Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh


 Zülalların quruluşu haqqında məlumat



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   2   3   4   5   6   7   8   9   ...   32

1.1.3. Zülalların quruluşu haqqında məlumat 

 

Tədqiqatların  nəticəsinə  görə  zülalların  birinci,  ikinci, 



üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.  

Zülal  molekullarında  aminturşu  qalıqlarının  yerləşmə 

ardıcıllığına  zülalların  birinci  quruluşu  deyilir.  Aminturşu 

qalıqlarının 

birləşmə 

ardıcıllığının 

müxtəlifliyi 

zülal 


molekullarının  dəyişməsinə  səbəb  olur.  Aminturşular  arasında 

 

25 


 

 

olan  peptid  və  disulfid  rabitələri  zülalların  birinci  quruluşuna 



aiddir.  

Müasir  analiz  üsullarının  (rentgenostruktur,  elektron 

mikroskopiyası,  nüvə-maqnit  rezonansı  və  s.)  köməyi  ilə 

müəyyən  olunmuşdur  ki,  zülal  molekullarını  təşkil  edən 

polipeptid  zəncirlər  düzxətt  boyunca  yox,  əksinə  spiralvarı 

formadadır.  Zülal  molekullarının  belə  fəza  konfiqurasiyası 

zülalların 

ikinci 


quruluşu 

adlanır. 

Bu 

quruluşun 



aydınlaşdırılmasında  Polinq  və  Korinin  rolu  böyük  olmuşdur. 

Müəyyən  olunmuşdur  ki,  ikinci  quruluşun  əmələ  gəlməsində 

hidrogen  rabitələri  də  iştirak  edir.  Hidrogen  rabitələrinin 

yerləşməsinə  görə,  zülalların  ikincili  quruluşunun  α  və  β 

formaları müəyyən edilmişdir.  

α-strukturlu  polipeptid  zəncirləri  molekuldaxili  hidrogen 

rabitələri  hesabına  əmələ  gəlir.  Belə  hidrogen  rabitələri 

polipeptid zəncirinə spiral forması verir. 

 α-spiralın  polipeptid  zəncirləri    β-spirallarla  nisbətən 

davamlı  olur.  β-strukturlu  polipeptid  zəncirlərinin  əmələ 

gəlməsində  hidrogen  rabitələri  əsasən  müxtəlif  molekullar 

arasında  yerləşir.  Müəyyən  olunmuşdur  ki,  tərkibində  çoxlu 

alanin  və  qlisin  qalıqları  olan  zülallar  asanlıqla-struktur  əmələ 

gətirirlər.  Zülal  molekullarında  polipeptid  zəncirlərinin 

təxminən  70%-i-spiral  formasında  olur.  Zülalların  üçüncü 

quruluşu  polipeptidlərin  fəzadakı  vəziyyətini  və  spiralın 

formasını  göstərir.  Zülal  molekullarının  xarici  forması  əsasən 

yumşaqşəkilli olur. Üçüncü quruluş pozulduqda zülallar bioloji 

aktivliyini 

itirir.Zülalların 

dördüncü 

quruluşu 

müxtəlif 

polipeptid zəncirlərinin bir zülal molekul şəklində birləşməsinə 

deyilir.  Daha  doğrusu  zülal  molekullarını  əmələ  gətirən 

polipeptidlərin  bir-biri  ilə  birləşməsindən  sonra  ümumi 

molekulun fəzadakı quruluşunu göstərir. 

Hazırda  dördüncü  quruluşa  malik  olan  çoxlu  sayda 

zülallar  məlumdur.  Belə  zülallar  qida  sənayesində  və  tibbdə 

geniş  istifadə  olunur.  Bunlara  misal  olaraq  pepsini,  tripsini, 



 

26 


 

 

amilazanı,  ribonukleazanı,  kokarboksilazanı,  laktatdehidroge-



nazanı,  alkoldehidrogenazanı,  askorbinatoksidazanı,  poli-

fenoloksidazanı,  saxarazanı  və  ya  β-D-fruktofuranozidazanı, 

malatdehidrogenazanı və başqalarını göstərmək olar. 

 

1.1.4. Zülalların qidalanmada əhəmiyyəti 



 

Đnsanların 

gündəlik 

qidasında 

əvəzolunmayan 

aminturşuların  çox  böyük  əhəmiyyəti  vardır.  Ona  görə  ki, 

əvəzolunmayan  aminturşular  orqanizm  tərəfindən  sintez 

olunmur.  

Đnsanların 

aminturşularına 

olan 

gündəlik 



tələbatı 

aşağıdakı cədvəldə göstərilmişdir. 



Cədvəl 1 

 

Əvəzolunmayan 

aminturşular 

q-la 


Əvəzolunan 

aminturşular 

q-la 

Triptofan 



Leysin 

Đzoleysin 

Valin 

Treonin 


Metionin 

Fenilalanin 

Lizin 



4-6 



3-4 

3-4 


2-3 

2-4 


2-4 

3-5 


Histidin 

Argenin 


Alanin 

Sistin 


Serin 

Qlütamin turşusu 

Aspargin turşusu 

Prolin 


Qlisin 

Tirozin 


1,5-2 

5-6 


2-3 


16 




3-4 

Qeyd: Histidin və arginin uşaqlar üçün əvəzolunmayan aminturşular sayılır. 

 

Müəyyən  olunmuşdur  ki,  çəkisi  70  kq  olan  hər  bir  insan 



gün ərzində 80-100 qram zülal qəbul etməlidir. Qəbul olunmuş 

zülallar,  orqanizmdə  fermentlərin  təsiri  ilə  aminturşularla  və 

qeyri-zülal təbiətli maddələrlə parçalanır. Sonra hər bir insanın 

özünəməxsus zülalı sintez olunur.  



 

27 


 

 

Qida  məhsullarının  tərkibində  bütün  əvəzolunmayan 



aminturşular  lazımi  qədər  olduqda  keyfiyyətli  zülal  hesab 

olunur.  Qidanın  tərkibində  bir  və  ya  bir  neçə  əvəzolunmayan 

aminturşu  çatışmadıqda  canlı  orqanizmdə  zülalların  sintezi, 

azot  balansı,  maddələr  mübadiləsi  prosesi  pozulur.  Beləliklə, 

orqanizmin  inkişafı,  işgörmə  qabiliyyətli,  bütün  fizioloji 

proseslər  pozulur.  Keyfiyyətli  qida  insan  və  bütün  canlıların 

həyatı  üçün  çox  vacibdir.  Bitki  mənşəli  zülallara  nisbətən, 

heyvan  mənşəli  zülallar  (ət  zülalı,  balıq,  yumurta,  süd  və 

südməhsulları)  keyfiyyətli  sayılır.  Ona  görə  də  qəbul  olunmuş 

zülalın  qidada  60%-ni  heyvan  mənşəli  məhsullar  təşkil 

etməlidir. 

 

1.1.5. Zülalların təsnifatı 

 

Bütün zülallar iki böyük qrupa bölünür: 



1.  Sadə zülallar (proteinlər). 

2.  Mürəkkəb zülallar (proteidlər). 

Sadə  züllar  hidroliz  olunduqda  yalnız  aminturşulara 

ayrılır. 

Mürəkkəb 

zülallar 

isə 

hidroliz 



olunduqda 

aminturşulardan  əlavə  zülal  təbiətli  olmayan  birləşmələr  də 

alınır.  Zülal  təbiətli  olmayan  birləşmələrə  nuklein  turşuları, 

sulukarbonlar,  fosfat  turşusu,  bəzi  metallar,  yağ  turşuları  və  s. 

aiddir. 

 

1.1.6. Sadə zülallar  

 

Bu  qrupa  albuminlər,  qlobulinlər,  prolaminlər,  qlüteinlər 



və s. aiddir. 

Albuminlər-bitkilərin 

bütün 


toxumalarında 

geniş 


yayılmışdır.  Suda  yaxşı  həll  olur.  Albuminlərə  yumurtanın 

ağında, bitkilərin yaşıl hissələrində, paxlalı bitkilərdə daha çox 

rast  gəlmək  olar.  Albumin  bitki  mənşəli  zülalına  misal  olaraq 

leykozini və lequmelini göstərmək olar. Leykozin bitki mənşəli 



 

28 


 

 

məhsullardan  buğdanın  tərkibində,  lequmelin  isə  noxudun 



tərkibində çox olur. Bu zülalların bəzi növləri kristallik şəkildə 

alınmışdır. 



Qlobulinlər-təmiz suda həll olmur, xörək duzunun 10%-li 

məhlulunda  yaxşı  həll  olur.  Qlobulinlərin  bir  çox  hissəsi 

kristallik  halda  alınmışdır.  Qlobulinlər  ən  çox  bitkilərin 

toxumunda  olur.  Noxudda  lequmin,  paxlada  fazeolin  zülalları 

qlobulinlərə aiddir.  

Prolaminlər-bu qrup zülallar suda pis həll olur, ancaq zəif 

qələvi  və  turşularda,  70%  etil  spirtində  isə  yaxşı  həll  olur. 

Prolaminlər  hidroliz  olunduqda  çoxlu  miqdarda  prolin  və 

qlütamin turşularına ayrılır. 

Bu növ zülallarda lizin çox az miqdarda olur. Hal-hazırda 

aşağıdakı  prolaminlər  məlumdur.  Buğdanın  tərkibində-qliadin, 

arpada-qordein, qarğıdalıda-zein və başqalarını göstərmək olar. 

Qlüteinlər-ən  çox  bitkilərin  toxumunda  və  yaşıl 

hissələrində  olur.  Yalnız  zəif  qələvi  məhlulunda  (0,2%)  həll 

olur.  Yaxşı  öyrənilmiş  və  təmiz  halda  alınmış  qlüteinlərə 

aşağıdakılar  aiddir.  Buğdanın  tərkibində  qlüteinin,  düyüdə-

orizenin və s. vardır. 

 

1.1.7. Mürəkkəb zülallar 

 

Mürəkkəb  zülallar  sadə  zülallarla  birlikdə  qeyri-zülal 



təbiətli  birləşmələrdən  təşkil  olunmuşdur.  Hidroliz  olunduqda 

həm  aminturşular,  həm  də  digər  qeyri-zülal  təbiətli  fosfat 

turşusu,  nuklein  turşuları,  metallar  və  s.  birləşmələrə  ayrılır. 

Mürəkkəb  zülalların  təsnifatı  onların  prostetik  qruplarının 

kimyəvi 

təbiətinə 

uyğun 

adlandırılır. 



Məsələn; 

metalloproteidlər, fosfoproteidlər, qlikoproteidlər, nukleoprote-

idlər və qeyrilərini göstərmək olar. 

Metalloproteidlər-tərkibində 

sadə 


zülallarla 

yanaşı 


müxtəlif  metalların  (mis,  dəmir  və  s.)  birləşməsindən  əmələ 

gəlmiş 


mürəkkəb 

zülallardır. 

Bunlara 

misal 


olaraq 

 

29 


 

 

polifenoloksidazanı,  askorbatoksidazanı,  katalazanı  və  s. 



göstərmək  olar.  Polifenoloksidazanı  və  askorbatoksidazanın 

prostetik  qrupları  misdən,  ancaq  katalazanınkı  isə  dəmirdən 

ibarətdir. Tərkibində dəmir atomları olan ferritin, transferrin və 

hemosiderin  metalloproteidlərin  nümayəndəsi  olub,  bitki  və  

heyvan  mənşəli  qida  məhsullarında  geniş  yayılmışdır. 

Ferritinin  molekul  çəkisi  400  minə  yaxındır.  Onun  tərkibində 

üç  valentli  dəmir  olur,  transferrin  suda  yaxşı  həll  olan 

metalloproteiddir.  Onun  molekul  kütləsi  90  minə  yaxın 

olmaqla,  tərkibində  0,13%  dəmir  olur.  Transferrinin  zülal 

hissəsinə  apotransferrin  də  deyilir.  Transferrinin  əsas 

funksiyası  dəmirin  orqanizm  toxumalarına  daşınmasından 

ibarətdir. 

Transferrindən 

və 


ferritindən 

fərqli 


olaraq 

hemosiderin  molekulunda  dəmir  atomlarından  başqa  bəzi 

nukleotidlər və karbohidratlar da olur. Onun bioloji rolu hələlik 

yaxşı öyrənilməmişdir. Metalloproteidlərin başqa nümayəndəsi 

olan  karboanhidrataza  və  karboksilpeptidazanın  tərkibində 

prostatik qrup kimi sink ionları olur.  

Son zamanlar aktiv qrupları qeyri-metal olan (flüor, brom 

və s.) metalloproteidlər də aşkar edilmişdir.  



Fosfoproteidlər-bunlar  fosfat  turşusu  qalıqları  ilə  sadə 

zülallardan 

təşkil 

olunmuş 


mürəkkəb 

zülallardır. 

Fosfoproteidlər  qida  maddələrinin  tərkibində  olması  çox 

vacibdir. Belə ki, onlar, böyüməkdə olan orqanizmin inkişafına 

yaxşı  təsir  göstərirlər.  Fosfoproteidlərə  misal  olaraq  süd  zülalı 

olan  kazeini,  yumurta  sarısında  tapılmış  vitellin  zülallarını 

göstərmək olar.  

Qidanın  tərkibində  olan  fosfoproteidlər  həm  bəzi 

aminturşularının, həm də mühüm bioloji əhəmiyyəti olan fosfat 

turşusunun  mənbəyidir.  Bu  zülallar  insan  orqanizmində  baş 

verən zülal mübadiləsində iştirak edirlər.  

Qlikoproteidlər-onların  tərkibində  sadə  zülaldan  başqa 

sulukarbonlar  (qlükoza,  mannoza  və  s.)  da  olur.  Belə  zülallar 

bitkilərin  selikli  maddəsində  çox  olur.  Qlikoproteidlərə  misal 


 

30 


 

 

olaraq  noxudun  tərkibində  müəyyən  olunmuş  visilin  zülalını, 



bundan  başqa  peroksidaza  və  qlükooksidaza  fermentlərini 

göstərmək olar.  

Qlükoproteidlərə  mukoproteidlər  də  deyilir.  Qlükopro-

teidlərin  molekullarında  zülallarla  karbohidratlar  arasında 

davamlı  kovalent  rabitələri  mövcuddur.  Bu  vitamin  ən  çox 

həzm  şirəsinin,  ağız  suyunun  tərkibində  çoxluq  təşkil  edir. 

Qlükoproteidlərin 

hidroliz 

məhsulları 

arasında 

sərbəst 

aminturşularından başqa heksozaminlərə də rast gəlinir.  



Lipoproteidlər-mürəkkəb  zülal  olub,  sadə  zülallarla 

lipidlərin  birləşməsindən  təşkil  olunmuşdur.  Lipoproteidlər 

bitkilərin  xloroplastlarında  daha  çox  olur.  Lipoproteidlər 

həlledicilərə  münasibətinə  görə  adi  lipidlərdən  fərqlənir.  Belə 

ki,  onlar  suda  yaxşı  həll  olur,  ancaq  üzvi  həlledicilərdə  isə 

(spirt,  efir,  benzol  və  s.)  həll  olmur.  Lipoproteidlər  heyvan 

mənşəli qida məhsullarından süddə, yumurtanın sarısında daha 

çox olur.  



Xromoproteidlər-mürəkkəb  zülallara  aid  olub,  sadə 

zülalallarla  rəngləyici  maddə  olan  xlorofilin  birləşməsindən 

əmələ  gəlir.  Onların  bəzilərinin  prostetik  qrupunda  dəmir  və 

mis də olur. Xromoproteidlərin ayrı-ayrı nümayəndəsinə misal 

olaraq hemoqlobini, mioqlobini  və s. göstərmək olar.  

Bu  zülalların  bəzilərinin  ktiv  qruplarını  bir-birindən 

kəskin sürətdə fərqlənir. Belə ki, xromoproteidlərin bəzilərinin 

aktiv qruplarını dəmir və mis ionları təşkil edir. belə mürəkkəb 

zülallara  misal  olaraq  hemoqlobini  göstərmək  olar.  Onun 

tərkibində  sadə  zülalla  yanaşı  həm  də  dəmir  olur. 

Hemoqlobinin  aktiv  qrupu  hemdən,  zülal  hissəsi  isə 

qlobulindən  təşkil  olunmuşdur.  Hem–qırmızı  rəngli  piqment 

olub,  qana  spesifik  rəng  verir,  oksigenlə  birləşərək  onu 

toxumalara  daşıyır.  Spesifik  rəng  verməklə  yanaşı  həm  də  

oksigenlə  birləşərək,  onu  toxumalara  daşıyır.  Hemoqlobin 

toxumalarda mübadilə zamanı əmələ gələn karbon qazının 80-

90%-ni  orqanizmdən  xaric  olunmasına  təsir  göstərir. 


 

31 


 

 

Hemoqlobinin  tərkibində  dəmir  birləşmiş  şəkildə  olur.  Onun 



aktiv  qrupu  olan  hemin  quruluşu  pirrolinin  törəmələrindən 

təşkil  olunmuşdur.  Hem  molekulunun  quruluşu  4  pirrol 

qalığından  ibarətdir.  Onlar  bir  biri  ilə  metin  qrupları  (–CH=) 

vasitəsilə  birləşərək  ilk  əvvəl  porfin  molekulunu  əmələ 

gətirirlər.          

                                 

                                     I           CH          II 

HC        CH                                    HN 

                                         N              

HC        CH                CH                        CH 

       NH                             NH               

      Pirrol                     IV                    N   III 

                                                 CH 

                                                  Porfin 

 

Hem  porfinin  törəməsi  olub,  protoporfirinlə  ikivalentli 



dəmir  ionunun  birləşməsindən  əmələ  gəlmişdir.  Protoporfin 

porfinə  nisbətən  daha  mürəkkəb  quruluşa  malikdir.  Kimyəvi 

quruluşuna  görə  protoporfirini  1,3,5,8–tetrametil–2,4–divinil– 

6,7–dipropionat adlandırmaq olar.  

 

                              CH=CH



2

             CH

3

 

                 H



3

C                CH                

                                                               C–CH=CH

                                N                N 



                           CH        Fe

++

          CH 



 

                H

3

C           N               N           CH



                                          CH 

                          CH

2

CH



2

COOH            CH

2

CH

2



COOH 

 

Göründüyü 



kimi, 

hem 


molekulu 

protoporfirinlə 

ikivalentli dəmir ionunun birləşməsindən ibarətdir.  


 

32 


 

 

Xromoproteidlərin  başqa  nümayəndəsindən  biri  də 



mioqlobin  zülalıdır.  Hemoqlobin  kimi  onun  da  aktiv  qrupu 

hemdir.  Hemoqlobindən  fərqli  olaraq  mioqlobin  molekulunda 

1  ədəd  dəmir  atomu  vardır.  Mioqlobinin  zülal  hissəsi  də 

hemoqlobindən  nisbətən  fərqlidir.  Belə  ki,  onun  zülal 

hissəsinin  tərkibində  sistin  və  sistein  aminturşularının  qalığı 

aşkar olunmamışdır.  



Nukleoproteidlər-çox  vacib  mürəkkəb  zülal  olub,  bütün 

canlı  orqanizmlərin  həyat  fəaliyyətinin  əsasını  təşkil  edir. 

Nukleoproteidlərin prostetik qrupu nuklein turşularıdır. Onların 

vacibliyini  nəzərə  alıb  ayrıca  kimyəvi  təbiətini,  bioloji  rolunu 

və sair faktorlarını qeyd etmək lazımdır.  

 

1.2.  Nuklein  turşularının  kimyası 



 

Nuklein  turşuları  canlı  orqanizmlər  üçün  mühüm 

əhəmiyyətə  malik  yüksəkmolekullu  birləşmələrdir.  Bütün  

canlı  orqanizmlərdə  gedən  maddələr  mübadiləsi  prosesi 

nuklein  turşuları  (RNT  və  DNT)  ilə  sıx  əlaqədardır.  Bunlar 

bütün  canlı  orqanizmdə  baş  verən  prosesləri  idarə  edirlər. 

Orqanizmdə  mövcud  assimilyasiya  və  dissimilyasiya  prosesi 

bilavasitə onların təsiri ilə gedir. Nuklein turşularının varlığı ilk 

dəfə  1868-ci  ildə  Đsveçrə  alimi  F.Mişer  tərəfindən  müəyyən 

edilmişdir. Nuklein-latınca nüvə deməkdir. Daha sonra Kossel 

hüceyrələrdə  nuklein  turşularının  iki  növ  olduğunu  qeyd 

etmişdir.  XX-əsrin  ortalarında  nuklein  turşularının  genetik 

informasiyaları  nəslə  verilməsində  rolu  olduğu  sübuta 

yetirilmişdir.  1953-cü  ildə  amerikan  biokimyaçıları-Uotson  və 

Krik nuklein turşularının makromolekulyar strukturu haqqında 

nəzəriyyə  irəli  sürdülər.  Onlar  sübut  etmişlər  ki,  nuklein 

turşuları genetik informasiyaların mühafizə olunmasında, nəslə 

verilməsində  iştirak  edir  və  bu  informasiyaların  həyata 

keçirilməsini,  zülalların  və  hüceyrə  orqanoidlərinin  sintezini 

idarə edir. 



 

33 


 

 

1.2.1.Nuklein turşularının hidrolizi 

 

Nuklein  turşuları  dezoksiribonuklein  (DNT)  və  ribonuk-



lein  turşularından  (RNT)  ibarətdir.  Nuklein  turşuları  hidroliz 

olunduqda  purin  və  pirimidin  əsasları,  pentozalar  (riboza, 

dezoksiriboza), həmçinin fosfat turşusu əmələ gəlir.  

Purin  və  pirimidin  əsasları.  Nuklein  turşularının  əmələ 

gəlməsində azotlu əsaslardan purin və pirimidin iştirak edir. Bu 

əsaslar  bütün  canlıların,  o  cümlədən  insanların  həyatında 

mühüm rol oynayır. Nuklein turşularının əmələ gəlməsi zamanı 

onların  düzülmə  ardıcıllığı  mühüm  bioloji  funksiyanı  yerinə 

yetirir. Kimyəvi təbiətinə görə purin əsasları nisbətən sadə üzvi 

birləşmələrdir.  Purin  əsasına  adenin  (6-aminopurin)  və  quanin 

(2-amino-6-oksipurin)  aiddir.  Onların  quruluşu  aşağıdakı 

kimidir: 

 

  N



1

=

6



CH                                           N =C–NH

 



HC

2

   



5

C–

7



N                                    HC   C–N  

                    

8                                                                                      

CH 


 N

3

 – 



4

C–

9



NH                                    N –C–NH   

      Purin                                         Adenin (6-aminopurin) 

 

N= C–OH  



                                           

                                H

2

N–C   C– N  



                                                              CH 

                                         N– C–NH                                                                  

                       Quanin (2-amino-6-oksipurin) 

 

Adenin  və  quanin  həm  RNT-nin,  həm  də  DNT-nin 



tərkibində  olur.  Nuklein  turşularının  əmələ  gəlməsində  qeyd 

olunduğu  kimi  pirimidin  əsasları  da  iştirak  edir,  onların 

tərkibində  pirimidin  əsaslarından  sitozinə,  urasilə  və  timinə 


 

34 


 

 

daha  çox  rast  gəlinir.  Qeyd  olunan  pirimidin  əsaslarının 



quruluşları aşağıdakı kimidir. 

 

       N = CH                        N = C–NH



             N = C –OH  

       

     HC   CH                 HO–C    CH             HO–C   CH  



 

       N – CH                        N – CH                    N – CH  

 Pirimidin                   Sitozin                           Urasil 

                       (12-oksi-6-amino       2-6dioksipirimidin 

                                 pirimidin) 

 

                          N =C–OH  



 

                  HO–C   C–CH

                      



                         N – CH  

                Timin (5-metil urasil) 

 

Müəyyən  olunmuşdur  ki,  sitozin  hər  iki  nuklein 



turşularının  tərkibində  olur,  ancaq  RNT-də  timin  və  5-

oksimetilsitozinə də təsadüf olunur. 

 

    N = C–NH



2

                              N =C–NH

3

  

                                                       



     HO –C   C–CH

                      HO–C    C–CH



2

OH  


 

    N – CH                                    N – CH  

         5-metil sitozin                5-oksimetilsitozin 

 

Pentozalar.  Nuklein  turşularının  tərkibində  pentozaların 

nümayəndəsi  olan  riboza  və  dezoksiriboza  olur.  Nuklein 

turşuları    tərkibindəki  pentozaların  növünə  görə  iki  cür  olur: 

riboza və dezoksiriboza. Riboza, ribonukleinturşusunun (RNT), 


 

35 


 

 

dezoksiriboza  isə  dezoksiribonuklein  turşusunun  (DNT)-nin 



əmələ  gəlməsində  iştirak  edirlər.  Nuklein  turşuları  hidroliz 

olunduqda müvafiq olaraq riboza və dezoksiriboza ayrılır.  

Qeyd olunan pentozaların quruluş formulu aşağıdakı kimidir: 

 

                OH                                    OH 



H–C                                   H–C 

                                           

H–C–OH                           H–C–H    

                 O                                       O 

H–C–OH                           H–C–OH 

                             

H–C                                  H–C  

      


     CH

2

OH                              CH



2

OH 


Riboza                              Dezoksiriboza 

 

Nuklein  turşularının  tərkibində  olan  3-cü  komponent 



fosfat turşusudur: H

3

PO



4

Beləliklə,  ribonuklein  və  dezoksiribonuklein  turşularının 



əmələ gəlməsində aşağıdakı maddələr iştirak edir. 

Cədvəl 2 

 

RNT 



DNT 

adenin                urasil 

quanin                riboza 

sitozin                fosfat turşusu 

adenin                    5-metilsitozin  

quanin                    dezoksiriboza 

sitozin                    fosfat turşusu  

timin 


 

2-ci  cədvəldən  göründüyü  kimi  ribonuklein  turşusunun 

əmələ  gəlməsində  azotlu  əsaslardan  timin  və  dezoksiriboza 

olmur.  Dezoksiribonuklein  turşusunun  əmələ  gəlməsində  isə 

urasil və riboza iştirak etmir. 

 


 

36 


 

 

Nukleozidlər.  Purin  və  pirimidin  əsaslarının  riboza  və 

dezoksiriboza  ilə  birləşməsindən  əmələ  gələn  maddələrə 

nukleozidlər deyilir. 

Adenin, riboza ilə birləşdikdə adenozin, quanin-quanozin, 

sitozinsitidin,  urasil  isə,  uridin  nukleozidləri  əmələ  gətirir. 

Bundan  başqa  dezoksiriboza  azotlu  əsaslarla  birləşdikdə, 

dezoksiadenozin,  dezoksiquanozin,  dezoksisitidin,  timin  isə 

dezoksisitimidin  nukleozidlərini  əmələ  gətirir.  Adenozinin 

əmələ gəlməsi aşağıdakı kimi olur. 

 

       N = C–NH



2  

                                         O 

     HC   C–N                        OH OH                         

                 CH 

       N – C–N                    C– C– C– C–CH

2

OH 



                                 

                                H   H   H   H 

Adenozin 

 

Nukleotidlər. 

Nukleozidlərin 

fosfat 


turşusu 

ilə 


birləşməsindən müvafiq nukleotidlər alınır. 

 

       N = C–NH



2  

                                         O 

     HC   C–N                        OH OH                O                   

                 CH   

       N – C–N                    C– C– C– C–CH

2

O–P–OH  



                                 

                                H   H   H   H            OH 

 

Adenil turşusu (AMF). 



 

Nuklein turşularını hidroliz etdikdə adenil, quanil, sitidil, 

timidil  nukleotidlərini  və  yaxud  adenozinmonofosfat  (AMF), 


 

37 


 

 

quanozinmonofosfat 



(QMF), 

sitidinmonofosfat 

(SMF), 

uridinmonofosfat  (UMF)  və  timidinmonofosfatı  (TMF)  əmələ 



gəlir.  RNT-nin  hidrolizi  zamanı  ribonukleotidlər,  DNT-nin 

hidrolizi  zamanı  isə  dezoksiribonukleotidlər  alınır.  Bunlara  ən 

çox  maya  göbələklərindən  alınmış  adenil  turşusunu  və  ya 

adenozinmonofosfatı göstərmək olar.  

Nuklein    turşularının    tərkibində  daxil  olan  nukleotidlər 

3-cü cədvəldə göstərilmişdir. 



Cədvəl 3 

RNT-nin tərkibindəki 

nukleotidlər 

DNT-nin tərkibindəki nukleotidlər 

Adenil turşusu 

Quanil turşusu 

Sitidil turşusu 

Uridil turşusu 

Dezoksiadenil turşusu 

Dezoksiquanil turşusu 

Dezoksisitidil turşusu 

Dezoksitimidil turşusu 

5-metildezoksisitidil turşusu 

 

Nukleotidlər,  ribonukleotidlərə  və  dezoksiribonukleotid-



lərə  ayrılır.  Ribonukleotidlərin  tərkibində  riboza,  dezoksiri-

bonukleotidlərdə  isə  dezoksiriboza  olur.  Nukleotidlər,  əlavə 

fosfat  turşusu  ilə  birləşərək  ribonukleozidfosfatlar  və 

dezoksiribonukleozidfosfatlar əmələ gətirir: 

       N = C–NH

2  


                                         O 

     HC   C–N                        OH OH                O                   

                 CH   

       N – C–N                    C– C– C– C–CH

2

O–P–O–  


                                 

                                H   H   H   H            OH 

           O      O 

 

–P–O–P–OH     



  

 OH   OH 

Adenozintrifosfat (ATF) 


 

38 


 

 

Hüceyrələrdə  ən  çox  nukleozid-difosfat  və  nukleozid-



trifosfatlara 

təsadüf 


olunur. 

Onların 


əmələ 

gətirdiyi 

nukleozidfosfatlar aşağıdakılardır: 

 Ribonukleozidfosfatlar:                                Qısa işarələri: 

Adenozin mono,-di,-trifosfat                     AMF, ADF, ATF. 

Quanozin mono,-di,-trifosfat                     QMF, QDF, QTF. 

Sitidin mono,-di,-trifosfat                          SMF, SDF, STF. 

Uridin mono,-di,-trifosfat                          UMF, UDF, UTF. 

Dezoksiribonukleozidlər: 

Dezoksiadenozin mono,-di,-trifosfat     dAMF, dADF, dATF 

Dezoksiquanozin mono,-di,-trifosfat    dQMF, dQDF, dQTF 

Dezoksisitidin mono,-di,-trifosfat         dSMF, dSDF, dSTF 

Dezoksitimidin mono,-di,-trifosfat        dTMF, dTDF, dTTF. 

Nuklein  turşularının  birinci,  ikinci  və  üçüncü  quruluşları 

müəyyən  olunmuşdur.  Mononukleotidlər  n-sayda  efir  tipli 

rabitə formasında bir-biri ilə birləşərək polinukleotidləri əmələ 

gətirir.  Buna  nuklein  turşularının  birinci  quruluşu  deyilir.  Bu 

prosesi sxematik olaraq aşağıdakı kimi göstərmək olar. 

 

                                                    



                                                   P 

Azotlu əsas                     –C

1

–C

2



–C

3

–C



4

–C



 

                                                             P 

                                                        C

5

 



Azotlu əsas                   –C

1

–C



2

–C

3



–C

 



                                                         P  

Azotlu əsas                  –C

1

–C

2



–C

3

–C



4

–C



                                             P 

                                               

Azotlu əsas                –C

1

–C



2

–C

3



–C

4

–C



                                             P                                       



 

39 


 

 

DNT  və  RNT  molekullarında  ayrı-ayrı  nukleotidlər 



fosfodiefir  rabitələri  vasitəsilə  birləşir.  Onların  tərkibindəki 

fosfodiefir  qrupları  pentozanın  3-cü  karbonun  hidroksil  qrupu 

ilə,  o  biri  pentozanın  5-ci  karbonun  yanındakı  hidroksil  qrupu 

hesabına  rabitə  yaradır.  Beləliklə,  göstərilən  qayda  üzrə 

mononukleotidlərin bir-biri ilə birləşməsindən nuklein turşuları 

alınır. 


 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin