«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə50/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   46   47   48   49   50   51   52   53   ...   149
«Doqquz Bitik» s-ras-

 
 
*ar/ər-an > aran/ərən 
 
 
 
*ar-an > aran 
 
  aran-çı > arançı 
 
 
 
*alıb-an > alban/alpan 
   
 
 
 
  alban > alvan 
  alvan > ağvan(k)  
  
  
  alp-a-qut  > alpağut 
  alb-əri / alp-ərən 
 
«ərən», 
«bahadır» 
 
 
«qıĢlaq» 
 
«yatuq» 
 
 
 
«bahadır» 
 
 
 
 
 
 
 
 
«öndər 
bahadır» 
aran (etnonim)  
Aran (antroponim) 
Aran (toponim) 
Aran (xoronim)   

Alban 
 
Aran (toponim) 
=
 (Muğan) 
 
arançı (etnonim) 

(tat) 
 
alban (etnonim) 
alpan (etnonim) 
Alban (antroponim) 
Alban (toponim) 
Alban (xoronim)   
=
 Aran 
 
Alvan (toponim)    

Aran 
ağvan (etnonim)    

alban 
Ağvan (toponim)     
Ağvank (xoronim) 
=
 Aran 
 
Alpout (toponim) 
Alberi, Alebri (toponim) 
Göründüyü
 
kimi,
 
hər
 
bir  adın,
 
toponimin  yozumuna  fərdi  yanaĢma 
olmasa, qaynaqların verdiyi bəlgənin Ģərhində dolaĢıq və yanlıĢ fikirlərin 
ortaya çıxması qaçılmazdır. Belə ki, hay və azər alimləri arasında onil-
lərlə  davam  edən  mübahisənin  səbəbi  bu  coğrafi  adın  anlam  tutumunu 
gözardı etmələri ilə bağlıdır. M.
 
Xorenatsi I  əsrdə Aran adlı baĢçısı olan 
Ağvan(k)  ölkəsinin
 
Borçalı
 
sınırındakı
 
Xunan
 
qalasından
 
(Xınanakert)
 
baĢ-


 
88 
lanıb
 
Araza  qədər  uzandığını  yazır.
62
 Yaqut  əl-Həməvi  də  əcəmi  (yerli
dilində Arran adlanan geniĢ vilayətin Gəncədən Beyləqana, Araza qədər 
ərazini  əhatə  etdiyini  qeyd  edir.
63
 Bu  bəlgələrin  hər  ikisində  Ağvan  və 
Aran xoronimi Alban adına sinonimdir, ona görə də, Albaniyanın Kürdən 
aĢağı əraziləri əhatə edib-etməməsi boĢuna dartıĢmadır. Qədim yazarla-
rın aran, alban,
 
alvan, ağvan dili deyimi altında ayrı-ayrı dillər deyil, türk 
dilinin  azər  dialektləri  anlamı  durur.  Ayrıca  mana,  mada,  atropat,  bayat, 
avĢar dilləri olmadığı kimi, ayrıca aran, alban və ağvan dilləri də yoxdur.   
Armeniya,  Hayastan.1920-ci
 
ilə
 
qədərki
 
tarixdən
 
yazanların
 
bu
 
iki 
xoronimi sinonim ad kimi iĢlətməsi böyük qəbahətdir. Çünki bunlar ayrı-
ayrı coğrafi anlam tutumu ilə müxtəlif çağlarda yaranmıĢ və deyilən tarixə 
qədər ayrı-ayrı bölgələrin adı kimi iĢlənmiĢdir. Hər iki ad etnotoponimdir, 
lakin biri qədim türk etnonimi olan ərmən boyadı ilə, o birisi isə hindav-
ropa
 
dilli
 
boylardan
 
olan
 
hayların
 
adı
 
ilə
 
bağlı ortaya çıxmıĢdır.  
 Erimen adını Urartu çarlarından biri, daha doğrusu, III Rusanın atası 
daĢıyır. Urartuca 
Ġ
Rusa 
Ġ
Erimenaxi yazılıĢını «erməni Rusa» kimi oxumuĢ 
Ġ.
 
Ġ.
 
MeĢĢaninovla  razılaĢmayan  Ġ.  M.
 
Dyakonov  və  N.  V.  Harutyunyan 
bunu  «Erimenin  oğlu  Rusa»  Ģəklində  oxumağı  təklif  edirlər.
64
 Nəzərə 
almaq gərəkir ki, urartu etnik-coğrafi hüdudlarından çox uzaqlara yayı-
lan  ermən  sözü urartuca  yox, türkcədir, çünki urartu  dilində  bu Ģəxsadı 
yalqızdır  və  bu  dildə  erimen/ermen  sözləri  yoxdur.  Öncə  türk
 
toplumu 
içində
 
ermən/ərmən/arman boyadı ilə yaranan toponimlərdən bir
 
neçəsini
 
göz
 
önünə
 
gətirib

onların hansı türk ellərində yayıldığını izləyək: 
65
 
Ermen dağı  (Qazax eli - Əбдıрахманов, 
1975, 90

Ermentau Ģəhəri  (Qazax eli - 
ГЭС

1987,126

Eriman  (Qazax eli, Ağadır bölgəsində toponim - 
ОКЖСА

232

Erman qıĢlağı  (=Xazarak, Özbək eli, Sariosiye ray
.
  
Нафасов,
 
1988

222

Ermen-deli obası  (Türkmən eli, Yılanlı rayonu - 
Атаниязов,
 
1980, 327

Ermen-deli  (Türkmən eli, qaradaĢlı boyunda tirə -
 Атаниязов,
 
1988

138

Ermeniqum  (Türkmən eli, toponim - 
Атаниязов,
 
1988

138)
 
Arman-qala  (AĢqabad yaxınlığında qədim qala - 
Атаниязов,
 
1980, 43

                                                 
62
 Хоренаци, 84. 
63
 Ялийева, 1999, 128-129. 
64
  Арутюнян, 1970, 332. 
65
 «Altay Buçi» dastanında Altay Buçi bahadırın bacısı da Ermen-Çeçen adı daĢıyır ki, 
burada
 
adın
  
ikinci hissəsi çeçen
 
«Ģirindil»,
 
«ağıllı»
 
anlamlı
 
sözdür (Никифоров, 1915,14). 
Etnonimlərin Ģəxsadı kimi iĢlənməsi bəlli olaydır: Azər,
 
Çərkəz, Oğuz,
 
Özbək və s. 


 
89 
Arman  (Eyni yerdə toponim, 
1818
-də adı çəkilir - 
МИТТ

II, 413

Arman toponimi  (BaĢqord eli, Baymak rayonu)
 
Örnəklərdən  də  göründüyü  kimi,  Ermən  adı  müxtəlif  fonetik  vari-
antlarla Qazax, Özbək, Türkmən,  BaĢqord ellərində iĢlənir.  Ermen  adının 
boyadı kimi iĢlənməsi göstərir ki, yuxarıdakı yeradları etnotoponimlərdir. 
Qazax
 
toponimistləri
 
Ermen
 
oronimini
 
monqol
 
(Ğ.
 
KonkoĢpaev)

monqol-
türk (A.
 
Əbdıraxmanov) hibrid sözü kimi izah etmək istəmiĢ, hətta yerli 
xalq etimologiyasına üz tutmuĢlar. Erman toponiminin monqol sözü kimi 
izah  olunmasına  etiraz  edən  A.  Əbdıraxmanov  onu  türk-monqol  hibrid 
(ere-eme-n) sözü kimi verir, yerli əhali içində yaĢayan rəvayətin isə tamam 
fərqli etimoloji yozumla xalq etimologiyası olduğunu vurğulayır. Rəvayət 
isə belədir ki,  güya qazax batırı ilə vuruĢan kalmaq batırı yenilib atdan yı-
xılanda atı bu dağa qalxır: «Бiрақ
 
 қалмақ  аты тау iшiнде ерiмен қашып 
кетiп, ешкiм
 
ұстай алмапты. Содан Ерiмен аталыпды-мыс»
66
 Lakin 
bu dağadı Qazax elindən uzaqda çox qədimdən formalaĢmıĢ ermen boyadı 
ilə  bağlı  olduğundan  gerçək  etimoloji  yozum  alınmamıĢdır,  çünki  Doğu 
türk  ellərində  Erimen/Ermen/Erman/Arman  tipli  etnotoponimlərin  ortaya 
çıxması antik qaynaqlarda adı daima qoĢa çəkilən mitan-ermen boylarının 
Doğu  Anadolu  və  Azərbaycandan  Orta  Asiya  yönündə  doğuya  köçən 
mitan (müyten) boybirləĢmələri içindəki ermen boyu ilə bağlıdır. 
Ermen  və  Arman
 
Ģəklində
 
yayılan
 
etnotoponimin  ortaya  çıxmasına 
səbəb  olan  ermən  adının  etimoloji  yozumunu,  onun  qədim  Azərbaycan 
və  ətraf  bölgələrdə  iĢlənmə  tarixini  izləmək  üçün  adın  orta  mərhələsini 
əks  etdirən  ermi  variantını  diqqətə  almaq  lazım gəlir.  Xristianlığı  qəbul 
etmiĢ ermi adlı bulqar boyuna aid bir bəlgədə yunan əlifbası ilə ermi-aris 
(
،
ερμι άρης
) Ģəklində
 
keçən
 
etnonim
 
sonralar
 
çuvaĢ-baĢqord mühitində yerli 
deyimə  uyğun  ermi/yermi/yurmi  variantları  ilə  iĢlənmiĢdir.
67
 Anadoluda 
qədim Arme bölgəsinin adındakı arme etnonimindən bir az sonra danıĢa-
cağıq,
 
hələlik  etnonimin  hansı  dildə
 
yaranması məsələsini  Urmu teoriyası 
baxımından gözdən keçirək.   
Yuxarıda  aran
 
(ərən)
 
adından
 
danıĢarkən
 
onun
 
*ar/ər  sözü  və  -an 
Ģəkilçisi ilə yarandığını demiĢdik.
 
Daha  yuxarıda cəmlik,
 
topluluq bildirən 
                                                 
66
  Əбдıрахманов, 1975, 90. 
67
 Etnonimin ilkin forması Vedidə Ərmik toponimində qaldığı kimi, qədim Tuna bul-
qarları  və  baĢqordların  içində  ermi  boyunun  adında  vardır.KeçmiĢdə  Kazan  və  Noqay 
yolu  boyunca  olan  iki  Yermi  bölgəsinin  (Erminskaya  volost)  rus  qaynaqlarında  keçən 
adındakı -n- elementi ruscanın -insk Ģəkilçisinə aiddir
 
(Кузеев, 1974, 60, 124-128). 


 
90 
-an Ģəkilçisi ilə yanaĢı, eyni funksiyanı daĢıyan -bi/-mi Ģəkilçisinin də et-
nonim  yaradıcılığında  iĢtirak  etdiyini  (suv-bi,  kam-bi,  azər-bi,  uru-mi, 
eli-pi, kas-pi və s.) göstərmiĢdik. Aran/ərən adında olduğu kimi, ermən 
adı da *ar/ər «kiĢi» sözündən *ar-me-an 

arman
  
/
 
*er-me-an 

ermen 
Ģəklində törəyib.  Ġndiyəcən iĢlənən arme/erme formaları ilə  yanaĢı, hələ 
qədim
 
çağlarda
 
yaranmıĢ  -an  Ģəkilçili  arman/ermen
 
variantı  daha  geniĢ 
yayılıb. Son variantdakı -man/-men elementi sonralar
 
kara-man,
 
ku-man,
 
türk-mən kimi etnonimlərin
 
yaranmasında
 
müstəqil
 
iĢtirak etmiĢdir.
68
 
Təkcə  baĢqord  boyları içində  durman,  törökman (türkmən),  itemen
buĢman  kimi  xeyli  etnonim  vardır.
69
 Tərkibində
 
bu  Ģəkilçi
 
olan
 
tirmen 
etnonimindən danıĢan Bizanslı Stefan (V əsr) tirmenlərin saqa (skit) boy-
larından olduğunu və
 
bu adın saqa dilində
 
«qovulmuĢ» mənası bildirdiyini 
vurğulayır.
70
 Doğrudan da, qədim türk dillərində olduğu kimi, azər dilində
 

 
iĢlənmiĢ
 
it-
 
(itələ-)
 
feilindən
 
düzələn
 
itir-
 
(kənar  et-)  sözü  -men  Ģəkilçisi 
ilə  iĢlənəndə  «qovulmuĢ»  mənası  verən  itirmen  >(i)tirmen  etnonimi  ya-
ranır. Bu baxımdan, baĢqord boyadı itemen də diqqəti çəkir.  
Tarixdən bəllidir ki, güney Rusiya çöllərinə m.ö.VIII əsrdən qamər-
saqa boyları ilə baĢlanıb, m.s. XII əsrə qədər davam edən hun, bulqar, su-
bar, xəzər, kuman-qıpçaq boylarının köçü və burada zaman-zaman qurulan 
dövlətlərin tarixi aĢağı-yuxarı 2 min illik bir dövrü əhatə edir. Azaq yaxa-
sından indiki Bolqarıstana gedib dövlət quran Tuna bulqarlarıın bir boyu 
da ermi adlanırdı və oradakı Ermenli türk kəndinin adı 1934-ə qədər qal-
mıĢdı, sonralarsa DraqaĢ-voyvoda adı ilə dəyiĢdirildi.  
Tuna  bulqarlarında  olduğu  kimi,  saqa  boyları  içində  də  armini  et-
noniminə rast gəlmək olur. Buradakı saqa çarı Skilur öləndən sonra Olvi-
ya ətrafında oturmuĢ armeni boyundan olan döyüĢçülər bu Ģəhərin kömə-
yinə gəlir. «Armeni oxçuları» ifadəsi buradan tapılan yazıda da qalmıĢdır. 
Vaxtilə BoquĢ yaırdı ki, burada miladdan sonrakı ilk illərdə doğu german 
(ostqot)  boylarından  herusk  tayfasının  baĢçısı  Arminiy  adlanırdı,  375-də 
hunlar tərəfindən öldürülən Erman-arix də doğu-qot boyunun baĢçısı idi. 
                                                 
68
 Türk dillərində bu  morfemlə  əlamət bildirən qocaman, azman, ĢiĢman kimi  sifətlər  və 
türkmən modelli etnonimlər yaranır. Etnoformant statusu qazanan -men Ģəkilçisi zaman 
keçdikcə  mən  əvəzliyi  anlamına  köklənir,  artıq  qazaxlarda  soyadı  olan  türkpen  modeli 
ilə yaranan etnonim  türkmən modelindən fərqlənmir. Həm də nəzərə alaq ki, prototürk 
çağında mən əvəzliyinin özü də me+n modeli ilə formalaĢmıĢdır.  
69
 Кузеев, 1974. 
70
 АИОСК, 174. 


 
91 
Göründüyü kimi,
 
Qara dənizin yuxarı yaxalarında türk
 

 
doğu german boy-
ları  içində
 
erman/ermen  etnoniminin  izi  vardır.  Stadberq,  Saksoniya  və 
baĢqa  bölgələrdə  Ermen-Sѐul  adlı  tapınaqda  Ermen  tanrıya  ibadət  edən 
german  boyunun  Persiyadan  (Azərbaycandan)  köçdüyü  qeyd  olunmuĢ-
dur.
71
 Ümumiyətlə,  german-saqa  kontaktı  Doğu  Avropada  german-hun 
çağından xeyli əvvəl olmuĢ, bu tayfalar Krım tərəflərdə bir neçə əsr iç-içə 
və qonĢu yaĢamıĢlar. Ona görə də, bəzi söz və morfemlərin german və türk 
dillərində eyni formada iĢlənməsi və eyni anlam daĢıması təəccüblü gö-
rünməməlidir. Hər iki dildə iĢlənən -man Ģəkilçisi də belə morfemlərdən-
dir.  
Beləliklə,  Xəzər  ətrafında  dolaĢan  istər  saqa,  subar,  bulqar,  istərsə 

 
azər  və  ya  türkmən
 
boyları
 
içində  arman,
 
ermen,
 
karaman,
 
türkmən, 
tirmen
 
tipli
 
etnonimlərin
 
yaranmasına
 
imkan
 
açan
 
türk
 
dili zəmini vardır. 
Belə etnotoponimlərə qədim Azərbaycanda rast gəlmək olur: 
 
Arman    (Kərkükdən aĢağı Dəclə yaxasında dağadı, m.ö. XV-XII əsr) 
Arman    (Kassi dövrü Diala yuxarısında Ģəhər; Alman kimi də oxunur) 
Armuna  (Urmu quzeyində zəngi boylarının kəndi, m.ö.VIII əsr) 
Armanqu (Qızıl-üzənin yuxarı axarında toponim, m.ö. VIII əsr) 
Armait    (Manada Ziviyə yaxınlığında qala, m.ö. VIII əsr) 
Azərbaycan  toponimlərini  hələlik  buraxıb,  buradan  batı  tərəflərdə 
olan analoji coğrafi adlara baxaq. Öncə, elmi ədəbiyatda ermən adı ilə əla-
qəsi olan
 
adlar kimi verilən
 
Arman,
 
Arme
  
toponimləri və aramey
  
etnonimi 
üzərində
 
dayanaq,
 
çünki
 
əksər
 
alimlər
 
«erməni»  adının  mənĢəyindən  danı-
Ģarkən həmin sözlərə istinad edirlər.
72
  
Arman  və  Armi  yeradları  m.ö.  III  minillikdən  üzübəri  iĢlənməkdə-
dir. Arman toponiminə akad çarı Naram-Suen (
2236-2200
) və onun babası 
Ulu Sarqona aid yazıda rast gəlmək olur:
 
 
  1)  SAG.GĠġ.RA  Ar-ma-nim
ki
  u  Eb-la
ki 
   2)  Ar-ma-nam
ki
  u  Eb-la
ki   
Buradakı «Arman və Ebla» ölkələrindən birinin (Ebla) harada yer-
ləĢməsi  məlum  olsa  da,  digəri  barədə  konkret  bəlgə  yoxdur,  ona  görə 
də,  yeni tapılan  yazılarda  adı  keçən  Arme  toponimini  həmin  Arman  ilə 
eyniləĢdirən tədqiqatçılar vardır. Məncə

bunlar eyni regionda yerləĢsə də,
 
                                                 
71
 Виноградов, 1989, 253;  Богуш, 248. 
72
 Капанцян, 1947; Меликишвили, 1954; Дьяконов, 1985; Саркисян, 1989, və b.    


 
92 
ayrı-ayrı  yer  adlarıdır.  Belə  ki,  Ġtaliya  arxeoloqları  quzey-batı  Suriyada 
Hələbdən  güneydə  qədim  Ebla  Ģəhər-dövlətinin  arxivlərini  tapdılar  və 
sumer-akad  yazı  sistemi  ilə  indiyəcən  bəlli  olmayan  bir  sami  dialektində 
yazılmıĢ  bu  gil  lövhələrdə  (tabletlərdə)  çoxlu  yer  adları  üzə  çıxdı  ki, 
bunların da xeyli hissəsi o dövr üçün məlum sumer, elam, sami, hurri və 
hindavropa dillərindən heç birinə aid deyil.
 
Bu toponimlərdən biri də bəzi 
mətnlərdə təkrar olunan Arme adıdır:
 73
 
d
ra-sa-ap  ar-mi
 ki 
 «Arme Ģəhərinin tanrısı Rasap»;  3 Ar-mi
ki
 al-KU Gi-
za-an
ki  
«Qizandakı üç Armili»;   Eb-la
ki 
 wa
  
Ar-mi
ki
  «Ebla və Armi»;  
4  GĠġ.Ģilig  1  ninda  ku-li  en-en  Ar-mi
ki
 
 
«Armi  bəyinin  dostları  üçün  4 
kiĢilik bir aĢ (yemək
 
Burada  adı  keçən  Arme  toponimi  Ġkiçayarasının  yuxarı  axarındakı 
bölgənin adı olduğundan onu arameylərlə bağlamaq düzgün deyil, çünki 
arameylər  həm  bu  adın  iĢləndiyi  tarixdən  min  il  sonra  həmin  ərazilərə 
gəlmiĢlər, həm də Arme toponimi arameylərin yox, subar-hurri boyları-
nın məskunlaĢdığı bölgənin adı kimi iĢlənmiĢdir.
74
 Ebla yazılarında Ģəhər 
                                                 
73
 Древняя  Эбла,  223,  336,  284-285;  Buradakı  «Ebla  və  Arme»  ifadəsi  ilə  akad  yazı-
sındakı  «Arman  və  Ebla»  deyimi  arasında  yaxınlıq  görüb,  Arman  toponimini  Armi  ilə 
eyniləĢdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaĢı olan Arme bölgəsinin hayların ulu 
yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. Ġ. M. Dyakonov haqlı olaraq, bu 
münasibətlə yazır:  
    «В некоторых околонаучных кругах исключительный интерес вызвало название 
соседнего с Эблой сирийского города Арманума также нередко встречающегося 
в текстах топонима или етнонима ар-ми
ки
 и возникла надежда - нельзя ли видеть 
здесь  предков  армян?  …Миф  об  армянах,  упоминаемых  в  эблаитских  текстах, 
обречен растаять так же, как миф о библейских городах» (Дьяконов, 1985, 336). 
    Həmin  müəllif fikrini davam etdirərək deyir ki,  «erməni» adı hayların öz içində heç 
vaxt iĢlənməmiĢdir, bu adı onlara baĢqa xalqlar vermiĢlər və həm də göstərir ki, Arma-
num  yeradı  armi,  arami  etnonimləri  ilə  bağlı  olub,  «köçəri»  (nomad)  anlamı  bildirən 
aramey boyunun adından yaranmıĢdır (Eyni qaynaq, 336-337). Müəllifin hay-armi məsə-
ləsi  ilə  bağlı  fikirləri  doğrudur,  lakin  Arman  və  Armi  adlarının  ikisini  də  arameylərə 
bağlaması o qədər də inandırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst 
dəyiĢmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik 
yük daĢıyır, burada sözlərin sonluğundakı fərqlər də Ģübhə  doğurur.  Bunu  həmin adlar 
arasında paralellik  axtaran
 
Paul  Garelli də  «Ebla arxivindəki toponimlər  haqqında qeyd-
lər» adlı məqaləsində etiraf etmiĢdir
 
(Древняя Эбла, 285). 
74
 Həmin mətnlərdə «4 kiĢilik xörək (aĢ)» kimi ifadələr bir yana qalsın, «Armili Dumur» və 
«Uti  bəyi  Tamur-lim»  ifadələrindəki  dəmir  sözü,  «Arimunun  yaĢadığı  Abarsila  ölkəsi» 
(Древняя Эбла, 251, 310) deyimində (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə 
izah oluna bilsin. 


 
93 
və ölkə adı kimi verilən Armenin Mitani ölkəsinin ortasında olması, mitan 
boyunun isə  getdiyi ərazilərdə,
 
yaĢadığı torpaqlarda daima Arman, Ermən 
toponimlərinin, ermən etnoniminin  ortaya  çıxması  faktlarını nəzərə  alıb, 
mitan  boyları haqqındakı  bəlli  bəlgələri  gözdən  keçirək,  çünki  haqqında 
danıĢdığımız «ermən» adı bu bölgədə iĢlənmiĢdir. Tarixdən bu da bəllidir 
ki,  Dəclənin  yuxarı  axarlarında  urartulardan əvvəl  görünən  çoxsaylı hurri 
boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il 
iç-içə  yaĢamıĢlar.
75
 Təbii  ki,  bu  durum  müəyyən  çağlarda  müxtəlif  dilli 
tayfaların konfederasiyası üçün təbii Ģərait yaratmıĢdır və görünür, hurri-
lər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarıĢmıĢlar, 
çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı. Mitani 
çarı TuĢratta Misir fironu III Amenxotepə (
1455-1424
) yazdığı geniĢ mətnli 
məktubunda  ölkəsinin  adını  hurricə  Xurroxe,
 
məktubun  akadca  olan  his-
səsində isə Mitani adlandırmıĢdır.
76
   
Hurri-Mitan dövləti  dağılandan  sonra mitan  boyları  müxtəlif  bölgə-
lərdə  ayrı-ayrı  dərəbəyliklər  Ģəklində  yaĢayan  digər  subar  boyları  kimi 
zaman-zaman bu və  ya digər dövlətin nüfuz dairəsinə düĢdülər; bir qismi 
Ġç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəflərə 
köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatırlanır. 
KumuĢdakı  özbəklərin  içində  moytan  soyunu  qeyd  edən  Çokan
 
Valixa-
nov
 
özbəklərin  minq,
 
diaxli,
 
barkut,
 
qaraqalpaq,
 
kataqan  boyları sırasında 
mitan
 
boyunun
 
da adını
 
çəkir.
77
  
                                                 
75
 Boğazköy  mətnlərində  iĢlənən  Armani  toponimi  əgər  ermen  adı  ilə  bağlıdırsa,  onda 
bu tarix daha qədimə çəkilə bilər (Ertem, 16). 
76
 Меликишвили, 1954, 93,95; Habur və Balıx çaylarının (Balıx hidronimi türkcədir) 
yuxarı  yaxalarında  batı  hurri  boylarının  qurduğu  dövlətin  (XVI-XIII  əsrlər)  mərkəzi 
Ģəhəri VaĢĢukanni idi və bütöv ölkə samicə Xaniqalbat, Misir yazısında isə Naxarain - 
«Ġkiçay ölkəsi» adlanırdı.
 
Lakin hurrilərin doğu boylarından bəzi tayfalar Dəclənin orta 
axarına, onun sol yaxalarında indiki Kərkük bölgəsinə gəlib çıxmıĢdı. Ona görə də hurri 
izləri  batıda  Fələstinə  qədər  gedib  çıxırsa,  doğuda  da  Güney  Azərbaycanın  güney-batı 
sınırlarına qədər özünü göstərir.Əlbəttə,
 
Qafqaz ətəklərindən Ön Asiyaya gəlmiĢ hurrilər 
belə geniĢ, özü də bir-birindən aralı bölgələrdə nüfuz sahibi olmaq üçün asur təzyiqi al-
tında olan yerli subar boylarının köməyinə arxalanır, onların qüvvəsindən istifadə edirdi-
lər. Yəqin bu səbəbdəndir ki, mənbələrdə hurri Ģəxs adları sırasında xatırlanan və elmi 
ədəbiyatda hurri adı kimi təqdim olunan Arijen (Arjan adı altay türklərində geniĢ iĢlənir) 
adından tutmuĢ, DaĢuk, Kaltuk, Siluk, Dada, Ġkita, Umbin-Api, Puta kimi adlar subar-
mitan antroponimiyası ilə bağlıdır. 
77
 Валиханов, 1986, 256. 


 
94 
Mitan-Xarəzm əlaqəsindən yazan L. S. Tolstova qaraqalpaq-müyten 
boyunun ulu
 
dədəsi
 
Tamin bəyin Kaptaw
 
(Qaf
 
dağı) tərəflərə
 
səfərilə bağlı 
əfsanəni  qeydə  almıĢ,  Orta  Asiya,  özəlliklə  Buxara  bölgəsində  mitan 
boyları ilə əlaqəsi olan xeyli etnotoponim olduğunu və Mada-Mitan kimi 
toponimlərin 
X-XIII
 əsrlərdə xatırlandığını  göstərib, bu boyların irandilli 
olduğunu söyləyənlərə qarĢı çıxmıĢdır.
78
 
Mitan  boylarının  Anadolu  və  Azərbaycan  bölgələrində  yaĢaması 
haqqında Herodot və Strabon dolğun məlumat verir və bu məlumatlar ən 
azı beĢ əsrlik bir dövrü (m.ö.V - m.s. I) əhatə edir. Qədim Azərbaycan 
ərazisində  Dəclənin  iki  sol  qolu  olan  «Böyük  və  Kiçik  Zab  çaylarının 
Matien ölkəsindən axdığını» yazan Herodot matien boylarının Ġç Anado-
luda və Urmu gölü hövzəsində yaĢadıqlarını qeyd edir:
 
 «Yunanlılar kappadokiyalılara suriyalı
 
deyirlər. Bu suriyalılar pers hege-
monluğuna qədər madalılara
 
tabe
 
idi,
 
sonralar KuruĢa (tabe oldular).
 
Mada
 

 
Lidia çarlıqları arasında sərhəd, əslində Halis çayıdır ki, bu Armen
 
dağ-
larından
 
baĢlayıb
 
Kilikiyadan
 
keçərək,
 
sağında
 
matien,
 
solunda  friq  ölkələ-
rini buraxandan sonra quzeyə dönərək kappadokiyalı suriyalılarla sol yaxa-
sındakı  paflaqoniyalılar  arasında  təbii  sərhədə  çevrilir»  (
I.
 
72
);    «KuruĢ 
Babil üzərinə yürüĢ edərkən Gind (=Diala) çayına çatdı. Qaynağını dağlıq 
yer
 
olan
 
Matien  ölkəsindən  alan  bu  çay  dardanların  torpağından  keçib
 
Dəclə
 
çayına
 
tökülür»  (
I.
 
189
)
;   
«Araz
 
(=
Qızıl-üzən
)
 
çayının
 
qaynağı  isə 
Matien dağlarıdır, KuruĢun 
360 
kanala ayırdığı Gind çayı da bu dağlardan 
axır» (
 I. 202
); «Matien,
 
saspeir və alarodilərə 
200
 talant vergi qoyulmuĢdu.
 
Bu
 
18
-ci
 
dairə idi»
 
(
III. 94
);  «Burada
 
Kilikiyadan
 
sonra armeni
 
(ərazisi) gəlir, 
zəngin  örüĢləri  var;  armenilərdən  sonra  matienlərin  bölgəsidir.
 
Sonra 
kissilərin  ölkəsi  və  burada  Xoapsi  çayı  yaxasında  böyük  çarın  oturduğu 
və xəzinəsi olduğu Sus Ģəhəri yerləĢir» (
V. 49
). 
Qızıl-üzən çayını Araz adlandıran Herodotla razılaĢmayan Strabon 
(
XI.14.13
matien, armen, mada boylarının adından yaranmıĢ etnotoponim-
lər haqqında bunları yazır:
 
      «Ksanfın dediyinə görə, Artaksersin vaxtında elə möhkəm quraqlıq 
olub ki, çaylar, göllər və bulaqlar quruyub, onun özü dənizdən uzaq bir 
                                                 
78
 «Однако  ряд  указанных  выше  данных,  в  частности  исторические  легенды  зе-
рефшанских  митанов,  говорящие  о  пребывании  их  предков  близ  берегов  Урмии 
(Иранский Азербайджан), называвшегося в древности Ма(н)тиане, дают возмож-
ность допустить и иную трактовку» (Толстова, 1971, 246-253). 


 
95 
çox yerdə - ArmeniyaMatien və Friqiyada balıqqulağı Ģəklində daĢlar gö-
rüb»
 
(
I.
 
3.
 
4
); 
 
«Mada əyaləti Matien» (
II. 1.14
);
  
«Eyni Ģey Madada Ma-
tien  bölgəsində  və  Armeniyada  Sakasena
 

 
Araksena  bölgələrində
 

 
mövcuddur»  (
XI.  7.  2
);    «Girkanların  o  biri  tərəfində  derbiklər  yaĢayır, 
kadusilər isə Paraxoafr dağının ətəyində mada və matienlər
 
ilə
 
qonĢudur»
 
(
XI. 8.
 
8
);
  
«Bu
 
ölkə
 
(Atropatena)
 
Armeniya və
 
Matiandan doğuda, Böyük 
Madadan  batıda  və  hər  iki  ölkədən  quzeydə  yerləĢir;  güneydən  Girkan 
dənizinin aĢağı çıxıntısına və Matiana yaxınlaĢır» (
XI. 13. 2
); «Sonra de-
yirlər ki, əvvəllər kiçik ölkə olan Armeniya  Artaksi və Zariadrın apardığı 
müharibələr  hesabına  geniĢləndi»  (
XI.  14.  5
);  «Armeniyada  böyük  göllər 
var.  Biri  Mantiana  adlanır  və  tərcümədə  göy  (rəng)  mənası  verir.  Belə 
deyirlər  ki,  bu  göl  Meotiddən  sonra  ən  böyük  duzlu  göldür;  Atropatiya 
qədər uzanır» (
XI. 14. 8
). 
 
Mitan (matian, matien, moytan) boyları haqqında deyilənlərdən bu 
nəticəni əldə etmək olur ki, onlar m.ö. II minilin ortalarında Ġkiçayarısının 
quzey-batısında  qafqazdilli  hurrilərin  dövlət  qurmasına  yardım  etmiĢ  və 
bu dövlət Mitani adı daĢımıĢdır; Dövlətin etnik dayağı olan subar (mitan)-
hurri boyları quzey-batı Suriyadan tutmuĢ doğuda (Kərkük bölgəsi) Dəclə 
yaxalarına  qədər  müxtəlif  lokal  məntəqələrdə  məskunlaĢmıĢlar;  mitan-
ermən boyları da saqa-qamər boyları kimi eyni xalqın daxili soybölgüsü 
olub,  miladdan  öncəki  tarixi  bəlgələrdə  daima  bir-birinə  qonĢu  ərazidə 
qeydə alınmıĢlar; Mitan dövləti dağılandan sonra zaman-zaman onların bir 
qismi Kiçik Asiyaya, bir qismi Azərbaycan və Orta Asiyaya köçmüĢdür; 
Artıq Herodotun dövrundə (m.ö.V əsr) mitan-ermən boyları Ġç və Döğu 
Anadoluda və Urmu
 
gölünün dörd
 
tərəfini əhatə edən hövzədə görünür.
 
Strabonun
 
vaxtında
 
(m.ö.
 
I  - m.s.
 
I
 
əsrlər)
 
Armeniyanın
 
doğusunda
 

 
Atro-
patenin
 
batısındakı
 
Matien bölgəsindən bəhs olunur; Sonrakı minilliklərdə 
isə mitan boyları özbək, qaraqalpaq və baĢqord xalqlarının bir boyu kimi 
xatırlanır.  
Subar (mitan) boylarından bir tirənin adı olan ermən etnonimi təkcə 
qədim Anadolu və Azərbaycanda deyil, Qazax elindəki Erimen dağlarına 
qədər  yayılmıĢdır.  Ermən  soylarından  Güney  Azərbaycan  üzərindən 
Doğu tərəfə gedənlər olduğu kimi, Azərbaycanın quzeyindən də Qafqaz 
dağlarının o tərəfinə keçənlər olmuĢdur. Azərbaycandan quzeyə Dar-Yol, 
Dəmir-Qapı  keçidləri  belə  bəlgələrin  izini  Osetiyada  Erman  toponimində 
və Samur deltasında qədim Armen-kala adlı kiçik bir qalanın adında sax-
layır. Bura qədər deyilənlərə bunu əlavə edək ki, I Dara Bisutunda həkk 


 
96 
etdirdiyi  üçdilli  yazıda  Arminiyə  və  Urartu  ölkəadları  sinonim  iĢlənir. 
Həmin
 
yazıda
 
Babildə
 
üsyana
 
baĢçılıq
 
edən
 
erməninin
 
adı
 
da
 
Araka
 
(Uraka) 
Ģəklində  verilmiĢdir,  bu  da 
1640
-da  gəlib  kumuq  bölgələrinə  yerləĢən 
noqayların  xanı  Uraka  ilə  adaĢdır.
79
 Nəhayət,  bugün  də  mitan  və  ermən 
(ermin)
 
boylarının türk xalqları içində olması faktı qədim ermən xalqının 
mənĢəyini  açıq  göstərir.  Ona  görə də, N. Gəncəvinin  «Xosrov və  ġirin» 
əsərində yaylağı Ermən dağları olan ġirini hay «ermən» qızı kimi təqdim 
edənlərə məsləhət görərdik ki, gerçək durumu Məhinbanunun «biz Əfra-
siyab  soyundanıq»  deməsində  və  həmin  poemada  ġirinin  özünü  «türk 
qızı» adlandırmasında axtarsınlar.
80
    
Aran,
 
alban,
 
ağvan  boylarına  nisbətən  ermən  boyadı  üzərində  belə 
geniĢ dayanmağın əsl səbəbi budur ki, tarixi etnologiyadan xəbəri olma-
yanlar ermən
 

 
hay adlarını sinonim iĢlədib,
 
bu adlardan yaranan Ermən 
və  Hayastan  xoronimlərini  bərabər  tutmaqla  Azərbaycanın  qədim  tarixini 
baĢ-ayaq salır. Beləliklə, bura qədər deyilənlər ermən adının qədim çağlarda 
türk  dili  modeli  ilə  türk  boyadı  kimi  yarandığını,  Anadoludan  Baykal 
gölünə  qədər,  Urmu  gölündən  Azaq  dənizinə  qədər  müxtəlif  bölgələrdə 
ermən  boylarının  türk  toplumu,  özəlliklə  mitanlar  içində  göründüyünü, 
bu  boyların  yayıldığı  ərazilərdə  Ermən//Arman  etnotoponiminin  ortaya 
çıxdığını aydın əks  etdirir.
 
III
 
minildən
 
üzübəri
 
türk
 
etnosu
 
içində  davam 
edən  bu
 
gələnəyin
 
Ermən
 
(Ermənistan)
 
xoronimində
 
istisna  təĢkil  etməsi 
tarixin deyil, tarixçilərin «xidməti» olub, gerçək duruma tərs gəlir. 
Mitan  dövləti  dağılandan  sonra  Ġkiçayarasının  quzey  bölgələrində 
ortaya çıxan
 
ayrı-ayrı
 
dərəbəyliklərdən biri də
 
Arme bölgəsi idi.
 
Miladdan 
öncə II minilin sonları və I minilin əvvəllərində yuxarı Ġkiçayarası ərazi-
lərə aramey boylarının  axını baĢlayır  və  indiki  Suriyanın  quzey  bölgələ-
rində  yerləĢən  bu  boylarla  bağlı  asur  mənbələrində 
KUR
Areme, 
mat
Arame, 
KUR
Aramu kimi yeradları və aramaia axlamaia kimi etnonimlər iĢlək söz-
lərə  çevrilir.
81
 Bu  adların  sami  dilli  arameylərə  aid  olması  Ģübhə  doğur-
mur,
 
lakin bütün bu adlar o çağlarda KaĢiyar dağlarının ətəklərinəcən ya-
yılsa da, Diyarbakır sınırına gəlib çatmır. Bizi maraqlandıran Arme bölgəsi 
                                                 
79
 ИНСК,  278. 
80
 Эянъяви, 1981;
 
Burada
 
filoloji
 
tərcümədəki
 
deyimlər:  
   «Mən o qaragözlü türkəm ki, bu damda adım sənin ağ kənizin olubdur» (s. 238); 
   «Qəmzə
 
ilə
 
könül ovlayan türk olsam
 
da,
 
öpüĢlə könül oxĢamağı da bacarıram» (s.
 
245); 
   «Mən o türk deyiləm ki, ərəbcə bilməyim, iĢvə-naz etməyi də bacarmayım» (s. 265).  
81
 АВИИУ

№18;  №28. 


 
97 
isə Diyarbakırdan quzeydə, Murad-suyun güneyində və Subar bəyliyinin 
batısında yerləĢirdi.
82
 Burada arameylər deyil,
 
Mitanni dövründən qalmıĢ 
subar,  mitan-armi  türk  boyları  və  hurrilər  yaĢayırdı.
 
Buradakı  Armi 
bölgəsi  də  armi  etnoniminə  uyğun  urartuca  Arme,  asurca  Arime  adla-
nırdı.
83
  
VaxtaĢırı asur-urartu hücumlarına məruz qalan Arme bölgəsi zəif 
olduğundan
 
tədricən
 
asurlara
 
tabe
 
olan
 
əyalətə
 
çevrildi.
 
Lakin  onların  doğu 
tərəfində  olan  kiçik  Subar  bəyliyi  m.ö.  673-cü  ilə  qədər  müstəqilliyini 
qoruya bildi. Həmin tarixdən asurlar tərəfindən darmadağın edilən Subar 
bəyliyinin  yerində  asurların  iki  caniĢinliyi  yarandı  və  Arme  bölgəsi  batı 
əyalətin tərkibinə salındı. Hər iki əyalət Dəclənin yuxarı axarında təxminən 
MuĢ-Bitlis-Diyarbakır-Xəzər  gölü  arasındakı  ərazini  əhatə  edirdi  və  o 
çağlarda burada əsasən subar, urmu, mitan, armi boyları, yuxarıda Bingöl 
tərəfdə
 
qaĢqaylar
 
yaĢayırdı. Bu
 
türk  boyları  içində  Mitan  dövləti  çağından 
hurri boyları da qalmıĢdı.  
Buradan  quzeyə  çəkilən  subar,  mitan-armi  və  urmu  tayfaları  yeni 
axınla bölgəyə gəlmiĢ
 
soydaĢları saqa-qamərlərlə qovuĢub yeni qüvvəyə 
çevrildi  və  əvvəllər  Urartu  əyaləti  olan  bu  ərazidə,  Fərat  çayının  yuxarı 
axarında VII əsrin sonunda kiçik Ermən
 
(tarixi Ərməniyə) bölgəsi yaran-
dı. Bu bölgənin döyüĢçüləri
 
Asur dövlətinə qarĢı 615-də baĢlanan böyük 
müharibədə Mada ordusuna qoĢuldu və Mada çarı Kiaksar Asur dövlətini 
dağıdandan sonra Ermən bölgəsini ayrıca çaniĢinlik  kimi Mada
 
vilayə-
tinə  çevirib  saqa  boyundan  Parur  bəyi  bura  hökmdar  (caniĢin)  təyin  etdi. 
Görək «erməni tarixinin atası» adlanan Xorenatsi bu barədə nə deyir?  N. 
Eminin rusca tərcümə etdiyi kitabın 1858-ci il nəĢrindəki ifadə belədir:   
«Bizim ilk hökmdarımız baĢına Varbakın tac qoyduğu Paruyr Ska-
yordi  idi»  (Наш  первый  государь,  увенчанный  Варбаком,  быль  Па-
руйрь, сын Скайорди
 
).
 
Xorenatsini təkrar edən M. Kalankatlı da Paruy-
run  (baĢqa  əlyazmada  Batur)  hay  olmadığını  özəlliklə  «çik  ordi  haykay» 
(haysoylu deyil) deyimilə vurğulayır. Azərbaycan tarixçiləri isə həmin bəl-
                                                 
82
 Subar bəyliyi haqqında geniĢ məlumat üçün bax: «Azər xalqı», 2000, 129-113. 
83
 Yuxarıda  gözdən  keçirilən  Ebla  sənədlərindəki  Arme  ölkəsi  əgər  bu  Armedirsə,  onda 
xoronimin yaranma tarixi daha qədimlərə gedib çıxır. 
    Armenia adının urartu dilində Arme-nia Ģəklində yaranması fikri də irəli sürülmüĢdür. 
Nəzəri  baxımdan  bu  mümkündür,  lakin  praktikada  bunun  əksini  görürük,  belə  ki,  bu 
bölgənin adı urartu yazılarında Armenia Ģəklində yox, Arme kimi iĢlənir. Urartu yazıla-
rında ümumiyətlə Armenia toponimi yoxdur. 


 
98 
gəni «erməni çarı Paruyr» kimi tərcümə edirlər.
 84
 Göründüyü kimi, hay və 
alban tarixçiləri Ermən bölgəsinin ilk hökmdarı//caniĢini olan adamı saqa-
soylu sayır, sonrakı əksər tədqiqatçılar da bunu quĢqusuz qəbul edir, ancaq 
haydilli qaynağı orijinaldan oxuya bilməyən bəzi azər tarixçiləri dirənib ki, 
bu adam hay-ermənidir. M. Xorenatsinin Mada hökmdarının adını Varbak 
(Ərbəg) kimi yazması isə Ktesidən gələn və Kesariyalı Yevsevinin, Siçi-
liyalı Diodorun təkrar etdiyi bir gələnəkdir. Saqa-qamər boylarının Kiçik 
Asiya və Azərbaycanda at oynatdığı bir çağda onların yardımı ilə 612-də 
Asur dövləti üzərində qələbə çalan Mada elbəyi Ərbəg (=Kiaksar) subar 
və mitan-ermən boylarının yaĢadığı keçmiĢ Urartu torpağında adı hələ ki 
heç bir qaynaqda çəkilməyən, tarixi olaylarda görünməyən bir xalqa (hay-
lara) necə hökmdar təyin edə bilərdi?  
 Əlbəttə, Mada elbəyi Ərbəyin ölkənin quzey bölgələrində iç və dıĢ 
oğuzlar kimi, Van gölünün quzey-batısında yerli və gəlmə türk boylarının 
qovuĢduğu Ərmən adlanacaq bu Urartu bölgəsində bir saqa bəyi Paruyru 
bölgə bəyi təyin etməsi gerçək olay sayıla bilər, lakin bunun haylara heç 
bir aidiyəti yoxdur. Mada tarixi üzrə tanınmıĢ uzman Ġ. M. Dyakonov yazır 
ki, vaxtilə Q. A. Kapantsyan, B. B. Piotrovski və baĢqa tarixçilər hətta bu 
Paruyr bəyin məĢhur saqa elbəyi Partatua (Prototi) ola biləcəyi fikrini irəli 
sürmüĢlər.
85
 
Beləliklə, m.ö. 
612
-də Van gölü yaxasında Parur bəyin yönətimi ilə 
yaranan və haylara heç bir aidiyatı olmayan bu bəylik yalnız 90 il sonra 
əhəmənilər çağında «Ermən vilayəti» adlanır. Sonralar xristianlığın yaran-
dığı  çağlarda  Suriyanın  quzey-batısından  buraya  sızan  hay  tayfalarının 
gəliĢinə  qədər bölgədə əsasən armi (ermən), urmu, qaĢqay, subar-mitan, 
saqa-qamər türk boyları və qafqazdilli urartu boyları yaĢayırdı.  
Fərat
 
çayının yuxarı axarıda Murad-suyun yaxaları ilə
 
Van gölünün 
quzey-batı  tərəfində  yerləĢən  Ermən  bölgəsi  Mada  dövlətindən  sonra 
dalbadal Pers  (Əhəməni), Makedoniya-Selevki, türkmən-ərsaq soylu Part, 
Rum-Bizans, Ġran (Sasani), ərəb xilafəti, daha sonra Səlcuq və XX əsrin 
əvvəlinə  qədər  Osmanlı  imperiyasının,  sonra  da  bugünə  qədər  Türkiyə 
dövlətinin ərazisi olmuĢdur. Adı çəkilən dövlət və imperiya hökmdarları 
bura təyin etdikləri satrap və ya caniĢinlərə bəzən qonĢu bölgə və ölkələrin 
də  idarəçiliyini  verirdi.  Bu  da  müəyyən  çağlarda  Ermən  ölkəsinin  etnik
 
                                                 
84
 Хоренаци, I, XXII ; Kalankatlı, I. III;  Алб.Т, 1993,16. 
85
 Дьяконов, 1956, 352. 


 
99 
baxımdan
 
deyil,
 
siyasi-inzibati ərazi baxımından geniĢ əraziləri əhatə edən 
ölkə  (caniĢinlik)  statusu  ilə  tanınmasına  səbəb  olurdu.  Səid  Nəfisi  qeyd 
edir  ki,
 
«Xilafət  zamanı  ərəblər  Aran  torpağını  Qafqazda  fəth  etdikləri 
baĢqa  nahiyələrə  birləĢdirərək,
 
ona  Ərməniyə,  yəni  Ermənistan  adı  verdi-
lər».
86
 «Böyük Ərməniyə» ifadəsi də belə yaranmıĢdır.
  
Beləliklə,
 
Ermən ölkəsinin tarixini izləyə-izləyə gəlib
 
yeni eranın qa-
pısında
 
dayandıq.
 
Bura  qədər  deyilənlərə  kiçik  özət  verib,  sonra  Ermən 
ölkəsinin «haylaĢma» məsələsinə qayıdaq: 
1)  Fərat
 
çayının  yuxarı  axarında  m.ö.  III  minildən  X
 
əsrə  qədər 
subar-mitan, arada hurri-mitan, X-VIII əsrlərdə isə Urartu ərazisi olan və 
VII  əsrdə  saqa-qamər  boylarının  məskunlaĢdığı  Ermən  ölkəsinin  əhalisi 
əsasən türk (subar, armi-mitan, saqa-qamər) və hurri-urartu boyları idi. 
Bu bölgə VII əsrin sonundan Mada dövlətinin, VI əsrin ortalarından isə 
Əhəməni
 
dövlətinin əyaləti idi.
 
Selevkə qədər buranı zaman-zaman urartu, 
saqa, mada, sonra ərsaq və pers kökənli satraplar idarə etmiĢlər. 
 
2) Makedoniyalı Ġskəndərin Ön Asiyaya yürüĢündən sonra Əhəmə-
ni sülaləsinin hegemonluğuna son qoyuldu və artıq III əsrin baĢında Pers 
imperiyasının  yerində Selevki hökmranlığı  yarandı. Yalnız III Antioxun
 
(m.ö. 
223-187
) romalılara məğlubiyətindən sonra Ermən ölkəsi Romadan 
asılı iki vilayətə bölündü.
 
Böyük Tiqranın vaxtında bu vilayətlər qısa müd-
dətdə (20 il) vahid mərkəz - baĢkənd Tiqranakertdən idarə olunsa da, az 
sonra yenə də batıda romalılardan, doğuda ərsaqlardan asılı vassal bölgə-
lərə çevrildi.  
3)  Miladdan
 
sonra
 
Səlcuqların  gəliĢinə qədər Ermən  ölkəsi  zaman-
zaman Ərsaq, Sasani, Bizans, Xilafət (Ərəb) dövlətlərinin əyaləti olmuĢ-
dur.  Bu  çağlarda  Ermən  əyalətinə  təyin  edilən  caniĢinə  həvalə  olunmuĢ 
fəaliyət  məkanından  asılı  olaraq,  ölkənin  adı  siyasi-inzibati  ərazi  kimi  
gah böyümüĢ, gah da kiçilmiĢdir. Herodotun vaxtında «Böyük Armeniya»  
uzunluğu 310 km olan bir ölkə idi, hətta onun doğu qonĢusu olan Matien 
ərazisi uzunluğuna görə 
(750 km)
 ondan ikiqat artıq idi (Herodot, 
V.
 
52
). 
                                                 
86
 Няфиси, 1990, 26.  
    Ərmən adının etnik anlamda deyil, belə siyasi-inzibati və coğrafi anlamda süni Ģəkildə 
geniĢlənməsi 1828-də də olmuĢdur. Həmin ilin martında rus çarı I Nikolayın imzaladığı 
fərmana əsasən Ġrəvan xanlığı ilə Naxçıvan xanlığını birləĢdirib «Armyanskaya oblast» 
(Erməni vilayəti) adlandırdılar. Döğrudur, bütöv Güney Qafqazda Gürcü-Ġmeret və Kaspi 
Quberniyaları  yaranana  qədər  Armeniya  vilayəti  inzibati  ərazi  kimi  cəmi  12  il  mövcud 
oldu, lakin onun əks-sədası bugünə qədər hayların qulağında uğuldayır. 


 
100 
Göründüyü kimi, ermən adlı türk boyunun adından yaranan Ermən 
(Ərməniyə) xoronimi bu bölgədə etnik yox, inzibati-coğrafi anlamda olub 
zaman-zaman sınırları dəyiĢmiĢdir. Görünür, alban (ağvan) kimi, ermənlər 
də xristianlığı qəbul etmiĢ ilk türk boylarındandır, çünki erməni sözündə    
«xristian» mənası da yaranmıĢdı. Belə ki, ġəkinin KiĢ kəndində «Erməni 
yeri» toponimi və «Erməni qəbristanlığı» vardır, halbuki heç vaxt burada 
haylar yaĢamayıb. Tuna bulqarları içindəki ermi boyu da xristian idi.
87
 
 
Bugünkü hay-ermənilərin öz içində əsl soy adları olan hay etnonimi 
yaĢadığı halda, gürcülər onlara somexi

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin