Ə. A.ƏLBƏndov



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə58/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   54   55   56   57   58   59   60   61   62

           

      

Cədvəl 16.1 Zəhərli elementlərin dövri sistemdə yerləşməsi 

 

Cədvəldə ən çox zəhərli elementlər yağlı şriftlə (kursivlə) göstərilmişdir 

 

 

Civə  bəzi  bakteriyaların  təsirindən  çox  güclu  zəhərli  təsirə 



malik üzvi birləşmələr əmələ gətirir. Belə birləşmələr hüceyrə-

nin  membranından  keçərək  orqanizmə  uzun  müddətli  zərərli 

təsir  göstərir.

 

Bu  tip  birləşmələrə  misal  olaraq  civə  dimetili 

Hg(CH

3

)



2

 göstərmək olar. Eləcə də bəzi dəniz bitkiləri aromatik 

karbohidrogenlərdən  kanserogen  birləşmələr,  məsələn,  benza-

piren sintez edir. Hazırda insan öz həyat fəaliyyəti ilə litosferə, 

atmosferə  və  hidrosferə  vurduğu  ziyanlar  nəticəsində  meydana 

çıxan  ekoloji  problemlər  məhəlli  xarakterdən  çıxaraq  planetar 

xarakter daşıyır.  

Elektrostansiyalar,  nəqliyyat  və  müəssisələr  tərəfindən  at-



mosferə külli miqdarda zəhərli maddələr daxil olur və bu birləş-

 

 

Dövr- 

lər 

 

                                                 

                                 Elementlərin qrupları 

 

 

VI 



 

VII 



 

VIII 

 

VIII 

 

VIII 

 

IB 

 

II 



 

II 



 

III 



 

IV 



 





 

VI 



 

VII 



 



 

 



 



 



 



 



 



 



 

Be 

 



 



 



 



 

F

2

 

 

 



 

 



 



 



 



 



 



 



 



 



 



 



 

 

 

Cl



 



 

 

Cr 

 

 

Mn 

 



 

Co 

 

Ni 

 

Cu 

 



 



 

G



 



 

As 

 

Se 

 

Br



 



 

 



 



 



 

Rh 

 

 

Pd 

 

Aq 

 

Cd 

 



 

Đn 

 



 

Sb 

 

Te 

 



 



 

 



 



 

Os 

 

 

 



 

Pt 

 

Au 

 

Hg 

 



 

Tl 

 

Pb 

 

Bi 

 



 



 

580


mələrin miqdarı daim artır. Atmosferə daxil olan maddələr ətraf 

mühitlə  təsirdə  olaraq  olduqca  müxtəlif  zərərli  maddələrə 

çevrilir.  Bu  maddələr  qaz,  maye  damcıları  və  bərk  hissəciklər 

şəklində hava cərəyanları ilə böyük məsafələrə paylanmış olur. 

Son  illər  yer  kürəsinin  bir  çox  ərazilərində  pH-ı    7-dən  kiçik 

olan “turşu yağışları” baş verir. Atmosferə daxil olan antropogen 

tullantılar,  “istixana  effekti”  daxil  olmaqla  qlobal  miqyasda 

ekoloji  çətinliklər  yaradır.  Atom  energetikasının  inkişafı  ilə 

bağlı  böyük  miqyasda  ərazilərin  radioaktiv  çirklənməyə  məruz 

qala bilməsi təhlükəsi insanların daim narahatlığına səbəb olur. 

Buna əyani  misal  olaraq  Çernobıl  qəzasını göstərə bilərik. 

 

 



                                                                                    Bitkilər 

               Torpaq                          Şirin  

                                                     sular                      Bakteriyalar  

                                                                                   Balıqlar  

 

 

 



          Dərinlik suxurları 

                                                 Atmosfera                Đnsan və 

                                                                                 heyvanlar 

                                                                                     

                 Dənız                              Dənız və             Bakteriyalar 

                 çöküntüləri                      okeanlar             Balıqlar         

 

 

                       



Şəkil 16.1. Zəhərli elementlərin təbii dövranı 

 

Çoxlu  miqdarda  zərərli  komponentlər  su  hövzələrinə  daxil 



olur.  Hidrosferin  çirklənməsinin  başlıca  səbəbi  təmizlənməmiş 

və  ya  lazımi  səviyyədə  təmizlənməmiş  sənaye,  məişət  və  kənd 

təsərrüfatı  müəssisələrinin  çirkab  sularının  su  hövzələrinə 

axıdılması ilə bağlıdır. Nəticədə çaylar və dənizlər zəhərli metal-

larla, səthi aktiv maddələrlə, neft məhsulları ilə və s. çirklənmiş 

olur. Yer kürəsində sərf olnunan təmiz su çay sularının 40 %-ni 

təşkil  edir.  Əgər  su  hövzələrinin  çirklənməsi  hazırkı  templə 


 

581


davam edərsə, şirin su ehtiyatlarının tükənməsi təhlükəsi çox da 

uzaqda  deyildir.  Ətraf  mühitə  vurulan  zərərin  olduqca  geniş 

miqyas  daşıması  ekoloji  problemlərin  bəşəriyyətin  diqqət  mər-

kəzində olmasına gətirib çıxartmışdır. 



Ekoloji  problemlərin  həllində  kimyanın  rolu.

  Kimyəvi 

proseslər  ekoloji  problemlərin  meydana  çıxmasında  böyük  rol 

oynayır. Elektrostansiyaların, nəqliyyatın, sənaye və kənd təsər-

rüfatı müəssisələrinin zərərli tullantılarının çox hissəsi müxtəlif 

kimyəvi reaksiyaların oksidləşmə (yanma), reduksiya və.s məh-

sullarından ibarətdir. Bu proseslərin mahiyyətinin mütəxəssislər 

tərəfindən  dərindən  mənimsənilməsi  meydana  çıxaçaq  mənfi 

nəticələrin  təsirini  azaltmağa  və  aradan  qaldırmağa  imkan 

yaradır.  

Təbiətə  zərərli  təsir  göstərən  mənbələrdən  biri  də  kimya 

sənayesi  müəssisələridir.  Hal-hazıra  kimi  ətraf  mühitə  təbiətin 

alışmadığı 3 milyondan çox yeni kimyəvi maddələr daxil olduğu 

müəyyən  edilmişdir.  Digər  tərəfdən  kimyanın  nailiyyətlərindən 

istifadə  edilməsi  ekoloji  problemlərin  həll  edilməsində  mühüm 

şərtdir. Kimya sənayesinin istehsal etdiyi bir çox reagentlər, ad-

sorbentlər,  iondəyişdirici  qətranlar  və  digər  sənaye  məhsulları 

çirkab suların və digər tullantıların təmizlənməsində əvəzsiz pol 

oynayır. 

Kimya  sənayesinin  qarşısında  duran  ən  mühüm  məsələlər-

dən  biri  ilkin  xammaldan  kompleks  istifadənin  səviyyəsini 

artırmaqdır. Ekoloji problemlərin aradan qaldırılmasının ən əsas 

yollarından  biri  xammalın  işlənməsinin  ziyansız  və  tullantısız 

texnologiyalarının işlənib hazırlanmasıdır. 

Beləliklə,  insanların  litosferə,  hidrosferə,  atmaosferə  təsiri 

planetar xarakter daşıdığından bəşəriyyəti gələcək fəlakətlərdən 

qorumaq  üçün  adekvat  tədbirlərin  görülməsi  olduqca  mühüm 

əhəmiyyət kəsb edir. 

                      

                       



 

582


16.2  HAVA HÖVZƏSĐNĐN QORUNMASI. 

 

Atmosferə  daxil  olan  zərərli  tullantılar. 

Atmosferə  daxil 

olan    əsas  antropogen  tullantılara  elektrosatansiyalarda,  qazan-

xanalarda,  sənaye  sobalarında  və  daxiliyanma  mühərriklərində 

üzvi  yanacağın  yanmasından  əmələ  gələn  maddələrlə  yanaşı, 

filizlərin  işlənməsindən  və  müxtəlif  kimyəvi  məhsulların 

alınması ilə bağlı atmosferə daxil olan tullantılar daxildir.   

1990-ci illərdə planet üzrə atmosferə daxil olan antropogen 

tullantılar  ayrı-ayrı  maddələr  üzrə  ton/ıl  hesabı  ilə  aşağıdakı 

kimi olmuşdur:  

 

       Toz və qurum – (8-10).10



8

; dəm qazı – (2-3).10

8

 

 



Kükürd oksidləri –(8-15).10

7

; azot oksidləri–(4-8,5).10



 

Bununla yanaşı atmosferə karbohidrogenlər, qurğuşun, civə, 



arsen, uçucu kimyəvi maddələr və məhsullar, radioaktiv izotop-

lar da daxil olur.

  X

üsusən böyük şəhərlərin atmosferi daha çox 



çirklənməyə  məruz  qalır.  Onların  atmosferində  CO,  NO

x

,  SO



x

bərk hissəciklər üstünlük təşkil edir. Tullantıların əsas hissəsini 



istilik  elektrostansiyalar,  metallurgiya  müəssisələri,  neft 

çıxartma və neft ayırma müəssisələri və avtonəqliyyat tərəfindən 

atmosferə  daxil  olur.  Zərərli  atmosfer  tullantılarının  içərisində 

yanacağın yanma məhsulları əsaslı yer tutur. 

Yanacaqların yanma məhsulları onların tərkibindən və yan-

ma şəraitindən asılıdır. Sənaye sobalarında, elektrostansiyalarda, 

daxiliyanma mühərriklərində və digər qurğularda  yanacaq  yan-

dıqda  həmişə  H

2

O,  CO


2

  və  CO  əmələ  gəlir.  Yanma  məhsulla-

rının  tərkibində  CO

2

  və  CO-nun  nisbəti  bir  çox  amillərdən  və 



ilkin növbədə yanacaqla havanın nisbətindən asılıdır. Yanacağın 

yanma  prosesində  hava  kifayət  qədər  iştirak  etməzsə  yanma 

məhsullarında  CO-nun  və  qurumun  payı  artır  və  bununla  əla-

qədar  yanacağın  faydalı  iş  əmsalı  aşağı  düşür.  Digər  tərəfdən 

havanın  artıq  olması  da  müəyyən  çətinliklər  yaradır.  Belə  ki, 


 

583


havanın  qızmasına  sərf  olan  yanacağın  miqdarı  artmış  olur. 

Yanacaq-hava qarışığının temperaturu müəyyən sahələrdə yana-

cağın  yanma  temperaturundan  aşağı  düşə  bilər  ki,  bu  da  yana-

cağın  müəyyən  hissəsinin  yanmaya  imkan  tapmamasına  səbəb 

olur. Odur ki, yanacaqla hava arasında optimal nisbəti gözləmək 

tələb olunur. Adətən bunu yanma məhsullarının tərkibində CO

2

 

və CO nisbətinə nəzarət etməklə tənzim edirlər. Bununla yanaşı 



yanacağın yanma məhsullarının tərkibinə kükürd və azot oksid-

ləri, azot, həmçinin reaksiyaya daxil olmayan oksigen və digər 

maddələr  daxil  olmuş  olur.  Kükürd  oksidləri  kükürdün  və  kü-

kürdlü birləşmələrin oksidləşməsindən əmələ gəlir: 

 

              S + O



2

 = SO


2

;         2SO

2

 + O


2

 = 2SO


3

 

 



Azot  oksidlərinin  əsas  hissəsi  atmosferə,  avtonəqliyyatlar-

dan  və  elektrik  stansiyalarından  daxil  olur.  Azot  oksidləri  həm 

hava  azotunun,  həm  də  yanacaq  azotunun  oksidləşməsindən 

meydana çıxır. Reaksiya aşağıdakı sxem üzrə zəncirvari mexa-

nizmlə baş verir: 

 

                   O



2

 + N


2

 → NO


2

 + N


*

 

                            



                       N

*

 + O



2

 → NO + O

*

 

 



                        N

*

 + O



*

 → NO


*

 

 



Atomlar  və  molikulyar  oksigen  zəhərli  qaz  olan  ozonu 

əmələ gətirir. 

Oksidləşmə prosesində yanacağın oksidləşməsi və ya parça-

lanması zamanı əmələ gələn radikallar, məsələn, CH: əmələ gə-

lir: 

              



 

CH

*



 + N

2

 → HCN + N



*

 

OH



*

 + N


*

 → NO + H

*

 

 



 

584


Göstərilən  proseslər  günəş  şüaları  təsiri  nəticəsində  sürət-

lənir. 


Yanma məhsullarının tərkibinə həmçinin kanserogen xassəli 

maddələr, məsələn, benzapiren daxildir. Bərk yanacağın yanma 

məhsullarında xeyli miqdar bərk maddələr: kül, qurum və s. olur. 

Yanma məhsullarının miqdarı və tərkibi ilkin yanacağın tər-

kibindən və yanma şəraitindən asılıdır (cəd.16.2). 

 

Cədvəl 16. 2.  Gücü 1000 MV  olan istilik elektrostansiyasının  



illik qaz tullantıları (min t on). 

 

      Tullantı 

                    Yanacağın növü 

 

          Qaz 

        Mazut 

       Kömür 

         SO

2

 

          0,01 

        52,66 

        139,00 

         N

x

 

          12,08 

        21,70 

        20,88 

         SO 

   Cüzi miqdarda 

        0,08 

        0,21 

      Bərk      

  hissəciklər 

          0,46 

        0,73 

        4,49 

  

Cəd.16.2-dən  görünür  ki,  mazutun  və  kömürün 



yanmasından  əmələ  gələn  əsas  zərərli  maddələr  kükürd  və 

azotun  oksid-lərindən,  qazın  yanmasından  əmələ  gələn  zərərli 

maddələr  isə  azot  oksidlərindən  ibarətdir.  Bundan  əlavə, 

kömürlə  işləyən  elektrostansiyaların  tərkibində  civə,  berillium, 

qurğuşun, kalium, xrom, sürmə (stibium), vanadium, manqan və 

digər ekoloji təhlükəli elementlər ola bilər. 

Azot və kükürd oksidlərindən ibarət ümumi tullantıların uy-

ğun  olaraq  70%-dən  və  40%-dən  çoxu  energetika  sənayesinin 

payına düşür. 

Atmosferin  çirklənməsinə  nəqliyyat  da  əsaslı  təsir  göstərir. 

Orta  hesabla  bir  avtomobil  nəqliyyatı  hesabına  atmosferə  ildə 

135 kq CO, 25 kq NO

x

, 20 kq karbohidrogen, 4 kq SO



x

, 1,2 kq 

bərk hissəciklər daxil olur. 

Hal-hazırda dünyada təxminən bir milyarddan çox avtomo-

bil olduğunu və bu sayın daima artdığını qəbul etsək atmosferə 


 

585


daxil olan zərərli tullantıların nə dərəcədə böyük miqyasa malik 

olmasını təsəvvür etmək çətin deyildir. 

Son illər avtomobillərin və uyğun olaraq tullantıların kütləsi 

şəhərlərdə  xeyli  artmışdır.  Böyük  şəhərlərdə  smoq  adlanan 

xüsusi  hadisənin  yaranmasına,  yəni  zəif  cərəyan  edən  havada 

nəqliyyatın, müəssisələrin, yanğın və fotokimyəvi təsir məhsul-

larından ibarət zərərli  tullantıların toplanmasına səbəb olur. 

Hazırda  atmosferə  daxil  olan  antropogen  tullantılar  nəinki, 

ətraf  mühitə,  kontinentlərə  və  hətta  yerin  iqlim  şəraitinə  təsir 

göstərir.  Belə  qlobal  təsirlər  sırasına  “istixana  effekti”,  turşu 

yağışları və ozon təbəqəsinin dağılması mümkünlüyü daxildir. 

Turşu  yağışları. 

Kükürd  oksidlərinin  və  NO

2

-nin  su  ilə 



qarşılıqlı  təsirindən  atmosferdə  H

2

SO



3

,  H


2

SO

4



  və  HNO

3

  əmələ 



gəlir: 

 

                      SO



2

 + H


2

O = H


2

SO

3



   

                 

                      SO

3

 + H



2

O = H


2

SO

4



 

                 

                      2NO

2

 + H



2

O = HNO


3

 + HNO


 

 Əmələ gələn bu turşular kiçik damcılar (0,1-1,0 mkm) şək-



lində  böyük  və  hətta  yüz  kilometrlərlə  məsafələrə  paylanaraq 

turşu  yağışları  şəklində  torpağa  daxil  olur.  Bu  yağışların  pH-ı 

5,6 bəzən isə 4-ə bərabər olur. Torpağa daxil olan yağış suyu ion 

mübadiləsi hesabına neytrallaşır. Aşağı pH-a malik olan yağışlar 

torpağın  mübadilə  tutumu  kifayət  dərəcədə  olmadıqda  zəhərli 

ağır  metalları  həll  etməklə  torpağı  turşulaşdırır,  məhsuldarlığı 

aşağı salır və meşələrə ziyan vurur. 

Eləcə də göllərin və gölməçələrin turşulaşması  onların nəti-

cə  etibari  ilə  ölü  vəziyyətinə  düşməsinə  səbəb  olur.  Turşu 

yağışları  həmçinin  metalların  korroziyaya  uğramasına,  mərmər 

və əhəng daşı konstruksiyalarının, incəsənət əsərlərinin dağılma-

sına səbəb olur.  



 

586


“Đstixana effekti”. 

Karbon 4-oksid günəş şüasını atmosferə 

buraxdığı  halda,  Yerin  infraqırmızı  şüalanmasını  atmosferə 

buraxmır,  yəni  özünü  istixanalarda  istifadə  olunan  polietilen 

örtüyü kimi aparır (şək.16.2 a). 

 

         



 

Şəkil 16.2. CO



(a) və aerozolların (b) günəş və infraqırmızı 

şüaların keçməsinə və əks olunmasına təsiri 

 

Đstifadə  olunan  yanacağın  miqdarı  artdıqca  atmosferə  daxil 



olan karbon qazının miqdarı da çoxalır (şək. 16.3). 2050-ci ildə 

atmosferdə  karbon  qazının  miqdarının  1978-cı  ilə  nisbətən  iki 

dəfə  arması  nəticəsində  Yerdə  tempertaturun  orta  hesabla  2,5-

3,5K yüksəlməsi deməkdir. Bu isə buzlaqların əriməsi və Dunya 

okeanının səviyyəsinin qalxmasına gətirib çıxarar. 

Müəyyən mütəxəssislərin hesablamalarına görə 2050-ci ildə 

Okeanın  səviyyəsinin  4-5m  qalxması  olduqca  böyük  ərazilərin  

su altında qalması ilə  nəticələnə bilər.  

 Karbon  qazına oxşar  olaraq  neft və qazın çıxarılmasından, 

emalından, 

buzlaqlar 

əridikdə 

qaz 

kriohidratlardan 



(klatratlardan)  atmosferə  daxil  olan  metan  və  digər 

karbohidrogenlər də “istixana effektinə” malikdirlər.  

Təbii proseslər və insanların həyat fəaliyyəti nəticəsində at-

mosferə daxil olan tullantıların əmələ gətirdikləri bərk və maye 

aerozollar  müəyyən  dərəcədə  istixana  effektini  kompensasiya 

etmiş  olur,  yəni  belə  aerozollar  atmosferin  günəş  şüalarını 



 

587


buraxmaq  qabiliyyətini  azaldır  ki,  bu  da  yer  səthinin  orta 

temperaturunun  aşağı  düşməsinə  səbəb  olur  (şək.16.2b).  Buna 

baxmayaraq  atmosferə  daxil  olan  karbon  qazının  miqdarını 

azaltmaq tələb olunur. Hələlik bu problemin həllinə nail olmağa 

imkan verən əlverışli iqtisadi yol müəyyən deyildir. 

   


          

   

 

Şəkil 16.3. CO

2

-nin atmosferdə artması

 

 



Havanın çirklənmədən qorunması. 

Havanın çirklənmədən 

qorunması bəşəriyyət qarşısında duran ən mühüm və mürəkkəb 

məsələlərdən biridir. Bu problemin həlli aşağıdakı üç istiqamət-

də aparılır:  

1.Tullantıların  zərərsizləşdirilməsi;  2.Yanacağın  tərkibinin 

dəyişdirilməsi;  3.Enerjinin  çevrilməsinin  yeni  metodları  və  

texnologiyalarının işlənilməsi. 

Đlkin mərhələ olaraq birinci yoldan istifadə olunur. Tullantı-

ları  atmosferin  yuxarı  təbəqələrinə  səpələmək  üçün  elekti\rik 

stansiyalar  da  hündür  bacalardan  istifadə  olunur.  Elektrik 

stansiyalarında və metallurji zavodlarda yanacağın yanmasından 

alınan külü yanma məhsullarından ayırmaq üçün kül tutucuların-

dan, bəzi qazları və bərk hissəcikləri tutmaq üçün süzgəclərdən, 

adsorberlərdən  istifadə  edilir.Turşu  xarakterli  azot  və  kükürd 

oksidlərini  tutmaq  üşün  isə  əsasi  xassəli  maddələrdən  istifadə 

edilir. 


 

588


Kükürd oksidlərini neytrallaşdırmaq üçün əhəngdən, əhəng 

daşından,  maqnezium  oksiddən  və  digər  maddələrdən  istifadə 

olunur: 

 

            SO



2

 + CaCO


3

 +1/2H


2

O = CaSO


3

.1/2 H


2

O + CO


2

 

            SO



2

 + Ca(OH)

2

 = CaSO


3

.1/2 H


2

O + 1/2 H

2

O


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin