Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Bunu artist düz görmüşdü: Doktor Fərzaninin halı birdən-birə, həqiqətən, dəyişmişdi



Yüklə 192,11 Kb.
səhifə3/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   2   3   4   5   6   7   8   9   ...   71
-Demək, deyirsən ki, bu adam ermənidir.

Xəstəni gətirənin gözləri təəccübdən bərələ qaldı:

-Buy, bu nə sözdür, doktor! Siz bunu tanımırsız, bəyəm?...Siz Saday Sadıqlını tanımırsız? Azərbaycan teatrının fəxrini. Bu ölkənin bir nömrəli artistini. Siz bu boyda sənətkarı, doğrudan, tanımırsız, doktor? Yəni televizorda da görməmisiz?... Siz mənim özümü də televizorda çox görmüsüz, doktor. Ola bilər ki, adımı yadınızda saxlamamısız... Nuvariş Qarabağlı – komik rolların tanınmış ifaçısı. Məni tanımasaz da olar. Mən sizdən incimirəm. Ancaq Saday Sadıqlını tanımayan yoxdur axı. Hamleti, Otellonu, Aydını, Kefli İskəndəri bunun kimi oynayan hələ heç yerdə olmayıb.

-Mən sizi görən kimi tanıdım! – Cavan tibb bacısı o yandan fəxrlə bəyan elədi.

-Sizin hər ikinizi mən də televizorda çox görmüşəm. - Yaşlı qadın nədənsə nazlana-nazlana dedi. – Ancaq həkimdə taxsır yoxdur. Həkim 30 ildən çox Moskvada yaşayıb. Doktor Fərzaninin Moskvadan Bakıya gəldiyi heç üç il də deyil.

Tanınmağından aşkarca fərəhlənmiş Nüvariş Qarabağlının hələ yaşı qurumamış gözlərindən indi bir dünya işıq yağırdı. Həkimin nə onu, nə də onun xəstəxanaya gətirdiyi Saday Sadıqlı kimi məşhur bir adamı tanımamağının səbəbini biləndən sonra artistin bu sarıdan da heç bir narahatlığı qalmamışdı. Onların hər ikisini əvvəlcədən tanıyan şəfqət bacılarının bu tanışlığı bayaqdan üzə vurmamağını isə Nüvariş Qarabağlı bu dünyanın mütrifanə əməllərindən biri kimi çoxdan görüb qəbul eləmişdi. (O, insanlara yalnız gülmək üçün lazım idi. Bunu bilirdi və buna həmişə hazır idi. Ancaq insanlardan ona bir şey lazım olanda bu insanlar onu çox vaxt tanımırdılar, daha doğrusu, özlərini tanımamazlığa vururdular. İnsanlardakı bu xasiyyəti o, hər hansı bir rəisin yanına girməyə tələsəndə və ya hər hansı aztapılan bir şeyi növbəsiz almağa cəhd göstərəndə o rəisin qəbulunda oturan və o aztapılan şeyin növbəsində duran adamların rəftarında dönə-dönə müşahidə eləmişdi. Bu iki ağxalatlı qadının iki məşhur artisti tanıdığını əvvəldən boynuna almamağınınsa yalnız bir səbəbi ola bilərdi: qadınlar bu məsələnin həkim tərəfindən yaxşı qarşılanmayacağından, ola bilər ki, ehtiyatlanmışdılar.)




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin