Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   41   42   43   44   45   46   47   48   49

Kollektivin fəaliyyətinin təkmilləşdirilməsi. Fasiləsiz

olaraq müəllimlərin pedaqoji ustalığını artırmaq,  kollektivdə

hər bir müəllimi təlim-tərbiyə işinin müasir forma və

metodlarını, psixologiya və pedaqogika elminin nailiyyətlərini

və qabaqcıl təcrübəni mənimsəməyə, öz şəxsiyyətini hərtərəfli

inkişaf etdirməyə təhrik edən yaradıcılıq atmosferinin

yaradılmasından ibarətdir. 

Kollektivin birliyi - müəllimlərin daxili-psixoloji

eyniyyəti, birliyi olub, mürəkkəb funksiya kimi özünü göstərir

və bir-biri ilə bağlı olan aşağıdakı üç cəhəti əhatə edir:  1) 

şəxsiyyətlərarası inteqrasiya-kollektivin sosial-psixoloji struk-

turunun optimallaşması,  burada qarşılıqlı anlama,  qarşılıqlı

hörmət, yoldaşlıq və dostluq mühitinin formalaşması; 2) funk-

sional birlik - kollektivdə birgə fəaliyyətin məqsəd və vəzifələ-

rinə, həmin məqsəd və vəzifələrə nail olmağın yol və üsullarına

qarşı vahid müsbət münasibətlərin formalaşması,  kollektiv

əhəmiyyət daşıyan fakt və hadisələrin, onun üzvlərinin hərəkət

və rəftarlarını qiymətləndirmək üçün vahid norma və meyarla-

rın hazırlanması;  3)  təşkilati birlik ─ müəllimlərdə öz

məktəblərində yaşamaq və işləmək ustanovkası,  ona bağlılıq,

ondan razılığın təşəkkülü.



Özünüidarəetmənin

inkişafı

-

müəllimləri



fəal

idarəetmə fəaliyyətinə cəlb etmək, pedaqoji kollektivdə hər bir



614

müəllimin əmək və yaradıcılıq fəallığını səmərəli şəkildə təşkil

etmək üçün zəruri olan ictimai rəyin təşəkkülü,  müəllimlərdə

öz məktəbinin sahibi olması hissinin,  öz kollektivinin təlim-

tərbiyə fəaliyyətini,  onda psixoloji iqlimin bütün cəhətlərinin

təkmilləşdirilməsinə təsir etməyə yönəldilən tələbat və

bacarıqların inkişafı.

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Pedaqoji fəaliyyət hansı fəaliyyətdir? Onun əsas

cəhətləri hansılardır?

2. Müəllimin cəmiyyətdə yeri və funksiyaları haqqında

danışın.


3. Müəllim şəxsiyyətinə nə kimi psixoloji tələblər veri-

lir?


4. Müəllim şəxsiyyətinin pedaqoji fəaliyyətdə oynadığı

rol haqqında danışın.

5. Müəllimdə hansı pedaqoji bacarıq və vərdişlər

formalaşmalıdır?

6. Pedaqoji qabiliyyətləri xarakterizə edin.

7. Pedaqoji ünsiyyət və onun rolu haqqında danışın.

8. Şagirdlərlə pedaqoji ünsiyyət zamanı gənc müəllimlər

nə kimi çətinliklərlə qarşılaşırlar?

9. Pedaqoji fəaliyyət zamanı müəllimin qarşılaşdığı

psixoloji çətinliklər hansılardır?

10. Müəllimin pedaqoji mərifəti haqqında danışın.

11. Pedaqoji kollektivdə psixoloji iqlim dedikdə nəyi

başa düşürsünüz? Həmin iqlimin yaranmasına hansı

amillər təsir edir.



Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.

       

615

          1.   Pedaqoji fəaliyyətin psixoloji təhlili.

          2.    Şagird şəxsiyyətinin və sinif kollektivinin

öyrənilməsi.

           3.   Dərsin psixoloji təhlili.

           4.    Müəllimin pedaqoji fəaliyyətinin səmərəliliyinin

psixoloji  göstəriciləri.

           5.    Pedaqoji kollektivin idarə olunmasının psixoloji

əsasları.

           6.   Müəllimin pedaqoji ustalığının psixoloji məsələləri.

            7.   Pedaqoji ünsiyyətin psixologiyası.

Ədəbiyyat

Həmzəyev M.Ə.    Pedaqoji psixologiya.  – Bakı,  1991, 

səh. 168-216; 226-235; 235-241.



Məmmədov A.  Təlimn psixoloji əsasları.- Bakı, 1993.

Leontğev A.A. Pedaqoqiçeskaə obhenii. – M.,1979.

Markova A.K. Aktualğnıe problemı psixoloqii trudı

uçitelə// Sovetskaə pedaqoqika, 1986. №6



Anikieva N.Q. Uçitelğö o psixoloqiçeskom klimate v

kollektive. – M., 1983.



Kan-Kalik V.A.  Uçitelğö o pedaqoqiçeskom obhenii. –

M., 1987.

  Şakurov R.X. Soüialğno-psixoloqiçeskie problemı ru-

kovodstva pedaqoqiçeskim kollektivom. –

M., 1987.

Stolərenko L.D. Pedaqoqiçeskaə psixoloqiə.  - Rostov-

na-Danu 2000, s.209-259.



616

2 6 - c ı F Ə S İ L

MƏKTƏBƏ PSİXOLOJİ XİDMƏTİN ƏSASLARI

Qısa xülasə

Məktəbə psixoloji xidmətin məqsəd və vəzifələri. Psixoloji xidmət

anlayışı və məktəbə psixoloji xidmətin zəruriliyi.  Məktəbə psixoloji

xidmətin aktual və perspektiv istiqamətləri.

Məktəbə psixoloji xidmətin prinsipləri və həyata keçirilmə

mərhələləri. Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter daşıması

üçün nəzərə alınması zəruri olan prinsiplər: 1) sistemli məqsədəuyğunluq prin-

sipi;  2)  tamlıq prinsipi;  3)  peşə-pedaqoji fəallıq prinsipi;  4)  kifayət qədər

məhdudluq prinsipi; 5) qarşılıqlı əlaqə prinsipi; 6) inkişaf prinsipi.

Məktəbə psixoloji xidmətin həyata keçirilmə mərhələləri: məktəbə psix-

oloji xidmətin ilkin mərhələsi;  məktəbin müəllimləri üçün psixoloji-pedaqoji

seminarlar seriyası keçirilməsi mərhələsi; diaqnostik işlər zamanı əldə edilmiş

nəticələrin işlənməsi mərhələsi; əldə edilmiş nəticələrin psixoloq və müəllimlər

tərəfindən birgə təhlili mərhələsi; əldə edilmiş nəticələr əsasında psixokorrek-

siya işlərinin aparılması mərhələsi;  işin nəticələri barədə valideyn iclasında

məlumat verilməsi və pedaqoji şurada müzakirəsi mərhələsi.

Məktəbə psixoloji xidmətin funksiyaları və əsas istiqamətləri. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən psixoprofilaktik işlər. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən məsləhət işləri. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetirilən diaqnostik işlər. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək korreksiya işləri. 

Məktəbə psixoloji xidmət prosesində yerinə yetiriləcək yardımcı işlər. 

Məktəbə psixoloji hazırlığın diaqnostikası.  Çətin tərbiyə olunan şagirdlərlə

aparılan psixoloji iş. Məktəb psixoloqu tərəfindən ailələrlə aparılan iş.



617

VI. 26.1. Məktəbə psixoloji xidmətin məqsəd və

vəzifələri

Psixoloji xidmət anlayışı və məktəbə psixoloji xidmətin

zəruriliyi. İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada psix-

oloji biliklərin zəruriliyi duyulmasın.  Mübaliğəsiz demək olar

ki,  hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan

münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində

görürlər.  Ona görə də psixologiya insan haqqında əsas

elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir.  İndiki

dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji

mexanizmi açmağa cəhd göstərilir,  bu sahədəki qanunauyğun-

luqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk

baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə

sevindirici olmur:  əmək məhsuldarlığı aşağı düşür,  qarşılıqlı

münasibətlər pozulur,  işçi axını başlanır.  Yaxud,  hər cəhətdən

yüksək imkanlara malik hesab edilən idman kollektivi birdən-

birə sanki dəyişilir, öz pərəstişkarlarını narahat etməyə başlayır

və s.  Bu kimi hallarda psixoloji işin aparılması,  başqa sözlə

psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir. 

Deməli,  həmin sahələrdə psixoloji xidmət həyata keçirilmiş

olur.  Məhz bu cür münasibət tərzindən "psixoloji xidmət" 

anlayışı meydana gəlmiş və qeyd etdiyimiz kimi özünə geniş

yer etmişdir. Məktəbə psixoloji xidmət də eyni zərurət üzündən

meydana gəlmişdir.  Müasir məktəbin qarşısında duran

vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı

böyükdür.  Biz tez-tez şagirdlərin təlimə münasibətlərinin

zəifləməsi,  tərbiyəlilik səviyyəsinin aşağı düşməsi,  müəllim-

şagird münasibətlərində,  eləcə də müəllim-müəllim,  müəllim-

valideyn


münasibətlərində

çətinliklərin

olması

barədə


mülahizələrin

şahidi


oluruq. 

Şagirdlərin

intellektual

səviyyələrinin müxtəlifliyi,  çətin tərbiyə olunan uşaqların

xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və

düzgün yanaşmağı tələb edir.  Müasir psixologiyada belə bir



618

cəhət əsas götürülür ki, hər bir sağlam uşaq, yeniyetmə və gənc

müvafiq sosial şəraitdə özünün geniş inkişaf imkanına malikdir. 

Bununla birlikdə bütün uşaqlar eyni imkana malik deyildirlər. 

Hər bir şagirdin imkanını aşkara çıxarmaq,  onun inkişafına

təkan vermək məktəbdə təlim-tərbiyəni optimallaşdırmağın

əsas tələblərindəndir. Məhz buna görə də uşaq psixologiyası və

pedaqoji psixologiya, eləcə də sosial psixologiya, eləcə də so-

sial psixologiya sahəsində əldə edilmiş nailiyyətlərdən  istifadə

olunması ən ciddi məsələ kimi qarşıda durur. Uşaq psixologiyası

və pedaqoji psixologiyanın nailiyyətlərinin məktəb təcrübəsinə

tətbiqinin ən perspektiv yollarından biri xalq təhsili sisteminin

bütün sahələrində psixoloji xidmətin təşkilindən ibarətdir.  Bu

cür xidməti həyata keçirmədən gənc nəslin təlim və

tərbiyəsində istədiyimiz müvəffəqiyyətə nail ola bilmərik.

Məktəbə psixoloji xidmətin vəzifələri.  Pedaqoji və yaş

psixologiyasının əsas istiqamətlərindən biri kimi inkişaf edən

məktəbə psixoloji xidmət psixologiyanın həmin sahələrinin bir

növ inteqral birliyini təşkil edir. Ona görə də məktəbə psixoloji

xidmətin üç mühüm əhatə sahəsi mövcuddur;  müasir məktəb

şəraitində psixoloji biliklərin professional tətbiqinin yol, vasitə

və metodlarını yaratmaq məqsədilə şagirdlərdə psixi inkişafın

şəxsiyyətin



formalaşmasının

qanunauyqunluqlarını

öyrənmək (elmi aspekt);  tədris proqramlarının tərtibi, 

dərsliklərin hazırlanması,  didaktik və metodik materialların

psixoloji əsaslarının işlənməsi, müəllimin psixoloji hazırlığı və

s. sahələri özünə daxil etməklə bütün təlim və tərbiyə prosesini

psixoloji cəhətdən təmin etmək (tətbiqi aspekt);  psixoloqların

məktəbdə bilavasitə işləmələri (praktik aspekt).

Bu aspektlərin vəhdəti məktəbə psixoloji xidmətin mövzu-

sunu təşkil edir. Şübhəsiz vəhdətdə olan bu sahələrin hər birinin

öz məqsəd və vəzifələri vardır ki,  onları həyata keçirmədən

psixoloji xidmətin səmərəliliyi mümkün deyildir.



Birinci

aspekt


bilavasitə

həmin


sahədə

çalışan


tədqiqatçılarla bağlıdır.  Bu sahədə aparılan tədqiqatlar elə

619

olmalıdır ki, onlar bu və ya digər psixoloji qanunauyğunluqları

və mexanizmləri açarkən bilavasitə məktəbdə işləyən psixolo-

qun,  məktəb müəllimlərinin fəaliyyəti nəzərə alınmış olsun. 

Əldə edilmiş elmi nəticələr elə olmalıdır ki,  onlar konkret

məktəb


şəraitinə, 

konkret


uşaqda

şəxsiyyətin

formalaşdırılmasına xidmət göstərə bilsin.

Məktəbə psixoloji xidmətin tətbiqi aspekti tələb edir ki, 

proqram, dərslik, didaktik və metodik materiallar hazırlayarkən

psixoloji biliklərdən kifayət qədər istifadə olunsun.  Bu cəhət

nəzərə alındıqda,  yeri gəldikcə həmin sahələrdə psixoloqların

bilavasitə iştirakı daima səmərəli nəticə verir.

Psixoloji xidmətin praktik aspektinə gəldikdə,  daha çox

nəzərə çarpan,  əsl mənada məktəbə psixoloji xidməti təmin

edən cəhətlərdir.  Məktəbə psixoloji xidmətin həmin sahəsini

bilavasitə məktəb psixoloqları həyata keçirməlidir.  Bu zaman

onlar konkret problemləri həll etmək üçün ayrı-ayrı şagirdlərlə, 

sinif kollektivi ilə, müəllim və valideynlərlə işləməli olurlar.

Bəs

konkret


olaraq

məktəbə


psixoloji

xidmətin


vəzifələri

nədən


ibarətdir?  Həmin

vəzifələr

əsasən

məktəbə psixoloji xidmətlə əlaqədar əsasnamədə öz əksini



tapmışdır. həmin vəzifələri aşağıdakı şəkildə xarakterizə etmək

olar. 


Məktəbə psixoloji xidmətin əsas vəzifəsi - şagirdlərin

təlim və tərbiyəsi sahəsindəki çətinlikləri,  onların şəxsi və in-

tellektual inkişafındakı qüsurları aradan qaldırmaqla,  bununla

da təlim-tərbiyə sahəsində məktəbdə aparılan işin səmərəliliyini

yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına ma-

lik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə

köməklik göstərməkdən ibarətdir.

Psixoloji

ədəbiyyatda

məktəbə


psixoloji

xidmət


fəaliyyətinin iki istiqaməti qeyd olunuraktual    və perspektiv    

  (İ. V. Dubrovina).

Məktəbə psixoloji xidmət fəaliyyətinin aktual istiqaməti

şagirdlərin təlim və tərbiyəsindəki bu və ya digər çətinlikləri, 


620

onların


davranışlarında,  ünsiyyətlərində,  şəxsiyyətlərinin

formalaşmasındakı qüsurlarla bağlı bügünkü problemlərin

həllinə yönəldilmiş istiqamətdir.  Məktəbin gündəlik həyatında

həmişə bir sıra problemlərə rast gəlmək olur və müəllim, 

şagird, valideynlərə konkret köməklik göstərməyə ehtiyac duyu-

lur ki,  bunlar məktəbə psixoloji xidmətin bügünkü mühüm

vəzifəsi hesab olunur.

Məktəbə


psixoloji

xidmət


fəaliyyətinin

perspektiv

istiqaməti hər bir şagirdin inkişafı,  cəmiyyətdə yaradıcı həyata

onun psixoloji hazırlığının formalaşması məqsədinin həyata

keçirilməsinə yönəldilmiş istiqamətdir. Psixoloq pedaqoji kol-

lektivin fəaliyyətinə əsas psixoloji ideya olan hər bir şagirdin

şəxsiyyətinin ahəngdar inkişafı imkanı ideyasını daxil edir və

praktik işdə onu həyata keçirməyə köməklik göstərir. Bu zaman

onun əsas vəzifəsi hamının və hər bir şagirdin qabiliyətlərinin

inkişafı üçün psixoloji şərait yaratmaqdan ibarətdir.  Şübhəsiz

ayrı-ayrı şagirdlərin qabiliyətlərinin inkişaf səviyyəsi müxtəlif

olacaqdır.  Burada başqa cür düşünmək də olmaz.  Şagirdlərin

hamısında eyni inkişaf səviyyəsini yaratmaq mümkün deyildir, 

burada birinci növbədə onların imkanları rol oynayır.  Məhz

buna görə də hər bir şagirdlə əlaqədar psixoloqun yerinə

yetirəcəyi vəzifə də müxtəlif olacaqdır.

Qeyd etdiyimiz hər iki istiqamət bir-biri ilə sıx bağlıdır. 

Adətən, psixoloji xidmət zamanı psixoloq perspektiv vəzifələri

həll etməklə,  gündəlik prosesdə onun köməyinə ehtiyacı olan

şagirdlərə,  onların

valideynlərinə,  müəllimlərə

konkret


köməklik göstərir.

Lakin məktəbə psixoloji xidmətin əsas

məqsədi

şagirdlərin psixikasının və şəxsiyyətinin inkişafına maksimum



kömək göstərməyə yönəldilmiş perspektiv istiqamət fəaliyyəti

ilə bağlı olmalıdır. Burada əsas amil qabiliyyətlərdən ibarətdir. 

Qabiliyyətlər isə şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı

üçün


zəmin

olan


ümumi

şagirdin



fərdiyyətinin

formalaşmasının əsasını təşkil edən xüsusi qabiliyyətlərə



621

bölünür.


Qeyd etdiyimiz bu ümumi istiqamətlərlə yanaşı məktəbə

psixoloji xidmətin konkret məzmunu,  praktik fəaliyyət

sahələri, istiqamətləri də vardır.


622

VI.26.2. Məktəbə psixoloji xidmətin prinsipləri və

həyata keçirilmə mərhələləri

Məktəb ilkin sosial institut kimi,  gənc nəsli həyata

hazırlamalıdır.  Həyat isə yalnız akademik biliklərdən ibarət

deyildir.  Sosiallaşma

yalnız

elmlərin


əsası

haqqında


məlumatların verilməsi sayəsində həyata keçmir.  İnsanın bir

şəxsiyyət və fəaliyyətin subyekti kimi məktəbdə inkişafı

aşağıdakıların həyata keçirilməsini tələb edir:  1)intellektin

inkişafı,  2)emosional sahənin inkişafı,    3)stresə qarşı dözüm-

lülüyün inkişafı, 4)özünə inamın inkişafı, 5)gerçək aləmə pozi-

tiv münasibətin və başqalarını qəbul etmənin inkişafı, 

6)müstəqilliyin,  avtonomluğun inkişafı,  7)özünüaktuallaş-

dırma,  özünütəkmilləşdirmə motivləşməsinin inkişafı. Buraya

özünüinkişaf motivləşməsinin mühüm elementi kimi təlim

motivləşməsinin inkişafını da aid etmək olar.

Bütövlükdə götürmüş olsaq,  bütün bu ideyaları pozitiv

pedaqogika və yaxud tərbiyə və təlimin humanistik



psixologiyası adlandırmaq olar (L.D.Stolyarenko).  Bunların

məktəb təcrübəsində praktik şəkildə həyata keçirilməsi

məktəbdə psixoloji xidmətin nəticələrinin mühüm praktik

tələblərə uyğun olması,  həmin psixoloji xidmət fəaliyyətinin

məktəbdə təlim və tərbiyənin səmərəliliyini əsaslı şəkildə

yüksəltməsini təmin etmək üçün burada psixoloji xidmətin pe-

daqoji prosesin real şəraitinə uyğun, sistemli əsasda aparılması  

zəruridir. 

Məktəbə psixoloji xidmətin təşkilinin sistemli xarakter

daşıması üçün aşağıdakı prinsiplərə əməl edilməsi tələb olunur:



1.Sistemli məqsədəuyğunluq prinsipi. Bu prinsipə görə

məktəbdə psixoloji xidmətə daha ümumi olan «məktəb» siste-

minin tərkib hissəsi kimi baxmaq lazımdır. Burada sistemyara-

dan komponent məqsəd və nəticədən ibarətdir (məqsədə nail

olmaq dərəcəsi kimi). «Məktəb» sistemində bu cür məqsəd (və


623

nəticə) şagird şəxsiyyətinin  inkişafından ibarətdir. Həmin sis-

temin tərkib hissəsi,  o cümlədən psixoloji xidmət ümumi

istiqaməti konkretləşdirən özünün spesifik məqsədinə malik ola

bilər. 

2.Tamlıq prinsipi. Bu prinsipə görə psixoloji xidmət bir

tam sistem olan tədris müəssisəsinə istiqamətlənməli, 

yönəlməli,  onu əhatə etməlidir.  Bu o deməkdir ki,  psixoloji

xidmət məktəbdə oxuyan şagirdlərin tam əksəriyyətini (ən azı

70 %-ni) əhatə etməlidir. 

3.Peşə-pedaqoji fəallıq prinsipi.  Bu prinsipə görə

məktəb müəllimləri məktəbə psixoloji xidmətin strukturunda, 

onun həyata keçirilməsində fəal rol oynamalıdırlar. Bu zaman

müəllimin üzərinə şagirdlərlə fərdi psixoloji-pedaqoji iş

(məsləhət, korreksiya, tərbiyəvi iş) aparmaq vəzifəsi düşür. Bu

prinsipin həyata keçirilməsi mahiyyət etibarilə klassik fərdi

psixoloji məsləhət modeli olan «psixoloq-şagird»  modelindən

xüsusi model olan «psixoloq-müəllim-şagird»  modelinə

keçmək deməkdir. Bu modelin həyata keçirilməsi müəllimdən

yüksək peşəkarlıq tələb edir.



4.Kifayət qədər məhdudluq prinsipi.  Bu prinsip diaq-

nostik metodikanı seçməklə bağlıdır. Bu prinsipə görə konkret

məktəbdə şagirdlərin bir şəxsiyyət kimi və tədris-idrak

fəaliyyətinin

subyekti

kimi


öyrənilməsinin

sistemi


yaradılmalıdır.  Seçilmiş metodika vaxta qənaət nöqteyi-

nəzərdən olduqca qısa olmalıdır.  Bununla yanaşı olaraq

yaradılan metodik sistem kifayət qədər tam olmalıdır ki, 

şəxsiyyətin strukturunun bütün komponentlərinin:  psixi

proseslərin,  emosional sahənin,  şəxsiyyətin xassələrinin, 

motivləşməsinin psixodiaqnostik tədqiqini həyata keçirməyə

imkan versin.

5.Qarşılıqlı əlaqə prinsipi.  Bu prinsipə görə psixoloq, 

müəllim və məktəb rəhbərlərinin fəaliyyəti təkcə onların fəallıq

dərəcəsi ilə məhdudlaşmamalıdır.  Məktəb sisteminin ünsürləri

kimi onların qarşılıqlı əlaqəsinə də xüsusi yer verilməlidir.



624

6.İnkişaf prinsipi.  Bu prinsip mərkəzi sistemyaradıcı

komponentdir.  Lakin müasir məktəb təcrübəsində «inkişaf» 

heç də həmişə kompleks vəzifə kimi anlaşılmır.  Burada çox

vaxt əqli və şəxsiyyətin inkişafında disbalans özünü göstərir, 

birinciyə daha çox üstünlük verilir.

Qeyd olunan prinsiplərə əməl edilməsi məktəbə psixoloji

xidmətin səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. 

Bəs məktəbə psixoloji xidmət hansı mərhələlərdə həyata

keçir?

Mövcud psixoloji ədəbiyyatda qeyd olunan prinsipləri



əsas götürməklə məktəbdə psixoloji xidmətin aşağıdakı

mərhələlər üzrə həyata keçirilməsini məqsədəuyğun sayırlar.

1.Birinci mərhələ bir növ məktəbdə psixoloji xidmətin il-

kin mərhələsi olub bunun düzgün həyata keçirilməsindən onun

sonrakı davamı çox asılıdır.  İlkin mərhələdə əvvəlcədən

seçilmiş psixodiaqnostik metodların    köməyi ilə imkan

daxilində məktəbin bütün şagirdləri yoxlamadan keçiri-

lir.Məktəb

daxilində

bu

cür



ekspres

diaqnostikanın

aparılmasını direktorun müavinlərindən biri təşkil edir. 

2.Psixodiaqnostika prosedurasının aparılması ilə bir

vaxtda məktəbin müəllimləri üçün psixoloji-pedaqoji seminar-

lar seriyası keçirilir.  Adətən,  4-5  bu cür seminar keçirilir.  Bu

məşğələlərin məqsədi müəllimləri aparılacaq işlərlə tanış

etmək, şagirdlərin hansı cəhətlərini öyrənməklə tanışlıq, meto-

dikalarla tanış olmaq,  diaqnostikadan keçiriləcək keyfiyyət, 

xassə


proseslərin

psixologiyasını

qısaca


nəzərdən

keçirməkdən ibarət olur. 

3.Diaqnostik işlər başa çatdıqdan sonra əldə edilmiş

nəticələrin işlənməsi həyata keçirilir.  Hər bir şagird haqqında

məlumat sinfin xüsusi psixoloji xəritəsində qeyd olunur. Psix-

oloji xəritələr adətən psixologiya kabinetində saxlanılır.

4.Əldə edilmiş nəticələr psixoloq tərəfindən təhlil

edildikdən və yoxlanılan bütün siniflər üzrə psixoloji xəritələr

doldurulduqdan sonra daha mühüm mərhələ – əldə edilmiş


625

nəticələrin psixoloq və müəllimlər tərəfindən birgə təhlili

mərhələsi başlayır. Bu iş aşağıdakı şəkildə həyata keçirilir:

4.1.Bütün siniflər üzrə fərdi («psixoloq-sinif rəhbəri» 

diadında)  qrafik tərtib olunur.  Psixodiaqnostikanın psixoloji

xəritələrdə əks olunan nəticələrinin təhlili prosesində sinif

rəhbəri psixoloqun köməyi ilə sinifdəki psixoloji iqlimi

müəyyənləşdirir və bu və ya digər şagirdə fərdi yanaşmağın

pedaqoji strategiyasını, eləcə də şəxsiyyətlərarası səviyyədə və

bütövlükdə sinifdə qarşılıqlı təsirin taktikasını işləyib

hazırlayır.

4.2.Sonrakı mərhələdə eyni tipli iş «psixoloq-fənn

müəllimi» diadında həyata keçirilir.

4.3.Şagirdlərin psixoloji-pedaqi aspektdə psixodiaqnos-

tikasının nəticələri onların valideynləri ilə müzakirə oluna

bilər.  Bu ən çox valideynlərə psixoloji məsləhət məqsədi

daşıyır.

5.Əldə edilmiş nəticələr əsasında məktəb psixoloqu

tərəfindən şagirdlərlə psixokorreksiya işlərinin aparılması

mərhələsi.

6.İşin nəticələri barədə valideyn iclasında ümumiləşmiş

məlumat verilir,  eləcə də məktəbin pedaqoji şurasında müza-

kirə olunur.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin