Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Doktor Abasəliyevin rəngi ağappaq ağardı



Yüklə 192,11 Kb.
səhifə67/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   63   64   65   66   67   68   69   70   71
Doktor Abasəliyevin rəngi ağappaq ağardı.

Yuxudan təzəcə oyanıb, harada olduğunu anlamaq istəyən adam kimi əvvəl xəstənin, sonra isə növbə ilə Fərzaninin, Münəvvər xanımın və gözlərinin yaşını yığıb-yığışdıra bilməyən yeganə qız balasının üzünə baxdı.

-Bəs axı indicə bir söz dedi. –Doktor Abasəliyev, sual dolu, çaşqın gözlərilə yazıq-yazıq Fərzaninin üzünə baxdı.

-Hə, ağzından bir səs çıxdı, deyəsən. Bu gərək çoxdan danışaydı. Məsələ çox uzandı.

-Bəs bunu əvvəldən niyə demədiz?

Doktor Fərzani ərkyana məzəmmətlə:

-Heç ağzımızı açmağa qoydun ki!.. Bizlərdən 340 il o tərəfdə - o köhnə əyyamlarda Əylisdə özün üçün kef eləyirdin. Heç bizi görürdün ki! –Doktor Fərzani ürəkdən gülə-gülə ucadan dedi və sonra səsinin tonunu dəyişib, ciddi maraqla soruşdu: - O Əylisdə, doktor, doğrudan, elə adamlar olub?

-Olub, bəli! O Əylisdə bir vaxt Allah kimi insanlar yaşayıb. Su çəkiblər, bağ salıblar, daş yonublar. Gedib, min zülmünən orda-burda pul qazanıb, gətirib o Əylisin hər qarışın cənnətə döndəriblər. 18-19-cu illərdə türk ordusu Əylisi dağıdıb gedəndən sonra kəndin müsəlman camaatı erməni xarabalarında hələ də hər gün qızıl axtarır. Torpağı belləyəndə də hamı elə bilir ki, yerdən qızıl çıxacaq. Qəbirləri sökürlər, kilsələrin divarlarının dibini qazma ilə qazdıqca qazırlar. Əylisin müsəlmanı gecə yuxusunda da erməninin qızılını görür. O qızılnan ki, erməni yerin dibindən su çıxarıb - dağın-daşın arasından Əylisin hər yerinə fayton yolu çəkdirib. Dəhnə tikib. Çayın yatağı boyunca hər yerdə sal daşdan hörgü hörüb. Küçələrin hamısına seçmə çay daşı döşəyib. O qızılın hesabına Əylisdə 10-dan çox möhtəşəm kilsə tikilib. O kilsələrin hər biri bəlkə bir ton qızıla başa gəlib.

-O kilsələrin bir-ikisi bizim Urmiyədə də vardı. Ancaq o zonada ermənilərin ən böyük kilsəsi, deyəsən, Maku tərəfdəydi. Mən balaca uşağıdım, amma bizim Urmiyə ermənilərinin də yığışıb, ildə bir-iki dəfə o kilsəyə ibadətə getməyin görmüşdüm. O kilsənin adı, deyəsən, Qara kilsəydi. – Öz uşaqlıq vətənini birdən yada salmış doktor Fərzani az vaxtda xeyli kövrəlmişdi.

-Bildim, bildim! Makudakı monastırı deyirsən. – Sevimli mövzusuna qayıdan doktor Abasəliyevin marağı təzədən coşmağa başladı. – O monastır Makudan 30-40 kilometr aralıda, İranla Türkiyənin sərhədində olmalıdır. Çaldıran yamacının yaxınlığında. O dərədə İsmayıl şah türk ordusuna məğlub olub. Sonra nəşəni-tiryəki xorlaya-xorlaya, oturub ölənəcən şer yazıb. O monastır bir o qədər də qədim monastır deyil. Ermənilərin xristianlığı qəbul eləməyindən, təxminən 600 il sonra inşa olunub. O ətrafda başqa bir böyük monastır da olmalıdır – Keşiş Tatevosun monastırı. O Tatevos 71 il ömür yaşayıb. İsa Məsih dininin güclü təbliğatçılarından olub. Dini, tarixi mövzularda bir neçə kitab yazıb. Bizim Əylıisdə də olub, deyəsən. Ancaq onun Əylisdə nə vaxt olduğunu dəqiq bilmirəm.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin