Elektrotexnikanın/ Elektronikanın əsasları Səriştə əsaslı modul elektroniKA


) Təcrübə protokolunun hazırlanması



Yüklə 124,13 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix26.12.2023
ölçüsü124,13 Kb.
#197651
1   2   3   4   5   6   7   8   9   ...   13
Mövzu 1

4) Təcrübə protokolunun hazırlanması 
Təcrübə protokolunun tərtib olunmasının məqsədi laboratoriyada görülən işləri sənədləşdirmək, 
təcrübəyə tətbiq olunmuş prinsip və konseptləri hansı dərəcədə başa düşdüyünüzü göstərmək və tex
-
niki protokol yazma texnikasını inkişaf etdirməklə yaxşı təcrübə əldə etməkdir. 
Təcrübə protokolunu yazmaq üçün qaydalar iki mərhələyə bölünür: hazırlıq protokolu və nəticə 
protokolu. Hazırlıq protokolu təcrübə ilə əlaqədar məzmunu öncədən izah və təsvir edir, nəzəriyyəyə 
fokuslanır və təcrübəyə başlamazdan əvvəl onun məzmununu təsdiq edir. Bundan əlavə, təcrübənin 
protokolu təcrübə üçün tələb olunan dövrə diaqramlarının qoşulması və quraşdırılmasına, ölçü meto
-
duna, ölçü alətinin səlis əməliyyatına, təcrübənin gedişatına və təcrübənin məqsədinə əsasən daha 
dəqiq məlumat əldə etmək üçün hazırlanmalıdır. 
Ümumiyyətlə, protokolun tərtib olunması üçün müxtəlif cür metodlar mövcuddur, lakin onlar, 
adətən, təcrübənin başlığı, təcrübənin məqsədi, metodu və gedişatı, təcrübənin nəticəsi, baxış-icmalı 
və ardıcıllığı ilə hazırlanır.
2. Əsas alətlərin növü və istifadəsi 
Elektronla əlaqəli təcrübələr bir neçə kiçik elektronik komponentdən istifadə etməklə, təcrübi 
sxemdə, universal sxemdə və ya çap dövrə sxemində (ÇDS) dövrə formalaşdırmaqdan ibarətdir. Bu 
metodlar naqilin örtüyünün soyulması metodu, komponenti subtrata əlavə etməzdən əvvəl elektrik 
naqilinin əyilməsi metodu, elektrik naqilinin subtrata əlavə edilməsi metodu və lehimləmədən sonra 
elektrik naqilinin kəsilməsi metodu olaraq təsnifləşdirilə bilər. Bu zaman təcrübə üçün lazım olan 
əsas alətlərin tipləri, istifadəsi və işlənməsini bilmək ehtiyacı yaranır.


ELEKTRONİKA
6
Şəkil 1: Elektronik təlim alətləri 
Cədvəl 1: Müxtəlif alətlərin adları və istifadəsi

Yüklə 124,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin