Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Xəstəyə dərman verməyin vaxtına hələ yarım saat qalırdı



Yüklə 192,11 Kb.
səhifə66/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   63   64   65   66   67   68   69   70   71
Xəstəyə dərman verməyin vaxtına hələ yarım saat qalırdı.

Ancaq atasının o gündəliyi səhifə-səhifə oxumağa təzədən girişdiyini görən Azadə xanım ərinə dərman vermək bəhanəsilə çarpayıya yaxınlaşıb, xəstəni azad buraxmağın vaxtı çatdığını yenə qaş-gözlə atasına başa salmağa çalışdı. Lakin doktor Abasəliyev qızının narahatlığına bu dəfə də heç bir əhəmiyyət vermədi. Portfelindən indi də ayrı bir vərəq çıxardıb, əlində yelləyə-yelləyə:

-Burda belə bir şey də var, növcavan, - dedi. – Zəkəriyyə Əylisli 1676-cı ilin noyabr ayının 10-da öz gündəliyndə yazır: “Mən Zakari müqəddəs Hovanes kilsəsinin həyətində bir saz, qollu-budaqlı çinar əkdim”. Mən bilən, o Daş Kilsə tərəfdə axı çinar ağacı olmayıb. Sən bilərsən bəlkə olub, mənim yadımdan çıxıb?

Gözləri elə bu andaca birdən-birə xeyli böyüyən Saday Sadıqlı dodağı əsə-əsə:

-Çeşməsədin! Eçma... eçmazza! – dedi. Döyülüb xəstəxanaya düşdüyü vaxtdan bəri bu onun dilindən çıxan yeganə sözəbənzər bir şey idi. Və bu sözəbənzər səs düzümünün məhz “Eçmiədzin” demək olduğunu yalnız Azadə xanım anlaya bildi. Anlayıb, özünü saxlaya bilmədi. Azadə xanım fəryad dolu bir səslə hönkürüb ağlamağa başladı:

-Papa! Papa!.. – Azadə xanım hönkürə-hönkürə deyirdi. –Bu hələ danışa bilmir, papa!.. Heç adam-zad da tanımır. Sən də bayaqdan elə deyirsən, deyirsən, sözünə bir dəqiqə ara vermək istəmirsən.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin