17.5. İdarəetmənin metodları
Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə obyektinə təsir yollarının,
üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır.
İdarəetmənin metodlarını öyrənərkən nəzərə almaq lazımdır ki, onların təsirinin yönümü sosial-iqtisadi
sistemin, o cümlədən gömrük xidməti qarşısında qoyduğu konkret məqsədlərlə müəyyən edilir. Belə məqsədlər
konkret təşkilati, iqtisadi, sosial və texniki vəzifələrin həllini tələb edir i, bu da öz növbəsində idarəetmənin
müvafiq metodlarının tətbiqini tələb edir.
İdarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına və təsir formasına görə təsnif edilir.
Gömrük orqanlarında idarəçilik fəaliyətinin miqyasına görə ümumi və xüsusi metodlar fərqləndirilir.
İdarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin, strateji məsələlərinin həllinə
yönəldilmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və fəaliyyət göstərməsi məsələlərinin əldə
olunması üsullarını müəyyən edir.
İdarəetmənin xüsusi metodları, başlıca olaraq, operativ və cari idarəetmə sistemlərində (regional
gömrük idarələri, gömrükxanalar, gömrük postları) istifadə edilir.
Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları tətbiq edilir.
Birbaşa təsir metodları dövlətin iradəsinə və nüfuzuna əsaslanır. Onlara təşkilti-sərəncamverici və
hüquqi metodlar aiddir.
Dolayı təsir metodlarına sosial, psixoloji, iqtisadi və iqtisadi-riyazi metodlar aiddir.
Gömrük orqanlarında təşkiletmə və tənzimetmə kimi idarəetmə funksiyalarının reallaşdırılması
prosesində təşkilati-sərəncamverici (inzibati) metodların vasitəsilə əməkdaşların və kollektivlərin borc,
səlahiyyət, məsuliyyət, intizam tələbləri və s. kimi fəaliyyət aspektlərindən ibarət olan münasibətlər
formalaşdırılır.
Gömrük orqanlarında təşkilati-sərəncamverici metodların hərbiləşdirilmiş və hüquq mühafizə kimi
xüsusiyyətləri ondan ibarətdir ki, onlar bütövlükdə sistemə və ya ayrılıqda onun elementlərinə birbaşa direktiv
təsiri ifadə edir; gömrük orqanının rəhbərinə birmənalı qərar qəbul etməyə imkan verir; normativ-hüquqi və
direktiv sənədlərin icrasının məcburiliyinə əsaslanır.
Gömrük orqanlarında üç qrup təşkilati-sərəncamverici məqsəd: təşkilati, sərəncamverici və intizam
tətbiq edilir. Əsas yeri birinci qrupu təşkil edən təşkilati təsir metodları tutur. Onlar idarəetmənin əsası olan
sistemdə təşkilati əlaqələrin uzunmüddətli təsbitidir və nizamasalma, normalaşdırma və təlimatlandırmanı əhatə
edir.
150
Mövzu 18. Gömrük orqanları sistemində idarəetmənin təşkilati strukturları
18.1. İdarəçilik münasibətlərinin və idarəetmənin təşkilati strukturlarının növləri
Azərbaycan Respublikası gömrük orqanları sisteminin inkişafı idarəçilik problemlərinin həlli ilə sıx
əlaqəlidir, çünki idarəetmə həmişə bu və ya digər təşkilatın ayrı-ayrı həlqələri arasında dəqiq qarşılıqlı
əlaqələrin müəyyənləşdirilməsi, onlar arasında hüquq və vəzifələrin bölgüsü ilə başlanır. Bu məsələlərin
təşkilati rəsmiləşdirilməsi gömrük orqanlarının idarə edilməsinin optimal təşkilati strukturunun işlənib
hazırlanmasını nəzərdə tutur.
İdarəetmənin təşkilati strukturu dedikdə çox vaxt idarəetmənin iyerarxik elementlərinin və bu
elementlərin vahid bir tam kimi inkişafını təmin edən bir-biri ilə qarşılıqlı əlaqələrinin nizama salınmış toplusu
(məcmusu) başa düşülür.
İdarəetmənin təşkilati strukturları təhlil edilərkən, bir qayda olaraq, onlarda aşağıdakı elementlər ayrılır:
idarəetmə həlqələri, idarəetmə səviyyələri və qarşılıqlı əlaqələr.
Gömrük orqanları sistemində idarəetmənin həlqələrinə bunlar aiddir:
- Azərbaycan Respublikası DGK (Komitənin 01.01.2009-cu ilə olan mövcud strukturu 1 saylı
əlavədə verilmişdir);
- DGK-nın idarələri və müstəqil şöbələri;
- gömrükxanalar;
- gömrükxanaların şöbələri;
- gömrük postları və müvafiq professional və ya idarəçilik funksiyalarını icra edən ayrı-ayrı
mütəxəssislər.
İdarəetmənin bu həlqələri idarəetmə iyerarxiyasının müvafiq səviyyələrində yerləşir. İdarəetmənin
səviyyələri dedikdə təşkilatın iderəetmə sistemində müəyyən pillə tutan idarəetmə həlqələrinin məcmusu başa
düşülür.
Gömrük orqanlarının vahid sistemində idarəetmə strukturu üç səviyyədən ibarətdir:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi;
2. gömrükxanalar;
3. gömrük postları.
XX əsrin son onilliyində və XXI əsrin əvvəllərində informasiya və kommunikasiya texnologiyaları
cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. İnformasiya və kommunikasiya
texnologiyalarının dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri əhatə
etməsini nəzərə alaraq Dövlət Gömrük Komitəsi bu sahədə əldə olunmuş nəticələri inkişaf etdirmək və gömrük
işinin təşkilində informasiya texnologiyalarının geniş tətbiqini təmin etmək əzmindədir.
21 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş
"Azərbaycan Respublikası rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət proqramına
(Elektron Azərbaycan)" və “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və
Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyaya” müvafiq olaraq Dövlət Gömrük Komitəsində
Azərbaycan Respublikası gömrük xidmətinin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması
haqqında Fəaliyyət Proqramına uyğun olaraq müvafiq işlər aparılır və bu sahədə müxtəlif nailiyyətlər əldə
olunmuşdur.
Gömrük orqanlarının vahid qlobal korporativ şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi,
gömrük rəsmiləşdirməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin sənaye istismarının təmin edilməsi, müasir
texniki qurğuların tətbiqi ilə gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinə nəzarət avtomatlaşdırılmış
sisteminin yaradılması, gömrük anbarlarında və terminallarında malların uçotu, saxlanması və hərəkəti
prosesinin avtomatlaşdırılması, gömrük orqanları tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və
nəzarətinin avtomatlaşdırılmış sisteminin tətbiqi və İstifadədə olan informasiya-texniki və proqram təminatı
vasitələrinin yeniləşdirilməsi(modernləşdirilməsi) məsələləri mühüm əhəmiyyət kəsb edir.
Dövlət Gömrük Komitəsinin qlobal korporativ şəbəkəsi hazırda Xəzər Dənizində Azərbaycan
Respublikasının Mənafeyini Mühafizə idarəsi istisna olmaqla bütün gömrük orqanlarını əhatə edir. Şəbəkə öz
quruluşuna görə dörd əsas hissədən ibarətdir:
1) Peyk vasitəsi ilə təşkil olunmuş şəbəkə;
2) Aztelekom istehsalat birliyindən icarəyə götürülmüş optik lifli rabitəsi əsasında təşkil olunmuş
şəbəkə;
3) Xüsusi tezliklə işləyən radioantennalarla qurulmuş şəbəkə;
4) İSDN tipli şəbəkə.
Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ şəbəkənin
funksional sxemi aşağıakı kimidir (Sxem 1):
151
SXEM 1. Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ
şəbəkənin funksional sxemi
Qlobal korporativ şəbəkə Azərbaycan Respublikasının bütün gömrük orqanları arasında informasiya
mübadiləsinin aparılmasını və Dövlət Gömrük Komitəsinin vasitəsiçiliyi ilə hər bir gömrük orqanının internetə
çıxışını təmin edir.
Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq və yük gömrük bəyannamələrində olan
məlumatlara proqram təminatı vasitəsilə elektron nəzarətin aparılması məqsədilə "Gömrük rəsmiləşdirilməsi və
nəzarətinin avtomatlaşdırılmış sistemi ( GRNAS)" yaradılmışdır.
"Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi" proqram kompleksi yük gömrük
bəyannamələrinin(YGB) gömrük rəsmiləşdirilməsi prosesinin maksimum dərəcədə avtomatlaşdırılması üçün
nəzərdə tutulmuşdur. Avtomatlaşdırma prosesi iki mərhələdən ibarətdir:
- YGB-lərin elektron surətinin yaradılması;
- YGB-də olan məlumatlara nəzarətin keçirilməsi.
Nəzarətin birinci mərhələsi format-məntiqi yoxlama adlanır və tam şəkildə proqram təminatının
köməyilə aparılır, gömrük brokeri və lokal şəbəkənin adminstratoru tərəfindən həyata keçirilir. Format-məntiqi
yoxlama nəticəsində YGB-də istifadə olunan bütün kodlar yoxlanılır. YGB-nin yük və maliyyə aspektləri
ekspert səviyyəsində yoxlanılır. Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin
funksional sxemi aşağıdakı kimidir (Sxem 2):.
152
•
Бяйаннам янин “електрон” сцрятинин
йарадылм асы.
•
ЙЭБ-нин ф
орм ат-м янтиг и йохлам а усулу
иля йохланм асы
Эюм рцк Брокери
•
Форм ат-м янтиг и йохлам анын апарылм асы
•
ЙЭБ-нин г ейдиййатдан кечирилм яси
•
Малын кодунун ХИФЯН-ля дцзэцн тяйин
олунм асы.
•
Малын м иг дарынын йохланылм асы.
•
Малын м яншя юлкясинин йохланылм асы.
•
Г ейри-тариф
тянзим лянм я тядбирляринин
йохланылм асы
•
Эюндярм я вя кючцрцлм я шяртляринин
йохланылм асы
•
Мала бахышынын апарылм асы
Ы
даряетм я г ярарларынын г ябулу:
•
Малын бурахылышы;
•
Ялавя сянядлярин тяляб едилм яси;
•
Сянядляр “Г ачаг м алчылыг вя ЭГ П”
бюлм ясиня эюндярилир;
•
Рясм иляшдирилм я просеси там дайандырылыр.
Mяrkяzi baza
S
Я
H
V
L
Я
R
P
R
O
T
O
K
O
L
U
S
E
R
V
E
R
Мялум ат инзибатчысы
Maliyyя шюbяsi
Йцк шюбяси
Сянядлярин йохланылм асы
•
Малын м яншя юлкясинин йохлам асы.
•
Эюндярм я вя кючцрцлм я шяртлярин йохлам асы.
•
Эюм рцк дяйяринин йохланылм асы
SXEM 2. "Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi"nin funksional
sxemi
GRNAS proqram təminatına yalnız gömrük orqanının gömrük serverində qeydə alınmış istifadəçi
qoşula bilər. Əgər daxil edilmiş ad və şifrə sistemdə qeydə alınmış istifadəçilər cədvəlində iştirak edirsə və bir-
birinə uyğundursa, onda qeydə alınmış istifadəçiyə gömrük orqanının lokal şəbəkəsində GRNAS proqram
təminatının onun sistemdə vəziyyətinə uyğun gələn modulları ilə işləmək imkanı verilir.
Vəyannamənin doldurulması üçün GRNAS Proqram təminatından istifadə edən və gömrük organının
lokal şəbəkəsində işləyən gömrük Brokerləri "BROKER" modulundan istifadə edirlər..
GRNAS proqram təminatından istifadə etməklə gömrük orqanlarının "AİS və statistika" şöbələrinin
əməkdaşları elektron gömrük bəyannamələrinin qəbulu və qeydiyyatı, bəyannamələrdən təşkill olunmuş
verilənlər bazaları və sorğu bazası ilə məşğul olmaq imkanına malikdirlər. Eyni zamanda həm maliyyə
şöbəsinin əməkdaşları, həm də yük şöbəsinin əməkdaşları GRNAS proqram təminatından istifadə etməklə
müvafiq funksiyaları yerinə yetirirlər.
Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxslərin
məlumatlandırılması üçün gömrük orqanlarında informasiya köşkləri fəaliyyət göstərir. İnformasiya köşklərində
rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif
dərəcələri yerləşdirilib. Xarici-iqtisadi əlaqələr iştirakçısı informasiya köşkünə müraciət edərək şəffaf şəraitdə
lazımi məlumatı və eyni zamanda gömrük rəsmiləşdirilməsi barədə GRNAS-dan müvafiq məlumatı əldə edə
bilir. Məsələn, köşkdən malların idxal və ixracı zamanı çox vacib olan aşağıdakı məlumatları almaq olar.
Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Azərbaycan
Respublikasının Gömrük Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada seçilmiş
gömrük recimlərinə uyğun olaraq həyata keçirilir.
Eyni zamanda informasiya köşkündən lisenziyalaşdırma qaydaları və lisenziya tələb olunan mallar,
xarici ticarətdə istifadə olunan anlayışlar və bəzi terminlər, güzəştli mallar, mədəni sərvətlərin keçirilməsi
zamanı tələb olunan qaydalar və bir çox digər qaydalar haqqında məlumatlar əldə etmək mümkündür.
Dövlət Gömrük Komitəsinin ON LİNE rabitə kompleksinin geniş tutumuna, cari informasiya və
telefon-faks mübadiləsinə xələl gətirmədən videorabitə sisteminin təıtbiqi ilə videokonfrans sistemi
yaradılmışdır. Videokonfrans sistemi konfrans iştirakakçılarına yüksək effektli vizual və audio ünsiyyət imkani
yaradır. Ən muasir videorabitə texnologiyasi vasitəsilə sistem aydin və təmiz təsvir, kristal saf səsin
ötürülməsini təmin edir.
153
Tənzimlənə bilən rabitə zolağı, Stereo Surround səs standartı, videotəsviri və səsi əlaqələndirən sistem
videokonfranslarda təbii ünsiyyətin yaradılmasına xidmət edir. Kompleks çox asan idarə olunur və xüsusi
hazirliq tələb etmir.
Dövlət Gömrük Komitəsini, Astara, Xaçmaz və Tovuz gömrük idarələrini birləşdirən videokonfrans
sisteminin birləşmə sxemi aşağıdakı şəkildə verilmişdir.
Gömrük işinin əsas məsələlərindən biri də sərhəddən keçirilən mal və nəqliyyat vasitələrinə nəzarəti və
onların rəsmiləşdirilməsini təşkil etməkdir. Bildiyimiz kimi sərhədi keçən mal və nəqliyyat vasitələri idxal,
ixrac və tranzit kimi keçə bilir. Mal və nəqliyyat vasitələrinə nəzarət etmək üçün daşınma cədvəllərindən
istifadə olunur və təyinat gömrük orqanlarına telefonoqramla onlar haqqında məlumatlar ötürülür (Sxem 3):.
SXEM 3. Videokonfrans sisteminin birləşmə sxemi
Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini həyata keçirmək
məqsədilə giriş və çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini
təmin etmək üçün "Çatdırma" proqram təminatı hazırlanmışdır.
Gömrük sərhədinin keçən nəqliyyat vasitələrinin elektron qeydiyyatı aparılır. Nəqliyyat vasitələri
haqqında məlumatların giriş gömrük orqanında məlumat bazasına daxil olunmasından sonra fayl şəklində
müvafiq məlumat hazırlanır və "İnternet" sistemi ilə elektron poçt vasitəlsilə təyinat gömrük məntəqəsinə
göndərilir. Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar məlumat bazasında nəzarətdə
saxlanılır. Təyinat gömrük orqanında yükün gəlməsi haqqında məlumat alındıqdan sonra inspektor elektron
müqayisə nəticəsində həmin yükü nəzarətdən çıxarır. Giriş gömrük orqanında yüklərin nəzarətdən çıxarılması
üçün müvafiq elektron cavab hazırlanır və poçt vasitəsilə göndərilir. Giriş gömrük orqanından göndərilmiş,
lakin nəzarətdən çıxarılmayan yüklər haqqında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsi
tərəfindən tədbirlər görülür.
Son illər ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində fiziki şəxslərin xüsusi çəkisi
artır. Fiziki şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə
kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların rəsmiləşdililməsi zəmanı gömrük mədaxil
orderlərindən istifadə olunur. Fiziki şəxslər tərəfindən gətirilən yüklərin rəsmiləşdirilməsi üçün tətbiq olunan
Tovuz
G
ömrük
İdarəsi
DGK
Xaçmaz
Gюmrük
İdarəsi
Astara
G
ömrük
İdarəsi
Aztelecom
Xaçmaz
ATS
Astara
ATS
Tovuz
ATS
154
gömrük mədaxil orderləri üzrə avtomatlaşdırılmış iş yerinin yaradılması məqsədilə " Gömrük mədaxil orderi
(GMO)" proqram təminatı DGK sədrinin 009 saylı 11 mart 1998-ci il tarixli əmrinə müvafiq olaraq 1998-ci
ilin aprel ayından tətbiq olunur. Gömrük mədaxil orderləri üzrə məlumat bazası 3 mərhələdə yaradılır:
- sərhəd postlarında;
- regional gömrük idarələrində;
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində.
Sərhəd gömrük məntəqələrində və bəzi hallarda regional gömrük idarələrində uyğun sənədlər əsasında
gömrük mədaxil orderləri tərtib olunur və müvafiq proqram təminatının köməyilə məlumatlar bazaya daxil
edilir və iş gününün sonunda DGK-nə ötürülür.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində mərkəzi məlumat bazası yaradılmışdır. Mövcud
tətbiqi proqramlar paketinin köməyilə aşağıdakı məlumatları almaq olar:
- GMO-lar üzrə olan gömrük rüsum və yığımları haqqında;
- Mənşə ölkələri, mallar və fiziki şəxslər haqqında.
Bütün dünya miqyasinda olduğu kimi Azərbaycan Respublikasında da cəmiyyətin iqtisadi və sosial
həyatının saflaşdırılmasında narkoticarət və qaçaqmalçılıqla mübarizə əsas məsələlərdən biri hesab olunur.
Gömrük orqanları həm Azərbaycan Respublikasının qanunları , həm də gömrük qaydalarının hüquq pozuntuları
faktlarının aşkar edilməsi prosesinin əsas həlqəsidir. Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması
faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq məqsədilə
əməliyyat-axtarış tədbirlərinin avtomatlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür. Bu məqsədlə
"Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı və
nəzarətinin avtomatlaşdırılması sistemi" yaradılmışdır. Sistemin funksional sxemi aşağıdakı kimidir.
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyatı
və nəzarətinin avtomatlaşdırılmış sistemi respublikanın gömrük orqanları tərəfindən aşkara çıxarılan hüquq
pozuntularının avtomatlaşdırılmış qeydiyatının təşkilini təmin edir. Başqa sözlə, hüquq pozuntularının məlumat
bazası yaradılmışdır. Belə bir informasiya əsasında gömrük qaydalarının pozulması və qaçaqmalçılıqla
mübarizənin təşkili vəziyyətini göstərən riskin keçirilməsi və respublikanın regional gömrük idarələri üzrə
hesabatın alınması mümkündü (Sxem 4):
Эюмрцк орг анлары
тяряф
индян ашкар
олунан щцг уг позунтулары
ы
ны
н
г ейдиййаты
Щцг уг позунтулары
ы
ны
н
“мялумат базасы
ны
н”
йарады
лмасы
Республика эюмрцк орг анлары тяряф
индян
ашкар олунмуш щцг уг позунтулари
ф
актлары
на даир протокол вя йа актлар
эюмрцкханаларда компцтеря дахил едилир
вя шябякя васитяси иля ДЭК-ня ютцрцлцр.
Азярбайъан Республикасы
ДЭК-дя бу
мялуматлар ясасы
нда СГЛ(ОРАЪЛЕ)
истиф
адя олунмаг ла “мцштяри-сервер”
ф
ормалашды
ры
лы
р
Gюmrцk qaydalarы
nы
n pozulmasы
vя
qaчaqmalчы
lы
qla mцbarizяnin vяziyyяtinя dair
hesabatlarы
n alы
nmasы
“Риск” менеъементин апары
лмасы
Гачаг малчы
лы
г малы
-юлкя-няг лиййат нювц-
эизлятмя нювц зянъири цзря аналитик иш
Чы
хы
ш ф
ормаларына мцваф
иг олараг статистик
щесабатлары
н тяртиб олунмасы
, сахланылмасы
вя чап едилмяси
Республиканын эюмрцк орг анлары
нда ашкар
едилмиш щцг уг позунтулары
цзря тяртиб едилян
протокол вя йа актлар
Азярбайъан Республикасы
ны
н эюмрцк орг анлары
тяряф
индян ашкар олунмуш щцг уг позунтулары
ны
н
г ейдиййаты
вя нязарятинин автоматлашды
ры
лмасы
системи
Mяlumat
bazasы
SXEM 4. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən aşkar olunmuş hüquq
pozuntularının qeydiyyatı və nəzarətin avtomatlaşdırılması sistemi
155
Müvəqqəti idxal (ixrac) gömrük recimi altında yerləşdirilmiş mal və nəqliyyat vasitələri üzrə reqional
və mərkəzi məlumat bazalarının yaradılması və belə mallara elektron nəzarətin aparılması haqqında DGK
sədrinin 082 saylı 29.11.02 tarixli əmrinə əsasən 2003-cü ilin yanvar ayının 1-dən başlayaraq respublika
ərazisinə müvəqqəti idxal olunmuş və respublika ərazisindən müvəqqəti aparılmış mallara "Müvəqqəti"
proqram təminatının köməyilə elektron nəzarət həyata keçirilir.
"Müvəqqəti" proqram təminatının tətbiq olunması nəticəsində müvəqqəti idxal kimi gətirilmiş və
sonradan sərbəst dövriyyəyə buraxılma halları, təyin olunmuş vaxt qurtardıqdan sonra ixrac kimi geriyə
qaytarılma halları, əvvəlcədən təyin olunmuş son vaxtın mövcud qanunvericiliyin tələblərinə əməl olunmaqla
yenqidən uzadılması halları araşdırılır və operativ şəkildə elektron nəzarətin aparılması təmin olunur. Eyni
zamanda proqram təminatının köməyi ilə müvəqqəti idxal olunan mallar üçün tətbiq olunan dövrü gömrük
rüsumlarının hesablanması mümkündür. "Müvəqqəti" proqram təminatının texnoloci sxemi aşağıdakı kimidir.
Azərbaycan Respublikasında xarici ticarətin mövcud vəziyyətini əks etdirən aylıq hesabatların
hazırlanması, müxtəlif təşkilatlardan daxil olan sorğulara cavab hazırlanması və gömrük statistikasının
aparılması məqsədilə digər sorğulara cavab verilməsi üçün "Wingomruk" proqram təminatı hazırlanmışdır
(Sxem 5):
“Мцвяггяти ” програм тяминатынын техноложи
схеми
156
SXEM 5. «Müvəqqəti» proqramm təminatının texnoloji szemi
"Wingomruk" proqram təminatı yük gömrük bəyannamələri əsasında yaradılmış məlumat bazasından
standart şəkildə statistik və maliyyə hesabatlarının alınması üçün istifadə olunur. Bu proqramın köməyilə ölkələr
üzrə, mal pozisiyaları üzrə, saziş növləri üzrə, fiziki və hüquqi şəxslər üzrə, gömrük rüsum və yığımları üzrə və
s. 100-dən çox müxtəlif tipli sorğulara cavab almaq olar.
Bununla yanaşı, çox vaxt idarəçilik münasibətlərinin aşağıdakı kanalları nəzərdən keçirilə bilər:
Dostları ilə paylaş: |