Əktəbəhazırlıq qruplarında işin təşkili metodikası


 Müəllim daha yüksək səviyyəli təfəkkür vərdişlərinin və problem həll



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix06.06.2020
ölçüsü2,73 Mb.
#31548
1   ...   6   7   8   9   10   11   12   13   14
maktabahazirliq-qruplarinda-isin-taskili-metodikasi-istirakci-vasaiti


 
5.3. Müəllim daha yüksək səviyyəli təfəkkür vərdişlərinin və problem həll  
etm
ə bacarıqlarının inkişafına yardım edən metodlardan istifadə edir.   
Uşaqlara     problemli  məsələlər,  təfəkkürün  inkişafına  yönəlmiş tapmaca,  pazl  
v
ə  oyunlar,  eləcə  də  bir  neçə cavabı olan  tapşırıqlar     təklif  edin.  Uşaqlara  yönəldici  
suallar  verm
ək,  fərziyyələr  irəli  sürmək, öz  düşüncələrini  əsaslandırmaq,  nəyi  necə  
öyrəndiklərini  izah  etmək  imkanı  verməklə   onlarla  birlikdə  düşünün.  Uşaqları  yeni  
bilikl
əri  digər  situasiyalarda  tətbiq  etməyə  həvəsləndirin. 
 
5.4.  Müəllim qeyri-formal təlimi dəyərləndirir və onun üçün imkanlar yaradır.    
Uşaqlar  tənəffüs  edərkən,  oyun  meydançasında   vaxt  keçirdikləri  zaman  bu  
vaxtı   sadəcə  olaraq   “təlimdən  azad”  vaxt  kimi  nəzərdən  keçirməyin,  uşaqların  təlim  
və  inkişafına, o  cümlədən  sosial  və  emosional  inkişaflarına  yardım  edəcək  oyunlar  
təklif  edin.  
Valideynlərin  gündəlik  həyatda  riyaziyyat  və  savadla  bağlı  biliklərdən  necə  
istifadə  etdiyi  ilə  maraqlanın,   onlara  lazımi tövsiyələr verin.  
Uşaqlara  ailə  üzvlərindən   müsahibə  götürmək,  sorğular  keçirmək  və  ya  ailə  
hadisələrini    (məsələn,  bayram  və  ənənələr)  təsvir    etmək    kimi    tədqiqat    layihələri   
tapşırın. 
 
5.5.  Müəllim uşaqlara təlimin məqsədlərini izah edir və uşaqları təlim prosesi  
v
ə onun nəticələri barədə düşünməyə təhrik edir.  
Özünütəhlil  (məsələn,  “Bu  mövzu  haqqında  mən  artıq  nə  bilirəm?”,  “Əvvəllər  
mən    buna    oxşar    məsələləri/problemləri    necə    həll    edirdim?”),  tapşırığı    yerinə  
yetirərkən  ucadan  düşünmə,   düşüncə  və  biliklərin  “anlayışlar  kartı”,  blok-sxem,  
semantik   
tor və  s.  vasitəsilə  qrafik  təsvirini vermək  kimi  metakoqnitiv  bacarıqlar   
öyrədin.  Uşaqlarla  birgə  düşünün.  Nəticədən  daha  çox  uşaqların  hər  hansı  bir  

 
 
102 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
nəticəni    əldə    etmələrinə    yardım    edən       prosesləri        dəyərləndirin,    başqa    sözlə,  
cavabdan  daha  çox  düşünmə  prosesini  qiymətləndirin.  
 
5.6.  Müəllim uşaqların emosional və sosial inkişafına yardım edə biləcək  
t
əlim metodlarından istifadə edir.    
Adlarının  necə  yaranması, onlar  doğularkən    baş  verən  hadisələr,  ailədə  
danışılan  dillər və s. kimi   uşaqların  identifikasiyasına   diqqəti  cəlb  edən  məşğələlər  
keçirin.   Uşaqları  anlayişları  necə  dərk  etdiklərini   nümayiş  etdirməyə  həvəsləndirin.  
5.7.  Müəllim  uşaqlarda  müstəqillik  və  təşəbbüskarlıq  inkişaf  etdirən 
metodlardan istifad
ə edir.    
Uşaqları  qaydaların,  prosedurların  işlənib  hazırlanmasına  cəlb  edin. Uşaqları  
probleml
əri   müstəqil  və  ya  qrupda, bəzən   müəllimin  köməyi  olmadan  həll  etməyə  
h
əvəsləndirin. 
5.8.  Müəllim  uşaqların  özünütənzimləmələrinə  yardım  edən  metodlardan 
istifad
ə edir.  
Uşaqların    onlarla    bağlı    gözləntiləri    dərk   etmələrinə    yardım    edin.  Uşaqlara  
onların  nə  hiss etdiklərinin  vacib  olduğunu  göstərin  və onların öz  hisslərini  lazım  
olduğu    şəkildə    ifadə    etmələrinə    yardım   edin.Problemli  məsələlərlə    bağlı    öz    həll  
variantlarını  tapa  bilmələri  üçün  uşaqlara  kifayət  qədər  vaxt  verin  və  məsləhətlərlə  
müdaxilə  etməyə  tələsməyin,  amma   uşaqların  səbrləri  tükənir  və    əsəbiləşirlərsə,  
onlara  kömək  edin. Uşaqlara  növbə  gözləməyi  öyrənməkdə  yardımçı  olun.  
 
5.9. 
Müəllim  uşaqlarda  münaqişələri  həll  edə  bilmə  bacarıqlarının  inkişaf 
etdirir.  
Münaqişələrin  həll  edilməsi  alqoritmindən istifadə  edin: 
-  münaqişə  tərəflərinin  nə  hiss  etdiklərini  öyrənin;   
-  baş  verən  hadisə   və  münaqişəyə  cəlb  olunmuş  bütün  uşaqların  nöqteyi- 
nəzərləri  haqda    informasiya   toplayın;   
-  onlar  üçün  problemi  yenidən ifadə  edin;  
-  uşaqlardan münaqişənin  həlli  ilə  bağlı  ideyalarını  söyləmələrini    xahiş  edin; 
-  münaqişə  tərəflərini  qane  edən  həll  yolunu  dəstəkləyin  və  yerinə  yetirilməsinə 
nəzarət edin.   
Uşaqlara    münaqişələri    necə    həll    etməyi    öyrətmək    üçün    rollu    oyun    və 
hekayələrdən    istifadə      edin.  Uşaqlara    “Mən    hiss    edirəm    ki...”      mülahizələrindən  
istifadə  etməyi,  münaqişələri  həll  etməkdə  digərlərinə   yardm  etməyi  öyrədin   (başqa  
sözlə,  uşağa  öz  hiss  və  ehtiyacları  haqda  danışmağı,  sonra  isə  digər  tərəfin  fikrini  
dinləməyi  təklif  edin). 
5.10.  Müəllim  yeni  bilik  və  bacarıqların  öyrənilməsini  uşaqların  artıq  malik 
olduqları bilik və həyat təcrübəsi ilə əlaqələndirir.    
Tədris  məşğələlərini  aşağıdakı  formatda  planlaşdırın:  
1) uşaqlarda  mövzu  ilə  bağlı   olan   biliklərə  əsaslanmaq  və  ya  onlarda  mövzuya  
maraq  yaratmaqla  mövzunu  təqdim  etmək (dərsin aktuallaşdırma və ya motivasiya 
mərhələsi);   

 
 
103 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
2 ) yeni  bilik  və  ya  bacarıqları  daxil  etmək (dərsin dərketmə mərhələsi);  
3) uşaqlara  öyrəndiklərini  başqa  şəkildə  istifadə  etməyi  və  ya  öyrəndikləri  haqda  
düşünməyi  təklif  etmək (dərsin tətbiqetmə mərhələsi). 
            
Uşaqların  nə  ilə  maraqlandıqlarını   və  müxtəlif  mövzular  haqda  nə  bildiklərini  
müəyyənləşdirmək    üçün    onların    oyunlarını    müşahidə    edin.    Uşaqların    nə  
danışdıqlarına,  əşyaları,  hadisələri  və  qarşılıqlı  münasibətləri  necə  təsvir  etdiklərinə  
qulaq    asın.  Diqqəti    uşaqların    müxtəlif    əşyaların    adlarını    bilmələri    üzərində 
c
əmləməyin,   hər  hansı  bir  mövzu  ilə  bağlı  uşaqların  artıq  bildikləri  haqda onlarla  
t
əbii  dialoqa  girin. Uşaqların  bildikləri  və  bacardıqları  haqda  valideynlərlə  söhbət  
edin  v
ə  uşaqların  yeni  bilik  və  bacarıqlar    əldə  etmələrinə  yardım  etmək  üçün  
onlarla  
partnyor  münasibətlər  qurun.  
            
Açıq    suallar    verin,    uşaqları    ideyaları        yaymağa    və    ya    izah    etməyə  
h
əvəsləndirin. Alternativ  nöqteyi-nəzər təklif  etmək,  fərziyyələr  qurmaq  və  ya uşaqlar  
üçün    düşünməni  modelləşdirməklə  onları  birgə  fikirləşməyə  cəlb  edin. Uşaqlara  hər  
hansı  tapşırığı  səbrlə axıradək yerinə  yetirməyi,  çətinliklər  qarşısında təslim  olmamağı, 
müxtəlif  üsullarla  yerinə  yetirməyə  cəhd  göstərməyi öyrədin.  
 
5.11.  Müəllim uşaqların təlim təcrübəsini inteqrasiya edir.   
Savad təlimi, ilkin  riyazi biliklər, oxu, ətraf aləmlə tanışılıq, musiqi, təsviri sənət 
və s.  məşğələlərdə     tematik  bloklar  daxil  etməklə  inteqrasiya  yaradın.    Gündəlik  
situasiya və  uşaqların  həyat  təcrübələri  ilə  bağlı  olan  tematik  blok  və  ya  mövzu  
üzrə  layihələr  planlaşdırın.   Məsələn,  sinifdə  bir  neçə  uşağın  kiçik  bacı  və  qardaşları  
anadan  olubdursa,  müəllim  körpələrin  öyrənilməsi  üzrə  tematik  blok  daxil  edə  bilər.  
Tematik    blokların    öyrənilməsi    zamanı    ayrı-ayrı    uşaqların    fərqli    maraqlarının    ola  
biləcəyini  nəzərə  alaraq,  ümumi  tədris  bloku  çərçivəsində  fərdi  və  ya  kiçik  qruplarda  
layihə\məşğələlər  keçirmək  olar.    
Uşaqlardan    xahiş    edin    ki,    məktəbdə    öyrəndiklərindən    nəyi    isə    evdə  
göstərsinlər,  sonra  sinfə  bunun  necə  alındığı  ilə  bağlı  məlumat  versinlər;  bu  və  ya  
digər  biliklərin evdə  necə  istifadə  olunduğunu  aydınlaşdırmağı  uşaqlara  təklif  edin.  
Uşaqlardan  xahiş etmək  olar  ki,  məktəb  layihəsi  üçün  ailə  üzvləri  ilə  müsahibə  
aparsınlar. 
 
5.12. Müəllim uşaqlarla birlikdə sinif qaydalarını hazırlayır. 
             
Sinif  qaydaları  uşaqların iştirakı ilə  ilk günlərdə  hazırlanır. Qaydaların sayı 3-5 
olmaqla, feilin t
əsdiq formasında və indiki zamanda ifadə olunur. Uşaqların yazıb-oxumaq 
bacarığı olmadığından yazılmış hər qaydanın qarşısında onu əks etdirən sxematik şəkil 
çəkilir.  Qaydanı  pozan  uşağa  qaydanın  sıra  nömrəsi  deyilir,  şəkil  göstərilir.  Adətən, 
uşaqların qaydalara alışması 20-21 gün şəkir. Bu müddətdə müəllim səbrli və təmkinli 
olmalı, pozitiv davran 
 
 
 
 
 

 
 
104 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
6.  T
əlim mühiti 
 
6.1.   Müəllim hər bir uşağın inkişafına yardım edən təlim mühiti yaradır.  
 
Müəllim  elə  bir  mühit  yaradır  ki,  hər  bir  uşaq  özünü  kollektivin  üzvü  sayır  və 
rahatlıq hiss edir. Sinifdə  uşaqların  və  onların  ailələrinin  fotoşəkillərini yerləşdirin  və  
t
əlim  məşğələlərində  onlardan  istifadə  edin.   Evdəki  mühitin  elementlərini  imkan 
daxilind
ə sinif  mühitinə  daxil  etməyə çalışın.  
 
Sinif  mühitində    hər  bir  uşağın  maraqlarının   əks  olunmasının  qayğısına  
qalın,  o    cümlədən  uşaqlara  özləri  və  maraqları        haqda  danışmaları    üçün    imkan   
yaradın.  Qrupda    şən  əhval-ruhiyyə    yaratmaq    və    uşaqlara    bir-biriləri    ilə    müsbət  
qarşılıqlı  münasibətlər qurmaqda  yardım  etməklə  onların  əməkdaşlığına   kömək  edin.  
M
əşğələnin    məqsədini    yarış    deyil,    əməkdaşlıq      kimi    müəyyən    edin.    Daha  çox 
komanda  oyunlarına  üstünlük  verin.    Uşaqların    qarşılıqlı    yardımı    üçün    imkanlar  
yaradın.  
 
Uşaqların   siniflə  emosional  əlaqələr  qurması  üçün  ənənələr  yaradın, onlarda  
müsbət  hisslər  oyadın  və  qrupa  mənsubolma  hisslərini  inkişaf  etdirin.  
Nəzakətli    olun,      sakit    və    məlahətli    səslə    danışın.  Uşaqlarla    danışarkən    “fəal  
dinləmədən”  istifadə  edin.     Nə  etdikləri ilə  bağlı  uşaqlarla  söhbət  edin. Səmimilik,  
həssaslıq  göstərin. Uşaq  özünü  kifayət  qədər  inamlı  hiss  edənə  qədər  onun  evdən  
məktəbə    keçidini    yüngülləşdirən   əşyalardan    istifadə    etməsinə    icazə    verin  (məs., 
gəlinciyi və ya maşını ilə dərsdə oturmasına icazə verin). Hər  gün  hər  bir  uşaqla  fərdi  
olaraq  müəyyən  vaxt  keçirməyə çalışın.    
 
6.2.  Müəllim uşaqların emosional intellektini inkişaf etdirir.  
Uşaqlara  emosiyalarını  adlandırmağı  öyrətmək məqsədilə xüsusi məşğələ təşkil edin  
(məsələn,  uşaqlarla birlikdə emosiyalar  cədvəli  düzəltmək,   rollu  oyunlar oynamaq  və  
s.).  Onlara başa salın ki,   bütün  emosiyalar  qəbul ediləndir. Lakin emosiyaları ifadə 
etməyin sivil yolları vardır.   Emosiyaları ifadə və idarə etməkdə uşaqlara yardım edin. 
Uşaqlara    müxtəlif  hisslər  keçirdikləri  zaman  onlarla  necə  rəftar  edilməsini   istədikləri 
ilə  bağlı   siyahı  tərtib  etməyi   təklif  edin. Uşaqların  hiss  və  təcrübələrində  ümumi  
elementləri  eyniləşdirmək  və  onları  dialoqa  həvəsləndirməklə   onlarda   empatiya  və  
qarşılıqlı   hörmət  hissini  dəstəkləyin.  
6.3. Müəllim təlim mühitinin fiziki cəhətdən  təhlükəsiz olmasının qayğısına 
qalır.    
Sinif  otağıuşaqların    inkişaf    səviyyəsinə    uyğun    gələn,    keyfiyyətli    və    fiziki  
c
əhətdən  təhlükəsiz  material,  avadanlıq  və  mebellə  təmin  edilməlidir. Sinif otağınin 
v
ə uşaqların istifadə etdikləri materialların təmizliyini, təhlükəsizliyini və vaxtında təmirini 
t
əmin    etmək  vacibdir.  Uşaqlarda      sağlam    vərdişləri    inkişaf    etdirmək      üçün  lazımi 
şəraitə diqqət yetirin. Gündəlik  fəaliyyəti  elə   təşkil  edin  ki,  uşaqlar  müstəqil  şəkildə  
materialları  görürə  və  sonra  yerinə  qoya  bilsinlər.   
6.4.  Müəllim  uşaqları  mühitin  planlaşdırılmasında,  təşkilində  və 
qorunmasında iştirak etməyə həvəsləndirir.    
Sinifdəki    mühitini  saxlamaq  üçün  uşaqlarla  birlikdə  dəqiq  qaydalar  işləyib  
hazırlayın.  Uşaqları  sinifdə  müxtəlif  vəzifələrin  yerinə  yetirilməsi  üzrə  məsuliyyəti  öz  
üzərlərinə  götürməyə  həvəsləndirin.  Uşaqların  sinif  mühitini  dəyişmələrinə    imkan  
verin.  

 
 
105 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
6.5.      Müəllim  ayrı-ayrı  uşaqların  ehtiyaclarına  cavab  vermək  üçün  mühiti 
d
əyişir.    
Müxtəlif  təlim  üslublarını  nəzərə  almaqla   materiallar  təqdim  edin,   Uşaq  
məktəbə  gəlməmişdən  əvvəl  valideynlərdən  onun  fərdi  ehtiyaclarını  soruşun. Əgər  
mütəxəssis  və    ya    həmkarlarınızda        oxşar      təcrübə    varsa,    tədris    mühitinin    
uyğunlaşdırılması    ilə    bağlı      onlarla    məsləhətləşin.  Görmə,    toxunma,    dinləmə    və  
iybilmə  vasitəsilə  uşaqların  öyrənə  biləcəkləri  material  və  resurslardan  istifadə  edin.  
6.6.   Müəllim rəğbətləndirmə və cəzalandırmadan inkişaf yönümlü istifadə 
edir.    
Uşaqların  pozitiv  davranışlarını  elə  tərifləyn  ki,  bu  ümumi  boş  bir  tərif  deyil,  
hər  hansı bir konkret    işə  görə   olsun. (Məs., “Afərin! Arifin qələmini tapmaqda ona 
yardım  etdin.”)  Problemli    davranışı    olan    uşağa    onun    sevimli    olduğunu,    ancaq  
davranışının  yol  verilməz  olduğunu  nümayiş  etdirin. 
Sinifd
ə    münaqişələrin    həll    edilməsi    üçün    dəqiq    prosedurların    və    gözlənilən  
davranışın  işlənib  hazırlanmasına  uşaqları  cəlb  edin. Bölüşmə  və  növbə  ilə   işi 
görmək  üçün  anlaşıqlı  sistemin  yaradılmasına  uşaqları  cəlb  edin.  
 
                                           
7. Peşəkar inkişaf  
 
7.1. Müəllim yüksək peşəkar səviyyəyə nail olmaq və bu səviyyəni müasir  
t
ələblərə uyğun saxlamaq üçün öz bacarıqlarının təkmilləşdirir.   
Seminarlarda(o cümlədən təhsillə bağlı olmayan) iştirak edin.Fəaliyyətiniz ilə bağlı 
müxtəlif  peşəkar  qruplara  qoşulun.    Təhsil    məsələlərinə  həsr  olunmuş  ictimai 
müzakirələrdə  iştirak  edin.  İxtisasınız  ilə  bağlı  jurnal  və  kitablar  oxuyun.  Müəllim 
portfoliosu yaradın və iş təcrübəniz haqda danışarkən ondan istifadə edin. Mentorlarla 
işləyin, həmkarlarınızın qarşılıqlı peşəkar yardımını təşkil edin. Təhlil xarakterli qeydlər 
edin. 
Fəaliyyətinizlə bağlı videoyazılar hazırlayın və həmkarlarınızla birlikdə onları təhlil 
edin. Digər mütəxəssislər üçün “sinfinizin qapısını açın”. 
7.2.  Müəllim  bilik  və  bacarıqlarından  istifadə  etməklə  müstəqil qərar  qəbul 
etm
əyə qabil insan kimi fəaliyyət göstərir. 
            
Seminarlarda  və  ya  ədəbiyyatda  tanış  olduğunuz  məsələləri  öz  sinfinizə 
uyğunlaşdırın.  Tədris ilinin əvvəlində uşaqlara, valideynlərə, həmkarlarınıza öz pedaqoji 
konsepsiyanız barədə məlumat verin, sonra dərs ili müddətində işinizi bu konsepsiya ilə 
əlaqələndirin. Uşaqlara və valideynlərə nə üçün bu və ya digər təlim strategiyasından, 
fəaliyyət  növündən  istifadə  etdiyinizi  izah  edin.  Yeni  metodlardan  istifadə  edərkən 
uşaqlardan və valideynlərdən xahiş edin ki, əks-əlaqə versinlər. Müstəqil şəkildə və ya 
digər həmkarlarınızla əməkdaşlıqda təqdiqat layihələri üzərində işləyin. 
 
Uşaq inkişaf nəzəriyyələri 
Bu  gün  uşaq  inkişafı  haqqında  ətraflı  və  hərtərəfli  təsəvvür  verən  nəzəriyyə 
mövcud  deyil.  Uşaq  inkişafı  haqqında  az-çox  təsəvvürə  malik  olmaq  üçün  bir  neçə 
müxtəlif  nəzəriyyə  ilə  tanış  olmaq  lazımdır.  Nəzəriyyə  təklif    və  tədqiq  edilən  və 
ümumilikdə şərh kimi qəbul edilən prinsip və ya ideyadır. İnkişaf nəzəriyyələri uşaqların 

 
 
106 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
nec
ə  öyrənməsi  və  inkişafına    dair  dərin  məlumat  verir.  Nəzəriyyələr  inkişaf  prosesini 
anlamaq v
ə istiqamətləndirməyə kömək edir. Biz nəzəriyyədən qərar qəbul etmək üçün 
vasit
ə kimi istifadə edirik. Uşaqların necə öyrənməsinə dair dörd əsas nəzəriyyə aşağıda 
qısa şəkildə təsvir edilir. Bu nəzəriyyələr psixoloqlar  Erik Erikson, Jan Piaje,  Lev Vıqotski 
v
ə Hovard Qardner tərəfindən yaradılmışdır. Həmin nəzəriyyələr uşaqları müşahidə və 
onlarla işləmə təcrübəsinə əsaslanır. 
 
Psixoanalitik n
əzəriyyə 
Bu n
əzəriyyənin predmeti insan hissləri və şəxsiyyətlərarası münasibətlərdir. Bu 
n
əzəriyyənin  iki  təmsilçisi  –  Ziqmund  Freyd  və  Erik  Eriksonun  yanaşması  daha 
populyardır. Z. Freyd insan şəxsiyyətinin inkişafını bioloji faktorların təsiri və erkən uşaqlıq 
dövründə ailə ünsiyyəti təcrübəsi ilə izah edirdi.  
E.  Erikson  uşaq    şəxsiyyətinin  inkişafında  4  mərhələ  ayırırdı.  Hər  mərhələdə  insan 
spesifik böhran hiss edir ki, bunun da məğzini şüurun əks vəziyyətləri ilə münaqişə təşkil 
edir:  
ətraf mühitə inam ‒ inamsızlığa qarşı (0 – 1 yaş); 
müstəqillik hissi  ‒ utancaqlıq və tərəddüdə qarşı  (1 – 3 yaş); 
t
əşəbbüskarlıq   ‒ günahkarlıq hissinə qarşı (4 – 5 yaş); 
əməksevərlik ‒ bacarıqsızlığa qarşı (6 – 11 yaş). 
 
Piajenin koqnitiv inkişaf nəzəriyyəsi 
Jan Piajenin n
əzəriyyəsi pedaqoqların fikrini uşaqların nəyi bildikləri üzərində deyil, 
öyrənməyə  gəlmə  yolları  üzərində  cəmləşdirməyə  səsləmişdir.    Onun  koqnitiv  (əqli) 
inkişaf nəzəriyyəsi əvvəlcədən müəyyən edilə bilən koqnitiv (əqli) mərhələlərə əsaslanır:   
Şemata (sxemlər) - əqli göstərici və ya konseptlərdir.  Uşaqlar yeni məlumat əldə 
etdikc
ə onlar şematanı (sxemləri) müntəzəm olaraq yaradır, dəyişir, təşkil edir və yenidən 
qururlar. 
Adaptasiyaterminind
ən Piaje uşaqların mühitdən qavradıqlarını əqli formada təşkil 
etm
əsini ifadə etmək üçün istifadə etmişdir. Yeni məlumat və ya yeni təcrübə baş verdikdə 
uşaqlar bu məlumatı öz əqli modelinə daxil etmək üçün adaptasiya olmalıdırlar. Bu yeni 
m
əlumat  uşaqların  artıq  bildikləri  ilə  uyğun  gəlməyəndə  disbalans  yaranır.  Yenidən 
balans şəklinə qayıtmaq üçün assimilyasiya və ya uyğunlaşma vasitəsilə adaptasiya baş 
verir. 
Assimilyasiya 
‒ yeni məlumatı alaraq uşağın artıq bildiyi məlumata əlavə edilməsi 
prosesidir.  
Uyğunlaşma ‒ artıq məlum olanın yeni məlumata uyğunlaşdırma prosesidir.  
Piajenin n
əzəriyyəsində inkişaf mərhələləri: 
-Sensomotor m
ərhələsi (0 – 2 yaş) 
-
Hazırlıq mərhələsi (2 – 7 yaş) 
-Konservasiya m
ərhələsi yaxud konkret təfəkkür mərhələsi (7 – 11 yaş) 
-Formal f
əaliyyət mərhələsi və ya formal-məntiqi, abstrakt təfəkkür mərhələsi (11 
yaşdan yuxarı) 
 

 
 
107 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Vıqotskinin sosial-mədəni nəzəriyyəsi: 
Şəxsi nitq və ya özü ilə söhbət  
Proksimal (yaxın) inkişaf zonası  
“Scaffolding” (Dayaq) 
Sovet  psixoloqu    Lev  Vıqotski  təlimdə  və  inkişafda  sosial-mədəni  amilin  təsirini 
əsaslandırırdı.Vıqotskinin nəzəriyyəsi Piajenin nəzəriyyəsinə çox oxşayır. Əgər Piaje öz 
n
əzəriyyəsində  dərketmə  inkişafını  qarşılıqlı  əməkdaşlıqda  görürdüsə,  Vıqotski  təlimin 
sosial  kontekstl
ərinə  çox  diqqət  verirdi.  Piajenin  nəzəriyyəsində  müəllimin  rolu 
m
əhduddur, amma Vıqotskinin nəzəriyyəsində müəllim təlim prosesində fəal rol oynayır. 
Yeri g
ələndə suallarla kömək edib yardımçı olur.  
Psixoloq aliml
ər uzun sürən diskussiyadan sonra Piajenin nəzəriyyəsini “koqnitiv 
konstruktivizm”,  Vıqotskinin  nəzəriyyəsini  isə  “sosial  konstruktivizm”  kimi  iki  növə 
ayırmışlar. 
Yaxın inkişaf zonası 
Bu  ideya  ondan  ibar
ətdir  ki,  öyrənilməsi  mümkün  olan  bütün  biliklər  üç  hissəyə 
bölünür: 
Birinci hiss
ə ‒ uşaq artıq nə isə bilir. Hətta təlimdə çox böyük çətinlikləri olan uşaq  
da    n
ə  isə  bilir.  Onun  bilik  səviyyəsi  digər  uşaqların  bilik  səviyyəsindən  əhəmiyyətli 
d
ərəcədə aşağı ola bilər, lakin o nə isə bilir. Hərənin öz sürəti vardır. Başqa uşaqların tez 
v
ə asanlıqla  yerinə yetirməyə başladığı işə hansısa uşaq gec başlaya bilər. Belə uşaqları 
sıxışdırmaq lazım deyil.  
Üçüncü hissə ‒  bu,  bizə heç məlum olmayan hissədir. Biz hamımız nə isə öyrənə 
bil
ərik. “Təlim həyatdan uzundur” kəlamı biliklərin bu hissəsini əks etdirir. 
Birinci v
ə üçüncü hissənin arasında ikinci və ən vacibi dayanır. Bu yaxın inkişaf 
zonasıdır ki, burada da təlim baş verir. Uşaq üçün bu zona daimi möcüzələr və ya daimi 
uğursuzluqlar zonası ola bilər. Bu zona necə olacaqdır ‒ bunu müəllim həll etməlidir. Sizin 
iş tempiniz hər bir uşağa uyğun olmalıdır. Əgər siz həddən artıq yavaş getsəniz, təlim irəli 
getm
əyəcəkdir.  Əgər  siz  həddən  artıq    sürətlə  getsəniz,  sizin  uşaq  yorulacaq  və  çox 
yüklənəcək. 
Yaxın  inkişaf  zonasında  istənilən  fəaliyyət  “bələdçi”  rolunu  oynayır.  Sizin 
“bələdçiləriniz” ‒ maddi obyektlər, dil və davranışdır. Yaxın inkişaf zonasında sərf edilən 
vaxt, uşağın yeni məlumatları mənimsəməsi vaxtından asılıdır. Belə ki, bu, heç də sürət 
m
əsələsi  deyil,  qavramanın  dərinliyi  məsələləsidir.  Məlumat  qəbul  olunmuş  səviyyədə 
m
ənimsənildikdən  sonra  uşaq  yaxın  inkişaf  zonasını  keçir  və  naməlum  zonaya  düşür, 
üfüqdə yeni biliklər meydana çıxır. Yeni materialın mənimsənilməsi  elə bir prosesdir ki, 
burada uşaq yeni olanı öyrənmək üçün bildiklərindən istifadə edir və ona uyğun sürətdə 
f
əaliyyət göstərir. Uşaq yeni bilikləri mənimsədikdən sonra o, bir  addım irəli atmış olur və 
yen
ə də naməlum olana yaxınlaşır. Hər yeni materialın mənimsənilməsi irəliyə atılan bir 
addımdır və  o, dəyərləndirilməlidir. Mak Koun və onun həmkarları 1996-cı ildə “Uşağın 
yaxın inkişaf zonasını necə müəyyən etmək olar?” sualına bir neçə cavab təkilf etmişlər. 
• 
T
əlim zamanı uşaqları  müşahidə edin. Bu müşahidəni valideynlə müzakirə edin. 
• 
Uşağa izah etməyə çalışın ki, o, nə üçün bu və digər suala belə cavab verir və ya 
n
ə üçün özünü bu və ya digər şəkildə aparır. Yenə də valideynlərlə danışa bilərsiniz.  
• 
Uşağın qabiliyyətlərinin formativ qiymətləndirməsini aparın.  

 
 
108 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin