Ə. A.ƏLBƏndov


Elementlərin  süni  sintezi



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə61/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   54   55   56   57   58   59   60   61   62

Elementlərin  süni  sintezi.

  Nüvə  reaksiyalarının  kəşfi  elm 

və texnika üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı yeni ele-

mentlərin  sintezinin  mümkünlüyü  imkanını  meydana 



 

608


98 

99 


çıxartmışdır.  Đlk  dəfə  olaraq  1937-ci  ildə  əvvəllər  məlum 

olmayan texnesium elementi sintez olunmuşdur: 

               

          

42 


Mo +  

1

H →  



43

Tc + 

 

Sonralar  sıra  nömrələri  93-114  olan  transuran  elementləri 



sintez olunmuşdur. 

Nüvə reaksiyaları zamanı öz-özünə parçalanma qabiliyyəti-

nə malik nüvələr alınır. Süni radioaktiv nüvələrin öz-özünə par-

çalanma reaksiyaları süni radioaktivlik adlanır. 



Radioaktiv izotopların tətbiqi. 

Radioaktiv izotoplar elm və 

texnikanın  müxtəlif  sahələrində  geniş  tətbiq  edilir.  Radioaktiv 

izotoplar metallarda və ərintilərdə defektlərin (qüsurların) aşkar-

lanmasında, qapalı sistemlərdə mayelərin səviyyəsinin müəyyən 

edilməsində, mühərriklərin yeyilməyə qarşı davamlılığının təyi-

nində tətbiq olunan cihazlarda istifadə edilir. 

Đzotoplar nişanlanmış atomlar kimi elmi-tədqiqad işlərində, 

xəstəliklərin diaqnostikası və müalicəsində, tərkibinə karbon da-

xil olan materialların, dağ süxurlarının və kosmik cismlərin ya-

şının müəyyən edilməsində tətbiq edilir. 

Məsələn,  tərkibinə  karbon  daxil  olan  materialların  yaşı 

atmosferin  yuxarı  təbəqələrində  əmələ  gələn  karbon-14 

radioizotopuna görə təyin edilir: 

                                  

                                    7

N

14

 + n → 



6

C

14



 + 

1

H



1

  

 



Radioaktiv  karbon  bitkilər  və  sonra  heyvanlar  tərəfindən 

mənimsənilir. Karbon-14 izotopu β - parçalanmaya məruz qalır: 

                                 

                                           6

C

14

 →  



7

N

14



 + e 

 

Məhv  olmuş  orqanizmlərin  və  ya  bitkilərin  tərkibindəki 



radioaktiv  karbonun  miqdarına  görə  onların  yaşını  müəyyən 

edirlər.  



 

609


Mineralların  yaşını  uran  -238  (bax  şəkil.17.3)  izotopunun 

radioaktiv  parçalanmasından  əmələ  gələn  qurğuşun  -  206-nın 

uran-2-238 izotopuna olan nisbəti ilə müəyyən etmək olar. 

Radioaktiv  izotoplardan  həmçinin  analitik  kimyada  müəy-

yən maddələrin təyin olunmasında istifadə olunur. 

 

 

17.3. RADĐOAKTĐV ŞÜALANMANIN NƏTĐCƏLƏRĐ 

 

Radioaktiv  şüalanmanın  müəyyən  edilməsi. 

Radioaktiv-

liyin  müəyyən  edilməsində  ən  çox  Heyger  və  sintillasiya 

sayğaclarından istifadə olunur. Heyger sayğacının təsiri əsasında 

bu və ya digər şüalanmanın maddəni ionlaşdırmasına əsaslanır. 

Heyger sayğacı mərkəzi naqil vasitəsilə xarici cərəyan mənbəyi-

nin anodu ilə birləşdirilmiş borudan ibarətdir. Dövrənin katodu 

rolunu  borunun  silindiri  daşıyır.  Sayğacın  borusuna  keçən 

radioaktiv  şüalanmanın  (α,  β  və  ya  γ-şüaların)  təsirindən 

molekulların  ionlaşması  baş  verir.  Bunun  nəticəsi  olaraq 

gücləndirilərək xüsusi qurğularda qeydə alınan cərəyan meydana 

çıxır. 


Sintillasiya sayqacının təsir prinsipi isə radioaktiv şüalanma-

nın sink sulfidə təsirindən meydana çıxan flyoresensiyanin qey-

də alınmasına əsaslanır. 

 Radioaktiv  şüalanmanın  təsiri.  Radioaktiv  şüalanmanın 

təsirindən  kimyəvi  rabitələrin  qırılması  və  molekulların  parça-

lanması  baş  verir.  Bu  zaman  əmələ  gələn  radikallar  müxtəlif 

kimyəvi reaksiylara daxil olaraq hüceyrələrin normal funksiyala-

rını pozmuş olur. Radioaktiv şüalanmanın orqanizmə daxil olma 

dərəcəsi onun tipindən asılıdır. Belə ki,  α-şüalar dəridən prak-

tiki olaraq keçmir. β-şüalar 10-20 mm dərinlikdə toxumaya daxil 

olur. γ və rentgen şüaları isə orqanizmdən praktiki maneəsiz ke-

çirlər.  Radioaktiv  maddələrin  təsiri  onların  təbiətindən  asılıdır. 

Məsələn, sümüklərdə kalsiumu əvəz etmək qabiliyyətinə malık 

Sr-90 xərçəng xəstəliyi əmələ gətirir. Kr-80 dəriyə və ağ ciyər-

lərə təsir göstərir. 


 

610


Radioaktiv  şüalanma  orqanizmin  bütün  həyatı  boyu  özünü 

büruzə verən somatik effektlərin yaranmasına, o cümlədən ley-

kositlərin  sayının  azalmasına,  limfatik  vəzlərin  xəstəliklərinə, 

qan xərçənginə (leykomiya) səbəb olur. 

              

 

17.4. RADĐOAKTĐV  ELEMENTLƏRĐN  XASSƏLƏRĐ 



 

  Dövri sistemdə bismutdan sonra  gələn bütün elementlər 

radioaktiv elementlərə daxildir. Ancaq bunlar içərisində ən çox 

əhəmiyyət kəsb edən nüvə reaktorlarında tətbiq olunan aktinoid-

lər də daxil olmaqla uran, torium və plutoniumdur.  

  Torium. Bu elementin sıra nömrəsi 90, atom kütləsi isə 

232,038-dir.  Yer  qabığında  kütlə  payı  ilə  miqdarı  8

.

10



-4

  %-dir. 

Əsasən Th

232


 (τ

1/2 


= 1,39

.

10



10

 il) izotopu şəklində olur. …6d



2

7s

2

 

elektron quruluşuna malik olub +2, +3, +4 oksidləşmə dərəcəsi 



göstərir.  +4  oksidləşmə  dərəcəsi  daha  xarakterikdir.  Standart 

elektrod potensialının -1,90V olmasına baxmayaraq səthi passiv 

örtüklə  təcrid  olunduğundan  havanın  təsirinə  qarşı  davamlıdır. 

Torium  oksidləşdiricilərin,  məsələn,  qatı  HNO

3

  turşusunun 



təsirindən  passivləşir.  Duru  HF,  HNO

3

,  H



2

SO

4



  və  qatı  HCl, 

H

3



PO

4

 məhlullarında tədricən həll olur. Qızdırıldıqda H



2

, Cl


2

, S, 


P, N

2

, H



2

S-lə təsirdə olur. Torium torium filizinin işlənməsindən 

alınan  ThO

2

-in  kalsiumla  reduksiyasından  və  ya  ThF



4

-ün


 

və 


ThCl

4

-ün ərimiş məhlulunun elektrolizindən alınır. 



Torium  U-233  nüvə  yanacağının  alınmasında  ən  qiymətli 

material hesab olunur.  

               

U

Pa

Th

n

Th

233


92

233


91

233


90

232


90

β

β



γ





+

+

 



 

Uran. 

Sıra  nömrəsi  92,  atom  kütləsi  238,029-dur.  Yer 

qabığında  kütlə  payı  ilə  miqdarı  2,5

.

10



-4

  %-dir.  U

238

  (99,8%), 



U

235


 (0,7%) və U

234


 (0,005%) izotoplarından ibatərdir. Elektron 

quruluşu …5f



3

6d

1

7s

2

 kimidir. Bu quruluşa uyğun olaraq +2-dən 



 

611


+6-ya  qədər  dəyişən  oksidləşmə  dərəcəsi  göstərir.  +4  oksid-

ləşmə dərəcəsi daha xarakterikdir. Havada səthi nazik pərdə ilə 

örtülür  ki,  bu  da  onu  sonrakı  korroziyadan  qoruyur.  Xlorid  və 

nitrat turşularında aktiv, ftorid və sulfat turşularında isə zəif həll 

olur,  qələvilərlə  təsirdə  olmur.  Havada  qaldıqda  oksidləşir. 

Oksidləşmə zamanı UO, UO

2

, U


4

O

9



, U

3

O



7

, U


3

O

8



, UO

3

 tərkibli 



oksidlər  əmələ  gətirir.  Bu  oksidlərdən  ən  davamlıları  UO

2

  və 



UO

3

-dür.  UO



2

  əsasi,  UO

3

  isə  amfoter  xassəli  oksiddir.  Uran 



filizlərini  işləməklə  uranın  UF

4

  və  UF



6

  tərkibli  birləşmələrini  

alırlar. UF

6

-nı  isə UO



2

 və ya UF

4

-ə çevirirlər. 



 

              UF

6

 + 3H


2

 + O


2

 = UO


2

 + 6HF 


                 UF

6

 + H



2

 = UF


4

 + 2HF 


 

Yüksək  təmizlikli  UO

2

 atom  reaktorlarında  istifadə  olunur. 



UF

4

-dən isə kalsium və ya maqneziumla reduksiya etməklə uran 



alırlar. 

Pulutonium. 

Süni radioaktiv elementdir. 

232

Pu-dən 


246

Pu-yə 


dədər  15  izotopdan  ibarətdir.  Bunlardan  ən  çox  praktiki 

əhəmiyyət  kəsb  edəni 

239

Pu-  dur  (τ



1/2 

=  10


2,4

  10


4

).  Elektron 

quruluşu  …5f

6

  6d

0

  7s



2

  kimidir.  Elektron  quruluşuna  uyğun 

olaraq    +2-dən    +8-ə  kimi  müxtəlif  oksidləşmə  dərəcələri 

göstərir.  +8  oksidləşmə  dərəcəsi  daha  xarakterikdir.  Havada 

tədricən  oksidləşir,  su  ilə  zəif  təsirdə  olur,  HCl,  HClO

4

  və 



H

3

PO



4

  turşularında  həll  olur.  Qızdırdıqda  halogenlərlə,  hidro-

genlə, azotla və kükürdlə təsirdə olur. 

Pulutonium  nüvə  reaktorlarında  alınır.  Onu  PuF

4

  və  PuCl



4

 

şəklində ayırıb kalsiumla reduksiya etməklə alırlar. Pu-239-dan 



nüvə  reaktorlarında  yanacaq  kimi  və  həmçinin  atom  silahının 

hazırlanmasında  istifadə  olunur.  Pu-238  elektrik  cərəyanının 

atom nüvə mənbələrində tətbiq edilir. 

 


 

612


17.5. NÜVƏ ENERGETĐKASI 

 

Nüvənin  bölünməsi

.  30-cu  illərin  sonunda  Đtaliya  alimi 

E.Fermi və alman alimi O.Qan  neytronlarla şüalandırdıqda uran 

nüvəsinin  parçalanmasını,  rus  alimləri  Petrjak  və  Q.Flerov  isə 

uran  nüvəsinin  öz-özünə  bölünməsini  kəşf  etmişlər.  Uran  nü-

vəsinin  öz-özünə  bölünməsi  külli  miqdarda  enerjinin  ayrılma-

sıyla baş verir. Məsələn, 1 kq uranın aşağıdakı reaksiya tənliyi 

üzrə  bölünməsi  zamanı  ayrılan  enerji  2  mln  kq  kömürün  yan-

ması zamanı ayrılan enerjiyə ekvivalentdir: 

 

                    



92

U + n → 

36

Kr + 


56

Ba + 3n  

 

Tənlikdən görünür ki, uranın bölünməsi prosesində neytron-



ların sayı artır, bu da nüvələrin yeni bölünmələrini meydana çı-

xararaq zəncirvari reaksiyanın (nüvə partlayışı) əmələ gəlməsinə 

səbəb  ola  bilər.  Şaxələnmiş  zəncirvari  nüvə  reaksiyası  atom 

bombasında həyata keçirilir. 



Atom  reaktorları.

  Nüvə  reaksiyasını  davam  etdirmə  qabi-

liyyətinə malik neytronların sayını reaksiya mühitinə neytronları 

ləngidən və udan materiallar daxil etməklə nizamlamaq olar. Bu 

zaman nüvə reaksiyası idarə olunan hala keçir. Bu halda ondan 

atom elektrik stansiyalarında (AES) elektrik enerjisinin və nəq-

liyyat obyektlərində (məsələn, atom buzqıran gəmiləri) isə istilik 

enerjisinin alınmasında istifadə olunur. 

Nizamlanan  nüvə  reaksiyalarının  həyata  keçirilməsi  üçün 

tətbiq olunan qurğular atom reaktorları adlanır. Atom reaktorla-

rında əsas yanacaq kimi müəyyən sürətə malik neytronlarla şü-

alandırdıqda  nüvə  bölünməsinə  məruz  qalan  uran-235 

izotopundan  istifadə  olunur.  Adətən  atom  reaktorlarında  uran 

UO

2



  şəklində  istifadə    edilir.

 

Bundan    əlavə    nüvə    yanacağı  

kimi    Pu-239  və  U-233  izotoplarından  da  istifadə  etmək  olar. 

Nüvə  yanacağı  istilik  ayırıcı  elementlərdə  (ĐAE),  yəni 

sirkoniumdan,  paslanmayan  poladdan  və  digər  ərintilərdən 

hazırlanmış borularda yerləşdirilir (şək.17.2). Neytronların nüvə 



 

613


yanacağı  tərəfindən  tutulmasını  təmin  etmək  üçün  aktiv  zona 

neytronları ləngidən materialla təmin edilir.  

Đstiliyin ayrılma sürətinə nəzarət tərkibində neytronları udan 

maddələr (bor, kadmium) olan çubuqlarla həyata keçirilir. Đstilik 

ayırıcı elementlərdən istilik istilik daşıyıcılar vasitəsilə ötürülür. 

 

Nüvə  yanacağının  bölünmə 

məhsulları  artdıqca

 

reaktorunda    işi   

pisləşir. Odur ki, dövri olaraq istilik 

ayırıcı elementləri dəyişirlər. Đşlənil-

miş  ĐAE-lərin  radioaktivini  azalt-

maq  üçün  onlar  reaktorun  yanında 

uzun müddətə hesablanmış hövzədə 

saxlanılır. Bundan sonra parçalanma 

məhsulları  uran  və  pulutoniumu 

ayırdıqdan  sonra  xüsusi  ayrılmış 

yerdə basdırırlar.  

Hal-hazırada  iki  tip  atom 

reaktorlarından 

istifadə 

edilir. 

Birinci  tip  reaktorlarda  neytronların 

ləngidicisi  kimı  qaz  və  ya    su  ilə 

soyudulan  qrafitdən,  habelə  ağır 

sudan,  ikinci  tip  reaktorlarda  isə  su 

ilə  soyudulan    qrafitdən  və  ya  adi 

sudan istifadə edilir. 

Atom  energetikasının  ən  ciddi 

problemlərindən  biri  uran  filizlərinin  saflaşdırılması,  uran 

oksidlərinin  və  ftoridlərinin  istehsalı,  atom  elektrik 

stansiyalarının  (AES)  işləməsi  zamanı  və  s.  əmələ  gələn 

radioaktiv tullantıların basdırılaraq zərərsizləşdirilməsidir. Atom 

elektrik  stansiyalarının  radioaktv  tullantılarını  torpaqda 

basdırmaqla  zərərsizləşdirmək  olar.  Lakin  uzun  müddət  torpaq 

altında qalan radioaktiv tullantıların yeraltı sulara daxil olmasına 

tam zəmanət vermək olmaz. 



Şəkil17.2. Atom 

reaktorunun aktiv zo-

nasının  sxemi 

1-ĐAE-lər; 2-tənzimlə-

yicı çubuqlar; 3 - istilik 

daşıyicılar;   4-öturücü

 

çuburlar

 


 

614


Çernobıl AES-in dördüncü blokunda baş verən qəzanın ağır 

nəticələri  atom  reaktoplarının  etibarlılığı  məsələsini  ön  plana 

çəkməyin zəruriliyinı irəli sürmüşdür. Qeyd  etmək lazımdır ki, 

hazırda Fransa, Yaponiya və bir sıra digər ölkələr ətraf mühitin 

təmizliyini    təmin  edən  kifayət  qədər  etibarlılığa  malik  atom 

reaktorlarına malikdir. 



 

Termonüvə sintezi

. Enerjini nəinki ağır nüvələrin bölünmə-

si hesabına, həmçinin yüngül nüvələrin birləşməsi yolu ilə əldə 

etmək olar. Yüngül nüvələrin birləşmə reaksiyaları nüvə sintezi 

adlanır.  Aşağıda  bir  neçə  nüvə  sintezi  reaksiyalarının  tənlikləri 

verilmışdir: 

  

    1


H



1

H



2

He



4

 + n            ∆H = - 1,6.10

12  

 kC/mol         (1) 



    1

H

2  



1

H



2



He

4

                  ∆H = - 3,1.10



11

  kC/mol         (2) 

  

1

H



2



Li

6

 =



3

Li

7



 + 

1

H



1

           ∆H = - 4,8.10

11 

 kC/mol         (3) 



  

1

H



3



Li

= 2



2

He

4



                 ∆H = -10,3.10

12

 kC/mol         (4) 



 

Göründüyü kimi, nüvə sintezi zamanı küllü miqdarda enerji 

ayrılır  ki,  bu  da  üzvi  yanacağın  yanmasından  ayrılan  enerjidən  

milyardlarla  dəfə  çoxdur.  Qeyd  etmək  lazımdır  ki,  bu  reaksi-

yaları  həyata  keçirmək  üçün  milyonlarla  ölçülən  dərəcədə 

olduqca  çox  yüksək  temperatur  tələb  olunur.  Odur  ki,  bu 

reaksiyaları  termonüvə  reaksiyaları  adlandırırlar.  Məsələn,  (4) 

reaksiyasını həyata keçirmək üçün 40 milyon dərəcə temperatur 

tələb olunur. Belə yüksək temperaturları əldə etmək üçün xüsusi 

enerji qurğularının (güclü lazerlərin) yaradılması və meydana çı-

xan  termonüvə  reaksiyasının  fəzada  məhdudlaşdırılması  kimi 

olduqca  çətin  məsələlərin  həll  olunması  lazım  gəlir.  Bu  çətin-

likləri  aradan  qaldırmaq  mümkün  olarsa,  gələcəkdə  bəşəriyyət 

praktiki tükənməyən enerji mənbəyi ilə  təmin olunmuş olar.  



                      

                                                                            

                                       

                                          

 

615


Ə D Ə B Đ Y Y A T 

 

 

Ə. Б. Ə л и y e в,  Y. H. H ə с ə н о в, S. И. S a д ы г з а д ə. Üмумi və 

гeyри-

üзви kiмya. Б., 1987. 



Ш. 

Ə. М у с а y е в, S. И. С a д ы г з а д ə,  S. Ə. Н o в р у з о в. Üмумi 

kiмya.  Б., 1989.  I, II hiss

ə. 


Ə. A. Əл б ə н д o в. Aтoмун гурулушу вə kимyəви рaбитə. K., 1987. 

Ə. A. Əл б ə н д o в. Кимyəви тeрмoдинaмиkaнын вə kинeтиkaнын əсaслaры. 

K., 1988. 

Ə. A. Ə l b ə n d o v və başq.    Ümumi və qeyri-üzvi kimya praktikumu. 

K., 2006. 

Ə. A. Ə l b ə n d o v. Analitik kimya. B., 2007. 

H. Л. Г л и н k a. Oбщая xимия. M.,1984. 

H. C. A x м е т о в.Oбщая и неорганическая xимия. М., 2002. 

Я. А. У г а й. Oбщая xимия. М., 1984. 

Я. А. У г а й. Oбщая и неорганическая xимия. М., 2002. 

Н. В. К о р о в и н, Г. Н. М а с л е н н и к о в а, Э.И. М и н г у л и н а

Курс общей xимии. М., 1990. 

О. С. З а й ц е в. Oбщая xимия. М., 1990. 

Н. Т. Б р а у н,  Г. Ю. Л е м а й. Химия в центре наук. M., 1993, т. I, II. 

A. B. C y в o р o в,  A. Б. Н и к o л ъ c к и й. Oбщая xимия. M., 1995. 

Oбщая xимия (под ред. E. M. С о к о л о в о й ). M., 1995. 

A. П о л и н г,  П.  П о л и н г. Oбщая xимия. М., 1978, т. I, II. 

У. С л е й б о, Т. П е р с о н с. Oбщая xимия. М., 1979. 

Д ж.  К е м п е л. Современная oбщая xимия. М., 1975 т. 

Б. В. Н е к р а с о в. Основы общей xимии. M., 1973,  т. I, II. 

 

                      

 

 

 

                           

                     

                                    


 

616


Mündəricat 

 

 

Giris………………………………………………………….………..5 



1. Kimyanın predmeti……………………………...................................5 

 Materiya və onun hərəkəti (5), Kimyanın predmeti (6), Maddə 

 miqdari (7) 

2. Kimyanın əhəmiyyəti…………….………………………………….. 8 

3. Kimyanın əsas mıqdari (stexiometrik) qanunları…...……..………. 10 

Tərkibin sabitlik qanunu (10), Ekvivalent. Ekvivalentlər qanunu (10),  

Həndəsi nisbətlər qanunu (12) 

                               



 

 

BÖLMƏ 1.   MADDƏ QURULUŞU 

 

Birinci fəsil.  

Atomun quruluşu və elementlərin dövrı sistemi

………………….   13 

1.1. Atom qruluşunun ilk modelləri…………...……………………….13 

Atomun mürəkkəbliyi (13), Atom  quruluşunun planetar (nüvə)  

modeli (14), Atom spektrləri (15), Hidrogen atomunun Bor mo- 

deli (17) 

1.2. Kvant (dalğa) mexanikası. Şredingerin dalğa tənliyi ..………...…21  

“Hissəcik-dalğa” dualizmi.Elektronun dalğa xassəsi (21),  

Qeyri-muəyyənlik prinsipi (22), Şredinger dalğa tənliyi (23),  

Orbital (24) 

1.3. Kvant ədədləri. Atom orbitalları………………………………......25 

Baş kvant ədədi (25), Orbital  kvant  ədədi (26), Maqnit kvant  

ədədi (27), Spin kvant ədədi (29) 

1.4. Çoxelektronlu atomların quruluşu……………………….………..30 

Minimum enerji prinsipi (32), Pauli prinsipi (32), Hund qaydası 

 (33), Atomların elektron quruluşu (35) 

1.5. Dövri qanun və elementlərin dövri sistemi……………….…..…...35 

Dövri qanun (35), Dövri sistem və atomların elektron quruluşu 

 (36), Dövri sistemin quruluşu (39) 

1.6. Elementin xassələrinin dövriliyi……………………….….............41 

Đonlaşma  enerjisi (41), Elektrona  qohumluq (43), Elektromənfilik (44),  

Atom və ion radiusları (45) 



 

Đkinci fəsil.

  Kimyəvi rabitə…………………..……………………….48 

2.1. Kimyəvi rabitənin xarakterizəsi…………………………………...48 

 

Rabitənin əsas növləri və parametrləri.(49), Oktet qaydası (53)                                        



 

617


2.2. Kovalent rabitə. Valent rabitələr metodu (VRM)…….…………...54  

Kovalent rabitənin donor-akseptor mexanizmi (59), VR metoduna  

görə valentlik (60) 

2.3. Kovolent rabitənin istiqamətliliyi və doymuşluğu………………..64 

δ

π



σ

,

,



rabitə  (65), Hibridləşmə  (68), Molekulların və kom- 

plekslərin fəza quruluşu (70), Sərbəst elektron  cütlərinin  mole- 

kulların (komplekslərin) quruluşuna təsiri (72), Çoxqat rabitələr    

(75),Rezonans quruluş. Delokallaşmış π–abitə (76), Üçmərkəzli 

ikielektronlu  rabitə (80),  Rabitənin polyarlığı  və   polyarlaşma   

qabiliyyəti (82). Polyar və qeyri-polyar molekullar (83)  

2.4. Molekulyar orbitallar metodu (MOM)……………………………85  

Molekulyar orbitalların enerji diaqramları (92), 1-ci dövr elment- 

lərin  ikiatomlu  homonüvəli molekulları (92),  2-ci dövr elment- 

lərinin ikiatomlu homonüvəli molekulları (94), Đkiatomlu hetero-  

nüvəli molekullar (99) 

2.5. Kovalent radiuslar………………………………………………. 101 

2.6. Valent rabitələr metodu ilə molekulyar orbitallar metodunun   

müqayisəsi ..………………………………………………………….103 

2.7. Đon rabitəsi…………………………………………………….... 104 

Đon rabitəsinin istiqamətsizliyi və doymamışlığı (104),  

Đon birləşmələrin quruluşu (105), Đon radiusları (107) 

2.8. Metal rabitəsi……………………………..……………………...109 



 

 

Üçüncü fəsil.  Molekulların qarşılıqlı təsir növləri. Kompleks  

Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin