Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


VI. 26. 3. Məktəbə  psixoloji xidmətin  funksiyaları



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   41   42   43   44   45   46   47   48   49

VI. 26. 3. Məktəbə  psixoloji xidmətin  funksiyaları  

və  əsas  istiqamətləri

Məktəbə psixoloji xidmətin əsas istiqamətlərini, sahələrini

aşağıdakı şəkildə müəyyənləşdirmək olar:  psixoprofilaktik işlər, 

konsultativ işlər, diaqnostik işlər, korreksiya işləriyardımçı işlər

Bu işlər bir növ məktəbə psixoloji xidmətin,  o cümlədən

məktəb psixoloqunun funksiyalarını təşkil edir. həmin fəaliyyət

sahələrini ayrı-ayrılıqda nəzərdən keçirək.



Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixo-

profilaktik işlər. Psixoloji tədqiqatlar artıq çoxdan sübut etmişdir

626

ki,  şagirdin psixi inkişafında baş verən bu və ya digər qüsuru

aradan qaldırmaq,  əvvəlcədən həmin qüsurun baş verməsinin

qarşısını almaqdan qat-qat çətindir. Buradan isə psixoprofilak-

tik işlərin əhəmiyyəti xüsusi olaraq diqqəti cəlb edir.  Həmin

cəhət məktəbə psixoloji xidmət zamanı da nəzərə alınmalıdır. 

Bəs bu işin mahiyyəti nədən ibarət olmalıdır?

Psixoprofilaktik işlər başlıca olaraq məktəb təlimi

prosesində uşaqların psixi inkişafında baş verə biləcək

qüsurların qarşısını almaq məqsədilə həmin inkişafın gedişi

üzərində nəzarətin təşkilindən ibarətdir.  Müəllimlə birlikdə

psixoloq şagirdin əqli inkişafında və şəxsiyyətinin inkişafında

müəyyən qüsurların,  yayınma hallarının baş verməsinə səbəb

ola biləcək xüsusiyyətləri aşkara çıxarmağa cəhd göstərir və

müvafiq tədbirləri həyata keçirir.  Bu zaman birinci növbədə

uşağın həyatının keçid mərhələləri,  məsələn,  onun əsas

fəaliyyət növünün kəskin şəkildə dəyişməsi ilə nəticələnən

məktəbə daxil olma dövrü,  yaxud yeniyetməlik dövrünün

başlanması və s.  üzərində nəzarətə xüsusi yer verilməsi lazım

gəlir.  Ona görə də məktəb psixoloqu uşaqların birinci sinfə

qəbulunda iştirak etməli və bu zaman onların zəif,  normalara

uyğun gəlməyən cəhətlərini aşkara çıxarmalı,  onların nail

olduqları səviyyə ilə yanaşı müvəffəqiyyətlə oxumalarına

müsbət və ya mənfi təsir göstərə biləcək idrak fəallığının, 

məktəbə motivləşmə,  emosional-iradi cəhətdən hazırlığın

inkişaf xüsusiyyətlərinə xüsusi diqqət yetirməlidir.  Məktəbə

hazırlıqla bağlı qüsurları aradan qaldırmaqla əlaqədar

valideynlərə

məsləhət

verməlidir. 

Məktəb

psixoloqu



müəllimlərlə birlikdə uşaqların məktəb təliminə alışmaları üçün

fərdi iş proqramı hazırlamalı və həyata keçirməlidir.

Eyni işi yeniyetməlik dövrünə keçid mərhələsində də

həyata keçirmək zəruridir. Bu mərhələdə şagirdin fəaliyyətində

əsaslı dəyişiklik baş verir. İbtidai məktəbdən orta məktəbə keç-

id dövründə şagirdlə əvvəlkindən fərqli olaraq bir deyil,  bir

neçə müəllim məşğul olur,  təlim materiallarının məzmunu


627

mürəkkəbləşir.  Ona görə də bu dövrdə şagirdin inkişa-fındakı

qüsurları aşkara çıxarmaq və sonradan baş verə biləcək

çətinliklərin qarşısını almaq lazım gəlir. 

Digər tərəfdən,  yeniyetməlik dövrünün özünəməxsus

xüsusiyyətləri ayrı-ayrı şagirdlərdə müxtəlif şəkildə təzahür edə

bilər.  Bütün bu cəhətlər məktəbə psixoloji xidmətin əsasında

dayanmalıdır.

Nəhayət, böyük məktəb yaşı dövrünə keçid də şagirdlərdə

həmişə rəvan getmir.  Məktəb psixoloqu nəzərə almalıdır ki, 

VIII sinfi başa vurmaqla sonrakı təhsil yolunu, peşə yönümünü

müəyyənləşdirməyə yönələn şagirdlərdə bir sıra qüsurlar özünü

göstərə bilər. Şübhəsiz onların qarşısının qabaqcadan alınması

zəruri bir iş kimi qarşıda durur.

Bütün bu cəhətləri nəzərə alaraq məktəb psixoloqu fərdi

və trup halında məsləhətlərdən geniş istifadə etməli,  bu

prosesdə şagirdləri zəruri bilik,  təlim əməyi bacarıq və

vərdişlərinə yiyələnmənin qanunauyğunluqları ilə tanış etməlidir.

Məktəb psixoloqunun profilaktik fəaliyyətinin ən pers-

pektiv formalarından biri psixoloji-pedaqoji konsiliumun

keçirilməsindən ibarətdir.  Psixoloji-pedaqoji konsilium zamanı

sinifdə dərs deyən müəllimlər psixoloqla birlikdə bu və ya

digər şagird və ya bütövlükdə sinif haqqında fikirlərini

birlikdə,  kollektiv şəkildə müzakirə edir,  çətinliyin və geridə

qalmanın səbəblərini aşkara çıxarır,  eyni zamanda bu və ya

digər çətinliyin qarşısını almaq,  onu aradan qaldırmaq üçün

səmərəli yollar düşünürlər.  Psixoloji-pedaqoji konsilium,  eyni

zamanda,  ümumi orta təhsil şəraitində xüsusi aktuallıq kəsb

edən və mürəkkəb xarakterə malik olan şagirdlərdə meyl, 

qabiliyyət və talantın inkişaf etdirilməsi problemini dərindən

həll etməyə imkan verir.

İ.  V.  Dubrovinanın fikrincə,  psixoloji-pedaqoji konsili-

umun keçirilməsi zamanı psixoloqun başlıca vəzifəsi - şagirdin

əqli


inkişafını, 

şəxsiyyətinin

əsas

keyfiyyətlərini



qiymətləndirərkən

müəllimlərin

ona

müxtəlif


cəhətdən

628

yanaşmalarına

köməklik

göstərmək,  onun davranış və

münasibətinin təzahürünün mürəkkəb və çoxcəhətli xarakter

daşıdığını,  əsas diqqəti şagirdin özünüqiymətləndirməsinə, 

motivlərinə,  idrak maraqlarının xüsusiyətlərinə,  emosional

istiqamətinə yönəltməyin zəruriliyini göstərmək,  ən başlıcası

isə şagirdin sonrakı inkişafına nikbin yanaşmalarını,  onunla

işləməyin real proqramını müəyyənləşdirmələrini təmin

etməkdən ibarətdir.

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən

məsləhət (konsultativ)  işləri.  Məktəbə psixoloji xidmət

fəalyyətində müəllim, şagird və valideynlərlə aparılan məsləhət

işləri əsas yerlərdən birini tutur. Məktəb psixoloqunun apardığı

bu cür məsləhətlər fərdi və qrup halında keçirilə bilər.  Hər

ikisində əsas məqsəd bu və ya digər çətinliklərin mahiyyətini

açmaq və onları aradan qaldırmaq üçün müvafiq psixoloji yol-

lar

göstərməkdən



ibarətdir.  Adətən,  psixoloq

məktəb


müəllimlərinə aşağıdakı hallarda məsləhət verməli olur: 

şagirdlərin tədris materialını mənimsəmələrindəki çətinliklər, 

oxumaq həvəsinin olmaması və oxuya bilməmələri ilə bağlı, 

müəllimlə sinif arasında münaqişə yarandıqda,  aparılan peda-

qoji təsir vasitələri nəticə vermədikdə, müəllimin şagirdlərlə və

şagirdlərin bir-biri ilə ünsiyyətindəki çətinliklərlə əlaqədar, 

şagirdlərin maraq,  meyl və qabiliyyətlərini aşkara çıxarmaqla

bağlı,  şagirdlərin peşə yönümü,  peşə seçmələrinə istiqamət

verməklə bağlı və s. 

Psixoloq


şagirdlərlə

fərdi


olaraq

tədris,  inkişaf, 

öyrənmənin

səmərəli


yolları, 

həyat


mövqeyini

müəyyənləşdirmək,  böyüklərlə və yoldaşları ilə ünsiyyət, 

özünütərbiyə və s.  məsələlər ətrafında məsləhət keçirə bilər. 

Bununla yanaşı olaraq bir qrup şagirdlərlə və ya siniflə özünü

tərbiyə,  əqli əmək mədəniyyəti və s.  problemlər ətrafında

məsləhət təşkil edə bilər.

Adətən, 

məktəb


psixoloqu

ilə


məsləhətləşməyə

valideynlər daha çox ehtiyac hiss edirlər.  Psixoloqun



629

valideynlərə psixoloji məsləhəti aşağıdakı məsələləri əhatə edə

bilər:  Uşağı məktəbə necə hazırlamaq,  onların təlim marağını

necə inkişaf etdirmək;  oxumaq istəməməsi, hafizəsinin zəifliyi

dalğınlıq, qeyri-mütəşəkkillik, qeyri-müstəqillik. "təcavüzkarlıq", 

hövsələsizlik,  inadkarlıq,  qorxaqlıq,  sözə baxmamaq, laqeydlik

və s.  kimi qüsurları necə aradan qaldırmaq; uşaqda ailənin

böyük üzvlərinə, özündən kiçik bacı və qardaşlarına qarşı me-

hriban münasibəti hansı yollarla tərbiyə etmək və s.

Psixoloji xidmətlə əlaqədar psixoloq hami təşkilatların, 

həddibuluğa çatmamış uşaqlarla iş aparan komissiyaların, xalq

məhkəmələrinin,  uşağın psixoloji vəziyyəti ilə əlaqədar psix-

oloji ekspertiza komissiyasının və b. yerinə yetirəcəkləri işlərdə

onlara köməklik göstərmək məqsədilə də məsləhətlər keçirə

bilər.

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən di-

aqnostik işlər.  Psixoloji xidmətdə əsas yerlərdən birini diaq-

nostik işlər tutur.  Bu işlərin əsas üstün cəhətləri ondan

ibarətdir ki,  psixoloqun köməyi ilə şagirdlərin həm əqli,  həm

də şəxsi imkanları aşkara çıxarılır.  Bununla da şagirdlərin

fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır.

Məhz buna görə də təlim və tərbiyə prosesində ayrı-ayrı

şagirdlərin təlim və tərbiyəsindəki qüsurların psixoloji

səbəblərinin aşkara çıxarılması və onların aradan qaldırılması

yollarının müəyyənləşdirilməsi məktəbə psixoloji xidmət

işində mərkəzi yer tutur.  Bunun üçün psixoloji xidməti təşkil

edən şəxsdən xüsusi hazırlıq tələb olunur. Bu işi aparan adam

düzgün sual verməyi,  psixoloji problemi müəyyənləşdirməyi, 

lazımi məlumatı əldə etməyi, həmin məlumatları təhlil etməyi

və bütün bunların əsasında zəruri nəticəyə gəlməyi bacarmalıdır.

Məktəbə psixoloji xidmətlə əlaqədar olaraq psixoloq

aşağıdakı diaqnostik işləri həyata keçirməlidir:

- ümümiyyətlə,  eləcə də ayrı-ayrı fənnlər üzrə

şagirdlərin mənimsəyə bilməmələrinin psixoloji səbəblərini aşkara

çıxarmaq; 


630

- şagirdlərin intizamsızlıqlarının psixoloji səbəblərinin

diaqnostikası;

- şagirdlərin əqli inkişafının,  şəxsiyyətinin və emosional-

iradi xüsusiyyətlərinin diaqnostikası;

– şagirdlərin sinif yoldaşları ilə qarşılıqlı münasibətlərinin

pozulmasının, 

sinifdə


şəxsiyyətlərarası

münasibətlərin

pozulmasının səbəblərinin psixoloji diaqnostikası;

-

şagird-müəllim, 



sinif-müəllim

münasibətlərinin

pozulmasının səbəblərinin psixoloji diaqnostikası;

- uşağın məktəbə hazırlığının psixoloji diaqnostikası;

– şagirdlərin ibtidai məktəbdən orta məktəbə keçməyə

hazır olmalarının psixoloji diaqnostikası;

- şagirdlərin yeniyetməlik dövründən ilk gəncliyə

keçməyə hazır olmalarının psixoloji diaqnostikası və s.

Şübhəsiz bütün bu cür diaqnostik işləri necə gəldi apar-

maq mümkün deyildir.  Bunun üçün psixoloq düşünülmüş və

bütün tələblərə cavab verən metodlardan istifadə etməlidir.

Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək

korreksiya işləri.  Məktəbə psixoloji xidmət təkcə diaqnostik

işləri həyata keçirməklə də başa çatmır. Bu və ya digər çətinliyi

və onun səbəbini aşkara çıxarmaqla yanaşı (istər intellektual, 

istərsə də şəxsiyyət baxımından) psixoloji xidməti həyata keçirən

mütəxəssis həmin çətinlikləri aradan qaldırmaq,  təshih etmək

üzrə də iş aparmalıdır.  Yalnız bu zaman nəzərdə tutulmuş

nəticəni əldə etmək mümkündür. Məhz buna görə də psixoloji

xidmət zamanı aşağıdakı korreksiya işlərinin həyata keçirilməsi

zəruridir:

     - şagirdlərin şəxsiyyətində,  əqli inkişafında,  emosional iradi

xüsusiyyətlərində

özünü


göstərən

çətinliklərin

aradan

qaldırılması; 



     - şagirdlərin yaşlılar və həmyaşlıları ilə qarşılıqlı

şəxsiyyətlərarası münasibətlərində özünü göstərən qüsurların

aradan qaldırılması.

Adətən,  korreksiya proqramının həm psixoloji,  həm də



631

pedaqoji cəhətləri vardır və onların həyata keçirilməsi bir-

birindən müəyyən dərəcədə fərqlənir. Psixoloji korreksiya psix-

oloq tərəfindən planlaşdırılır və həyata keçirilir.  Pedaqoji kor-

reksiya isə məktəb psixoloqu müəllimlərlə birlikdə (məktəb di-

rektoru,  dərs hissə müdiri,  sinif rəhbəri,  fənn müəllimi) 

planlaşdırılır,  psixoloqun nəzarəti və köməkliyi ilə müəllimlər

və valideynlər tərəfindən həyata keçirilir.



Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək

yardımçı

işlər.  Məktəbə

psixoloji

xidmətlə

əlaqədar


əsasnamədə yuxarıda qeyd olunanlarla yanaşı,  bir sıra

yardımçı işlərin həyata keçirilməsi də nəzərdə tutulur.  Həmin

işlər bu və ya digər şəkildə əsas işlərlə bağlanır və onların

həyata keçirilməsinə xidmət edir.  Psixoloji xidmət zamanı

yerinə yetirilən həmin yardımçı işlərə aşağıdakıları aid etmək

mümkündür:

-

məktəb


psixoloqu

şagirdlərin

davranış

mənimsəmələrinin psixoloji təhlilini vermək və burada onların



şəxsiyyətlərinin və qabiliyyətlərinin fərdi psixi xüsusiyyətlərini

daha dəqiq,  ətraflı açmaq məqsədilə pedaqojikonsilium təşkil

edir;

-    məktəb psixoloqu məktəbin pedaqoji şurasının işində



iştirak edir;

-      psixologiya kabinəsi və məktəb kitabxanasının

köməyi ilə müxtəlif yaşlı uşaqların təlim və tərbiyəsi

problemlərinə

dair

psixoloji-pedaqoji



ədəbiyyatdan

şagirdlər üçün psixoloji ədəbiyyatdan ibarət bölmə,  "kitabxa-



na" yaradır.

Məktəbdə psixoloji xidmətin qeyd olunan istiqa-mətlərini

müxtəlif konkret sahələrə tətbiq etmək mümkündür.  Bunların

ən əsaslarından bəzilərini nəzərdən keçirək.



Məktəbə psixoloji hazırlığın diaqnostikası. Məktəbə psixolo-

ji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji

hazırlığının diaqnostikasını verməkdən ibarətdir.  Bu sahədə

aparılan işin əhəmiyyəti öz-özünə aydındır.  Uşağın məktəbə, 



632

məktəb


təliminə

psixoloji

hazırlıq

səviyyəsini

müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları ara-

dan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən şagirdlərin

imkanlarına uyğun iş aparmaq üçün şərait yaradır.  Məhz buna

görə də məktəb psixoloqu (sinif muəllimi ilə birlikdə)  birinci

sinfə qəbul olunacaq uşaqların məktəbə psixoloji hazırlıq

səviyyəsini aşkara çıxarmalıdır.  Bu bir növ məktəbə psixoloji

hazırlığın diaqnostikasından ibarətdir.

Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən

aşağıdakı üç mühüm göstəriciyə istinad etmək lazım gəlir:

1)  L. S. Vıqotskinin   bağça   yaşı   dövründə affektlərin

intellektuallaşdırılmasının      əsas      yenidənyaranma      halı   

olması    barədə    fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyə-

tinin zəminlərindən biri – məktəbə hazırlığın mühüm

göstəricisi kimi nəzərə almaq,  xarakterizə etmək lazımdır.  Bu

bir də ona görə zəruridir ki,  uşağın məktəbdə məşğul olacağı   

fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını

tələbedir.

2) Uşağın  məktəbə hazırlığını xarakterizə edərkən nəzərə

alınması zəruri olan ikinci mühüm göstərici əyani-obrazlı

təfəkkürün inkişaf səviyyəsindən ibarətdir.  Burada təsviri-

sxematik    vasitələrin təhlili,  quraşdırılması və    tətbiqi      ilə   

əlaqədar işlərin  yerinə - yetirilməsinə fikir verməlidir.

3)  Şəxsiyyət xarakteristikası üzrə göstəricilər.  Burada

şəxsiyyətin bütün cəhətlərinin inkişaf xüsusiyyətləri deyil, 

təlim fəaliyyətinin təşkilinə köməklik göstərən (və ya mane

olan)  şəxsiyyət göstəriciləri (emosional cəhət,  ünsiyyətin

xüsusiyyətləri,  kollektiv fəaliyyətə daxil olmaq və s.)  nəzərə

alınmalıdır.

Məktəb psixoloqu qeyd olunan göstəricilər üzrə birinci

sinfə qəbul olunan uşaqların hər birinin məktəbə hazırlıq

səviyyəsini aşkara çıxarmaqla müəllimin onlarla müvafiq

səmərəli iş aparması üçün şərait yaradır.  Ona görə də qabaq-

cadan hazırlanmış proqrama əsasən uşaqlar yoxlanılmalıdır. 


633

Proqram hazırlanarkən yuxarıda qeyd olunan göstəricilərin

xüsusiyyətlərini

açmağa


imkan

verən


yolları

müəyyənləşdirməklə,  aşağıdakı texniki və metodiki tələblərə

əməl olunmalıdır.

Hər şeydən əvvəl,  hər uşaq yalnız bir dəfə yoxlamadan

keçirilməli və bu iş 20-30 dəqiqədən artıq davam etməməlidir. 

Bu tələb bir tərəfdən yoxlanan uşağın imkanlarını nəzərə al-

maqla bağlıdır.  Belə ki,  psixofizioloji tədqiqatlardan məlum

olduğu kimi,  həmin yaş dövründə uşaqların əqli iş

qabiliyyətinin səviyyəsi məhz 20-30  dəqiqədən ibarət olur. 

Digər tərəfdən,  uşağı I sinfə yazdırmaq üçün valideynlər onu

bir neçə dəfə yoxlamaya gətirməyə o qədər də razılıqla

yanaşmırlar.

İkincisipsixoloji yoxlamaları valideynin iştirakı ilə apar-

maq məqsədə müvafiqdir.  Belə olduqda uşaqlarda və

valideylərdə gərginliyin yaranmasının qarşısı alınır. Yoxlama-

dan əvvəl valideynlərə izah olunur ki,  yoxlamanın məqsədi

uşağı imtahan etməkdən ibarət deyildir.  Burada əsas məqsəd

uşağın imkanlarını aşkara çıxarmaq və gələcəkdə onunla

işləmək üçün müvafiq yollar düşünməkdən ibarətdir. Yoxlama

motivinin bu cür izahı valideynin psixoloqa inamla

yanaşmasına və yeri gələndə ona köməklik göstərməsinə im-

kan yaradır.



Ücüncüsü, yoxlamanın nəticələri uşağın xüsusiyyətlərinin

keyfiyyət xarakteristikasını verməlidir.

Gələcək I sinif şagirdləri üzərində aparılan eksperi-

mental psixoloji yoxlama suallardan başlanmalıdır. Adətən, bu

cür suallar standart xarakter daşıyır:  sənin adın nədir,  neçə

yaşın var,  uşaq bağçasına gedirsənmi.  Sualları verməklə

psixoloq öz təbəssümü ilə uşaqları ruhlandırmalıdır.  Burada

yeri gəldikcə bu və ya digər cəhətə əsasən uşağı tərifləmək

tələb olunur. Məsələn, qıza belə demək olar ki, onun nə yaxşı

donu,  saçı var.  Oğlana demək olar ki,  afərin,  nə yaxşı

oğlandır, yəqin anasının yaxın köməkçisidir və s.


634

Söhbəti uzatmadan bilavasitə eksperimental yoxlamaya

keçmək tələb olunur. Adətən, psixoloq uşaqlara bu cür müraciət

edir: "İndicə səninlə birlikdə məşğul olacağıq. Mən sənə tapşırıq

verəcəm,  sən isə onları yerinə yetirəcəksən.  Bunlar bir az

məktəbdə sənə verəcəkləri tapşırıqlara oxşayır, lakin əsil məktəb

tapşırığı deyil. Məncə onlar sənin xoşuna gələcək".

Bundan sonra "Seqen lövhəsi" üzrə iş aparmaq olar. Bu

tapşırıq bağça yaşlı uşaqlar tərəfindən asanlıqla yerinə yetiri-

lir. O, bir növ oyun xarakteri daşımaqla uşaqların xoşuna gəlir, 

onları sakitləşdirir,  gərginliyi aradan qaldırır.  Bununla yanaşı, 

dərhal müvəffəqiyyət şəraiti yaradır. Uşaq öz işinin nəticəsini

qiymətləndirə bilməsə də, onun üçün əsas məsələ ümümiyyətlə

tapşırığı yerinə yetirə bilməsindən və tanımadığı adamın onu

tərifləməsindən ibarətdir.

"Seqen lövhəsi"  bir neçə topludan ibarətdir.  Həmin

lövhələrin çətinliyi fiqurların miqdarından və onların bir neçə

hissəyə kəsilməsindən asılıdır.

Yoxlama zamanı həmin toplulardan ikisindən istifadə

etmək olar.  Birinci (1  №-li)  lövhə toplusu aşağıdakı doqquz

bütöv fiqurdan ibarətdir:  dairə,  xaç,  kvadrat,  üçbucaq,  romb, 

oval, trapesiya, ulduz, altıguşəli fiqur. İkinci lövhə (2 №-li) iki

hissəyə bölünmüş fiqurdan (dairə,  oval,  altıguşəli,  kvadrat)  və

üç hissəyə bölünmüş bir fiqurdan (xaç)  ibarətdir.  Tapşırığı

yerinə yetirmək üçün uşağa aşağıdakı şəkildə təlimat

verilməlidir:  "Bax,  bu lövhədə fiqurlar var.  Mən onları yerə

tökəcəm, sən isə əvvəlki yerlərinə yığmalısan". Bu söz qurtaran

kimi fiqurları tökmək,  uşağın işə başlamasını gözləmədən

saniyəölçəni işə salmaq lazımdır.  Əgər uşaq işə dərhal

başlamırsa bunu protokolda qeyd etmək,  nə qədər vaxt

keçdiyini göstərmək lazımdır.  Protokolda uşağın bütün

hərəkətləri, fəallığı, işgüzarlığı, marağı, çətinlik çəkdikdə kimə

və necə müraciət etməsi və s. qeyd edilməlidir. Burada mütləq

həmin işə nə qədər vaxt sərf olunduğu qeyd edilməlidir. Bununla

həmin uşağın fərdi tempini müəyyənləşdirmək olar. Həmin yaş


635

dövründə birinci lövhə üzrə işin orta vaxt göstəricisi 30-35 

saniyə, ikinci lövhə üzrə bir dəqiqə təşkil edir.

Tapşırığı yerinə yetirərkən uşaq çətinlik çəkərsə, psixoloq

həmin çətinliyin nədən ibarət olduğunu:  uşağın buna necə

münasibət bəslədiyini,  onu aradan qaldırmağa necə cəhd

göstərdiyini protokola qeyd etməlidir.  Uşağa necə hərəkət

etmək lazım gəldiyini dərhal bildirmək lazım deyildir. Ona bi-

rinci növbədə imkan yaratmaq lazımdır ki, özü çətinliyi aradan

qaldırsın. Əgər uşaq elə ilk andan ona köməklik göstərilməsini

istəyirsə,  onu dərhal protokola qeyd edib uşağı müstəqil işə

istiqamətləndirmək lazımdır.  Çox zaman uşaqlar ən azacıq

çətinlikdən kömək üçün böyüklərə müraciət edir və deyirlər: 

"Mən


bunu

edə


bilmərəm",  "bilmirəm

necə


edim", 

"bacarmıram".  Belə olduqda çox mülayim şəkildə uşağı

tapşırılan işi müstəqil şəkildə yerinə yetirməyə məcbur etmək

lazımdır.  Çətinliyin mürəkkəb xarakter daşıdığını hiss etdikdə

uşağın köməyinə gəlmək lazımdır.  Köməyi daima ehtiyatla

etmək lazımdır,  uşağın özünün yerinə yetirə biləcəyi işə

qarışmaq lazım deyildir.

"Seqen lövhəsi"ndən sonra uşaqlara N.  A.  Brenşteynin

"ardıcıl hadisələr" tapşırığını vermək olar.

Bunun üçün "Canavarlar"  seriyasından ibarət beş süjetli

şəkildən istifadə etmək olar.  Hər bir şəkil müəyyən bitkin

situasiyanı əhatə edir. Həmin şəkillərin məzmunu aşağıdakı ki-

midir:  birinci şəkildə əlində çanta tutmuş gülərüz bir oğlan

uşağı qarla örtülmüş meşə yolu ilə gedir.  İkinci şəkildə -

nədənsə çox qorxmuş həmin uşaq əlində çanta meşə ilə qaçır, 

şəklin sağ tərəfində uşağın yolu üstündə böyük ağaclar

görünür. Üçüncü şəkildə ağaca dırmaşan uşaq görünür.

Sifətində qorxu əlaməti hiss olunur. Onun çantası ağacın

altında görünür.  Sol tərəfdə pöhrəlikdə üç canavar uşağın

dırmaşdığı ağaca tərəf qaçır.  Dördüncü şəkildə uşaq ağacın

ortasındakı aşağı budağın üstündə uzanmışdır.  Ağacın altında

onun çantası və ətrafa səpələnmiş kitab dəftərlər görünür. 



636

Ağacın dövrəsində üç canavar dayanmışdır.  Onlardan biri qa-

baq pəncələrini ağacın gövdəsinə söykəyib,  ikinci dayanıb

ağzını uşaq olan tərəfə qaldırıb,  üçüncü isə ağacın yanında

nəyisə iyləyir.  Beşinci şəkildə sağ tərəfdə hündür ağac

çəkilmiş, onun gövdəsini qucaqlayıb aşağı düşmək istəyən uşaq

və ona aşağıdan kömək edən saqqallı kişi görünür. Sol tərəfdə

arxa planda xizəyə qoşulmuş at görünür. Xizəkdə oturmuş adam

fiquru var. Xizəyin qarşısında başqa bir adam fiquru çəkilmişdir. 

O,  ensiz ağaca bənzəyən bir əşyanı üfüqi vəziyyətdə çiyninə

söykəmiş, onun ucundan qırmızıya çalan bir iz uzanır.

Şəkillər uşağa ardıcıl deyil,  qarışıq verilir.  Məsələn, 

beşinci, ikinci, dördüncü, birinci, üçüncü. Bu, aşağıdakı təlimatla

müşayət olunur:  "Mən sənə bir hadisəni təsvir edən şəkillər

verəcəm.  Lakin həmin şəkillər qarışıb.  Sən həmin şəkillərə

diqqətlə baxıb,  yaxşı-yaxşı düşünüb ardıcıl şəkildə stolun

üstünə düzməlisən.  Bax bura hadisənin başlanğıcını göstərən

şəkli,  sonra qalanlarını qoymalısan (ikincini və sonrakı

şəkillərin hər birini hara qoyacağını göstərməklə).  Onda

şəkilləri götür, diqqətlə bax və hər birini öz yerinə qoy».

Şəkilləri uşağa verdikdən sonra psixoloq daha onun işinə

qarışmır, uşağın hər bir hərəkətini, emosional vəziyyətini proto-

kola daxil edir.

Əgər uşaq bir dəqiqə ərzində işə girişmirsə onu bu kimi

sözlərlə ruhlandırmaq olar:  "Şəklə bax,  sən onları sıra ilə

düzməlisən" və yaxud "Qorxma, bir düz görüm".

Uşaq işi yerinə yetirməyə başlayıbsa onun nə dərəcədə

düzgün işləməsi barədə heç nə demək lazım deyildir. Yalnız

uşaq bütün şəkilləri düzüb qurtardıqdan sonra demək olar: 

"Şəkillərin hamısını sıra ilə düzmüsənmi?" İndi göstər görüm

birinci şəkil hansıdır?  İkinci hansıdır?  Üçüncü,  dördüncü,  so-

nuncu hansıdır?"  Uşağın düzdüyü ardıcıllığı protokolda qeyd

etmək lazımdır.  Əgər ardıcıllıq düzgündürsə,  sadəcə (+)  işarəsi

qoymaqla kifayətlənmək olar.

Bundan sonra demək lazımdır:  "İndi mənə bu hadisəni


637

danış". Uşağın cavabını olduğu kimi qeyd etmək lazım gəlir, 

əgər süjet düzgün ardıcıllıqla tərtib olunarsa uşağa həmin

hadisəyə ad verməsini təklif etmək lazımdır.

Bu cür işin köməyi ilə uşağın şəraitin gizli mənasını nə

dərəcədə uyğün şəkildə anladığını aşkara çıxarmaq mümkündür.

Əgər uşaq süjeti düzgün tərtib etməyibsə, onu yerinə ye-

tirdiyi işə görə tərifləmək,  sonra köməkçi suallar vasitəsilə

ardıcıllığı düzgün başa düşməsinə nail olmaq lazımdır.

Bundan


sonra

başqa


(üçüncü)  tapşırığın

yerinə


yetirilməsinə başlamaq olar.  Burada Vekslerin testlərinə daxil

olan "Koos kubikləri" testindən istifadə etmək mümkündür.

Nəhayət, «məktəbə hazırlığın diaqnostikasını» vermək üçün

"Dördüncü artıq əşya hansıdır?" tapşırığını yerinə yetirməkdən

istifadə etmək olar.  Bu metodika psixologiya sahəsində

çalışan mütəxəssislərə yaxşı məlumdur və onlar tərəfindən

geniş tətbiq olunur.  Bu zaman verilmiş dörd əşya (və ya

onların şəkli)  arasında birinin artıq olduğu bildirilir və yoxla-

nandan tələb olunur ki,  onu tapsın və götürsün.  Məsələn,  a) 

karandaş, çanta, dəftər, şlyapa şəkilləri, b) stol, stul, kitab şkafı, 

çaynik şəkilləri və s.

Beləliklə, bu tapşırığın əsasında anlayış əlamətinə görə

təsnif etmək dayanır.  Məktəbə hazırlıqla əlaqədar həmin

metodikanı tətbiq edərkən burada bir qədər başqa məqsəd

güdülməlidir. Burada uşağın nəyi artıq sayması deyil, tanış və

ya az tanış olduğu əşyalar haqqında nə deməsi mühüm

əhəmiyyətə malikdir.  Bununla yanaşı olaraq uşağın həmin

tapşırığı,  iş tərzini necə yerinə yetirməsi də nəzərdə tutulan

cəhətlərdəndir.

Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə

hazırlıq səviyyəsini aşkara çıxarmağa,  bu sahədə onun

valideyinə və gələcək müəlliminə müvafiq məsləhətlər

verməyə imkan yaradır.  Bununla yanaşı olaraq həmin qeydlər

uşaq üçün tərtib olunacaq psixoloji xəritənin əsasını, 

başlanğıcını təşkil edir.


638

Məktəbə psixoloji xidmət sahəsində diqqəti cəlb edən

cəhətlərdən biri də çətin tərbiyə olunan ("çətin")  uşaqlarla

aparılan işdirBurada birinci növbədə əsas diqqət şəxsiyyəti so-

sial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların vaxtında

diaqnostikasını verməyə yönəldilməlidir.  Bu zaman uşaqda

"çətinliyin"  yaranması səbəblərinin aşkara çıxarılmasına da

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın

fərdi xüsusiyyətlərini nəzərə almaqla onunla aparılacaq

tərbiyəvi iş sistemi müəyyənləşdirilməlidir.  Bu barədə kitabın

ikinci bölməsində danışıldığı üçün burada geniş bəhs olunmağı

lazım bilmədik.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin