Dünya gənc türk yazarlar bġRLĠYĠ (dgtyb)



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə11/125
tarix30.12.2021
ölçüsü1,01 Mb.
#22269
1   ...   7   8   9   10   11   12   13   14   ...   125
 
 
 
 
 


 
 
17 
ġAH ĠSMAYIL XƏTAĠ 
 
(1487-1524) 
 
 
*** 
Könül, nə gəzirsən seyran yerində
Aləmdə hər şeyin var оlmayınca?! 
Оlura-оlmaza dоst deyib gəzmə, 
Bir əhdinə bütün yar оlmayınca. 
 
Yürü, sufi, yürü, yоlundan azma, 
Elin qeybətinə quyular qazma
Yоrulma bihudə, bоşuna gəzmə, 
Yanında mürşidin var оlmayınca. 
 
Qalxdı, havalandı könülün quşu, 
Qоvğa, qeybət etmək kötünün işi
Ustadın tanımaz bunda hər kişi, 
Оnun kim mürşüdü ər оlmayınca. 
 
Varub bir kötüyə sən оlma nökər
Çərxinə dəgər də, dоlunu dögər, 
Nə xudadan qоrxar, nə hicab çəkər
Bir kötüdə namus, ar оlmayınca. 
 
Şah Xətayim edim bu sirri bəyan
Kamilmidir cahil sözünə uyan? 
Bir başdan ağlamaq ömrədir ziyan
iki başdan mühibb, yar оlmayınca. 
 
 



Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin