Ə.Ə. NƏBĐyev, E.Ə. Moslemzadeh


Fermentlərin qida sənayesində tətbiqi



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix21.03.2017
ölçüsü3,91 Mb.
#12068
1   2   3   4   5   6   7   8   9   ...   32

1.3.7.Fermentlərin qida sənayesində tətbiqi 

 

Hal-hazırda  sənaye  üsulu  ilə  alınan  ferment  preparat-

larından  qida  sənayesinin  bir  çox  sahələrində  geniş  tətbiq 

olunur.  Məsələn,  şərabçılıqda,  çörəkbişirmədə,  şirniyyat,  spirt, 

pivə, müxtəlif növ şirələrin istehsalında, tütün və çay emalında, 

ət-süd,  konserv  sənayesində  və  başqa  sahələrdə  ferment 

preparatlarından  geniş  istifadə  olunur.  Fermentlər  qida 

məhsulunun  yetişməsini  tezləşdirir,  məhsulun  keyfiyyətli 

olmasına müsbət təsir göstərir, onların qidalılıq dəyərini artırır. 

Şərabçılıq sənayesində pektolitik, sitolitik və protolitik ferment 

preparatlarından  geniş  istifadə  olunur.  Bu  preparatlar  müvafiq 

olaraq  pektin  maddələrini,  sellülozanı,  zülalları  hidroliz  edir. 

Nəticədə şərabın tərkibində ekstraktiv maddələrin miqdarı artır, 

şərab materiallarının, müxtəlif şirələrin şəffaflaşması və onların 



 

70 


 

 

sabitliyi  uzun  müddət  davam  edir.  Çay  istehsalında 



fermentlərdən  geniş  istifadə  olunur.  Çayın  fermentasiyası  

zamanı onun qidallıq dəyəri artır. Belə ki, çay ətirli maddələrlə, 

əsasən də monomer fenol maddələri ilə daha zənginləşir. Çayın 

tərkibində  qidalılıq  dəyərini  (keyfiyyətinin  yaxşılaşmasında)  

artmasında 

polifenoloksidaza, 

peroksidaza, 

katalaza 

fermentlərinin 

mühüm 


rolu 

vardır. 


Pivə 

istehsalında  

fermentlərin  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki,  pivə 

istehsalının  əsası  fermentativ  prosesdir.  Bu  zaman  nişastanın 

hidrolizi,  səməni  şəkərinin  əmələ  gəlməsi  müvafiq  olaraq 

amilaza və maltaza fermentlərinin təsiri ilə baş verir. Hətta pivə 

istehsalında  qıcqırma  prosesi  də  fermentlərin  iştirakı  ilə  gedir. 

Fermentlərin  çörəkbişirmə  və  qənnadı  sənayesində  də  mühüm 

əhəmiyyəti  vardır.  Məlumdur  ki,  çörəyin  keyfiyyəti  onun 

qıcqırma 

prosesindən 

çox 


asılıdır. 

Qıcqırma 

prosesi 

fermentlərin  iştirakı  ilə  gedir.  Çörəkbişirmədə  qıcqırma 

prosesinə düzgün nəzarət edildikdə fermentlərin aktivləşməsinə 

nail  olunur  ki,  bu  da  çörəyin  qida  maddələri  ilə  zənginləş-

məsinə  səbəb  olur.    Belə  ki,  xəmirin  tərkibində  mövcud 

fermentlər  üçün  yaradılmış  optimal  temperatur  nəticəsində 

çörəyin tərkibi xoşagələn ətirli maddələrlə daha da zənginləşir. 

Süd  sənayesində  süd  məhsullarının  əmələ  gəlməsi  də 

fermentlərin iştirakı ilə gedir.   

Onu da qeyd etmək lazımdır ki, orqanizmə qəbul olunan 

qidanın  mənimsənilməsi  və  həzm  prosesi  fermentlərin  iştirakı 

ilə  gedir.  Đnsanlarda  mövcud  fermentlərin  fəallığının  azalması 

həzm prosesinin pozulmasına səbəb olur.  

Fermentlərin  nəinki  qida  sənayesində,  tibb,  heyvandarlıq 

və  kənd  təsərrüfatının  müxtəlif  sahələrində  çox  böyük  rolu 

vardır.  Belə  ki,  son  zamanlar  insanlarda  müxtəlif  xəstəliklərin 

müalicəsində  ferment  preparatlarından  geniş  istifadə  olunur. 

Ürək-qan-damar 

sistemi 

xəstəliklərinin 

müalicəsində 

kokarboksilaza,  adenozintrifosfataza,  streptodekaza  və  s. 

ferment  preparatlarından;  şəkər    xəstəliyinin  müalicəsində  isə 


 

71 


 

 

insulin və başqa ferment preparatlarından geniş istifadə olunur. 



Heyvandarlıqda  heyvanların  həzm  prosesinin  tənzimlənmə-

sində,  onların  sağlam  böyüməsində,  kökəlməsində  və  başqa 

məsələlərin  həllində  müxtəlif    ferment  preparatlarından  geniş 

istifadə olunur. 

Hal-hazırda  fermentlər  haqqında  elm  daha  geniş 

miqyasda öyrənilir.  

Onların xalq təsərrüfatında, o cümlədən qida sənayesində 

istifadə edilməsinin böyük perspektivləri vardır. 

 

1.4. Vitaminlər  haqqında  ümumi  məlumat 

 

Canlı orqanizmlərdə fermentlərlə, zülallarla, karbohidrat-

larla  və  s.  ilə  yanaşı  elə  üzvi  maddələr  də  vardır  ki,  onlara 

vitaminlər  deyilir.  Vitaminlər  bioloji  aktiv  maddələr  olub,  ən 

çox  bitkilərin  tərkibində  olur.  Onlar  canlı  orqanizmlərdə 

çatışmadıqda  maddələr  mübadiləsi  (metabolizm)  pozulur. 

Fermentlərə,  zülallara  nisbətən  vitzminlər  kiçikmolekullu  üzvi 

birləşmələrdir.  Hal-hazırda  200-dən  artıq  fermentlərin  aktiv 

qrupları  vitaminlərdən  təşkil  olunmuşdur.  Orqanizmlərdə 

vitaminlərin 

çatışmazlığı 

nəticəsində 

bəzi 

fermentlərin 



sintezidə  pozulur.  Vitaminlərin  öyrənilməsi  1880-ci  ildə 

N.Lunin tərəfindən aparılmışdır. O, belə nəticəyə gəlmişdir ki, 

canlı  orqanizmlərdə  yuxarıda  adları  çəkilən  maddələrdən 

başqa,  həyat  üçün  vacib  olan  naməlum  maddələr  vardır.  Daha 

sonra  1893-1897-ci  illərdə  Hollandiya  həkimi  Eykman  Yava 

adasında  məhbuslar  üzərində  apardığı  müşahidələrdən  belə 

nəticəyə  gəldi  ki,  qabığı  təmizlənmiş  düyü  ilə  uzun  müddət 

qidalanan 

insanlarda 

beri-beri 

xəstəliyi 

inkişaf 


edir, 

təmizlənməmiş  düyü  ilə  qidalanan  şəxslərdə  isə  bu  xəstəliyə 

təsadüf edilmir. O, bu təcrübəni quşlar üzərində də apardıqdan 

sonra, belə nəticəyə gəldi ki, onlar da yalnız təmizlənmiş düyü 

ilə  qidalandıqda  beri-beri  (polinevrit)  xəstəlyi  inkişaf  edir. 

1911-ci  ildə  polyak  alimi  K.Funk  düyü  kəpəyindən  beri-beri 



 

72 


 

 

xəstəliyinə  müalicəvi  təsir  göstərən  bir  maddə  aldı.  O,  belə 



nəticəyə  gəldi  ki,  beri-beri  xəstəliyi  qidada  bəzi  maddələrin 

çatışmamazlığı  nəticəsində  əmələ  gəlir.  Hələ  qədimdən 

insanlar  arasında  sinqa  və  ya  skorbut,  raxit,  pellaqra,  kimi 

xəstəliklərin  yoluxucu  olması  guman  olunurdu.  K.Funk  belə 

nəticəyə  gəldi  ki,  yuxarıda  göstərilən  xəstəliklər  də  qidada 

həyat üçün zəruri olan maddələrin çatışmaması üzündən əmələ 

gəlir. O, daha sonra beri-beri xəstəliyinin müalicəsi üçün düyü 

kəpəyindən  aldığı  kristallik  maddənin  tərkibində  amin 

qrupunun (NH

2

) varlığını kimyəvi analiz nəticəsində müəyyən 



etmişdir.  Bu  maddəyə  K.Funk  1912-ci  ildə  “vitamin”  adı 

verməyi  təklif  etmişdir.  Vitamin  latınca  (vitamin)-həyat  amini 

deməkdir. Sonralar məlum oldu ki, qidada elə zəruri maddələr 

də  vardır  ki,  onların  tərkibində  amin  qrupu  yoxdur,  amma 

bioloji 

aktivdirlər, 

onlar 

da 


vitaminlər 

adı 


altında 

birləşdirildilər.  Hal-hazırda  vitaminlərin  çoxunda  amin  qrupu 

yoxdur.  Ancaq  vitamin  termini  indiyə  qədər  geniş  istifadə 

edilir.  

Müəyyən  həyat  şəraitindən  asılı  olaraq,  insanların  uzun 

müddət  eyninövlü  qida  maddələri  qəbul  etməsi  nəticəsində 

(xüsusən  bitki  mənşəli  ərzaq  məhsulları  qəbul  edilmədikdə) 

əmələ  gələn  xəstəliklərin  öyrənilməsi  vitaminlər  haqqında 

elmin əsasını qoymuşdur. Vitaminlər haqqında bəhs edən elmə 

vitaminologiya  deyilir.  Hal-hazırda  40-dan  artıq  vitamin 

müəyyən  olunmuşdur.  Onların  əksəriyyəti  bitkilərdən  sintez 

olunur. 


Bitkilərdə  vitaminlər  hüceyrədə  mübadilə  prosesində 

əmələ  gəlir.  Onlar  tənəffüs  və  fotosintez  proseslərində  iştirak 

edir.  Vitaminlər  bitkilərin,  insanların  və  heyvanların  boy 

artımında, ümumi inkişafında mühüm rol oynayır. 

Qida  maddələrinin  tərkibində  vitaminlərin  tamamilə 

olmaması  nəticəsində  əmələ  gələn  xəstəliklərə  avitaminozlar 

adlanır.  Orqanizmdə  bir  neçə  vitaminin  olmamasından  əmələ 


 

73 


 

 

gələn  xəstəliklər  insanlar  arasında  nisbətən  geniş  yayılmışdır, 



belə xəstəliklərə hipovitaminozlar deyilir. 

Oraqnizmdə  vitaminlərin  həddindən  çox  qəbul  edilməsi 

nəticəsində  də  maddələr  mübadiləsi  pozulur.  Bu  zaman  əmələ 

gələn  xəstəliklərə  hipervitaminozlar  deyilir.  Vitaminləri, 

əvvəllər kimyəvi quruluşları müəyyən olunmadığına görə, latın 

əlifbasının  hərfləri  ilə  adlandırırdılar.  Məsələn,  A,D,C,E 

vitaminləri  və  qeyriləri.  Daha  sonra  vitaminlərin  kimyəvi 

quruluşu  müəyyən  olunduğuna  baxmayaraq,  indiyə  qədər  də 

hərflərlə ifadə olunur. Vitaminləri həlledicilərə münasibətlərinə 

görə iki qrupa bölürlər: 

1.  Yağda həll olan vitaminlər. 

2.  Suda həll olan vitaminlər. 

Yağda  həll  olanlara;  A,D,E,K  vitaminləri  aiddir.  Suda 

həll olan vitaminlərə isə B qrup vitaminləri, C, PP, fol turşusu 

və  s.  vitaminlər  aiddir.  Bəzi  vitaminlər  bir  neçə  formada 

olurlar. Onların müxtəli formada olmasına vitamerlik deyilir. 

 

1.4.1.Yağda həll olan vitaminlər 

 

A-vitamini.  Bu  vitaminə  retinol  da  deyilir.  Bu  vitaminin 

üç növü məlumdur: A-A

1

-retinol, A



2

 isə dehidroretinol adlanır. 

A

1

-vitamininin  emprik  formulu  C



20

H

30



O,  A

2

-vitamininin 



formulu  isə  C

20

H



28

O-dir.  A

2

-vitamininin  bioloji  aktivliyi  A



1

-

vitaminindən iki dəfə azdır. A



1

-vitamininin quruluşu aşağıdakı 

kimidir: 

H

3



C    CH

3

 



                                           CH

3

                    CH



        C 

        H

2

C      C– CH=CH– C=CH–CH=CH–C=CH–CH



2

OH    


 

        H

2

C       C–CH



                                    (A

1

–vitamini) 



       CH

3

                                          



 

74 


 

 

Orqanizmdə  A  vitamini  çatışmadıqda  gözün  görmə 



qabiliyyəti  pozulur.  Gözün  torlu  qişasında  rodopsin  deyilən 

mürəkkəb  zülal  vardır.  Rodopsinə  görmə  zülalı  da  deyilir. 

Onun əmələ gəlməsində sadə zülal opsin və prostetik qrup kimi 

A-vitamini  iştirak  edir.  Đnsan  orqanizmində  A-vitamini  sintez 

olunmur.  Ona  olan  tələbat  yalnız  qida  məhsulları  hesabına 

ödənilir. Düzgün qidalanma prosesi pozulduqda, yəni orqanizm 

lazımi  qədər  A-vitamini  qəbul  etmədikdə  rodopsinin  əmələ 

gəlməsi və ya zalması baş verir. Bundan başqa, orqanizmdə A-

vitamini çatışmadıqda ilk əlamət kimi tez yorulma, arıqlama və 

iştah  pozğunluğu  əmələ  gəlir.  Bundan  başqa,  A-vitamini 

orqanizmə  tələb  olunan  miqdarda  az  qəbul  edildikdə  toyuq 

korluğu və  ya gecə korluğu xəstəliyi əmələ gəlir. Bu xəstəliyə 

tutulan  şəxslərin  gözünün  qaranlığa  qarşı  uyğunlaşma 

qabiliyyəti  pozulur.  Onlar  işıqlı  mühitdən  qaranlıq  mühitə 

keçdikdə uzun müddət pis görürlər. 

A-vitamini bitkilərin tərkibində olmur. O, ən çox heyvan 

mənşəli  ərzaq  məhsullarından  balıq  və  kərə  yağlarında,  qara 

ciyərdə  olur.  A-vitamini  bitkilərdə  provitamin  şəklində  olur. 

Onun provitamini karotinlərdir. Bu, o deməkdir ki, A-vitamini 

insan  orqanizmində  karotinlərdən  də  əmələ  gəlir.  Bitkilərdə 

karotinin  α,β,γ-izomerləri  mövcuddur.  Onun  emprik  tərkibi 

C

40



H

56

-dır.  Karotinlər  ən  çox  yerkökündə  (markov),  qabaqda 



və  qırmızı  bibərdə  olur.  Bitkilərdə  ən  çox  β-karotinə  (85%) 

təsadüf  olunur.  Ən  çox bioloji  fəallığa  malik  olan  bir  molekul 

β-karotindən  iki  molekul  A-vitamini  əmələ  gəlir.  Bitkilərdə 

karotinin izomerlərindən likopinə, ksantofilə, zeaksantinə daha 

çox təsadüf olunur. Karotin və onun izomerlərinə karotinoidlər 

deyilir. 

Likopinin (C

40

H



56

) emprik tərkibi karotin kimidir. Ancaq 

quruluş  formuluna  görə  karotindən  fərqlənir.  Likopin  narıncı-

qırmızı rəngli olub, ən çox pomidorda və itburnu meyvələrində 

olur. Ksantofil (C

40

H



56

O

2



) karotinin oksigenli törəməsi olub, ən 

çox bitkilərin yarpağındakı xloroplastlarda olur.  



 

75 


 

 

Zeaksantin də (C



40

H

56



O

2

) karotinin oksigenli törəməsidir. 



Sarı  rəngdə  olur.  Ən  çox  qarğıdalının  və  buğdanın  dənində 

olur.  


Karotinoidlərə  meyvələrin  tərkibində  də  rast  gəlinir. 

Meyvələrin  tam  yetişməsi  dövründə  onların  miqdarı  çox  olur. 

Meyvələrin  uzun  müddət  soyuducuda  saxladıqda  karotinoidlər 

əsasən  tənəffüs  prosesinə  sərf  olunaraq  tədricən  miqdarca 

azalır.  Ancaq  meyvələrin  yetişmə  dövrü  ötdükdə  isə 

karotinoidlər  miqdarca  azalır.  Đnsanın  A-vitamininə  gündəlik 

tələbi  2  mq-dır.  Gündəlik  tələbatı  ödəmək  üçün  bu  qədər  A-

vitaminini 3-4 karotinlə əvəz etmək olar. 



D-vitamini.  Bu  vitaminə  kalsiferol  da  deyilir.  D-

vitamininə  bir  neçə  formada  (D

2

,  D


3

,  D


4

,  D


5

,  D


6

,  D


7

)  təsadüf 

olunur.  D

2

  və  D



3

  vitaminləri  daha  çox  bioloji  aktivliyə 

malikdirlər. D

2

-vitamininin quruluşu aşağıdakı kimidir. 



 

 

                                                                                                                                            3

 

                                                                                        



                                                                                         

 

 



 

 

 



 

D  qrup  vitaminlərinin  tərkibində  tsiklopentanperhidrofe-

nantren nüvəsi olur. 

Orqanizmdə  D-vitamini  çatışmadıqda  uşaqlarda  raxit 

xəstəliyi əmələ gəlir. Bu zaman orqanizmdə kalsium duzlarının 

azalması  nəticəsində  sümüklər  yumşalır  və  asanlıqla  öz 

quruluşunu  dəyişir.  Raxit  xəstəliyi  ən  çox  günəş  işığı 

düşməyən  rütubətli  mənzillərdə  yaşayan  uşaqlarda  təsadüf 

olunur.  Đlk  əlamət  kimi  iştah  pozğunluğu,  narahat  yuxu 

müşahidə olunur. 



 

76 


 

 

Raxit  xəstəliyi  zamanı  həm  də  həddindən  artıq  tərləmə, 



ətraf  sümükləri  və  döş  qəfəsi  öz  təbii  quruluşunu  dəyişməklə 

deformasiyaya da məruz qalır. Bu da insanlarda qan dövranının 

pozulmasına  səbəb  olur.  Raxit  xəstəliyində  o  da  məlum 

olmuşdur ki, insanlar tərəfindən qəbul olunan suyun çox hissəsi 

toxumalarda  ləngidiyinə  görə  damarlarda  dövr  edən  qanın 

miqdarı nisbətən azalır.  

Yaşlı  insanlarda  isə  D  vitamini  çatışmadıqda  sümüklərin 

yumşalması  və  kövrəlməsi  müşahidə  olunur.  Belə  insanlarda 

belin və ayaqların əyilməsi prosesi baş verir.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  D  vitamini  həddindən 

artıq  istifadə  olunduqda  orqanizmdə  kalsiumun  miqdarca 

artmasına şərait yaranır. Belə olan halda sümük toxumalarında 

kalsium  duzları  normadan  artıq  toplanır.  Bu  da  sümüklərin 

elastikliyinin azalması ilə nəticələndiyinə görə yaşlı insanlarda 

sümük sınıqlarına daha çox təsadüf olunur.  

D  vitamininin  təsir  mexanizmi  hələlik  dəqiq  müəyyən 

edilməmişdir.  Ancaq  bu  vitaminin  kalsium  və  fosfor 

mübadiləsinə  təsiri  yaxşı  öyrənilmişdir.  Orqanizmdə  D 

vitamininin çatışmaması nəticəsində qanda kalsium və fosforun 

miqdarı  azalır.  Bu  zaman  kalsium  hidrofosfatın  sümük 

toxumalarında 

toplanması 

çətinləşir. 

Nəticədə 

insan 

orqanizmində  mineral  maddələr  azalır,  sümüklər  yumşalır  və 



asanlıqla  əriyir.  Mineral  maddələrin  insan  orqanizmində 

azalması  yaxşı  hal  deyildir.  Bu  vitaminin  insan  orqanizmində 

baş  verən  maddələr  mübadiləsi  prosesində  də  əhəmiyyəti 

böyükdür.  

D-vitamini  bitkilərdə  olmur.  Ancaq  bitkilərdə  olan 

sterinlər  onun  provitaminidir.  Sterinlərin  nümayəndəsi  olan 

eriqosterindən günəş işığında olan ultrabənövşəyi şüaların təsiri 

ilə D-vitamini (eriqokalsiferol) əmələ gəlir.  

D-vitamini  qida  məhsullarından  ən  çox  balıq  yağında, 

süddə,  yumurtanın  sarısında  olur.  Yay  fəslində  südün  və  kərə 

yağının  tərkibində  D-vitamininin  miqdarı  daha  çox  olur.  Bu, 


 

77 


 

 

onunla  izah  olunur  ki,  yay  aylarında  heyvanların  bədəninə 



günəş  işığında  olan  ultrabənövşəyi  şüalar  daha  çox  düşür. 

Nəticədə  heyvan  orqanizmindəki  sterinlərin  D-vitamininə 

çevrilməsi sürətlənir. 

Uşaqların 

D-vitamininə 

gündəlik 

tələbatı 

13-25 


mikroqrama bərabərdir.  

E-vitamini. Buna başqa sözlə tokoferol və ya nəsiltörətmə 

vitamini  də  deyilir.  7-forması  (α,β,γ  və  sairələri)  aşkar 

olunmuşdur.  Onların  arasında  ən  çox  bioloji  fəallığa  malik 

olanı  α-tokoferoldur.  Onun  emprik  formulu  C

29

H

50



O

2

-olub, 



quruluşu isə aşağıdakı kimidir: 

 

 CH



3

               

       O        CH

3

       CH



3        

        CH

3

              CH



 H

3



C             C                   

                  (CH

2

)

3



–CH–(CH

2

)



3

–CH–(CH


2

)

3



–CH–CH

  HO             CH



2

       


 

                 

CH



CH



α-tokoferol 

 

E-vitaminini  canlı  orqanizmdə  (insan  və  heyvan) 



çatışmadıqda  zülalların,  yağların,  karbohidratların  mübadiləsi 

pozulur.  Bu  vitamin  çatışmadıqda  orqanizmdə  nəsiltörətmə 

qabiliyyəti pozulur.  

E-vitaminindən 

sonsuzluğun 

bəzi 


formalarının 

müalicəsində  geniş  istifadə  olunur.  E-vitamini  həm  bitki,  həm 

də  heyvan  mənşəli  məhsulların  tərkibində  geniş  yayılmışdır. 

Bitkilərin  yaşıl  hissəəsində,  meyvələrin  toxumunda,  dənli 

bitkilərdən alınan yağlarda E-vitamini daha çox olur.  

Heyvan  mənşəli  qida  məhsullarından  kərə  yağında, 

yumurtanın  sarısında,  qaraciyərdə,  süddə  E-vitamini  miqdarca 

daha çox olur. 

 


 

78 


 

 

 Cədvəl 4 

 

Bəzi qida məhsullarının tərkibində 



E vitaminin miqdarı 

 

Qida məhsullarının adı 



mq %-lə 

Pambıq yağı 

Buğda dəni 

Üzümün toxumu 

Kərə yağı 

Yumurta  

Süd 

120-250 


6-8 

10-20 


10-50 

3-5 


2-4 

 

E-vitamini antioksidant xüsusiyyətinə malikdir. E-vitami-



ninin  qidada  çox  olması  oksigen  sərfinin  azalmasına  və  ya 

oksidləşmə  prosesinin  ləngiməsinə  səbəb  olur.  Bu  vitamin 

alifatik yağ turşularının oksidləşməsini ləngidir.  

E-vitamini  yağlarda  yağ  turşusunun  qıcqırmasının 

qarşısını da alır. Ona görə də yağ istehsalında antioksidant kimi 

E-vitaminini  yağa  qarışdırırlar.  O  yağın  keyfiyyətinə  müsbət 

təsir  göstərməklə  yanaşı  həm  də  yağı  oksidləşmədən  qoruyur. 

Qida  məhsullarının  tərkibində  E-vitamini  çox  olduğuna  görə 

onun avitaminozuna nadir hallarda rast gəlinir.  

Qeyd  etmək  lazımdır  ki,  itburnu  meyvəsindən  alınmış 

yağın  tərkibində  E-vitamini  daha  çox  olur.  Bu  vitaminə  olan 

gündəlik tələbat 25-30 mq-dır.  

      K-vitamini.  Bu  vitaminə  başqa  sözlə  antihemorragin  və  ya 

filloxinon da deyilir. Hal-hazırda bu vitaminin K

1

, K


2

, K


3

, K


4

K



5

, K


6

 formaları aşkar olunmuşdur. 

Đnsanların 

qidasında 

K-vitamini 

çatışmadıqda 

avitaminozun  əmələ  gəlməsi  müşahidə  olunmur.  Ona  görə  ki, 

canlı  orqanizm  K-vitaminini  sintez  etmək  qabiliyyətinə 

malikdir.  Ancaq  həddindən  artıq  antibiotiklər  və  sulfanilamid 

preparatları qəbul etdildikdə K-vitamininin sintezi pozulur. 



 

79 


 

 

K



1

-vitamini ən çox bioloji aktivliyə malik olub, quruluşu 

aşağıdakı kimidir: 

              O    

         

                  C–CH

3

        CH



3

           CH

3

 

               



                   –CH

2

–CH=C=(CH



2

)

3



–CH–(CH

2

)



3

–   


 

              O 

K

1

-vitamini 



 

     CH


3

              CH

 

  – CH –(CH



2

)

3



–CH–CH

 



Bu  vitamin  çatışmadıqda  qanın  laxtalanma  qabiliyyəti 

pozulur.  Bədənin  müxtəlif  yerlərində  qan  sızmalar  müşahidə 

olunur, hətta qanazlığı baş verir. 

K-vitamini  bitkilərin  yaşıl  hissələrində  çox  olur. 

Bitkilərdə  oksidləşmə-reduksiya  prosesində  və  fotosintetik-

fosforlaşmada iştirak edir. Meyvələrdə və üzümdə az miqdarda 

olur.  Bitki  hüceyrəsində  ən  çox  xloroplastlarda  olur.  Bitki 

mənşəli  yağların  tərkibində  də  K-vitamininə  çox  rast  gəlinir. 

Gündəlik tələbat 1-15 mq-dır. 

 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin