Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh


Suda həll olan vitaminlər



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   2   3   4   5   6   7   8   9   10   ...   32

1.4.2.Suda həll olan vitaminlər 

 

B

1

-vitamini.  Polyak  alimi  K.Funk  1912-ci  ildə  düyü 

kəpəyindən  beri-beri  xəstəliyinə  müalicəvi  təsir  göstərən 

bioloji  aktiv  bir  maddə  aldı  və  o  bu  maddəni  B  vitamini 

adlandırdı.  Daha  sonra  məlum  oldu  ki,  bu  alınmış  maddə 

müxtəlif  maddələrin  qarışığından  ibarətdir.  B

1

  vitaminin 



tərkibində  həm  kükürd,  həm  də  amin  qrupu  olduğuna  görə 

tiamin  də  deyilir.  Kimyəvi  təbiətinə  görə  tiamin  də  deyilir. 



 

80 


 

 

Kimyəvi  təbiətinə  görə  tiamin  pirimidin  nüvəsi  ilə  tiazol 



həlqəsindən əmələ gəlmişdir.  

Bu  vitamin  qidada  az  və  ya  heç  olmadıqda  insanlarda 

beri-beri deyilən xəstəlik əmələ gəlir, xəstəlik əsasən ürəyin və 

sinir  sisteminin  fəaliyyətinin  pozulması  ilə  müşahidə  olunur. 

B

1

-vitamininin  çatışmazlığının  qarşısı  alınmadıqda  ümumi 



zəiflik,  tez  yorulma  halları  müşahidə  olunur.  Ürəyin  həcmi 

böyüyür, ritmi pozulur, döyünməsi artır. Bundan başqa qidada 

B

1

-vitamini  çatışmadıqda  su  mübadiləsi  pozulur.  Bu  zaman 



xəstələr  ağızlarının  qurumasından  və  susuzluqdan  şikayət 

edirlər.  Bu  vitamin  bitkilərdə  sərbəst  halda  yox,  birləşmiş 

şəkildə  tiaminpirofosfatın  tərkibində  olur.  B

1

  vitamininin 



quruluşu aşağıdakı kimidir.  

        N = C–NH

 

        H



3

C–C            C – CH

2

       N


+

           C–CH 

 

        N            CH             HC              C–CH



2

–CH


2

OH 


 

                                                     S 

B

1

-vitamini       



        N =C–NH

 



        H

3

C–C    C –CH



2

             N

+

           C–CH 



 

        N –CH                    HC             C–CH



2

–CH


2

–O– 


 

                                                   S                                     

     O      O 

 

   –P–O–P–OH                                                                



 

    OH   OH 

Tiaminpirofosfat (TPF) 


 

81 


 

 

Tiaminpirofosfat  da  orqanizmdə  sərbəst  halda  yox, 



karboksilaza fermentinin tərkibində olur. Yəni tiaminpirofosfat 

karboksilaza  fermentinin  kofermentidir.  Buna  görə  də  ona 

karboksilaza 

da 


deyilir. 

Bundan 


başqa 

B

1



-vitamini 

lipotiamindifosfatın  (LTDF)  tərkibində  olub,  ketoturşuların 

(piroüzüm 

və 


α-ketoqlütar 

turşuları) 

oksidləşməklə, 

karboksilsizləşməsini  kataliz  edən  fermetlərin,  yəni  bəzi 

dehidrogenazalarla birləşmiş şəkildə olur.  

B

1



  vitamini  orqanizmdə  çatışmadıqda  sulu  karbonların 

aralıq  mübadiləsi,  daha  doğrusu  piroüzüm  turşusunun 

mübadiləsi  karboksilsizləşmə  prosesində  pozulur.  Nəticədə 

piroüzüm  turşusunun  toxumadaxili  oksidləşmə  zamanı  karbon 

qazı  və  suya  qədər  parçalanması  prosesi  pozulur.  Bu  da  B

1

 



vitamininin 

çatışmazlığı 

nəticəsində 

kokarboksilaza 

fermentinin orqanizmdə sintezinin pozulması ilə əlaqədardır.  

Bu 


zaman 

əmələ 


gəlmiş 

piroüzüm 

turşusunun 

oksidləşməsi  davam  etmir.  Onun  bir  hissəsi  süd  turşusuna 

çevrilir. Sonra toxumalarda piroüzüm və süd turşuları miqdarca 

artır.  Əsasən  beyin  toxumalarında  gedən  karbohidrat 

mübadiləsi  kəskin  surətdə  pozulur.  Belə  şəraitdə  ketoturşular 

başqa  orqanların  toxumalara  nisbətən  beyin  toxumasında  daha 

çox olur. Ona görə də beri-beri və ya polinevrit xəstəliyində ilk 

növbədə mərkəzi sinir sistemi pozulur. Bu avitaminoz vaxtında 

müalicə olunmadıqda insanlarda iflic xəstəliyi baş verir. Qeyd 

etmək  lazımdır  ki,  orqanizmə  B

1

  vitamini  qəbul  edildikdə  bu 



xəstəlik  sağalır.  Ona  görə  də  insanlar  hər  gün  keyfiyyətli  qida 

qəbul  etmək  rejiminə  xüsusi  olaraq  fikir  verməlidirlər.  Bu 

vitamin  çatışmadıqda  aminturşularının  aminsizləşməsi  və 

yenidən aminləşmə, aminturşu mübadiləsi pozulur.  

B

1

 



vitamini 

insan 


orqanizmi 

tərəfindən 

sintez 

olunmadığına  görə  ona  olan  tələbat  yalnız  qida  məhsulları 



hesabına  ödənilir.  Heyvan  mənşəli  qida  məhsullarına  nisbətən 

bitki  mənşəli  qida  B

1

  vitamini  ilə  daha  zəngindir.  Dənli 



bitkilərin  qabığında,  noxudda,  meyvələrdə,  kökümeyvəlilərdə 

 

82 


 

 

B



1

  vitamininə  daha  çox  təsadüf  olunur.  Đnsanın  B

1

  vitamininə 



gündəlik  ehtiyacı  3-4  mq-dır.  Qida  məhsulları  düzgün 

saxlanılmadıqda B

1

-vitamini miqdarca azalır. Ona görə də qida 



məhsullarının saxlanmasına düzgün riayət etmək lazımdır.  

B

2

 vitamini. Bu vitaminə başqa sözlə riboflavin də deyilir. 

B

2



  vitamini  metilləşmiş  izoalloksazinlə  ribitol  spirtinin 

birləşməsindən əmələ gəlmişdir.  

Bu 

vitamin 


sarı 

rəngli 


olub, 

temperaturun 

və 

ultrabənövşəyi  şüaların  təsirinə  davamsızdır.  Orqanizmdə  B



2

 

vitamini  çatışmadıqda  tənəffüs  və  ürək  ritminin  tənzimi 



pozulur.  Qida  məhsullarında  B

2

  vitamini  az  və  ya  heç 



olmadıqda  orqanizmdə  qlikogen  ehtiyatının  azalmasına  səbəb 

olur. 


 

                                          OH OH OH                

 

                                  CH



2

– C –C– C–CH

2

OH    


                                    

                 N   N                  H    H   H             

 

      H


3

C–C                   C=O 

      H

3

C–C                   NH 



 

                 N  CO 

B



vitamini 



 

Bu  vitamin  tənəffüs  prosesində  iştirak  edən  flavin 

fermentlərinin  tərkibində  flavinmononukleotid  (FMN)  və 

flavin adenindinukleotid (FAD) formasında olur.  

Daha  doğrusu,  B

2

  vitamini  FMN  və  FAD-ın  tərkibində 



olur. Qidada B

2

 vitamini çatışmadıqda FMN və FAD-ın əmələ 



gəlməsi  pozulur.  Bu  da  flavin  fermentlərinin  sintezinin 

pozulması deməkdir.  



 

83 


 

 

Bundan 



başqa 

B

2



 

vitamini 

insan 

orqanizmində 



çatışmadıqda  ağız  və  gözün  selikli  qişasının  zəifləməsi, 

tüklərin tökülməsi müşahidə olunur.  

B

2

  vitamini  çatışmadıqda  dilin  üst  səthinin  selikli  qişası 



atrofiyalaşır,  göbələyə  bənzər  məməciklər  əmələ  gəlir.  Belə 

insanlarda  normadan  artıq  ağız  suyunun  olması  müşahidə 

olunur.  B

2

  vitamini  insan  orqanizmində  maddələr  mübadiləsi 



zamanı hemoqlobinin sintezində də iştirak edir.  

Ona görə də insan orqanizmində uzun müddət bu vitamin 

çatışmadıqda  çox  vaxt  qan  azlığı  deyilən  xəstəlik  meydana 

çıxır.  Bundan  başqa  B

2

  vitamininin  heyvandarlıqda  da  böyük 



əhəmiyyəti  vardır.  Belə  ki,  bu  vitamin  çatışmadıqda 

heyvanların  boy  inkişafı  pozulur.  Đnsan  orqanizmində  ürək 

ritminin  və  tənəffüs  prosesinin  tənzimlənməsində  bu  vitamin 

mühüm rol oynayır.  

Müəyyən  olunmuşdur  ki,  riboflavin  və  ya  B

2

  vitamini 



insan  orqanizmində  yağların  mənimsənilməsinə  təsir  göstərir. 

O,  B


1

  vitamininin  insan  orqanizmində  bioloji  təsirini 

gücləndirir  və  mərkəzi  sinir  sisteminin  fəaliyyətini  daha  da 

normal  hala  salır.  B

2

  vitamini  mədəaltı  vəzə  müsbət  təsir 



göstərərək,  insulin  hasilatını  sürətləndirir.    B

2

  vitamini 



çatışmadıqda 

insanlar 

tam 

dəyərli, 



keyfiyyətli 

qida 


məhsullarından  istifadə  etməklə,  bu  avitaminozu  müalicə  edə 

bilərlər.  

Bitkilərdə  bu  vitaminin  sintezi  həm  işıqda,  həm  də 

qaranlıqda  gedir.  B

2

  vitamininin  bitki  mənşəli  məhsullarından 



ən çox taxılın qabığında 0,5 mq%, meyvə-tərəvəzlərdə 0,03-0,1 

mq%, heyvan mənşəli məhsullardan – balıqda 0,4 mq%, süddə 

0,1 mq%, mal ətində 0,2 mq% olur.  

Đnsan orqanizmində B

2

 vitamini sintez olunmadığına görə 



ona  olan  ehtiyac  yalnız  qida  məhsulları  hesabına  ödənilir.  B

2

 



vitamininə  olan  tələbat  əsasən  bitki  mənşəli  məhsulların 

hesabına  ödənilir.  Bu  vitaminə  olan  gündəlik  tələbat  2-4  mq-

dır.  


 

84 


 

 

B



3

 vitamini. Bu vitaminə pantoten turşusu da deyilir.  

B



vitamini aminsizləşmiş valinin metilləşmiş törəməsi ilə 

β-alanindən ibarət olub, quruluşu aşağıdakı kimidir: 

 

                 CH



3   

OH 


 

HO –H


2

C–C  – CH–CO–NH–CH

2

–CH


2

–COOH   


 

                 CH

B



vitamini və ya pantoten turşusu 

 

Pantoten  turşusu  açıq-sarı  rəngli  yağabənzər  maddədir. 



Đnsanın, heyvanların və bitkilərin həyatında B

3

 vitamininin rolu 



böyükdür. Đnsan və heyvan orqanizmi bu vitamini sintez etmək 

qabiliyyətinə  malik  deyildir.  Ona  görə  də  ona  olan  tələbat 

yalnız  qida  məhsulları  hesabına  ödənilir.  B

3

  vitamini  canlı 



orqanizmdə  gedən  bir  çox  biokimyəvi  reaksiyaların  gedişində 

iştirak 


edən 

koferment–A-nın 

tərkibində 

olur. 


Qida 

məhsullarında  B

3

  vitamini  olmadıqda  koenzim–A-nın  əmələ 



gəlməsi  pozulur.  Bu  da  orqanizmdə  maddələr  mübadiləsinin, 

əsasən sulukarbonların və yağların mübadiləsinin pozulması ilə 

nəticələnir.  Pantoten  turşusu  çatışmadıqda  insanların  sinir 

sistemində, ürək fəaliyyətində dəyişikliklər baş verir. Hətta bu 

vitamin  çatışmadıqda  tüklərin  piqmentasiyası  və  tökülməsi 

müşahidə olunur. Qida məhsullarının tərkibində B

3

 vitamini az 



olduqda  ayaqların  göynəməsi  xəstəliyi  də  baş  verir.  Bu 

vitaminlər  zəngin  olan  qida  məhsulları  ilə  qidalandıqda  bu 

xəstəliklər  aradan  qaldırılır.  Pantoten  turşusu  bitkilərin  yaşıl 

yarpaqlarında,  tərəvəzlərdə  çox  olur.  B

3

  vitamini  ən  çox 



buğdada 1 mq%, kartofda, kələmdə, göydə 0,4-1,0 mq%, dənli 

bitkilərdə, üzümdə 0,1-2,0 mq% rast gəlinir. Bundan başqa bu 

vitamin  süddə,  yumurtada,  ətdə  və  qaraciyərdə  də  çox  olur. 

Đnsanın B

3

 vitamininə olan gündəlik tələbatı  yaşlılarda 10 mq, 



uşaqlarda isə 15-20 mq-dır.  

 

85 


 

 

B



6

  vitamini.  Bu  vitaminə  başqa  sözlə  piridoksin  də 

deyilir.  B

6

  vitamini  piridinin  törəmələri  olan  piridoksin, 



piridoksal və piridoksalamindən ibarətdir.  

                                                                             O 

    CH

2

OH                                                C          H 



 

      HO        CH

2

OH                                 HO       CH



2

OH 


     H

3

C                                                     H



3

 



     N                                                         N 

piridoksin                                             piridoksal 

 

                                     CH



2

NH

2



           

 

 



 

 

 



 

 

                              HO       CH



2

OH 


 

                             H

3



                                     N 



                          piridoksamin 

 

Piridoksin 



orqanizmdə 

oksidləşərək 

piridoksala, 

aminləşərək  piridoksaminə  çevrilir.  Bu  vitamin  piridoksalın 

fosforlu 

törəməsi 

olan 

fosfopiridoksalın 



tərkibində 

transaminləşmə  və  ya  təkrar  aminləşmə  və  dekarboksilləşmə 

proseslərini  kataliz  edən  aminotransferaz  və  dekarboksilaz 

fermentlərinin kofermentidir.  

Bu  vitamin  qidanın  tərkibində  çatışmadıqda  sinir 

sisteminin 

müxtəlif 

cür 


pozulmaları, 

ürək 


və 

əsəb 


xəstəliklərinin  əmələ  gəlməsinə  şərait  yaranır.  B

6

  vitamini 



qidanın tərkibində əsasən fosfopiridoksal və fosfopiridoksamin 

şəklində  olur.  Bundan  başqa  B

6

  vitamini  insan  orqanizmində 



ətirli  və  ya  aromatik  aminturşularının  nümayəndəsi  olan  

tirozinin  çevrilməsi  nəticəsində  sintez  olunur.  Qəbul  olunmuş 



 

86 


 

 

qidada  qeyd  olunan  aminturşusu  çatışmadıqda  piridoksinin 



miqdarı orqanizmdə istənilən normada olmur. 

Onların quruluş düsturu aşağıdakı kimidir: 

 

                   O                                                            OH 



         C       H                                      CH

2

NH



HO       CH

2

OP                          HO      CH



2

O–P        O 

                                                                                    

       H


3

C                                             H

3

C                         OH 



          N   

                                   N           

         fosfopiridoksal                   fosfopiridoksamin 

 

 



 

 

 



 

Bundan  başqa  B

6

  vitamini  fosfopiridoksal  şəklində 



tərkibində  sulfidril  qrupları  (H)  saxlayan  aminturşularının 

digərinə  çevrilməsində  də  iştirak  edir.  Beləliklə,  B

6

  vitamini 



aminturşuların sintezində iştirak edir. Orqanizmdə B

6

 vitamini 



çatışmadıqda aminturşuların və zülalların sintezi pozulur.  

B

6



  vitamini  yüksək  temperaturun  təsirinə  qarşı  davamlı 

olub,  qida  məhsullarının  birləşməsində  və  konservləşdiril-

məsində  öz  bioloji  aktivliyini  itirmir.  B

6

  vitamini  ən  çox 



düyüdə  0,5  mq%,  buğdada  1-2  mq%,  kartofda  0,2  mq%, 

üzümdə  0,1  mq%  olur.  Paxlalı  bitkilərlə  B

6

  vitamini  daha 



zəngindir.  Heyvan  mənşəli  ərzaq  məhsullarından  yumurtanın 

sarısında  0,3  mq%,  ətdə  0,6  mq%,  qaraciyərdə  1-2  mq%  B

6

 

vitamini  olur.  Đnsan  orqanizminin  bu  vitaminə  olan  gündəlik 



tələbatı 2-3 mq-dır.  

PP  vitamini.  Bu  vitamin  nikotin  turşusu  və  onun  amidi 

olan  nikotinamiddən  ibarətdir.  Onlar  canlı  orqanizmdə  bir-

birinə çevrilmək qabiliyyətinə malikdirlər.  

1935-ci  ildə  dünya  şöhrətli  alim  O.Varburq  təmiz  halda 

sintez etdiyi koferment olan qlükozo-6-fosfatdehidrogenazanın 

tərkibində nikotin turşusunun amidinin varlığını aşkar etmişdir. 

Alimin  bu  kəşfi  fermentlərin  tərkibində  başqa  vitaminlərin  də 

olmasına imkan yaratmışdır.  



 

87 


 

 

Nikotin  turşusu  və  onun  amidinin  quruluşu  aşağıdakı 



kimidir: 

 

                                                   



 

             COOH                            CONH

2

 

 



 

Nikotin turşusu   

Nikotinamid 

   


 

 

 



 

PP  vitamini  maddələr  mübadiləsi  prosesində  mühüm  rol 

oynayır. Belə ki, bu vitamin toxuma tənəffüsü prosesini kataliz 

edən  fermentlərin,  anaerob  dehidrogenazaların  prostetik 

qruplarını  təşkil  edən  NAD-i  (nikotinamidadenindinukleotid), 

NADF-ni  (nikotinamidadenindinukleotid  fosfatın)  tərkibində 

olur. Bu vitamin insan orqanizmi tərəfindən sintez olunmur. PP 

vitamininə  olan  ehtiyac  yalnız  qida  hesabına  ödənilir.  Ərzaq 

məhsullarında  PP  vitamini  olmadıqda  və  ya  az  olduqda 

tərkibində  NAD  və  NADF  olan  bir  sıra  oksidoreduktaz  qrup 

fermentlərinin sintezi və maddələr mübadiləsi pozulur. Qidada 

PP  vitamini  olmadıqda  insanlarda  pellaqra  deyilən  xəstəlik 

əmələ  gəlir.  Bu  xəstəliyin  başlanğıc  mərhələsində  ümumi 

zəiflik  halları  müşahidə  olunur.  Sonra  həzm  prosesi  və  sinir 

sistemində  dəyişikliklər  meydana  çıxır.  Daha  sonra  əsasən 

dərinin  açıq  yerlərində,  sifətdə  və  əllərdə  simmetrik  yaralar, 

huşsuzluq  halı  da  əmələ  gəlir.  Orqanizmdə  PP  vitamini 

çatışmadıqda  həm  də  karbohidrat  mübadiləsinin  aralıq 

məhsullarından  biri  olan  piroüzüm  turşusunun  parçalanması 

pozulur.  Bu  da  əsasən  inkişafda  olan  orqanizmin  (uşaqların) 

böyüməsinə pis təsir göstərir. Bu vitamin ən çox bitki mənşəli 

qida  məhsullarının  tərkibində  olur.  PP  vitamini  düyünün 

qabığında  hətta  150  mq%-ə  qədər  olur.  Bundan  başqa  bu 

vitamin  buğdada  5-7  mq%,  noxudda  2-3  mq%,  kartofda  1-2 

mq%,  meyvə-tərəvəzdə  0,2-0,7  mq%-ə  qədər  olur.  Đnsanların 

bu vitaminə olan gündəlik tələbatı 25 mq-dır.  



 

88 


 

 

C  vitamini.  Bu  vitaminə  başqa  sözlə  askorbin  turşusu  da 

deyilir.  C  vitamini  oksidləşmə-reduksiya  reaksiyalarında  aktiv 

iştirak edir. Onun oksidləşmiş forması dehidroaskorbin turşusu, 

reduksiya olunmuş forması isə askorbin adlanır.  

Askorbin 

və 

dehidroaskorbin 



turşuları 

canlı 


orqanizmlərdə bioloji aktivliyə malik olub, asanlıqla bir-birinə 

çevrilirlər. C vitamini insan orqanizmində sintez olunmur. Ona 

olan tələbat yalnız qida məhsulları hesabına ödənilir.  

Askorbin turşusu askorbinatoksidaza fermentinin təsiri ilə 

dehidroaskorbin turşusuna (DAT) çevrilir. Bu turşu qlütationun 

və 


NADF-ın 

iştirakı 

ilə 

dehidroaskorbinatreduktaza 



fermentinin təsiri ilə askorbin turşusuna (AT) çevrilir.  

Bu  vitamin  təbiətdə  üç  formada:  askorbin  turşusu, 

dehidroaskorbin  turşusu  və  kompleks  şəkildə  zülallarla 

birləşmiş  formada  aktiv  fəaliyyət  göstərərək,  müxtəlif 

biokimyəvi  reaksiyalarda  iştirak  edir.  Bu  vitaminin  mühüm 

xüsusiyyətlərindən  ən  əsası  ondan  ibarətdir  ki,  o  insan 

orqanizmində  antioksidant  funksiyasını  yerinə  yetirir.  Belə  ki, 

bu 


vitamin 

bəzi 


xəstəliktörədici 

mikroorqanizmlərin 

fəaliyyətini 

ləngitməklə 

yanaşı, 

həm 


də 

insanların 

soyuqdəyməyə qarşı müqavimətini artırır. C vitamini maddələr 

mübadiləsi  prosesində  aminturşularından  lizinin,  tirozinin  və 

triptofanın  sintezini  sürətləndirir.  Son  zamanlar  o  da  müəyyən 

olunmuşdur ki, C vitamini orqanizmdə koferment xüsusiyyətini 

də  yerinə  yetirir.  Belə  ki,  C  vitamini  tioqlükozidaza 

fermentinin  tərkibində  aktiv  qrup  kimi  fəaliyyət  göstərir. 

Bundan  başqa  o  da  müəyyən  olunmuşdur  ki,  insan 

orqanizmində  C  vitamini  normadan  az  olduqda  yağların  da 

biosintezi  pozulur,  bu  da  qanda  xolesterinin  miqdarca 

artmasına səbəb olur.   

C vitamini heyvan mənşəli qida məhsullarının tərkibində 

çox  az  olmaqla,  əsasən  bitki  mənşəli  məhsulların  tərkibində 

olur.  Đnsanlar  uzun  müddət  bitki  mənşəli  qida  məhsulları  ilə 

qidalanmadıqda 

orqanizmdə 

maddələr 

mübadiləsinin 


 

89 


 

 

pozulması  prosesi  baş  verir.  C  vitamininin  çatışmaması 



nəticəsində əmələ gələn xəstəlik ən çox şimal ölkələrində və ya 

meyvə-tərəvəzin az olduğu vaxtlarda, qış aylarında daha geniş 

yayılır. C vitamininin quruluşu aşağıdakı kimidir: 

 

                OH                                    OH 



      C                                       C  

 

     C–OH                                C = O 



                 O             

-H

2



                      O 

     C–OH                 

+H

2

          C = O  



                                

 

H–C                                   H–C  



 

      HO–C–H                           HO–C–H  

 

     CH


2

OH                              CH

2

OH 


 

L-askorbin turşusu       dehidro L-askorbin turşusu 

 

 

 



 

       


Đnsanlarda  C  vitamini  çatışmadıqda  sinqa  və  ya  skorbut 

xəstəliyi əmələ gəlir. Bu zaman insanlarda tez yorulma halları, 

ruh düşgünlüyü, baş ağrıları, iştahın olmaması, ümumi zəiflik, 

əsəbilik,  ürək  döyünməsinin  artması  müşahidə  olunur.  C 

vitamininin  çatışmamazlığı  orqanizmdə  davam  etdikdə  bu 

xəstəlik daha da inkişaf edərək, diş ətinin şişməsi, yumşalması 

və  qanaması,  dərialtı  qansızmalar  olur.  Bu  xəstəlik  uzun 

müddət  davam  etdikdə  orqanizmdə  başqa  üzvlərin  də 

pozulmasına  səbəb  olur.  Bu  xəstəliyin  müalicəsi  dərman 

preparatlarına  nisbətən,  bitki  mənşəli  qida  məhsulları  ilə 

qidalandıqda daha effektli olur. 

Bu  vitaminin  insan  orqanizmində  bioloji  xüsusiyyəti 

böyük  olduğuna  görə,  tədqiqatçıların  nəzər  diqqətində 

yayınmamışdır. Belə ki, məşhur Amerika biokimyaçısı, iki dəfə 

Nobel mükafatı laureatı Laynus Polinq də C vitamini haqqında 


 

90 


 

 

elmi-tədqiqat  işləri  aparmışdır.  O,  C  vitamininin  çatışmaması 



nəticəsində 

baş 


verən 

xəstəliyi 

XX 

əsrin 


“çuma”sı 

adlandırmışdır.  

L.Polinq qeyd etmişdir ki, insan orqanizmində C vitamini 

çatışmadıqda  həm  də  soyuğa  qarşı  davamsızlıq,  soyuqdəymə 

halları  və  yoluxucu  xəstəliklərə  qarşı  müqavimətin  zəifləməsi 

baş verir.  

Daha sonra L.Polinq məsləhət görür ki, belə olan halda C 

vitamininə olan gündəlik tələbat insanlarda daha çox, yəni 250 

mq-dan 10 q-dək olmalıdır. Göstərilən normanın uzun müddət 

yox, xəstəlik sağalana qədər qəbul olunması məsləhət görülür. 

C  vitamini  bitkilərin  yaşıl  hissələrində,  meyvə-tərəvəzlərdə 

geniş yayılmışdır.  

Đnsanlarda  C  vitamini  çatışmadıqda  skorbut  (sinqa) 

deyilən xəstəlik əmələ gəlir. Bu xəstəliyin ilkin əlamətləri çox 

qədimdəm məlum olmuşdur.  

Ancaq  onun  klinik  təsirini  ilk  dəfə  Hipokrat  qələmə 

almışdır. Aclıq və müharibə illərində əhali arasında bu xəstəlik 

daha  geniş  yayılır.  Xəstəliyin  əsas  səbəbi  qida  məhsullarının 

keyfiyyətsiz  olması,  daha  doğrusu  qəbul  olunmuş  qidanın 

tərkibində C vitamininin olmaması ilə əlaqədardır.  

Đnsanlar  uzun  müddət  bitki  mənşəli  qida  məhsulları  ilə 

(əsasən  meyvə-tərəvəzlə)  qidalanmadıqda  skorbut  deyilən 

xəstəlik meydana çıxır.  

Qeyd  etmək  lazımdır  ki,  meyvə-tərəvəzlərin  saxlanması 

zamanı C vitamini miqdarca azalır. Meyvə-tərəvəzləri 5+10

0



temperaturda  saxladıqda  C  vitamininin  itkisi  nisbətən  az  olur. 

Ağ  üzüm  sortlarına  nisbətən  qırmızı  üzümlərdə  C  vitamini 

daha çox olur.  

Hal-hazırda  meyvə-tərəvəz  məhsullarını  elə  müasir 

üsullarla saxlanılır ki, onların tərkibində  C vitamini miqdarca 

çox az dəyişir.  Bu da sözsüz ki, C vitamininin parçalanmasını 

kataliz  edən  askorbinatoksidaza  fermentinin  aktivliyi  ilə 

əlaqədardır. Saxlanma zamanı elə rejim seçilir ki, qeyd olunan 



 

91 


 

 

fermentin  aktivliyi  daim  sabit  qalmaqla  dəyişmir.  Bu  da  C 



vitamininin  meyvə-tərəvəz  məhsullarında  parçalanmasının 

qarşısını alır. C vitamini əvəzolunmayan vitamindir.  Đnsanların 

C vitamininə olan gündəlik tələbatı 50-100 mq-dır.  

Meyvə-tərəvəzlərin  tərkibində  C  vitamininin  miqdarı 

aşağıdakı cədvəldə göstərilmişdir: 

Cədvəl 5 

Məhsulun adı 

C vitamini, mq %-lə 

1.  Üzüm 

2.  Alma 

3.  Kələm 

4.  Kartof 

5.  Pomidor 

6.  Göy soğan  

7.  Limon  

8.  Pərpətöyün 

9.  Qarağat 

10. Đtburnu  meyvəsi 

3-15 


5-30 

10-50 


10-20 

20-40 


40-60 

50-80 


200-300 

100-400 


1000-4000 

 

P vitamini. Bu vitamin askorbin turşusunun çox yayıldığı 

bitki  mənşəli  qida  məhsullarında  olur.  Sinqa  xəstəliyinin 

müalicəsində askorbin turşusu ilə yanaşı, P vitamininin də rolu 

böyükdür.  Bu  vitamin  əsasən  bitkilərin  tərkibində  olur.  Bitki 

mənşəli  qida  məhsullarından  bioloji  aktivliyinə  görə  P 

vitamininə  rutin,  hesperidin  və  pirokadexin  aiddir.  Onların 

molekul  formulunun  əsasını  flavon  təşkil  edir.  Kimyəvi 

tərkibinə  görə  rutin  kversitrinin,  hesperidin,  hesperetinin, 

prokatexin  isə  katexinin  və  epikatexinin  törəməsidir.  Rutinin 

kimyəvi tərkibi aşağıdakı kimidir: 

         OH  O 

                     O –(C

12

H



21

O

9



 

   HO               –                    OH          Rutin 



                                       OH 

                 O 



 

92 


 

 

Rutin flavon piqmentləri qrupuna aid olan qlükoziddir.  



Formulada  C

12

H



21

O

9



  –monosaxaridlərin  nümayəndəsi 

olan  ramnoza  və  qlükozanın  birləşməsindən  əmələ  gələn 

disaxariddir.  Həmin  disaxarid  flavon  nüvəsilə  birlikdə  P 

vitaminini əmələ  gətirir.  P qrupu vitaminləri (rutin, hesperidin 

və pirokatexin) sarı və  ya narıncı rəngli piqmentlər olub, suda 

pis həll olur.  

Bu  vitamin  ən  çox  bibərdə,  çay  yarpağında,  qara 

qarağatda,  limonda  və  üzümdə  çox  miqdarda  olur.  Qara 

qarağatda  rutinin  miqdarı  1,6%  olur.  P  vitamini  çatışmadıqda 

qan damarlarının sızma qabiliyyəti pozulur. Daha doğrusu, qan 

dövranı  prosesi  pozulur.  Orqanizmdə  P  vitamini  çatışmadıqda 

C avitaminoz prosesi baş verir, yəni orqanizmdə C vitamini də 

çatışmır. 

Hal-hazırda  P  vitaminini  itburnu  meyvəsinin  çay 

yarpağından və sitrus bitkilərindən istehsal edirlər.  

H  vitamini  (biotin).  Bu  vitamin  karbon  turşularının  (o 

cümlədən  yağ  turşularının)  sintezində  asetilkoenzim-A-nın 

dekarboksilsilləşməsində  sidik  cövhərinin  və  purin  əsaslarının 

sintezində  mühüm  əhəmiyyətə  malikdir.  Bu  yağ  turşularının 

sintezinin aralıq mərhələlərində iştirak edən ferment sisteminin 

kofermentidir.  Kimyəvi  quruluşuna  görə  biotin  tiofen 

həlqəsinin, 

sidik 


cövhərinin 

və 


valerian 

turşusunun 

birləşməsindən əmələ gəlmişdir.  

 

               NH     CH– CH–(CH



2

)

4



–COOH  

 

O=C                           S 



            

             NH       CH– CH

 

Bütün canlıların həyat fəaliyyətində biotinin mühüm rolu 



vardır.  Đnsanlarda  bu  vitaminin  çatışmaması  nəticəsində  əl  və 

ayaqlarda  dermetit  xəstəliyi  inkişaf  edir,  dərinin  quruması  və 



 

93 


 

 

qabıqlaması  müşahidə  olunur.  Bunlardan  başqa  biotin 



avitaminozu zamanı yorğunluq, əzələ ağrıları, ürək bulanması, 

sinir sisteminin funksiyasının pozulması halları baş verir. 

Biotin  canlı  aləmdə  bitki  və  heyvan  mənşəli  qida 

məhsullarında çox geniş yayılmış bioloji aktiv maddədir. O, ən 

çox  qaraciyərdə,  böyrəkdə,  yumurtanın  sarısında,  süddə, 

kartofda,  soğanda  və  ispanaqda  olur.  Đnsan  orqanizmi  qismən 

də  olsa  biotini  sintez  etmək  qabiliyyətinə  malikdir.  Đnsan 

orqanizminin biotinə və ya H vitamininə olan tələbatı 150-200 

mkq-dır.  

B

15

  vitamini.  Bu  vitaminə  panqam  turşusu  da  deyilir. 

Panqam  turşusu  piroüzüm  və  süd  turşularının  toxumadaxili 

oksidləşməsini  sürətləndirir.  Đlk  dəfə  Krebs  öz  əməkdaşları  ilə 

bir yerdə ərik toxumunun ekstraktından bioloji aktivliyə malik 

maddə  almışdır.  O  bu  maddəni  panqam  turşusu  adlandırmağı 

təklif etmişdir. Bu vitamin ürək-damar sisteminin fəaliyyətinə, 

yağların mübadiləsinə müsbət təsir göstərir. Bundan başqa, B

15

 



vitamini  alkaqolla  və  narkotik  maddələrlə  zəhərlənmədə  yaxşı 

təsir göstərir. Panqam turşusu düyü kəpəyinin, pivə mayasının, 

qaraciyərin  tərkibində  çox  olur.  Gün  ərzində  bu vitaminə  olan 

tələbat  100-150  mq-dır.  Panqam  turşusu  D-qlükon  turşusu  ilə 

dimetil  sirkə  turşusunun  mürəkkəb  efiri  olub,  quruluşu 

aşağıdakı kimidir: 

              COOH 

 

         H–C–OH  



 

      HO–C–H  

 

         H–C–OH  O 



                                             CH

              CH



2

O–C–CH


2

–N   


                                             CH

3

   



B

15

 vitamini (panqam turşusu) 



 

94 


 

 

Para-aminobenzoy  turşusu.  Bu  vitaminin  kimyəvi 

quruluş formulu aşağıdakı kimidir: 

 

                       H



2

S                   COOH 

 

Para-aminobenzoy  turşusu  bir  sıra  xəstəlik  törədici 



mikroorqanizmlərin inkişafını ləngidir. Ərzaq məhsullarında bu 

vitamin  çatışmadıqda  gənclərdə  boy  inkişafı  ləngiyir,  tüklər 

ağarır.  Para-aminobenzoy  turşusu  fol  turşusunun  sintezində 

istifadə olunur. Bu vitamin buğdada, düyüdə, qaraciyərdə daha 

çox  olur.  Đnsan  orqanizmi  üçün  gündəlik  tələbat  tam 

aydınlaşdırılmamışdır.  



Fol  turşusu.  Bu  vitaminə  pteroilqlütamin  turşusu  da 

deyilir.  Bu  vitaminə  bitkilərdə  həm  sərbəst,  həm  də  zülallarla 

birləşmiş  şəkildə  təsadüf  olunur.  Fol  turşusu  nukleotidlərin, 

nuklein  turşularının  biosintezində,  zülalların  mübadiləsində, 

qanın  əmələ  gəlməsində  iştirak  edir.  Fol  turşusu  insan 

orqanizmi  tərəfindən  sintez  olunur.  Bu  vitamin  paxlalı 

bitkilərdə, kartofda, ispanaqda və qaraciyərdə çox olur.  

Fol  turşusunun  əmələ  gəlməsində  pteridin,  para-

aminobenzoy  və  qlütamin  turşuları  iştirak  edir.  Kimyəvi 

formulu aşağıdakı kimidir: 

           

          N    N 

  H

2

N            CH 



 

                      C–CH

2

–NH –                    – CO–NH   



                                                                     

                 N                                                CH–COOH  

 

                                                                   (CH



3

)



 

                    Fol turşusu                              COOH 

 


 

95 


 

 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin