  Onların  əsasında  göstərilən  xərclərin  bölüşdürülməsi 

istiqamətləri uyğun cədvəllər, maşinoqramlar tərtib edilir. 

202  №li  “İstehsalat  (iş  və  xidmət)  məsrəfləri”  hesabının  debetinə  müstəqim 

məsrəflər 201 «Material ehtiyatları», 533 saylı «Əməyin ödənişi üzrə işçi heyətinə 

olan borc» hesabı, 522 «Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabı və s. 

hesabların krediti ilə müxabirləşməklə yazılır. 

Köməkçi  istehsalatlarda  hazırlanan  məmulatların  ləvazimatları,  göstərilən 

xidmətlərin  maya  dəyərinin  müəyyən  olunması  üçün  bütöv  xərclər  202  saylı 

hesabda  qruplaşdırılır.  Həmin  hesab  da  aktiv,  kalkulyasiyaedici  hesabdır.  Ay 

ərzində  bu  hesabın  debetində  toplanan  xərclər  ayın  sbununda  203,  721  və  s. 

hesablara silinir. 

İstehsalatın  idarə  olunması  və  ona  xidmət  göstərilməsi  uyğun  xərclər  qeyri-

müstəqim  xərclər  olduğundan  konkret  məhsullun  (işin,  xidmətin)  maya  dəyərinə 


31 

 

bilavasitə  aid  edilmir.  Bu  xərclər  əvvəlcə  203  «Tikinti  müqavilələri  uyğun 



məsrəflər»  və  721  «Ümumtəsərrüfat  xərcləri»  adlı  yığıb-bölüşdürücü  hesablarda 

uçota  alınır.  Zər  bir  sex,  sex  daxilində  isə  xərc  maddələri  uyğun  baş  vermiş 

ümumistehsalat xərcləri 203№ı hesabda, bütövlükdə müəssisənin idarə edilməsi və 

ona  xidmət  göstərilməsi  ilə  əlaqədar  xərclər  isə  721  saylı  hesabda  müəyyən 

olunmuş nümunəvi xərc maddələri uyğun uçota alınır. Göstərilən zesablarda uçota 

alınan  xərclər  ayın  sbununda  202  №li  “İstehsalat  (iş  və  xidmət)  məsrəfləri” 

hesabına  silinir.  Onlar  analitik  uçotda  müəssisənin  istehsal  bölmələri,  bitməmiş  

istehsal və hazır məhsullar (işlər, xidmətlər) uyğun uçota alınaraq böoüşdürülür. 

Cari  ayda  baş  vermiş,  lakin  həmin  dövrün  məhsulunun  maya  dəyərinə  daxil 

edilməsi  nəzərdə  tutulmayan  xərclərin  uçotu  191  «Gələcək  dövrlərin  xərcləri»  , 

242  «Gələcək  dövrlərin  xərcləri»  hesabında  aparılır.  Bu  hesab  da  aktiv,  büdcə  – 

bölüşdürücü  hesabdır.  Hesabda  yeni  məhsul  növlərinin  mənimsənilməsi  uyğun 

xərclər,  əvvəlcədən  ödəniolmiş  telefon  haqları,  icarə  haqqı  və  s.  xərclər  uçota 

alınır. 


Qarşıdakı  dövrlərdə  çəkilən  xərclərin  və  ödənişlərin  həyata  keçirilməsi  üçün 

müəssisədə yaradılan ehtiyatların uçotu 412 «Uzunmüddətli zəmanət öhdəliklərii»  

adlı  passiv  hesabda  aparılır.  Belə  xərclərə  ihçilərə  ödəniləcək  məzuniyyət  haqqı 

uyğun  ehtiyat,  əsas  vəsaitlərin  təmiri  uyğun  qarşıdakı  xərclər  üçün  yaradılan 

ehtiyat və s. daxildir. 

İstehsalatda  yaranmış  zayın  düzəldilməsinə  çəkilən  xərclər,  habelə 

düzəldilməsi  mümkün  olmayan  zaya  sərf  edilmiş  xərclər  202  «İstehsalat  (iş  və 

xidmət) məsrəfləri» aktiv, kalkulyasiyaedici hesabda uçota alınır. 

Ayın  sbununda  202  «İstehsalat  (iş  və  xidmət)  məsrəfləri»  hesabın  debetində 

məhsul  (iş,  xidmət)  istehsalı  ilə  əlaqədar  olan  bütöv  müstəqim  məsrəflər  (iqtisad 

uyğun  elementlər  uyğun)  toplanır.  Hesabın  kreditində  isə  tullantı  və  qənaət 

şəkilində,  istifadə  olunmayacaq  istehsalatdan  qaytarılan  materialların  dəyəri, 

düzəldilməsi  mümkün  olmayan  zayın  dəyəri  və  məhsulun,  işin  və  xidmətin  maya 

dəyərinə daxil edilmiş xərclər əks etdirilr. 



32 

 

202  «İstehsalat  (iş  və  xidmət)  məsrəfləri»  hesabın  debet  qalığı  bitməmiş 



istehsala aid edilən məsrəfləri əks etdirir. 

İstehsaldan  buraxılmış  məhsulun  (yerinə  yettirilmiş  işlərin  və  göstərilən 

xidmətlərin)  maya dəyəri, ayın əvvəlinə bitməmiş  istehsalın  məbləğinə ay ərzində 

baş vermiş bütöv xərcləri əlavə edib alınmış ümumi məbləğdən istifadə edilməyən 

materialların,  tullantıların,  düzəldilmiş  mümkün  olmayan  zayın  və  ayın  sbununa 

bitməmiş istehsalın dəyərinə çıxmaqla müəyyən edilir. 

İstehsalatdan  anbara  təhvil  verilən  hazır  məhsul  həqiqi  maya  dəyəri,  yaxud 

plan  maya  dəyəri  ilə  202  №li  “İstehsalat  (iş  və  xidmət)  məsrəfləri”  hesabının 

kreditində,  204  «Hazır  məhsul»  hesabının  debetində  yazılmaqla  uçotda  əks 

etdirilir.  Buraxılmüş  məhsulun  həqiqi  maya  dəyəri  bunun  plan  maya  dəyərindən 

aşağı (xərclərə qənaət) olduqda əmələ gələn fərq 204 №-li hesabın debetində, 202 

«İstehsalat (iş və xidmət) məsrəfləri» hesabın kreditində «qırmızı storno» yazalışı, 

həqiqi  maya  dəyəri  plan  maya  dəyərindən  yüksək  (artıq  xərclər)  olduqda  isə  fərq 

məbləği  204  №-li  hesabın  debetində,  202  «İstehsalat  (iş  və  xidmət)  məsrəfləri» 

hesabın kreditində əlavə yazılış qaydasında əks etdirilir. 

Hesablar planı  və bunun tətbiqinə aid təlimatda göstərildiyi kimi  müəssisələr 

məhsul buraxılışının uçotunun 701 «Satışın maya dəyəri uyğun xərclər» hesabında 

da  aparıla  bilər.  Bu  hesab  hesabat  dövründə  buraxılmış  məhsul,  sifarişçiyə  təhvil 

verilmiş  işlər  və  gösətərilmiş  xidmətlər  uyğun  məlumatları  ümumiləşdirmək, 

habelə  həmin  iş  və  xidmətlərin  həqiqi  istehsal  maya  dəyəri  ilə  normativ  (plan) 

maya dəyəri arasındakı kənarlaşmaları müəyyən etmək üçün nəzərdə tutulmuşdur. 

Göstərilən  hesab  zəruri  hallarda,  yəni  məhsulun  (iş  və  xidmətin)  uçotu  normativ 

(plan) maya dəyəri ilə aparıldığı hallarda tətbiq edilir. 

Ayın  sbununda  buraxılmış  məhsullar,  təhvil  verilmiş  iş  və  xidmətlər  həqiqi 

istehsal maya dəyəri ilə 202№-ldi hesabların kreditindən 701 №-li hesabın debeti-

nə  silinir.  701  №-li  hesabın  kreditində  (204  «Hazır  məhsul»,  601  «Satış»    hesab-

larının  debeti  ilə  müxabirləşməklə)  isə  istehsaldan  buraıxlmış  məhsulun,  təhvil 

verilmiş işlərin və göstərilmiş xidmətlərin normativ plan maya dəyəri əks etdirilir. 



33 

 

Beləliklə,  701  №-li  hesabda  istehsalatdan  buraxılmış  məhsullar,  təhvil 



verilmiş  işlər  və  göstərilmiş  xidmətlər  iki  qiymətlə:  debet  tərəfində  –  həqiqi 

istehsal  maya  dəyəri,  kredit  tərəfində  isə  normativ  (plan0  maya  dəyəri  ilə  əks 

etdirilir. Hesabat ayının sbununda debet və kredit dövriyyələri  müqayisə olunaraq 

həqiqi  istehsal  maya  dəyərinin  normativ  plan  marya  dəyərindən  kənarlaşması 

müəyyən  edilir.  Həqiqi  istehsal  maya  dəyəri  normativ  (plan)  maya  dəyərindən 

aşağı (qənaət) olduqda «qırmızı storno» üsulu ilə 46 №-li hesabın debetinə 701 №-

li hesabın kreditinə, əksinə olduqda isə əlavə yazılış üsulu ilə yenə 46 №-li hesabın 

debetinə 701 №-li hesabın kreitinə mühasibat yazılışı tərtib edilirö 701 №-li hesab 

hər ay bağlanır və bunun qalığı olmur. 

İlk  növbədə  köməkçi  istehsalata  çəilmiş  xərclər  bölüşdürülür.  Göstərilmiş 

xidmətlər  uyğun  məlumatlar  əsasında  köməkçi  istehsalata  məsrəflər  müəssisənin 

istehsal və xidmət bölmələri arasında bölüşdürülür (bax 9-cu əməliyyata). 

Qeyd edilənləri sxematik olaraq aşağıdakı kimi göstərmək olar (sxem 1). 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin