Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə15/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   11   12   13   14   15   16   17   18   ...   125
 
 
Seçmə aşıq şeirləri 
 
24 
 
 
 
 
DEYĠLƏM 
 
İxtiyar sənindir, vəfalı dilbər, 
Mən sənin xətrinə dəyən deyiləm
Səbəb nədi, məndən kənar gəzirsən, 
Sirr sözün yadlara deyən deyiləm. 
 
Hər gecə vayğamda görürəm səni, 
Sən Allah, sən Tanrı, sən də gör məni
İlqarından dönən olsun erməni, 
Mən ki ilqarımdan dönən deyiləm. 
 
Qurbani der, gülü tutasan dəstə, 
Dəribən verəsən, vəfalı dosta, 
Üzümü qoysam da üzünün üstə
Qorxma, incitmərəm, yeyən deyiləm. 
 
 


 
 
25 
 
BƏNÖVġƏNĠ 
 
Başına döndüyüm, ay qəşəng Pəri
Adətdir, dərərlər yaz bənövşəni! 
Ağ nazik əlinlə bir dəstə bağla, 
Tər buxaq altına düz bənövşəni. 
 
Tanrı səni xoş camala yetirmiş, 
Səni görən aşıq ağlın itirmiş, 
Mələklərmi dərmiş, göydən gətirmiş
Heyif ki, dəriblər az bənövşəni. 
 
Başına döndüyüm, bağa gəl, bağa, 
O gözəl hüsnündən bağa nur yağa, 
Dəstə-dəstə dərib taxar buxağa, 
Bənövşə qız iylər, qız bənövşəni. 
 
Səhər olcaq şeyda bülbül oxuşdu
Hökm olundu, süleymanlar yerişdi, 
Sərt qış gəldi, gülün vaxtı sovuşdu, 
Daha iyləmərik biz bənövşəni. 
 
Qurbani der: könlüm bundan sayrıdı, 
Nə etmişəm yarım məndən ayrıdı? 
Ayrılıqmı çəkib boynu əyridi, 
Heç yerdə görmədim düz bənövşəni. 

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin