Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə11/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 20 ____________________________ 
 
Henri Lourens Qant (ingiliscə Henry Laurence Gantt) 
menecmeti nümunə kimi Birinci Dünya Müharibəsində 
istifadə olunan gəmilərin qurulmasında öyrənir və bu sahədə 
özünəməxsus diaqramı təklif edir.
Ehtiyatların avtomatlaşdırılmış idarə edilməsi ideyasını 
inkişaf etdirərək 
Oliver Uayt istehsalın planlaşdırılması 
məsələlərini zəruri resursların göndərilməsi və hazır məhsulun 
satışı ilə əlaqələndirməyi təklif etdi. Bu yanaşma plan tapşı-
rıqlarını istehsal prosesində baş verən şərait dəyişmələri 
(Resursların vaxtında göndərilməməsi, avadanlığın imtinası, 
hazır məhsula sifarişin dəyişməsi) ilə bağlı olaraq korrektə 
etməyə imkan verdi. 1960-cı illərin sonlarında O.Uayt 
MRP 
(Material Requirement Planning) konsepsiyasını formalaşdırdı 
ki, burada da materiallara tələbatın planlaşdırılması alqoritmləri 
verilmişdi. Planlaşdırma alqoritmərinin sonrakı təkmilləşdirilməsi 
nəticəsində O.Uayt belə bir fikrə gəldi ki, təkcə materiallara 
tələbatın planlaşdırılması kifayət deyil, bununla yanaşı, maliyyə 
və əmək resurslarının planlaşdırılması da zəruridir. 
1970-ci illərin sonlarında O.Uayt 
MRPII (Manufacturing 
Resource Planning) konsepsiyasını formalaşdırdı və bununla da 
istehsal ehtiyatlarının planlaşdırılması alqoritmlərini təklif etdi. 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 21 ____________________________ 
Bu konsepsiyaya analoji olaraq keçmiş SSRİ-də 
MAİS – 
müəssisənin avtomatlaşdırılmış idarəetmə sistemi yaradıldı. 
“ERP-
SİSTEM”LƏRİ
20-ci əsrin 80-ci illəri 
MRPII sistemlərinin inkişafı illəri idi. 
Bu inkişaf təkcə istehsalla bağlı proseslərə aid deyildi. 
Avtomatlaşdırma maliyyə fəaliyyəti məsələlərini həll etməyə 
kömək etdi. İnformasiya sistemləri vergitutma, hüquq xidməti, 
ətraf mühitlə qarşılıqlı münasibətlər kimi köməkçi fəaliyyət 
proseslərini 
əhatə 
etdi. 
Bundan 
əlavə, 
transmilli 
korporasiyaların tələbatlarına xidmət göstərmək - müxtəlif 
hüquqi, fiskal (Nəzarətedici) və gömrük şərtlərində, müxtəlif 
dillərdə tərtib edilmiş sənədlərdə və müxtəlif valyutalarda 
müştəri və malgöndərənlərlə hesablaşmaların aparılması 
problemlərini həll etmək demək idi. Bu məsələlərin həllinin 
avtomatlaşdırılmasına tədiyəqabiliyyətli tələb tədricən yeni tip 
informasiya sistemləri formalaşdırdı. İndi artıq yeni informasiya 
sistemləri konsepsiyasının müəllifi, 
MRP və MRPII sistemlərinin 
müəllifi O.Uayt kimi bir nəfər deyil, qloballaşma və 
informatlaşdırmanın yeni çalarları ilə bəzənmiş müasir 
iqtisadiyyatdır.
1990-cı illərdə korporativ informasiya sistemlərinin inkişaf 
etdirilməsi və tətbiqi sahəsində dünyada məşhur olan 
GartnerGroup şirkəti ERP-sistemlərini iri korporasiyalarda 
qərarların hazırlanması və qəbulu aləti kimi etiraf etdi.
ERP-sistem dedikdə, artıq iri müəssisələrdə biznes-
proseslərin avtomatlaşdırılması və optimallaşdırılması ilə 
inteqrasiya edilmiş planlaşdırma və idarəetmə ideologiyası 
nəzərdə 
tutulur. 
ERP-sistemləri 
planlaşdırma, 
uçot, 
maliyyələşdirmə, istehsal, resurs sifarişləri və hazır məhsul 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin