Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları


Dağlıq Qarabağ daxil olan rayonlar və onların işğal tarixi



Yüklə 179.56 Kb.
səhifə2/5
tarix08.12.2016
ölçüsü179.56 Kb.
1   2   3   4   5


Dağlıq Qarabağ daxil olan rayonlar və onların işğal tarixi

Xocavənd

 

02.10.1992

Xocalı

 

26.02.1992

Şuşa

 

09.05.1992

Ağdərə

 

17.06.1993

Xankəndi 26.12.1991
Dağlıq Qarabağ bölgəsi ətrafındakı digər rayonlar və onların işğal tarixi

Laçın 18 may 1992

Kəlbəcər 2 aprel 1993

Ağdam 23 iyul 1993

Füzuli 23 avqust 1993

Cəbrayıl 23 avqust 1993

Qubadlı 31 avqust 1993

Zəngilan 29 oktyabr 1993.
Sual:34. Lissabon samiti və Azərbaycan.

Cavab: 3 dekabr, 1996-cı ildə zirvə görüşü keçirilib. ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:


  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

  2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

Sual:35. Avropa Birliyinin Şərq tərəfdaşlığı və Azərbaycan.

Cavab: Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova,Belorusiya və Ukrayna.

"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.

Sual:36. TASIS proqramı haqqında.

Cavab: Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədi ilə həyata keçirdiyi praoqram. Proqram nou-hauların ( kommersiya sirri ilə qorunan bilən istənilən xarakterli məlumat  ) MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir.

Sual:37. Göyçə mahalı nə vaxt Azərbaycandan qoparılıb?

Cavab: Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv. km. olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərəyələz, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.



Sual:38. ATƏT-in Minsk Qrupunun həmsədrləri.

Cavab: Minsk Qrupu — Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa,Almaniya, Türkiyə, Belarus, Finlandiya,İtaliya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.Hazırda Minsk qrupunun Həmsədrləri aşağıdakılardır:

1.Ceyms Urolik (ABŞ); 2.Piyer Andre (Fransa); 3.İqor Papov (Rusiya).

39.Beynelxalq huququn 10 esas normasi.

Müasir beynəlxalq hüququn 10 əsas prinsipi–norması vardır.


Bunlardan 7-si BMT-nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır:
1)Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2)Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) Dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

4) Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;


5) Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipi;
6)Dövlətlərin suveren bərabərlik prinsipi;
7) Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi.
Avropada Təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il 1 avqust tarixli Yekun aktı ilə bura daha 3 prinsip əlavə olunmuşdur:
1)Sərhədlərin toxunulmazlığı prinsipi;
2) Dövılətlərin ərazi bütövlüyü prinsipi;

3)əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

Yadda saxlamaq lazımdır ki, beynəlxalq hüququn qeyd olunan prinsipləri:

I.Beynəlxalq hüququn ən mühüm normalarıdır;


II.Öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır;
III. Dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan normalardır.

Ən yüksək hüquqi qüvvəyə malik olan imperative jus cognes normalarıdır.



40.Soyuq muharibe ne vaxt basladi? Kimler arasinda idi?

Soyuq müharibəyə ilk çağırışı U.Çörçill 1946-cı ildə Amerika Birləşmiş Ştatlarında çıxışı zamanı etmişdir. Amerika Birləşmiş Ştatları-nda öz növbəsində "Marşal planı" və "Trumen doktorinası"nı qəbul etdi. Amerika Birləşmiş Ştatları-nın bu addımı Soyuq müharibənin başlanması üçün real addım oldu. Hər iki qütb tezliklə öz hərbi təşkilatını yaratdı. Kapitalist ölkələr, başda Amerika Birləşmiş Ştatları olmaqla NATO, Sosialist ölkələr SSRİ başda olmaqla Varşava Müqaviləsi Təşkilatını. Marşal Planı və Trumen doktrinasına cavab olaraq SSRİ sosialist düşərgəsində Qarşılıqlı İqtisadi Yardım Şurası yaratdı.

Soyuq müharibə Amerika Birləşmiş Ştatları və SSRİ-nin II Dünya Müharibəsi zamanı işğaldan azad etdikləri ərazilərdə ərazi bölümünə səbəb oldu. Almaniyanın ərazisində ADR (SSRİ) və AFR (Amerika Birləşmiş Ştatları), Koreya ərazisində Koreya Respublikası (Amerika Birləşmiş Ştatları) və KXDR (SSRİ) yaradıldı. Bu müharibə 1946 cı ildən 1991 ci ilə, SSRİ-nin süqutuna kimi davam etnişdir.

41.Qars muqavilesi.

Moskva muqavilesini tamamlamaq meqsedile 1921 ci il oktyabrin 13 de Qarsda muqavile imzalandi.muqavileyle Naxcivanin Azerbaycanin erazisi olmasi bir daha tesdiqlendi, onun serhedleri ve gelecek statusu qeti olaraq mueyyenleşdirildi. Bununla da Naxcivani Ermenistana birleşdirmek plani iflas etdi.Lakin 1929-1931 ci illerde Ordubad ve Zengilan rayonlarinin bir sira kendleri Ermenistana verildi ve bu erazide Mehri rayonu yaradildi. Neticede Naxcivanla Azerbaycanin diger torpaqlari arasinda olan serhed baglandi.



42. Hesen bey Agayev kimdir?

Ağayev Həsən bəy Məşədi Hüseyn bəy oğlu — ictimai- siyasi xadim, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavinidir.Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur.1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının
iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış,
bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan
Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır. Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir.
Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir. 19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur.

43.Ixtisas derecesinden ne zaman mehrum edilir.

Vetendaşlıqdan çıxdıqda.



44.Elde olunmasi mehdudlasdirilan melumatin novleri.

Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər.



45.Etik davranis qaydalarinin prinsipleri.

1.Vicdanlı davranış.

2.Peşəkarlıq və fərdi məsuliyyətin artırılması.

3.Loyallıq.

4. İctimai etimad.

5. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət.

Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət.

6. Mədəni davranış

7.Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

8. Qərəzsizlik

9. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

10. Korrupsiyanın qarşısının alınması

11. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

12. Maraqlar toqquşmasının qarşısının alınması

13. Əmlakdan istifadə

14. Məlumatlardan istifadə



15. İctimai və ya siyasi fəaliyyət.

46.BMT, onun orqanlari,ixtisaslasmis qurumlari.

Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdir. Hal- hazırda 193 ölkə bu təşkilatın üzvüdür[1]. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi.

BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. 1992- ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür. Üzv-ölkələr öz aralarında BMT- nin Nizamnaməsinin - onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

Birləşmiş Millətlər Təşkilatı "ailəsi" aşağıdakı qurumlardan ibarətdir: Altı əsas orqandan ibarət olan BMT-nin özü: Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Hamilik Şurası, Beynəlxalq Məhkəmə və Katiblik. Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəmədən başqa, digər qurumlar Nyu- Yorkda, BMT-nin Mərkəzi idarələrində yerləşirlər. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNICEF), BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) kimi inkişaf, humanitar yardım və insan hüquqlarının müdafiəsi sahələrində fəaliyyətləri həyata keçirən ixtisaslaşmış təşkilatlar. 14 iyul 2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı.

BMT-nin ixtisaslaşmış təşkilatları bunlardır:Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT- nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı(YUNESKO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxaiq Mülki Aviasiya Təşkilatı (ICAO), Narkotiklər və Cinayətkarlıq üzrə İdarə (UNODC), Ümumdünya Poçt İttifaqı (ÜPİ), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT), Beynəlxaq Dənizçilik Təşkilatı (BDT) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı (ŞIPO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO), Qaçqınlar üzrə Ali Komissarlıq (UNHCR), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE).

Katibliyə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə beş il müddətinə Baş Assambleya tərəfindən seçilən Baş Katib rəhbərlik edir. Onun 2 dəfə seçilmək hüququ vardır.

7.Kofi Annan (Kofi Annan) Qana (Afrika) 1 yanvar 1997 1 yanvar 2007; 8. Pan Gi Mun Koreya Respublikası (Asiya) 1 yanvar 2007 hal-hazırda vəzifədədir.

47.Mehriban Eliyeve hansi saheler uzre Yunesconun xosmeramli sefiridir?

2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu Təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərərə böyük dəstəyinə görə xanım M. Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülmüşdür



48.SSRI dagildiqdan sonar yaranmis olkeler nece adlanir.

Müstəqil Dövlətlər Birliyi – İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin "mədəni dağılmasını", onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.Daha sonralar Azərbaycan,  Ermənistan,  Qazaxıstan,  Qırğızıstan,  Moldaviya,  Tacikistan,  Türkmənistan, Özbəki stan  21 dekabr 1991-ci ildə Alma-Atada  Rusiya,  Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı. Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. MDB-yə daxil olmuş dövlətlərin əhalisinin sayı 2006-cı ildə 280 mln. nəfərə bərabər olmuşdur.Ukrayna 2014-ci ilin mart ayında Rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

49.Azerbaycan dunyevi,unitar,demokratik,respublika deyende ne basa dusursuz?

Demokratiya müasir dövrdə siyasi-hüquqi fikir tarixinin ən əsas ideyalarından biridir. İlk dəfə F i k i d i d tərəfindən işlədilən demokratiya anlayışı xalq hakimiyyətini ifadə edirdi. Bu gün insan hüquqları, hüquqi dövlət, hakimiyyət bölgüsü demokratiyanı ifadə edir və artıq onun tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respub-likası Konstitusiyası məhz bu fundamental prinsiplərə söykənir.

-Hüquqilik. –Hüquqi dövlət dedikdə, respublikada qanunun aliliyi, dövlətin, hakimiyyətin və xalqın idarə olunmasında yalnız qanuna əsaslanmaqla səciyyələnir.

Dünyəvilik hal-hazırda demokratik dövlətin əsas əlamətlə-rindən biridir. Dünyəvilik din ilə dövlət arasındakı münasibətləri ifadə edir. Hüquqi aspekdən dinlə dövlətin ayrılması – dünyəvilik onu ifadə edir ki, dövlətin rəsmi qəbul olunmuş dini ideologiyası olmur, dövlət orqanlarının işində və təşkilatlanmasında din iştirak etmir, təsil din ilə bağlı olmur. AR Konstitusiyasının 18-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eləcə də Konstitusiya İnsanpərvərlik prinsiplərinə zidd olan dini cəryanların yayılmasını qadağan edir.

Unitarizm:Məlumdur ki, istənilən dövlətin maddi əsası onun ərazisidir. Hər bir dövlət müəyyən ərazidə yaranır və fəaliyyət göstərir. Unitar dövlətlərdə dövlət ərazisi mərkəzdən birbaşa asılı olan inzibati - ərazi vahidlərinə bölünür. Bu ərazi qurumları birbaşa mərkəzdən formalaşdırılır və ya mərkəzin daimi və güclü nəzarəti altında olur. Daxili məsələlərdə müstəqil deyillər və özünün qanunvericiliyi, xususi orqanları yoxdur. Unitar dövlətlərdə yerli hakimiyyət orqanları mərkəzdən formalaşdırılır maliyyələşdirilir, onların beynəlxalq münasibətlərə birbaşa çıxış imkanı yoxdur.

50.Prezidentin seferleri 2013,2014, 2015- de.

2013-də: Litva, Ukrayna, Avstriya, Türkiyə, Belarus, Belçika, Xorvatiya, İsveçrə.

2014-də: İsveçrə, Rusiya, Niderlant krallığı, İran, Çexiya, Gürcüstan, Vyetnam, Çin, Türkiyə, Yunanıstan, Fransa, İtaliya, Böyük Birtaniya, Şimalı İrlandiya, Minsk, Tacikistan, Macarıstan.

2015-də: Türkiyə, Almaniya,olke prezidentinin noyabr ayinda sefer etdiyi olkeleri ardicilligi Gurcustan,turkiye,fransa,mahiyyet ise:gursuatan is gorusu ,dovletlerarasi munasibet,Turkiye-g20 samiitinde istirak,fransa ise yuneskonun konfarnsinda istirak

51.2014cu il senaye ili.

Olkemizde demek olarki esas senaye sahesi neft-qaz senayesidir.oldugca da ugurludur. diger senaye sahelerinin de inkişafini suretlendirmek, Azerbaycanin guclu senaye merkezime cevrilmesi ucun movcud potensialindan daha semereli istifade etmek meqsedile 2014cu il senaye ili elan olunmuşdur.Senaye ili ile bagli heyata kecirilen tedbirler..Qusarda Sahdag qiş-yay turizm kompleksi, Rixos Quba Azerbaycan oteli acilib.Suraxanida Guneş Elektrik Stansiyasi acilib. qtisadiyyat ve Senaye Nazirliyinde xususi bolme- Senaye şobesi yaradilib. Azerbaycan Polad Istehsali QSC yaradilib, Sumqayit Kimya senaye parkinin erazisi genişlendirilib, olkenin diger regionlarinda da xususen iri şeherlerde- Gence, Sirvan ve Mingecevirde de senaye parklarinin yaradilmasi ile bagli işler gorulur. senaye mehelleerinin yaradilmasi nezerde tutulub.noyabr ayinda da senaye ile bagli beynelxalq forum kecirileceyi gozlenilir



52.Sahdeniz 2.

2013 cu il dekabrin 17 de Bakida Sahdeniz-2 layihesi uzre yekun investisiya qerari qebul edildi ve muvafiq senedler imzalandi. Dovlet başcimiz cenab Ilham Eliyev bu hadiseni 1994cu il 20 sentyabr hadisesi ile muqayise ederek bildirmişdirki eyer 1994-cu ilde esrin muqavilesi imzalanmişdirsa biz bugun 21ci esrin muqavilesini imzalayiriq. bununla da Azerbaycan qazinin 2018 den Turkiyeye, 2019 dan Avropa bazarina catdirilacagi gozlenilir. layiheye gore 16 milyard kub metr qazin ixraci nezerde tutulur.



53.Tap layihesi.

Məlum olduğu kimi, "Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP)) seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb. Beləliklə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində ideya reallığa çevrilmək üzrədir. Layihe barede saziş 30 iyun 2013 cü ildə imzalanib. Hazirda TAP-ın 3 sehmdari var- Almaniya, Isvec, Norvec.



54.Nabukki- vest qaz kemeri

Nabukko-vest qaz kemeri Xezer bolgesi ve Orta Serq tebii qaz ehtiyyatlarininAvropa bazarlarina catdirmagi nezerde tutan qaz kemeri layihesidir . kemerin Turkiye-Bolqaristan serheddinden Avstriyaya kimi cekilmesi nezerde tutulub. kemerin cekilmesinde meqsed Avropanin Rusiyadan qaz asililigini azaltmaqdir. layihenin esas xammal tedarukcusunun Azerbaycan, Turkiye ve Misirin de hemcinin layihenin techizatcisi olmasi ehtimal edilir. xettin minimum 10 maksimum 23 milyard barrel illik daşima hecmine malik olmasi ve 2018den istismara verilmesi nezerde tutulur.



55.Azerbaycan Xalq Cumhuriyyeti.

1918ci il mayin 28de Memmedemin Resulzadenin başciligi ile Azerbaycanin dovlet musteqilliyi elan olundu.


1ci hokumet - 1918ci il mayin 28de Feteli xan Xoyskinin basciligi ile terkibi tesdiq olundu.
2ci hokumet- 1918ci il iyunun 17de. F.Xoyskinin başciligi ile
3cu hokumet- 1918ci il 26 dekabr.F.Xoyskinin başciligi ile
4cu hokumet- 1919cu il martinda Nesib bey Yusifbeylinin başciligi ile.
5ci hokumet- 1920ci il martin 30da istefa etdi. 5ci hokumete de Nesib bey Yusifbeyli başciliq edirdi.

56.AXC dovrunde parlament.

1918ci il noyabrin 20de "Azerbaycan Parlamentinin yaradilmasi" haqqinda qanun qebul edildi.qanyna esasen parlament 120 neferden ibaret olmali, 80 yer azerbaycanlilara, 21 yer ermenilere, 10 yer ruslara, yehudi,alman,gurcu,polyak xalqlarinin her birine 1 yer, hemkarlar ittifaqlari teşkilatlarina ise 5 yer verilmeli idi. qanunla her iki cinsin beraber secki huququ tesbit edilirdi.bununla da Azerbaycan Serqde qadinlara secki huququ veren ilk olke oldu.1918ci il dekabrin 7de parlament fealiyyete başladi.Elimerdan bey Topcubaşov sedr, Hesen bey Agayev ise sedrin muavini secildi. fealiyyetinin ilk dovrunde parlament 97 deputatdan ibaret idi.parlamentin qerarina esasen onun resmi dili Azerbaycan dili elan olundu.diger milletlerin rus dilimde cixişi meqbul hesab edildi.



56.AXC-nin xarici siyaseti.

AXC-nin xarici siyasetinde ilk ugurlu addim 1918ci il iyunun 4de Batumda Osmanli dovletile "Sulh ve dostluq" muqavilesinin imzalanmasi oldu.muqavile ile Azerbaycanin musteqilliyini taniyan ilk dovlet Osmanli oldu.muqavileye esasen ehtiyac olarsa Osmanli Dovleti Azerbaycana herbi yardim gostermesini oz uzerine goturdu.

1919cu il iyunundq Gurcustanla Azerbaycan arasinda herbi-mudafie muqavilesi baglandi (Denikin tehlukesine qarşi). Gurcustanda Azerbaycan sefirliyi acildi.

1920ci il martin 21de Iranla "Dostluq haqqinda" muqavile imzalandi. Tehranda Azerbaycan sefirliyi, Tebrizde baş konsulluq yaradildi.

1920ci ilin yanvarinda B.Britaniyanin Xarici işler numayendesinin teklifi ile AXC de-fakto seviyyede tanindi.

1918ci il noyabrin 1de herbi nazirlik yaradildi.Xoyski herbi nazir, Semed bey Mehmandarov onun muavini teyin edildi.


1918ci il dekabrin 25de S.Mehmandarov herbi nazir,Eliaga Sixlinski onun muavini, Suleyman bey Sulkevic baş qerergah reisi teyin olundu.
Xoyski-Nazirler Surasinin sedri, xarici işler naziri olmuşdur.

portfelsiz nazir-- her hansi nazirliye rehberlik etmeyen yalniz baş nazirin tapşiriqlarini yerine yetiren ve hokumetin iclaslarinda helledici sese malik hokumet uzvudur. Xelil bey Xasmemmediv,Musa bey Refiyev, Elimerdan bey Topcubaşov portfelsiz nazir olublar.

1920ci aprelin 28dş AXC legv olundu ve Azerbaycan SSR yaradildi.

57.Gumru muqavilesi.

1920ci ilin dekabrinda Turkiye ile Ermenistan arasinda Gumru sulhu imzalamdi. sulh muqavilesi hem de Aleksandropol sulhu kimi de taninir.sulhe gore Irevan ve Goyce golu istisna olmaqla butun Ermenistan erazisi texminen 10 min kvadrat km hududlarinda mueyyenleşdirildi.



58.Bişkek protokolu.

Qarabag muharibesi zamani cebhe bolgesinde ateşkesi nezerde tutan seneddir. 1994cu il mayin 8de imzalanmiş,mayin 12de quvveye minmişdir. Azerbaycan terefi senedin metnine 2 elave ile imza atmişdir. protokolun 5ci abzasinda "tutulmuş eraziler" ifadesi "işgal olunmuş" eraziler ifadesile evezlenmişdir.ateşkesden sonra cebhe xettinde yerleşdirilecek muşahidecilerin "beynelxalq muşahideciler missiyasi"olmasi xususi qeyd olunmuşdur. protokola esasen en.yaxin gunlerde işgal oluunmuş erazilerin boşaldilmasi,kockunlerin geri qaytarilmasinj nezerde tutan sulh sazişi imzalanmali idi.lakin buna hele de emel olunmur.



59.Tasis/ Traseka.

Avropa birliyinin MDB olkelerinde iqtisadi islahatlarin suretlenmesine yardim meqsedile 1991ci ilde TASIS proqramini tertib edib. TASIS proqrami cercivesinde TRASEKA layihesi ise 1993cu ilin mayinda tertib olunmuşdur.layihr dovletler arasinda iqtisadi,ticaret elaqelerini genişlendirmeyi ve proqramin marşutunun Avropa-Qafqaz-Asiya istiqametinde birleşdirmeyi nezerde tutur.layihenin heyata kecirilmesi sahesinde 1996ci ilin mayinda Serexsde Iran ve Merkezi Asiyanin demiryolu magistrallarinin birleşdirilmesi muhum addim oldu.1998ci il sentyabrin 7-8de Bakida umumilli lider Heyder Eliyevin teşebbusu ile tarixi Boyuk Ipek yolunun berpasi uzre TRASEKA proqrami cercivesinde beynelxalq konfrans kecirilmişdir.Tarixi ipek yolunun berpasi uzre aparilan işler Azerbaycanin dunya olkeleri ile inteqrasiyasinin daha da guclenmesine xidmet edir.



60.Mayndorf beyannamesi.

2008ci il noyabrin 2de Azerbaycan,Rusiya ve Ermenistan prezidentlerinin goruşlerinin neticelerine esasen qebul edilen Mayndorf beyannamesine gore Dagliq Qarabag munaqişesi hellini merheleli şekilde tapmalidir ve başga olkenin erazisinin işgali yolverilmez oldugundan Azerbaycanin torpaqlari azad edilmelidir.Beyannamede xususen qeyd edilibki munaqişenin nizamlanmasi beynelxalq huququn prinsipleri,elece de bu cercivede qebul edilmiş qerar ve senedler esasinda regionda iqtisadi inkişaf ve herterefli emekdaşliq ucun elverişli şerait yaradacaq.



61.Normativ huquqi akt.

NHA- Dovlet orqani terefinden ve ya referendum yolu ile qebul edilmiş,hami ucun mecburi davraniş qaydalarini eks etdiren, defelerle tetbiq olunmaq ucun nezerde tutulmuş resmi seneddir.


1.Konstitusiya
2.referendumla qebul olunmuş aktlar
3.qanunlar
4.AR-nin Prezidentinin fermanlari
5.NK-nin qerarlari
6.muvafiq icra hakimiyyeti orqani terefinden qebul edilmiş normativ huquqi aktlar



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə