Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları


Birləşmiş Millətlər Təşkilatı



Yüklə 179,56 Kb.
səhifə9/21
tarix02.01.2022
ölçüsü179,56 Kb.
#1094
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hal- hazırda 193 ölkə bu təşkilatın üzvüdür[1]. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992- ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür. Üzv-ölkələr öz aralarında BMT- nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı "ailəsi" aşağıdakı qurumlardan ibarətdir: Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu- Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar. 14 iyul 2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı.

BMT-nin ixtisaslaşmış təşkilatları bunlardır:Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT- nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı(YUNESKO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxaiq Mülki Aviasiya Təşkilatı (ICAO), Narkotiklər və Cinayətkarlıq üzrə İdarə (UNODC), Ümumdünya Poçt İttifaqı (ÜPİ), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT), Beynəlxaq Dənizçilik Təşkilatı (BDT) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ŞIPO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO), Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE).

Katibliyə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə beş il müddətinə Baş Assambleya tərəfindən seçilən Baş Katib rəhbərlik edir. Onun 2 dəfə seçilmək hüququ vardır.

7.Kofi Annan (Kofi Annan) Qana (Afrika) 1 yanvar 1997 1 yanvar 2007; 8. Pan Gi Mun Koreya Respublikası (Asiya) 1 yanvar 2007 hal-hazırda vəzifədədir.

47.Mehriban Eliyeve hansi saheler uzre Yunesconun xosmeramli sefiridir?

2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür



48.SSRI dagildiqdan sonar yaranmis olkeler nece adlanir.


Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin