Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə8/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

İDARƏETMƏDƏ İNFORMASİYA 
SİSTEMLƏRİNDƏN İSTİFADƏNİN 
ƏSASLARI
 
İNFORMASİYA SİSTEMLƏRİNİN TƏSNİFATI 
İnformasiya sistemləri, həll etdiyi məsələlərin mürəkkəbliyi 
səviyyələrinə və xidmət göstərdiyi istifadəçilərin sayına görə 
təsnifləşdirilir.
Sistemin miqyası və ya əlçatanlığı həmin sistemdən 
istifadə edən istifadəçilərin sayı ilə müəyyən edilir. Sistemin 
əlçatanlığının 2 tipi fərqləndirilir: 
dinamik əlçatanlıq və 
kommersiya əlçatanlığı.
Dinamik əlçatanlıq eyni vaxtda xidmət göstərilən 
istifadəçilərin sayı ilə, 
kommersiya əlçatanlığı isə sistem 
istifadəçiləri üçün işçi yeri təşkil etmək məqsədi ilə satın alınmış 
lisenziyaların sayı ilə müəyyən edilir. Dinamik əlçatanlıq daha 
obyektivdir, lakin çətin qiymətləndirilə biləndir. Çünki sistemə 
eyni zamanda müraciət edən istifadəçilərin sayı həmin 
momentdə onların hansı məsələləri həll etdiklərindən 
əhəmiyyətli dərəcədə asılı olur. Buna görə də bu göstərici 
qiyməti müəyyən mümkün qiymətlər arasında, məsələn, X-dən 
az, Y-dən çox ola bilməz şəklində təyin edilir. X ədədi həll 
edilən məsələlərin və ya sistemin icra etdiyi biznes-proseslərin 
xarakteri ilə bağlıdır. Buna görə də bu ədəd həmişə təxminidir. 
Y ədədi isə sistemin leqal (gizli olmayan) istifadəçiləri ilə 
bağlanmış müqavilələr əsasında əldə edilmiş lisenziyaların 
sayına bərabər olduğundan, həmişə dəqiqdir. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 16 ____________________________ 
“İnformasiya sisteminin miqyaslaşabilənliyi” termini də 
hal-hazırda geniş tətbiq edilir. Bu, sistemə eyni vaxtda 
müraciət imkanı qazanmış istifadəçilərin sayının artmasına və 
ya texnoloji resursların artan yükə adaptasiya (uyğunlaşmaq) 
qabiliyyəti kimi dərk edilir.
Miqyaslaşabilənlik sistemin çevikliyini, yəni istismar 
şərtlərinin dəyişməsini nəzərə ala bilənliyini xarakteizə edir. 
Sistemə obyektiv qiymət vermək üçün ədədi parametr 
kimi istifadə edilən miqyas və miqyaslaşabilənlik anlayışlarının 
təyinində müəyyən çatışmazlıqlar diqqəti cəlb edir. Məsələn, 
verilmiş informasiya sistemlərinin 100 istifadəçiyə işləmək 
imkanı verməsi barədəki hökm və ya təsdiq sistemin hansı 
məsələlərin həlli ilə məşğul olduğu barədə heç nə demir. Bu 
fikri izah etmək üçün aşağıdakı iki nümunəni müqayisə edək: 
Malların pərakəndə satışı ilə məşğul olan yüzlərlə satıcı-
operator işçi yerləri ilə xarakterizə olunan supermarketdə 
gedən biznes-proseslər olduqca sadə və standart olduğundan, 
bu proseslərin gedişinə kifayət qədər sadə informasiya 
sistemləri xidmət göstərə bildiyi halda, ölkənin müxtəlif 
regionlarında filialları olan iri xoldinqin cəmi 3-4 mütəxəssisdən 
ibarət olan analitik şöbəsi müxtəlif mal qrupları üzrə satış 
dinamikasını tədqiq etdikdə xoldinq informasiya sistemlərinin 
bütün hesablayıcı və kommunikasiya resursları bu işə cəlb 
edilir.
“Miqyas” parametrinin bu xüsusiyyətini unutmamaqla, 
informasiya sistemlərinin aşağıdakı şərti təsnifatı qəbul 
edilmişdir: 

Lokal informasiya sistemləri (Low End PC). Bunlar bir-
neçə istifadəçi üçün və ya kompüter şəbəkəsinə ehtiyac 
duymayan kiçik müəssisə üçün məhdudimkanlı 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin