Dövlət Qulluğuna qəbul üzrə Müsahibə sualları



Yüklə 179,56 Kb.
səhifə8/21
tarix02.01.2022
ölçüsü179,56 Kb.
#1094
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Cavab:QAN YADDAŞI.

20 YANVAR

 

Ümumxalq hüzn günü

31 mart

 

Azərbaycanlıların soyqrımı günü

26 fevral

 

Xocalı soyqırımı günü


ERMƏNİSTAN TƏRƏFİNDƏN İŞĞAL EDİLİB.

1.Xocalı

 

26.02.1992

2.Şuşa

 

08.05.1992

3.Laçın

 

18.05.1992

4.Xocavənd

 

02.10.1992

5.Kəlbəcər

 

02.04.1993

6.Ağdərə

 

17.06.1993

7.Ağdam

 

23.07.1993

8.Cəbrayıl

 

23.08.1993

9.Füzuli

 

23.08.1993

10.Qubadlı

 

31.08.1993

11.Zəngilan

 

29.10.1993



Dağlıq Qarabağ daxil olan rayonlar və onların işğal tarixi

Xocavənd

 

02.10.1992

Xocalı

 

26.02.1992

Şuşa

 

09.05.1992

Ağdərə

 

17.06.1993

Xankəndi 26.12.1991
Dağlıq Qarabağ bölgəsi ətrafındakı digər rayonlar və onların işğal tarixi

Laçın 18 may 1992

Kəlbəcər 2 aprel 1993

Ağdam 23 iyul 1993

Füzuli 23 avqust 1993

Cəbrayıl 23 avqust 1993

Qubadlı 31 avqust 1993

Zəngilan 29 oktyabr 1993.
Sual:34. Lissabon samiti və Azərbaycan.

Cavab: 3 dekabr, 1996-cı ildə zirvə görüşü keçirilib. ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:


  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

  2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

Sual:35. Avropa Birliyinin Şərq tərəfdaşlığı və Azərbaycan.

Cavab: Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinın qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilmiş təşəbbüsüdür. "Şərq tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova,Belorusiya və Ukrayna.

"Şərq Tərəfdaşlığı" proqramı rəsmi olaraq mayın 7-də Avropa İttifaqının Praqadakı sammitində qüvvəyə minmişdir.

Sual:36. TASIS proqramı haqqında.

Cavab: Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədi ilə həyata keçirdiyi praoqram. Proqram nou-hauların ( kommersiya sirri ilə qorunan bilən istənilən xarakterli məlumat  ) MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir.

Sual:37. Göyçə mahalı nə vaxt Azərbaycandan qoparılıb?

Cavab: Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv. km. olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur, Göyçə, Şərur, Dərəyələz, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.



Sual:38. ATƏT-in Minsk Qrupunun həmsədrləri.

Cavab: Minsk Qrupu — Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa,Almaniya, Türkiyə, Belarus, Finlandiya,İtaliya və İsveç qrupun üzvləridir. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.Hazırda Minsk qrupunun Həmsədrləri aşağıdakılardır:

1.Ceyms Urolik (ABŞ); 2.Piyer Andre (Fransa); 3.İqor Papov (Rusiya).

39.Beynelxalq huququn 10 esas normasi.

Müasir beynəlxalq hüququn 10 əsas prinsipi–norması vardır.


Bunlardan 7-si BMT-nin Nizamnaməsində (2-ci maddədə) öz əksini tapmışdır:
1)Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2)Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) Dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;

4) Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;


5) Xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək prinsipi;
6)Dövlətlərin suveren bərabərlik prinsipi;
7) Dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi.
Avropada Təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il 1 avqust tarixli Yekun aktı ilə bura daha 3 prinsip əlavə olunmuşdur:
1)Sərhədlərin toxunulmazlığı prinsipi;
2) Dövılətlərin ərazi bütövlüyü prinsipi;

3)əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.

Yadda saxlamaq lazımdır ki, beynəlxalq hüququn qeyd olunan prinsipləri:

I.Beynəlxalq hüququn ən mühüm normalarıdır;


II.Öz mahiyyətinə görə beynəlxalq hüququn ən ümumi normalarıdır;
III. Dünyanın bütün dövlətləri üçün hüquqi cəhətdən məcburi xarakter daşıyan normalardır.

Ən yüksək hüquqi qüvvəyə malik olan imperative jus cognes normalarıdır.



40.Soyuq muharibe ne vaxt basladi? Kimler arasinda idi?

Soyuq müharibəyə ilk çağırışı U.Çörçill 1946-cı ildə Amerika Birləşmiş Ştatlarında çıxışı zamanı etmişdir. Amerika Birləşmiş Ştatları-nda öz növbəsində "Marşal planı" və "Trumen doktorinası"nı qəbul etdi. Amerika Birləşmiş Ştatları-nın bu addımı Soyuq müharibənin başlanması üçün real addım oldu. Hər iki qütb tezliklə öz hərbi təşkilatını yaratdı. Kapitalist ölkələr, başda Amerika Birləşmiş Ştatları olmaqla NATO, Sosialist ölkələr SSRİ başda olmaqla Varşava Müqaviləsi Təşkilatını. Marşal Planı və Trumen doktrinasına cavab olaraq SSRİ sosialist düşərgəsində Qarşılıqlı İqtisadi Yardım Şurası yaratdı.

Soyuq müharibə Amerika Birləşmiş Ştatları və SSRİ-nin II Dünya Müharibəsi zamanı işğaldan azad etdikləri ərazilərdə ərazi bölümünə səbəb oldu. Almaniyanın ərazisində ADR (SSRİ) və AFR (Amerika Birləşmiş Ştatları), Koreya ərazisində Koreya Respublikası (Amerika Birləşmiş Ştatları) və KXDR (SSRİ) yaradıldı. Bu müharibə 1946 cı ildən 1991 ci ilə, SSRİ-nin süqutuna kimi davam etnişdir.

41.Qars muqavilesi.

Moskva muqavilesini tamamlamaq meqsedile 1921 ci il oktyabrin 13 de Qarsda muqavile imzalandi.muqavileyle Naxcivanin Azerbaycanin erazisi olmasi bir daha tesdiqlendi, onun serhedleri ve gelecek statusu qeti olaraq mueyyenleşdirildi. Bununla da Naxcivani Ermenistana birleşdirmek plani iflas etdi.Lakin 1929-1931 ci illerde Ordubad ve Zengilan rayonlarinin bir sira kendleri Ermenistana verildi ve bu erazide Mehri rayonu yaradildi. Neticede Naxcivanla Azerbaycanin diger torpaqlari arasinda olan serhed baglandi.



42. Hesen bey Agayev kimdir?

Ağayev Həsən bəy Məşədi Hüseyn bəy oğlu — ictimai- siyasi xadim, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavinidir.Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur.1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının
iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış,
bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan
Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır. Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir.
Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir. 19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur.

43.Ixtisas derecesinden ne zaman mehrum edilir.

Vetendaşlıqdan çıxdıqda.



44.Elde olunmasi mehdudlasdirilan melumatin novleri.

Alınması məhdudlaşdırılan məlumatlara — dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aksiyalarına aid olan məlumatlar aiddirlər.



45.Etik davranis qaydalarinin prinsipleri.

1.Vicdanlı davranış.

2.Peşəkarlıq və fərdi məsuliyyətin artırılması.

3.Loyallıq.

4. İctimai etimad.

5. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət.

Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət.

6. Mədəni davranış

7.Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

8. Qərəzsizlik

9. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

10. Korrupsiyanın qarşısının alınması

11. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

12. Maraqlar toqquşmasının qarşısının alınması

13. Əmlakdan istifadə

14. Məlumatlardan istifadə



15. İctimai və ya siyasi fəaliyyət.

46.BMT, onun orqanlari,ixtisaslasmis qurumlari.


Yüklə 179,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin