Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə10/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   6   7   8   9   10   11   12   13   ...   500
HaĢiyə  -  3:  Yuxarıda  adını çəkdiyim  əmizadəm Məhəmməd Maqsud oğlu 
Qafan  sərgüzəĢtindən  sonra  ata-anasının  yanına  qayıtmıĢdı.  Kəndimizdəki  Jdanov 
adına  üzümçülük  sovxozunda  sürücü  iĢləyirdi.  Mənim  Gorusa  getmək,  hamam 
kalonkası,  vanna-filan  almaq  fikrində  olmağımdan  xəbəri  vardı.  Bir  gün  mənə 
xəbər  verdi  ki,  bəs  maĢının  matoru  vurubdu.  Sovxoz  köçürmə  verib,  valını 
Gorusdakı  maĢın  təmiri  zavodunda  Ģlifləmə  etdirməyə,  mühərrikini  yenidən 
yığdırmağa  aparıram.  Adıma  maĢın  yazdırmıĢam.  Gedirsənsə,  obaĢdan  mənimlə 
gedək.  GöydəndüĢmə  oldu.  Sübh  tezdən,  daha  doğrusu,  danüzü  Gorusa  yol  aldıq. 
Biz səhər-səhər zavodun həyətinə girəndə ilk qarĢılaĢdığımız adam  - elə Pəhləvan 
adlı  erməni  oldu.  Haqqında  məlumatımız  vardı.  Zavodda  matorçu  iĢləyirdi, 
mühərrikyığan  idi.  Məhəmməd  göz  altına  alınanda,  sən  demə,  Qafanda  türmə 
yoldaĢı olublar. Əslən Hadrut rayonunun Düdükçü kəndindən olan Pəhləvanın ata-


14 
 
anası Gorusa  Qarabağdan keçməydilər. Bizi bir yerli kimi yüksək səviyyədə, çox 
mehribanlıqla  qarĢıladı.  Mühərrikin  elə  günü  bu  gün  təmir  edilməsini  matorçu 
yoldaĢına tapĢırdı,  naryadların  verilməsi,  yazılması,  sənədlərin qaydaya salınması 
iĢlərini tez bir zamanda həll etdi. Məhəmmədi və bizi gətirən maĢının sürücüsünü 
də  köməkçi  iĢlərə  qoĢdu.  Özü  isə  təəssüflə  bu  gün  tədbir  keçirəcəyini,  zavod 
rəhbərliyindən  icazəli  olduğunu  bildirdi.  Mənimlə  də  tanıĢlığından  çox  razı 
qaldığını söylədi. Özü də ötən ilin bu günü vəfat etmiĢ atasının ildönümünü qeyd 
etmək üçün keçirəcəyi tədbirə tələsirdi. Mənim məsələmi də yolüstü həll etdi. Həm 
də məni tək buraxmadı. Bu gün bir  yerdə olacağıq dedi. Mənimlə bir  yerlisi  kimi 
danıĢır,  dostlarına,  tanıĢ-biliĢlərinə  köhnənin  dostuyuq  deyir,  elə  belə  də  təqdim 
edirdi.  Mənim  qarabağlımdı,  atamın  ildönümünü  eĢidib  gəlibdi,  deyirdi.  Qohum-
əqrəbaları,  dəvət  olunan  dost-tanıĢları  günorta  naharına  bütünlüklə  qəbir  üstünə 
toplaĢmalıydılar.  Pəhləvan  sözarası  mənə  goruslulardan  giley-güzarını  da  etdi. 
«Əlisahib  müəllim,  Gorus  məmurlarının  azərbaycanlılara  münasibəti  xoĢuma 
gəlmir.  Nahaqdan  atam  o  vaxtlar  köçüb,  gətirib  bizi  bu  xarabaya.  Pasportumu 
dəyiĢəndə  adımın  türk  sözü  olmasını  mənə  irad  tutdular.  BaĢıma  qaxınc  etdilər. 
Məcbur  olub  adımı  dəyiĢdirdim.  Ġndi  mənim  pasportda  adım  Pəhləvan  yox, 
Nahapetdir. Goruslular belədilər» - dedi. Nahapet evdə yemək tədarük etdirib qəbir 
üstə gətirtmiĢdi. Əlavə bazarlıqlarını mənimlə və dostu Sirqenlə bir etdi. Tədbiri də 
gur, qələbəliklə keçdi. Qəbirüstü mərasimdə stəkanlar bir-birinə vurulmasa da, çox 
sözlər danıĢıldı, növbəylə hər kəs öz sözünü dedi, Nahapetə baĢsağlığı verdi. Məni 
də  söz  deməyə  məcbur  etdilər.  Mən  insan  ölümü  haqqında  danıĢdım,  hətta  Əli 
Kərimdən  Ģeir  də  dedim.  Deyəsən  mənim  danıĢığım,  sözüm-söhbətim  mərasim 
istirakçılarının olduqca diqqətini çəkdi. Çoxlarını kövrəltdi. Nahapetin hisslərini də 
riqqətə  gətirmiĢdim.  O,  məni  mərasim  iĢtirakçılarına,  yaxınlarına  belə  elə  təqdim 
etdi  ki,  guya  mən,  doğurdan  da,  Gorusa  ancaq  elə  bu  tədbirdə  iĢtirak  etmək  üçün 
gəlmiĢəm.  Tez-tez  məni  bağrına  basır,  məndən  aralı  durmaq  bilmirdi.  Mənim 
mərasimdə  iĢtirakımı  atasının  ruhuna  ən  dəyərli  ərməğan  kimi  qiymətləndirirdi. 
«Ata,  qalx  ayağa,  bax,  ruhunu  yad  etməyə  həmyerlin  gəlib.  Gör  kim  gəlib». 
Aramsız  olaraq  yerli-yersiz  adımı  təkrarlayırdı.  Yas  mərasiminə  yekun  vurulub 
istirakçılar  qəbiristanlıqdan  dağılanda  mən,  Sirqen  və  Pəhləvan  hələ  də  qəbirüstə 
qalmıĢdıq. Pəhləvan qab-qacağı yerbəyer elədi. Arvad-uĢağı maĢınla evlərinə yola 
saldı. Yay günü idi, hələ günün batmasına çox vardı. Biz piyada gəzmək, havamızı 
dəyiĢmək üçün Ģəhərə tərəf döndük. Əlqissə, məni Ģəhərin görməli yerləri ilə tanıĢ 
etmək  qərarına  gələn  dostlarla  hüzn  yerindən  ayrıldıq.  Ġlk  növbədə  Ģəhər  parkına 
enmək, burada bir balaca dincəlmək qərarına gəldik. Həmin gün axĢamüstü Sirqen 
bizə  Ģam  yeməyi  vermək  inadından  əl  çəkmədi.  Məhəmmədgilin  sabaha  qalma 
gümanı  vardı.  Hələ  də  iĢlərini  qurtarmamıĢdılar.  Uzun  yay  günündə  vaxt 
keçirirdik.  AxĢamüstü  Gorusun  ən  yığnaqlı,  xidmət  səviyyəsi  yüksək  sayılan 
mərkəzi  Ģəhər  yeməkxanasına  varid  olduq.  Yeməyimizin  qızğın  yerində  çörəyin 
qurtarmasına ilk reaksiya verən, yerindən qalxan mən oldum. Sirqen də, Pəhləvan 


15 
 
da  məndən  yaĢca  fərqli  dərəcədə  böyük  idilər.  Növbədənkənar  irəli  keçib 
bufetçidən  çörək  verməsini  xahiĢ  etdim.  Bu  vaxt  yenicə  gəlib  növbəyə  duran 
erməni  dığası  qabağıma  keçdi.  Xüsusi  bir  ədayla  məndən  növbəyə  durmağı  tələb 
etdi.  Mənsə  yeməyimizin  stolda  qaldığını  dedim,  bufetçi  mənim  tərəfimi  saxlasa 
da,  dığa  bununla  razılaĢmadı.  «Tork  lotusuna  nə  qahmar  çıxırsan,  ara»  deyəndə 
mən  ona  «lotu  özünsən,  düdük»  deməyimlə  aləm  qarıĢdı.  Onun  ətrafına  yığılmıĢ 
dığalar mənim üstümə hücum çəkmək istəyəndə Sirqendə ağılagəlməz tərpəniĢ ağır 
gövdəsinə  uyuĢmayan  bir  cəldlik  gördüm.  Yumruq  düyməyi  ilə  üstümə  qabaran 
həmin dığanı yerə sərdi. DöĢ cibindən Ġtaliya istehsalı olan finka çıxarıb düyməsini 
basdı  və  hayqırdı.  «Kim  mənim  dostuma  çırtma  vursa,  onun  anasını  ağlar 
qoyaram»  -  dedi.  20-30  nəfərlik  növbənin  üstünə  yeriməklə  yeməkxanaya  bir 
çaxnaĢma,  vəlvələ  düĢdü  ki,  gəl  görəsən.  Stulda  oturanlar  da  bir-birinə  dəydilər. 
Demək olar ki, qaçan-qaçana qarıĢdı, bir-birinə iliĢdi. Yeməkxana iĢçiləri, bufetçi, 
Pəhləvanın  özü  belə  Sirqendən  bıçağı  ala  bilmədilər.  Bu  zaman  mən  xüsusi  bir 
ərklə  Sirqenin  üstə  yeridim.  Gözləri  hədəqəsindən  çıxmıĢ  Sirqen  gözləmədiyim 
halda əl uzatmağımla bıçağı mənə verdi. Mən tiyəsini yerinə salıb finkanı Sirqenə 
qaytardım. Bununla söz-söhbət yığıĢıldı. Aranı sakitləĢdirdik. Hadisə yerinə gələn 
milis  nəfərləri  yeməkxanada  tam  sakitliklə  üzləĢdilər,  nəsə  bir  hadisənin  baĢ 
verdiyinə  heç  özlərinin  də  inanmağı  gəlmədi.  Sakit  nəzərlərlə  zalı  diqqətdən 
keçirdilər.  Bufetçiylə  etdikləri  sual-cavabla  kifayətləndilər  və  gəldikləri  kimi  də 
çıxıb  getdilər.  Mənim,  ümumiyyətlə,  müxtəlif  dövrlərdə  və  zaman  kəsiklərində 
Cermuxda,  Ġrəvan  Ģəhərinin  özündə  belə  olduğum  zamanlar  ermənilərlə  aramda 
olan xoĢagəlməz söz-söhbətim bununla bitib. BaĢ verən yeganə kriminal hadisəylə 
bu sayaq üzləĢmiĢəm. 
...  Leno  bizi  böyük  sevinc  içində  qarĢıladı.  Güllü-çiçəkli  həyətində  toğlu 
kəsdirib kabab çəkdi. Həyat yoldaĢı da ürək geniĢliyi ilə bizi qəbul etdi, süfrə açdı. 
Sabah  isə  Cermuxa  getməyimizi  planlaĢdırdıq.  AxĢamüstü  məclisimizə  ArtuĢ  da 
qatıldı. O da evdə tədarük gördüyünü dedi. Leno ona - ancaq və ancaq sabah yox, 
birisi gün qonaqlarımı sənin  öhdənə  buraxa  bilərəm  -  dedi.  Sabah da  bütün  günü 
Cermuxda  olacağıq.  Xəbərdarlığını  bəri  baĢdan  etdi.  Mənim  israr  etməyimə 
baxmayaraq  həmin  gün  ArtuĢgildə  gecələmə  məsələsini  də  sabah  axĢama  adlatdı. 
ArtuĢu  axĢam  evinə  yola  salıb  qayıtdı.  Leno  üzünü  mənə  tutub  dedi:  «Əlisahib 
müəllim,  qudam  ArtuĢ  çox  mərifətli  adamdır.  Amma  arvadı  Gövhərin  üzünü  gor 
görsün.  Çox  murdar  qadındır.  Ona  görə  istəmirəm  gedib  onlarda  gecələyəsiniz. 
Onun  murdarlığı  ucbatından  əhvali-ruhiyyəniz  korlansın.  Onun  naqisliyindən  bir 
yeniyetmə  oğlu  da  erkən  yaĢında  tələf  oldu.  Bir  qızı  da  boĢanıb  iki  uĢaqla 
Krasnodarda  oğlunun,  mənim  kürəkənimin  himayəsində  yaĢayır.  Allah  o  qadına 
lənət eləsin!» Lenonun həyat yoldaĢı da ArtuĢun həyat yoldaĢının qarasına danıĢdı. 
Doğrusu,  mən  Gövhər  xanımı  ötəri  görmüĢdüm.  Onun  qaraqabaqlığını  hiss 
etmiĢdim.  Lakin  onun  çox  pis,  həm  də  öz  qudaları  tərəfindən  bu  qədər  qara 
boyalarla anılacağını heç vaxt ağlıma gətirməzdim. Ermənilərin bir-birini bu qədər 


16 
 
açıq Ģəkildə pisləmələrini də birinci dəfəydi ki, görürdüm. Gövhər adlı qadında bu 
iyrəncliyi bir gün sonra apaydın görəsi olduq. Cermuxdan  gecə  keçəndə qayıtdıq, 
maĢını  birbaĢa  ArtuĢun  həyətinə  sürdürdüm.  Onsuz  da  axĢam  yeməyinə 
ehtiyacımız  yox  idi.  Səhər  naharını  ArtuĢgildə  edib  Cəbrayıla  qayıtmağı 
qərarlaĢdırmıĢdıq. 
ArtuĢun  canfəĢanlıqlarına  baxmayaraq  Gövhər  xanım 
uĢaqlarımla  heç  març-murç  da  etmədi.  Mənimlə,  həyat  yoldaĢımla  ağızucu,  çox 
soyuq  görüĢdü.  Cansıxıcı  bir  ab-hava  Ģəraitində  ArtuĢgildə  gecələməli  olduq, 
sabahı  da  elə  bu  ab-havayla  yerimizdən  qalxdıq.  Səhər  süfrəsinə  balı,  yağı,  çayı 
düzən,  gətirən  ArtuĢun  özüylə  ərgən  qızı  oldu.  Gövhər  xanım  (əgər  ona  xanım 
demək  mümkünsə)  mısmırığını  sallamıĢ  halda  ora-bura  var-gəl  edirdi.  Mən  istər-
istəməz  ArtuĢdan  Gövhər  xanımın  qaĢ-qabaqlı  olmasının  səbəbini  soranda,  ArtuĢ 
pıçıltıyla  dindi:  «Allah  bunun  bəlasını  versin.  Bu  yaramaz  da  onlardandı.  Türk 
insanı görəndə özünü bu cür aparır». Düzü ArtuĢun kimləri nəzərdə tutmasını ilk 
sözündə  baĢa  düĢmədim.  «Yəni  kimlərdəndi  deyirsən?»  soruĢdum.  «Ayə, 
eĢitməmisən,  o,  oğrac  qızı  Silva  Kaputikyanın,  o  yaramaz  Zori  Balayanın 
adamlarındandır.  Bu  baĢıbatmıĢ  da  daĢnakdır.  Gənc  yaĢlarından  DaĢnaksutyun 
partiyasına  üzv  yazılıb.  Ailə  qurduqdan  sonra  bu  qancığın  daĢnak  olmasından 
xəbər  tutmuĢam.  30-40  ildir  bunun  ucbatından  nələr  çəkirəm  bir  Allah  bilir.  Ağ 
günümü  on  illərdi  qara  əsgiyə  bükübdü.  Açıb-ağarda  da  bilmirəm.  Bir  oğlumuzu 
da  bunun  ucbatından  güdaza  verdik.  Yenə  də  özünə  yığılmaq  bilmir».  Kim  idi, 
əntər  sifətli,  anqutu  çıxmıĢ,  xanım  deməyə  dilim  də  gəlməyən  bu  daĢnak  qadını 
Gövhər xanım?! Gövhər xanım yerliydi. Yerliydi deyəndə, dədə-babası XIX əsrin 
əvvəllərində  ruslar  tərəfindən  bura  köçürülən  Ġran  ermənilərindən  olub.  Özünü 
köklü Goruslu sayırdı. Gizli fəaliyyət göstərən DaĢnaksutyun partiyasına Ġrəvanda 
orta tibbi təhsili alarkən yazılıb. Hər tərpəniĢindən, duruĢundan bir dəli-becan jizoit 
qadın  olması  hiss  edilməkdəydi.  Elə  bil  həyət  bağçasında  kəsilmək  üçün  gilənar 
ağacına  bağlanmıĢ  toğlunun  mələrtisindən  cana  doymuĢ  kimi  hərəkət  edirdi. 
Əllərini qoynuna qoyub qoyunun qaraltısına dövrə vurur, donquldana-donquldana 
özünü  yeyib  tökürdü.  ArtuĢunsa  diĢi  bağırsağını  kəsirdi.  Ha  girəvəyə  salıb, 
yanlayıb  Gövhəri  sakitləĢdirməyə  çalıĢsa  da,  xeyri  yoxuydu,  səylərindən  bir  Ģey 
alınmırdı. DaĢnak qadın donqultusunu kəsmək, sakitləĢmək bilmirdi. Gövhərin bu 
oyunbazlığı  mənə  nədənsə  gülməli  gəlirdi.  Bir  dəri,  bir  sümük  olan,  ağız-burnu 
əyri, qara gavalı qaxacına dönmüĢ bu qadın türk əhli görmək ucbatından bir görün 
nə  qədər  qıcıqlanırdı.  Qan  havasına  oynayırdı.  Bir  o  qalırdı  ya  üstümüzə  atılsın, 
bizi cırmaqlasın,  ya  da  bizə  gücü düĢmürsə, bu hərəkətləri etməyə  imkanı  yoxsa, 
eləcə özünü didib-parçalasın. Ərgən qızı da, qayınatası da vaxtı ilə M.C.Bağırovun 
mühafizə dəstəsində xidmət etmiĢ,  «KiĢi» deyə tərifindən doymaq bilməyən qoca 
Petros da ikiqat bizə qayğı göstərirdilər. Sanki onlar öz hərəkətləri, davranıĢları ilə 
Gövhərin  daĢnak  nankorluğunu,  murdar  xislətini  bizim  qarĢımızda  kompensasiya 
etməyə  çalıĢırdılar.  Lakin  canfəĢanlıqları  hədər  idi.  ArtuĢ  lap  dilxor  olmuĢdu. 
Bilmirdi ki, bizim baĢımızı hansı oyunlar ilə qatsın. Ġki dığa çağırıb qoyunu kəsib, 


17 
 
kabab etdirənədək Ģəhər ətrafına çıxmağı təklif etdi. Mən onunla həyətdən çıxdım. 
Lakin  tez-tez  «yolçu  yolda  olsun  gərək»  deyirdim.  «Yox,  bir  tikə  çörək  kəsin, 
yemək  yeyin,  sonra  gedərsiniz»  deyirdi.  ArtuĢun  xətrinə  dəymədim,  arvad-uĢağın 
narahatlığına  baxmayaraq  bir  az  ləngiməli  olduq.  Deyəsən,  ikigünlük  xoĢ  «kənd 
Gorus-Cermux»  istirahətimizi  Gövhər  öz  daĢnak  xisləti  ilə  burnumuzdan  tökəcək 
idi.  Gorus  ətrafındakı  sərin  sulu  bir-iki  bulaqdan  su  içib  bir  saat  keçməmiĢ  geri 
döndük. Hər Ģey süfrədə hazır idi. ġiĢlər də manqal üstə düzülmüĢdü. Lakin ətrafda 
xoĢagəlməz  bir  qanqaraçılıq  vardı.  Öyrəndim  ki,  6  yaĢlı  ortancıl  oğlum  Tale 
küçədə  erməni  uĢaqları  ilə  savaĢıb.  Hətta,  qaça-qaça  həyətə  girib  kababçının  ət 
tikələdiyi  bıçağı  ləyəndən  götürüb  onunla  savaĢan  4-5  erməni  uĢağının  üstünə 
yeriyib. UĢaqları qabağına qatıb Gorusun enli küçəsiylə üzüaĢağı qovalayıb. Onun 
bu  hərəkəti  Gövhər  xanımı  lap  cin  atına  mindirib.  Qanına  zəhər  yeridib.  Acığını 
uĢağın  üstünə  tökmək  istəyib.  Hirsli-hirsli  danıĢmağına  Tale  də  əsəbiləĢərək  ona 
sarı  tüpürüb.  Bunun  da  müqabilində  anası  Taleyə  bir-iki  sillə  çəkib.  Belə-belə 
iĢlərdən sonra bizim bir stol  ətrafında oturmağımız ancaq etika  xatirinə oldu. Biz 
kababı yox, deyəsən, kabab bizi yedi. Qaradinməz stulda oturan, diĢini-diĢinə sıxan 
Gövhər  xanıma  ən  sonda  mən  söz  deyəsi  oldum.  Onu  acıqla  da  olsa  dindirmək 
qərarına  gəldim.  Dedim  ki,  ay  Gövhər  xanım,  mənim  Goruslu  dostum  Pəhləvan 
deyir  pasportlar  dəyiĢiləndə  mənim  adım  türk  mənĢəli  söz  olduğundan  adımı 
məcburi  dəyiĢdirdilər,  Nahapet  qoydular.  Siz  nə  əcəb  türkdən  bu  qədər  acığınız 
gələ-gələ  adınızı  o  zaman  dəyiĢdirməmisiniz.  Elə  bir  ayıya  dəyirmançı  dedim. 
Qadın  üfürülmüĢ  Ģara  döndü.  Üzünə  sanki  iynə  ucu  toxundurdular.  Part  açıldı. 
«Gövhər türk sözü deyil, korennoy ərəb sözüdür» - dedi. Mənim «Nə olsun ki, ərəb 
də  müsəlman  deyil?»  sualıma  o  bir  az  da  səsini  ucaltdı:  «Söhbət  müsəlmandan 
getmir.  Nə  olsun,  farslar  da  müsəlmandılar.  Amma  bizimlə  din  ayrı  qardaĢ 
kimidilər».  Mən:  «Siz  hardan  farslarla  qardaĢ  ola  bilərsiniz,  onlar  Yaxın  ġərqdə 
Hindistan  tərəfdən,  deyilənə  görə,  sizsə  Balkanlardan  gəlibsiz».  O  isə  «hardan 
gəliblər, gəlmiĢik, deyə bilmərəm. Biz «Böyük Ermənistanın» övladlarıyıq» - dedi. 
ArtuĢ söhbətə  qoĢulur.  Amma  səsini astadan, pıçıltıyla çıxarır. Deyəsən, Gövhəri 
daha  da  əsəbiləĢdirəcəyindən  ehtiyatlanır:  «Bunu  dindirməsən  yaxĢıdır.  Əlisahib 
müəllim,  Gövhər  xanımı  xəyal  dünyasından  ayırmaq  asan  iĢ  deyil.  Beyninə  elə 
yeridiblər ki, uydurmalarını gerçək kimi qəbul edir. Çox dərinə getməyin». Gövhər 
xanım  sözdən  söz  çəkir.  Sanki  hayqırır:  «Yox,  mən  xəyal  deyiləm.  Mən  daĢnak 
olmağımla  fəxr  edən  qadınam.  Dediyimiz  nə  var,  hər  Ģey  haqdır,  həqiqətdir». 
DaĢnak sözündən alınıram: «Yox, Gövhər xanım, DaĢnaksutyunun yetirməsi olan 
erməni yazarları tarixi saxtalıqları əsas götürürlər, tarixi həqiqətlərə göz yumurlar. 
Tarixi  həqiqətlər  hələ  çoxlarına  dərs  olmamıĢdır.  Saxta  erməni  tarixçiləri  elmdən 
uzaq,  uydurma  və  əsassız,  sübutu  olmayan  qondarma  və  qurama  əsasa  söykənən 
iddialarla  çıxıĢ  edirlər»  -  deyirəm.  Gövhər  xanımın  gözləri  bərələ  qalır. 
Gözləmədiyi  cavabdan  diksinir.  Sözünün  ardını  ermənicə  gətirir  və  ArtuĢun 
qarasına  deyinə-deyinə  manqal  ətrafında  curlaĢan  dığalara  tərəf  yortur.  Biz  isə 


18 
 
qalxmağı, bu cansıxıcı aləmdən tezliklə uzaqlaĢmağı əfsəl bilirik. Stoldan yarımçıq 
qalxırıq.  Gorusun  Papaq  daĢınadək  ArtuĢ  bizdən  ayrılmır.  Ora  qədər  də  Gövhər 
sözünü sanki əzbərləmiĢ kimi «baĢı-batmıĢ»la əvəzləyir. Gövhərin qarasına, Silva 
Kaputikyanın,  Zori  Balayanın  ünvanına  nalayiq  sözlər  deməkdən  belə  çəkinmir, 
yorulmur.  Bizə  üzrxahlıq  edir:  «Ġndi,  Əlisahib  müəllim,  gör  ArtuĢ  qardaĢın  bu 
jizoit qadının əlindən nələr çəkir. Ona öhtə eləmək bu gündən belə çətin məsələdir. 
Nevropatoloq yanında olmuĢam. Psixoterapevtlərə müraciət etmiĢəm. Heç birindən 
müsbət  cavab  almamıĢam.  Səndən  xahiĢ  edirəm  onun  qanqaraçılıq  salmasını  çox 
yuxarı  almayın.  DaĢnakların  təbliğatı  erməni  olanın  beynində  milli  psixoz  əmələ 
gətirməyə  xidmət  edir.  Bu  yaramazlar  milləti  daĢnak  psixopatlarına  çevirirlər. 
Deyilənə baxmırlar. Düz yolda olmadıqlarını anlamırlar. Belələrinin cəzasını Allah 
özü  verəcəkdir».  Əlbəttə,  Allah-taalanın  cəzası  ədalətli  olur.  Gec  də  olsa  güclü 
olur.  Bəndəsi  tərəfindən  istəsə  də,  istəməsə  də  qəbul  edilən  olur.  Mənsə  Tanrı 
bəndəliyindən çıxmıĢ Gövhər xanımın oxĢarını, bəlkə də eynisini harda görməyimi 
arayıb-araĢdırmaqdan  xilas  ola  bilmirəm.  Xəyalım  fikrən  özümdə  olmamağımla 
məĢğuldur.  Yazı  düzündə  beynimə,  yaddaĢıma  yazılanları  vərəqləyə-vərəqləyə 
arana  doğru  irəliləyirik.  Axtardığımı  isə  qətlətən  tapıram.  Fikir  məni  keçmiĢlərə 
çəkir. Hövüllənirəm. Ġndi məni cəlb edən gözlərimin qabağından çəkilib getməyən, 
60-cı  illərin  Gövhəri  olan  SiranuĢ  idi.  Odur  ki  var.  Mənə  tam  aydın  oldu  ki,  elə 
SiranuĢ  da  daĢnak  qadını  imiĢ  ki,  qaraçılıq  edirdi.  Jizoit  qadın  özüdür  ki  var  və 
olub da... 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin