Əktəbəhazırlıq qruplarında işin təşkili metodikası



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix06.06.2020
ölçüsü2,73 Mb.
#31548
1   ...   6   7   8   9   10   11   12   13   14
maktabahazirliq-qruplarinda-isin-taskili-metodikasi-istirakci-vasaiti


bununla da h
ər bir uşağın inkişafını dəstəkləyir.    
          
Uşaqlara    gülümsəyin,   mimika    və    jestlər   dilində    qayğınızı    nümayiş    etdirin. 
Uşaqlarla  göz  kontaktı  yaradın; onlarla   söhbət  etmək  üçün  əyilin,   onlarla  birlikdə  
oturun. Uşağın  əlinə,  kürəyinə  dostcasına  toxunmaqla  (ehtiyatlı  olun,  bəzi  uşaqlar  
bunu  xoşlamırlar)  rəğbətinizi  bildirin.  
M
əşğələ  zamanı  uşaqları  müşahidə  etməklə,  verdikləri  sualları  təhlil  etməklə  
onların  necə  düşündüklərini  öyrənin. Uşaqlarla  onlara  uyğun    səviyyədə  danışın:  
onlarla    körpə    kimi    danışmayın,    körpəyə    bəslədiyiniz    münasibəti    bəsləməyin. 
Uşaqların  köməyə,  dəstəyə  ehtiyacları  olduqlarını  hiss  edin  və  situasiyaya  müdaxilə  
edin,  ancaq  uşaqların  əvəzinə  onların  görə  biləcəkləri  işi  yerinə  yetirməyin. 
Uşaqlarla    söhbətə    başlamaq    uşun    onlara    açıq    suallar    verin.  Uşaqları  
söylədiklərini  detallarına  qədər açıqlamağa,  xülasə  etməyə,  düşünməyə  və  hipotezlər  
irəli  sürməyə  təhrik  edin. Uşaqların  hər  birinin  maraqlarını  anlayın; bu  maraqlardan  
istifadə  etməklə  uşaqları  təlimə  və  yeni  düşüncələrə  istiqamətləndirin. Hər  bir   uşağın  
sürətinə  uyğunlaşın. Emosional   dəstəyə  ehtiyacı  olan  uşaqları  ovundurun  və  onlar  
üçün  elə  üsullar  tapın  ki,  bu  üsulların  köməyilə  onlar   özləri-özlərinə  yardım  edə  
bilsinlər. Yeknəsək,  yorucu  məşğələlər  zamanı  çeviklik  göstərin. Uşaq  hər  hansı  bir  
işi  görmək  istəmirsə  və  bu  işi  başqa bir  vaxt,  başqa  şəkildə yerinə  yetirmək  üçün  
imkan  axtarırsa  və  ya  bu  işi  görməkdən,  ümumiyyətlə,  imtina  edirsə,  onun  arzusuna  
hörmət  edin. Uşaqları  vəzifələrin,  qaydaların  işlənib  hazırlanmasına  cəlb  edin. 
Uşaqları  həvəsləndirin  ki,  bir-birilərinə  nə  isə  öyrətsinlər. Onlara  imkan  verin  ki,  öz  
işlərinin    nəticələrini    nümayiş    etdirsinlər    və    ya    uğurlarını    başqaları    ilə    müzakirə  

 
 
96 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
etsinl
ər  (məsələn, sinifdə  “müəllif  kürsüsü”ndən  istifadə  edin). Uşaqların  hər  hansı  
t
əşəbbüsünü  dəstəkləyin.  
Uşaqların  hamısının  bir-biriləri  ilə  qarşılıqlı  ünsiyyətdə  olmaları  üçün  “fikirləşin– 
cütləşin – müzakirə  edin”  kimi  “kooperativ”  təlim  metodlarından   hətta  böyük  qrupla  
işləyərkən  də  istifadə  edin.    Uşaqları məqsədə  nail  olmaq  üçün  birgə  işin  tələb  
olunduğu   məşğələlərə   cəlb  edin. Uşaqlara  xoşagəlməz   davranış  (özünün  və  ya  
yoldaşının)  haqqında  düşünmələri  üçün   imkan  verin  və nəyin  yaxşı,  nəyin  pis,  
n
əyin  dəyişilməli  olması  haqda  müzakirə  aparın. Hər  hansı  bir  uşağın    kollektivdən    
k
ənarlaşdırılmasına  müdaxilə  edin,  bu  uşağın  qrupa  qayıtması     üçün  kənarlaşdırılan,  
h
əmçinin  kənarlaşdıranlarla  işləyin.    Hüquq  və  vəzifələr,  ehtiyac  və  arzu  arasındakı  
f
ərqi  uşaqlara  başa  salın.     “Kooperativ”,  başqa  sözlə,  uşaqların  bir-biri  ilə  ünsiyyət  
yaratmalı  olduqları  məşğələlər  təşkil  edin.  
Uşağın  mülahizəsində  dil  formalarına  düzəliş  etməyin,  ancaq  bu  mülahizəni  
başqa  şəkildə  düzgün  ifadə  edin.  
 
1.2.  Müəllim  uşaqların inkişafına və  təliminə  yardım  göstərmək üçün digər 
şəxslərlə məqsədyönlü qarşılıqlı ünsiyyətdə olur.  
H
əmişə  insanlarla  hörmətlə  danışın  və  başqalarına  qarşı  fikrinizi  ehtiramla 
bildirin.    Sinifd
əki    uşaqları    tanış    edə    biləcəyiniz    maraqlı  insanları    arayın.  Digər  
insanların ideyalarını,  əməyini  necə  dəyərləndirdiyinizi  göstərin. Bütün  insanlarla qəbul  
edilmiş  etik normalara  uyğun  rəftar  edin.                                               
Dig
ər  müəllimləri  və  rəhbərliyi  müşahidə   üçün,  həmkarlarınızı isə  birgə  iş 
üçün məşğələlərinizə  dəvət  edin. 
 
 
2. Ail
ə 
2.1 
Müəllim valideynlərlə partnyorluq əlaqələri yaradır. 
 
Onları  cəlb  etmənin  uşaqlar  üçün  nə  qədər vacib   olduğunu   ailələrə  bildirin. 
Onların  məktəbin  həyatında  necə  iştirak  etmək  istədiklərini  müəyyənləşdirmək  üçün    
anket  sorğusundan   istifadə  edin. Uşaqlarla  birlikdə  gördükləri  işlərə  görə  valideynlərə  
t
əşəkkür  məktubları  yazın.    
Ail
ə    üzvlərinin    öz    övladlarının    inkişafını    izləyə    bilmələri    üçün  uşaqların   
portfoliosu      v
ə  yazılı  hesabatlar  kimi  alətlərdən  istifadə  edin. Uşağın  uğurlarını,  
el
əcə   də,  qayğı  və    problemlərini    bölüşmək  üçün  ailə    və   müəllimin  görüşünü  
planlaşdırın.  Birgə  düşünmək,  problemin  həll  yolunu  tapmaq  və  sonrakı  fəaliyyətlərlə  
bağlı  qərarlar  qəbul  etmək  üçün  ailə  üzvlərini  də  bunu  etməyə  həvəsləndirin.  
Ailələrin    ehtiyacları    və    gözləntiləri    haqda    informasiya    toplayın.  Uşaqların  
evdəki,  həmçinin  məktəbə  gəlməmişdən  əvvəlki  həyati  təcrübələri  haqda  məlumat  
toplayın. Ailə  üzvləri  ilə  uşağın  evdəki  məşğuliyyəti,  onun  sevimli  məşğələləri,  xüsusi  
maraqları,  oyuncaqları,  kitabları,  oyunları, onun   həyatındakı  vacib  insanlar,  onların  
qeyd  etdikləri  bayramlar  haqda   danışın.  
Valideynl
ər üçün  “açıq  qapı”  günləri  təşkil  edin, və  bu  zaman  onları  tədris  
proqramının    məqsəd    və  tələbləri,    məktəbdə/sinifdə    keçiriləcək    tədbirlərlə    bağlı  
m
əlumatlandırın. Bütün  ailələrlə  təmas  qurmaq  üşün  zaman  parametrlərindən  və  
müxtəlif  kommunikasiya  kanallarından  (elektpon  poçt, telefon,  söhbət, evlərdə  görüş,  
uşağın  inkişafı  ilə  bağlı  yazılı  hesabatlar)  çevikliklə  istifadə  edin.Valideynlər  üçün  

 
 
97 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
tematik   seminarlar   v
ə  ya  dəyirmi  masalar  təşkil  edin   və onları   bu  tədbirlərdə  
aparıcı  rolu  öz  üzərlərinə  götürməyə  həvəsləndirin.  
2.2. Müəllim valideyn və uşaq barədə informasiyanın məxfiliyini təmin edir. 
 
Heç  zaman  uşağın  yanında  onu  və  ailəsini  digərləri  ilə  müzakirə  etməyin. 
Yalnız    uşağa    yardım    göstərmək    üçün    zəruri    olan    informasiyanı    tələb    edin. 
Valideynl
ərdən  və  ya  ailə  üzvlərindən  məxfi  informasiyanı  tələb  etməmişdən  əvvəl  
bu  informasiyanın  nə  üçün  zəruri  olduğunu  və  necə   istifadə  olunacağını  onlara  
izah  
edin. Yalnız    valideynlər  razı  olduqları  halda  və  əgər  materiallar  uşağı  müsbət  
c
əhətdən  xarakterizə  edirsə,   uşağın  şəkillərindən  və  ya  videoyazılarından  istifadə  
ed
ə  və  ya  onun  işlərini  başqalarına  göstərə bilərsiniz.   
 
3. İnklüziya, müxtəliflik və demokratik dəyərlər 
 
 
3.1   Müəllim cinsindən, irqindən, etnik mənsubiyyətindən, dilindən, dinindən, 
sosial-
iqtisadi  statusundan    asılı  olmayaraq  hər  bir  uşağa  eyni  imkanlar  təqdim 
edir.   
Uşaqlardan, valideynlərdən  məktəbdə  və  sinifdə  özlərini  necə  hiss  etdiklərini  
v
ə    ya    nəyi    dəyişmək    istədiklərini    soruşun.  Gözləntinin    eyni        səviyyəsini    bütün  
uşaqlara  tətbiq  edin. Uşaqları  və  ailələri  günahlandırmaq  və  ya  onları  dəyişməyə  
çalışmaq    deyil,    təlim    yanaşmaları    və    strategiyalarını    dəyişmək  lazımdır.  Bütün  
uşaqların  adlarını  düzgün  deyin  və  onların   başqalarının  adlarına  lağ  etmələrinə  
imkan  verm
əyin. Uşaqlarla  birlikdə  onların  istedadlarını,  güclü  cəhətlərini  və  arzularını  
t
əsdiq  edən  “Mən  bacarıram”,  ”Bu  mənəm”,  “Adımın  tarixçəsi”  kimi  fərdi   və  qrup   
“kitabları”  hazırlayın. 
 
Ail
ənin  uşağın  ilk  müəllimi  olduğunu  etiraf  edin,   təlimin məktəbdən  kənarda  
da   k
əsilməz  olaraq  davam  etdiyini  dərk  edin;  uşaqların  ailədə,  həyətdə  əldə  etdikləri  
t
əcrübəyə  əsaslanın.  
 
Uşaqların birgə  işləyib öyrənə  bilmələri   üçün  heteroqen  qruplar  təşkil  edin. 
Əlavə  yardıma  ehtiyacı  olan  uşaqlara  yaxın  oturun.  
 
Müxtəliflikləri    müzakirə    edərkən    sözləri    diqqətlə    seçin.      Əşyaların    
qruplaşdırılması    və    onların    nə    ilə    fərqləndiklərinin    izahı    zəruri    olan    məşğələlər  
zamanı  “Hansı  əşya  bura  uyğun  deyil?”  sualının  verilməsi  əvəzinə,  “Hansı  əşya  
seçilir?  Başqalarından    fərqlənir?”    soruşulsa,    daha    yaxşıdır.    İnsanda    müəyyən  
f
ərqlərin  olması  “Bu  insana  burada  yer  yoxdur” demək  üçün  əsas  vermir.  Başqalarını  
t
əcrid  etmək  qəbuledilməzdir  və  başqaları  ilə  ədalətsiz,  pis    davranmaq  olmaz. 
Müxtəlif    qrup    üzvlərinin    kitablarda,    kinofilm    və    cizgi    filmlərində,    açıqcalarda,  
q
əzetlərdə  və   oyuncaq  şəklində    necə  təmsil  olunduqlarını    uşaqlarla  birlikdə  təhlil  
edin.B
ərabərlik,   ədalət  və  hörmət  məsələlərinə  toxunulan  məşğələlər,  rollu  oyunlar,  
kitablarin  oxunuşu  və    ya  filmlərin  nümayişini  təşkil  etməli,   sonra   isə    uşaqlarla  
müxtəlif  insanların  nüxtəlif  vəziyyətlərdə  özlərini  necə  hiss   etmələri,  onların  özlərini  
nec
ə  hiss   etmək   istədikləri  haqda   söhbət  edin.Elə  məşğələ/tapşırıqlar  düşünün  ki,  
yarış  deyil,  əməkdaşlığa  üstünlük  verilsin. 
3.2. Müəllim ətraf mühitə qarşı şəxsi məsuliyyət hissi aşılayır. 
Uşaqlara  tanış  olan  məşğələlərdən  başlayın: heyvan  və  bitkilərə   qulluq, sinfin  
t
əmizlənməsi  və  s. Ətraf  mühitlə  bağlı   problemlərin  öyrənilməsinin   gündəlik  həyatda  

 
 
98 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
insanların  münasibət  və  davranışlarını  necə  dəyişmələri, insanların    ətraf  aləmə  
şəxsən  qayğı  göstərməyə  başlamaları  haqda  uşaqlarla  birlikdə  düşünün.    
 
4. Planlaşdırma və qiymətləndirmə 
4.1.      Müəllim  müntəzəm  və  sistemli  şəkildə  hər  bir  uşağın  inkişafını  və 
uğurlarını formativ qiymətləndirmə alətləri vasitəsilə izləyir.       
Uşağın    inkişafını  anlamaq  üçün  müxtəlif  məşğələlər  zamanı  onu müşahidə  
etm
ək  və   bu müşahidələri   sənədləşdirmək vacibdir.  Formativ qiymətləndirməni və 
müşahidələri qeyd etmək üçün inkişaf  sahələri   üzrə  hər  uşağın  faylını yaratmaq tövsiyə 
edilir. 
Uşaqların  işləri,  o  cümlədən  yazı  işləri,  rəsmlər,  söylədiyi   hekayələr,  ədəbi 
əsəri  müzakirə  edərkən  verdiyi  rəylər,  foto    və    videoyazılar,      nəzarət    vərəqləri  
(çeklistlər),    uşaqlarla    aparılan    söhbətlərin    qeydləri    potrfolioda 
saxlanmalıdır.Müşahidələrlə  bağlı  yazılı  qeydlərinizi  vaxtaşırı  təhlil  edin,  əmin  olun  
ki,  onlar  uşaqlar  haqda sizin fikirləri deyil,  uşaqların  faktiki  olaraq  nə  ilə  məşğul  
olduqlarını  əks  etdirir. 
 4.2. 
Müəllim  uşaqların  səmərəli  təlim  üçün  zəruri  olan  cəlbolunma 
s
əviyyələrini  qiymətləndirir  və  uyğun  olaraq  tapşırıqları  modifikasiya  edir 
(d
əyişdirir).  
Uşaqların  cəlbolunma səviyyələrini  təhlil  etməli  və  müşahidələrə  əsasən ayrı-
ayrı    uşaqların    xoşlarına    gələn  mühit    və    materiallar,    onların    kiminlə    işləməyi  və  
oynamağı  xoşladıqları,  nə  vaxt  onlarda  tədqiqat    aparmaq  və  düşünmək  həvəsi  
yarandığı,  onların  fəaliyyətinə  rəhbərlik  edilməsini  nə  dərəcədə  xoşladıqları,  yaxın  
inkişaf  zonası  üzrə  harada  işlədikləri,  hər  hansı  mövzu  üzrə   məşğul  olmaq  istədikləri  
müddətlə  bağlı  konkret  məsələləri  qeyd etmək lazımdır.Uşaqların  nə  ilə  daha  çox  
maraqlandıqları,  nəyə  daha  çox  sevindikləri,  harada  daha  çox  enerji  sərf  etdikləri,  
daha  açıq,  həssas  olduqları,  daha  çox  özlərinə  inandıqları məqamlara diqqət edin.  
Uşaqlara    əhəmiyyət    kəsb    etməyən  işlər  tapşırmayın.  Onlara    cəlbolunmanın    daha  
yüksək  səviyyəsini    xarakterizə  edən  əhəmiyyətli  (onlar  üçün  məna  kəsb  edən)   
tapşırıqlar  verin. 
Uşaqların    biliklərini    və    davranışlarını    müxtəlif    vəziyyətlərdə    və    mühitdə  
qiym
ətləndirmək lazımdır,  çünki, onlar  şəraitdən  asılı  olaraq  çox  müxtəlif  şəkildə  
t
əzahür  edə  bilər;  uşaqların  cəlbolunması  ən  yüksək  səviyyədə    olduğu  vəziyyətlərdə  
qiym
ətləndirmə    əsaslandırılmış  olur.  Təlimin    keyfiyyətini    necə    yüksəltməyi    
planlaşdırarkən,   uşaqların  hansı ailədə böyüdüklərini,  ailənin sosial-iqtisadi  şəraitini,  
xüsusiyyətlərini,      sağlamlıq  məsələlərini,    təlim    üslublarını,    oynamaq    və    oxumaq  
imkanlarını   nəzərə alın.  Uşağı  təlimə  tam  şəkildə  cəlb  etmək  üçün  onun  özü  haqda  
t
əsəvvürləri,  özünüqiymətləndirməsi  kimi  faktorları öyrənmək lazımdır. 
4.3.   Müəllim tədrisi uşaqlar barədə informasiya və kurikulumun tələbləri 
əsasında planlaşdırır.    
 
Müəllim uşaqlara zəruri bacarıqları əldə etmələri üçün imkan yaratmaq məqsədilə 
m
əşğələ  və  tapşırıqları  uşaqların  inkişaf  səviyyələrinə  və  maraqlarına  əsaslanmaqla 
planlaşdırır. Perspektiv və cari  planlara  ayrı-ayrı  uşaqların  ehtiyac  və  maraqlarına   
cavab  ver
ən    məşğələlər  daxil  etmək tövsiyə edilir. Planlara  konkret  uşaqların  sosial-

 
 
99 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
emosional,  fiziki, nitq, el
əcə  də   əqli  inkişaflarına  yardım  edəcək  məşğələ/tapşırıqlar  
daxil  etm
ək səmərəli olar. 
4.4.    Müəllim  planlaşdırılmış  məsələlərlə  uşaqların  seçdikləri  məsələlər 
arasında tarazlıq yaratmağa çalışır. 
Uşaqları  “Planlaşdırırıq – yerinə  yetiririk – təhlil  edirik”  prosesinə  cəlb  edin və 
alışdırın.Uşaqların  özlərinin  təşəbbüskarı  olduqları  məşğələlər  zamanı onların   nə  
etdikl
ərini  müşahidə  etməklə  gündəlik,  həftəlik  və  uzunmüddətli   planları  korrektə  
edin.Uşaqların   heç  vaxt   məşğul  olmadıqları  fəaliyyət   növlərinin    və   ya  istifadə  
etm
ədikləri  material  və  əşyaların istifadə  olunduğu məşğələlər  əlavə  edin. Uşaqların  
t
əşəbbüsünu  nəzərə  alaraq  bir  məşğələnin   digərini  doğurmasına      imkan  yaradın. 
Uşaqları  maraqlarından  çıxış  edərək  eksperimentlər  aparmağa həvəsləndirin.  
4.5.  Müəllim müxtəlif iş formalarından (fərdi, cütlərlə, kiçik qrupla, böyük 
qrupla) istifad
ə edir.   
Hamı  üçün  əhəmiyyətli    informasiya  və  ya  təlimatlar  verərkən və  ya  xor,  rəqs  
m
əşğələlərində  böyük  qrupla  iş  üsulundan  istifadə  edin.  Bu,  kiçik  yaşlı  uşaqlarda 
m
ənsubolma hissi formalaşdırır.  
Probleml
əri    həll    edərkən    əməkdaşlıq      və    ya        bilikləri    birgə        əldəetmə  
v
ərdişlərinin  inkişafı  üçün  kiçik  qruplarda  məşğələlərdən  istifadə  edin. 
Uşaqların  əldə  edilmiş  bilikləri  möhkəmləndirmələri,  təcrübədən  keçirmələri    
v
ə  ya  öz  fəaliyyətləri  haqda  düşünmələri  üçün  fərdi  tapşırıqlardan  istifadə  edin.  
Uşaqların  fərqli  qruplarda  işini  təşkil  edin  (fərdi,  cütlükdə,  böyük  və  kiçik   
qruplarda)  v
ə  onların  vaxtaşırı  fərqli  uşaqlarla  işləyə  bilmələrinin  qayğısına  qalın. 
Qrup  işi  zamanı  tələb  olunan  bacarıqları  (məsələn,  necə  etimad  qazanmalı,  
nec
ə  lider  olmalı, necə  qərar  qəbul  etməli,  ünsiyyətə  girməli,  eləcə  də,  münaqişələri  
h
əll  etməli uşaqlara  öyrədin. Uşaqlara  planlarını,  birlikdə  necə  işləyəcəklərini  müzakirə  
etm
əyi,   bir  işi bitirdikdən  sonra  isə birlikdə   necə  işlədikləri  haqda  düşünməyi  təklif  
edin. Uşaqlara  fəal dinləmə  və  növbə  ilə  fəaliyyət  kimi  bacarıqları  nümayiş  etdirən  
rollu  oyunlar  t
əklif  edin.   
Uşaqların, adətən,  partnyor  kimi  seçmədikləri  digər  uşaqlarla  necə  işləyə  və  
ya  oynaya  bil
əcəkləri  haqda  düşünün (məsələn,  onlara  digər  uşaqların  nə  etdiklərini   
yoxlamağı  təklif  etməklə).  
Uşaqları   birgə  (kooperativ)  təlim  məşğələləri  zamanı  qrupda    müxtəlif  rolları  
öz  üzərlərinə  götürməyə  həvəsləndirin.  
4.6.  Müəllim uşaqları cəlb etmək və fəal iştirakını təmin etmək üçün kifayət 
q
ədər müxtəlif və uşaqların səviyyəsinə uyğun tapşırıqlar planlaşdırır. 
Uşaqların  istifadə  edə  biləcəkləri  çox  sayda  müxtəlif  material  və  resurslara  
malik  olmalısınız. Onlardan  istifadə  etmənin  alternativ  üsullarını  tapmaqda  uşaqlara  
yardım  edin. Tapşırıqları daha  tez  qurtaran  uşaqlar  üçün   onları   inkişaf  və  təlimin  
növbəti  səviyyəsinə  qaldıra  biləcək  tapşırıqlar  hazırlayın.  
Uşaqlarla    hansı  material  və  məşğələləri  əlavə  etmək  istədikləri və   təlim  üçün  
bunlardan  nec
ə  istifadə  etmənin  mümkün  olması   haqda  məsləhətləşın. 
4.7.  
Müəllimin plan və fəaliyyətləri kifayət qədər çevikdir və orada dəyişən 
şərait, eləcə də uşaqların ehtiyac və maraqları nəzərə alınır.  
Uşaqların  nə  haqda  danışdıqlarına, onları  nəyin   narahat  etdiyinə  qulaq  asın– 
ail
ədə,  ölkədə  və  ya  dünyada    baş  verən  hadisələr barədə informasiyadan  imkan  

 
 
100 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
daxilind
ə    təlim    məqsədləri    üçün    istifadə    edin.  Təbii    və    texnogen    fəlakətlərin,  
müharibə  və  ölümün uşaqlara  təsir etdiyini  anlamalı  və    nəzərə  almalıyıq.  Təklikdə  
öhdəsindən  gəlmək  çətindirsə,  kənardan  yardım  cəlb  edin.  
M
əşğələnin   davametmə   müddəti  ilə    bağlı  çeviklik  nümayiş  etdirin.  Əgər  
u
şaqların    hər    hansı    məşğələyə      maraqları    azalıbsa,  lakin    bu    materialı    keçmək  
z
əruridirsə,  ona  sonra  qayıdın. Hər  hansı  məşğələ  alınmadığı  təqdirdə   standartlara 
cavab  ver
ən  ehtiyat  plan   hazırlamaq  tövsiyə edilir.   
Uşaqları  1) hansısa  mövzu  haqqında  nə  bildikləri  2 ) nə  bilmək  istədikləri   3)  
n
ə    öyrəndikləri      haqda    söhbətə    cəlb    edin.  Uşaqları    portfolioları    üçün    materiallar  
seçməyə,  nə  üçün  məhz  bu  işləri   seçdiklərini    və  bu  işləri    təlim  prosesində  nə  
üçün  əhəmiyyətli  hesab  etdiklərini  şərh  etməyə həvəsləndirin. Uşaqları  gördükləri  işin  
m
əzmununu,    eləcə    də    prosesin    özünü    qiymətləndirmək    üçün    rubriklərin    işlənib  
hazırlanmasına  da cəlb  edə bilərsiniz. 
4.8. 
Müəllim uşaqları digərlərinin işini və davranışlarını qiymətləndirməyə  
yönəldir.    
Uşaqlara   başqa  birinin  işi  haqda  konstruktiv  olaraq  necə  danışmaq  lazım  
g
əldiyini nümayiş etdirin,  umumi  şəkildə  deyil,  konkret  olaraq  nə  isə  soruşmağı  və  
danışmağı    modelləşdirin.  Cütlükdə    və    kiçik    qrupda    işləyərkən    dostcasına    tənqidi  
qeydl
ərini  söyləməyi  öyrədin. Uşaqlara “Bunu  öyrənməyin  üçün  sənə  necə yardım  edə  
bil
ərəm?”,  “Sən  və  dostlarınla  daha  çox  necə  işləyə  bilərəm?”, “Sənin  bu  mövzuya  
olan  marağından  sinifdə  məşğələ  zamanı  necə  istifadə  edə  bilərəm?”  kimi  suallar  
verm
əklə    öz  işinizi   qiymətləndirməyi    təklif  edin. İnsanların  motivasiya,  düşüncə və  
niyy
ətlərini  daha  dərindən  dərk  etmək  üçün  uşaqlara  dəqiqləşdirici  suallar  verməyi  
öyrədin. 
            Daha    r
əngarəng    təlim    mühitini    təmin    etmək    üçün    planlaşdırma    zamanı  
valideynl
ərin xüsusi  maraqlarını  nəzərə  alın  və  istifadə  edin. İmkan daxilində ailə  üzvləri  
v
ə  uşaqla  fərdi  görüşlər  keçirin  və  bu  görüşü  aparmağı  uşağa  həvalə  edin.   Bu  
görüşlərdə  uşaqlar  ailə  üzvlərinə  nə  öyrəndiklərini,  necə  oxuduqlarını  və  öz  uğurlarını  
nec
ə  gördüklərini  nümayiş  etdirirlər.  Sonra  ailə,  uşaq  və  müəllim  birlikdə  uşaq  üçün  
m
əqsədlər    müəyyənləşdirir    və    bu    məqsədlərə    nail    olma    yollarını    müzakirə  
edirl
ər.Valideynlərdən  uşaqlarla    hansı    tematik      blokların    öyrənilə    biləcəyi    ilə    bağlı  
ideyaları  ilə  bölüşmələrini  xahiş  edə bilərsiniz. 
             
4.9.  Müəllim  ehtiyac  duyduqda  qiymətləndirmə  və  planlaşdırma  prosesinə 
lazım olan mütəxəssisləri cəlb edir.  
             
Digər  müəllim,  mütəxəssis,  rəhbər, mentor  və  ya  ailə  üzvlərindən hər  hansı  
bir  məşğələ  zamanı   uşağı  və  ya  bir  qrup  uşağı  müşahidə  etmələrini və  bu  uşaq  və  
ya    uşaqlarla      daha    səmərəli      işləməyə    yardım    edəcək    əks-əlaqə    verməyi    xahiş  
etməkdən çəkinməyin. Xüsusi  təhsil  üzrə  müəllimləri,  psixoloq  və  loqopedləri  həm  
xüsusi  qayğıya  ehtiyacı  olan,  həm  də  tipik  uşaqların  daxil  olduğu  qarışıq  qruplarla  
işləmək  üçün  dəvət  edin. 
 
 
 
 

 
 
101 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
5. T
əlim metodları 
5.1.  Müəllim uşaqları təlim prosesinə fəal cəlb edən müxtəlif təlim  
metodlarını tətbiq edir.     
Məşğələləri  hərflərin  köçürülməsi  və  səs-hərf   uyğunluğunun  öyrənilməsinə  
gətirmək  lazım deyil.  Riyazi    bacarıqların inkişafına  yardım  etmək də riyazi əməlləri 
öyrətmək  demək  deyildir.  Ölçmə,      qanunauyğunluqlar,    miqdar,  müstəvi,    fəza    və  s. 
anlayışları    daxil    edən  maraqlı  məşğələlər  hazırlamaq  mümkündür.      Fəal    təlim  
prosesinə  hərəkət,  müşahidə,  təsnifat,  materialların  tədqiqi,  nəticələrin  çıxarılması  
və  şəxsi  ideyaların  ifadə  edilməsi   kimi  tədris  fəaliyyətləri  daxil  edin.  
 
5.2. Müəllim uşaqları tədqiqat aparma, təcrübə keçirmə, müstəqil öyrənmə və  
yaratmağa təhrik edən məsələ/tapşırıqlar təklif edir.    
            
Uşaqları  suallar  verməyə  və  bu  suallara  cavab  axtarmağa  həvəsləndirin. 
Diqq
əti   yalnız  uşaqların    gördükləri  işin  son  nəticəsinə  deyil,   prosesə  yönəldin;  
uşaqları  böyüklərin    yaratdıqları    modelləri      təkrarlamağa    deyil,      risk    etməyə  
h
əvəsləndirin.  Uşaqlar    tədqiqat      və      eksperimentlər    apardıqları    zaman          onları   
d
əstəkləyin, əks-əlaqə  qurun  və  dialoq  vasitəsilə  onların  düşüncələrini  genişləndirin.  
Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin