Elektrotexnikanın/ Elektronikanın əsasları Səriştə əsaslı modul elektroniKA



Yüklə 124,13 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix26.12.2023
ölçüsü124,13 Kb.
#197651
1   2   3   4   5   6   7   8   9   ...   13
Mövzu 1

2) Əsas gedişat 
1. 
Təcrübəyə başlamazdan əvvəl təcrübənin məqsədini, uyğun nəzəriyyəni, təcrübə prosedurunu, 
təhlükəsizliyi və ehtiyyat tədbirlərini nəzərə almalısınız. 
2. 
Təcrübələr bir qrup insan tərəfindən aparıldıqda, onlar bir-biri ilə əməkdaşlıq etməlidirlər. 
3. 
Təcrübə avadanlıqları ehtiyyatla idarə olunmalıdır və tutumu və istifadə aralığı xaricində istifadə 
edilməməlidir. Başqa sözlə, təcrübə avadanlığının əməliyyat prinsipi və təlimatı əvvəlcədən tam 
şəkildə başa düşülməlidir. 
4. 
Təcrübə haqqında məlumatları, məsələn, nəzəriyyə, məqsəd, metod və nəticələri qeyd etməyi 
vərdiş edin. Bu məlumatlar təcrübə bitdikdən sonra təcrübənin nəticələrinin baxışı və analizi 
zamanı lazım olacaq.
5. 
Təcrübə bitdikdən sonra protokol hazırlamalı və təcrübə nəticələrinin təşkili və analizini qeyd 
1. Sadə lehim alətləri və lehimləmə dəmiri


Elektrotexnikanın / Elektronikanın əsasları
5
etməlisiniz. 
6. 
Təcrübə nəticələrini qeyd edərkən, hansı vahiddən istifadə etdiyinizdən əmin olun. Xüsusi hallar 
istisna olmaqla, MKS vahidlər sistemindən istifadə edin. 
3) Təcrübə zamanı təhlükəsizlik qaydaları 
Təhlükəsizlik haqqında biliklər, bacarıqlar və yanaşmalar başa düşülməli, onlara digər texnologi
-
yalardan istifadə olunduğu hallarda olduğu kimi riayət olunmalıdır və bu davranış təcrübə ilə forma
-
laşa bilər.
Bununla əlaqədar laboratoriyada ümumi təhlükəsizlik qaydaları aşağıdakı kimidir. 
1. 
Bütün tapşırıqları həyata keçirməzdən əvvəl, avadanlığın vəziyyətini yoxlayın. 
2. 
İş bütün qurğular qaydaya salındıqdan sonra başlamalıdır. Əks halda naqilin qısa qapanması və 
elektrik şoku meydana gələ bilər. 
3. 
Nəm döşəmədə elektriklə işləyərkən təmas müqavimətinin azalması səbəbilə elektrik sızması və 
elektrik şoku riski olduğu üçün ehtiyyatlı davranmalısınız.
4. 
Qurğunun iş prinsipi ilə tanış olmadığınız zaman toxunmayın. 
5. 
İşləyərkən lüzumsuz danışıq və hərəkətlərə yol verməyin. 
6. 
Heç bir şey tələsərək deyil, sakit şəkildə yerinə yetirilməlidir. 
7. 
Baş vermiş hər hansı qəzanı dərhal məruzə edin. 
8. 
Bütün avadanlıqlar ehtiyyatla istifadə olunmalıdır. İstifadədən sonra, onları yerinə qoyun və 
səliqə ilə saxlayın.

Yüklə 124,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin