Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə14/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 25 ____________________________ 
informasiya sistemləri birləşdirir. Məsələn, şirkətin mərkəzi 
ofisində işləyən 
SAP R/3 bölmələrdə işləyən 1C sistemindən 
mühasibat verilənlərini, tabe müəssisələrdə işləyən “Парус” 
sistemindən digər verilənləri qəbul etməklə birləşdirici rol 
oynaya bilir.
Burada inteqrasiya edilmiş informasiya sistemləri ilə 
inteqrasiya edilmiş idarəetmə sistemləri arasında mövcud olan 
fərqə diqqət yetirmək lazım gəlir. Belə ki, inteqrasiya edilmiş 
idarəetmə sistemləri fərqli biznes-modellərdən və verilənlərin 
idarə edilməsi üzrə fərqli texnologiyalardan istifadə edən 
müxtəlif platformalara əsaslanan proqram əlavələrinin
ERP 
əsasında birgə istismarını təmin edir. İnteqrasiya edilmiş 
informasiya sistemləri isə şirkətdə mövcud olan və özünün 
funksional altsistem modulları olmayan proqram əlavələrinə 
yalnız qoşula bilən 
EAI (Enterprise Application Integration) 
proqram paketləri əsasında inteqrasiya həyata keçirir. 
Adətən inteqrasiyanın 3 səviyyəsini fərqləndirirlər: 
1).İnformasiya 
texnologiyaları 

birgəlik 
(
IT-
compatability); 
2).Funksional altsistemlərin və proqram əlavələrinin bir-
birinə qoşula bilənliyi; 
3).Biznesin idarə edilməsinin inteqrasiyası (biznesin 
inteqrasiyası). 
Bu anlayışları izah etmək üçün çox sadə bir misala 
baxaq. 
Ailədə ata, ana, oğul və qız: hərə öz maliyyə işini 
informasiya sistemlərinin köməyi ilə: ata - işçi stansiyada, ana 
- fərdi kompüterdə, oğul - noutbukda, qız isə - adi dəftərdə 
aparır. Ata ailənin maliyyə işində qayda yaratmaq və onu 
idarə etmək qərarına gəlir. Bunun üçün ata öz işçi 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 26 ____________________________ 
stansiyasında bir-neçə funksional altsistemdən ibarət olan “AB 
(ailə büdcəsi)” paketi yaradır. 
Bu altsistemlərdən ikisi üzərində ətraflı dayanaq: 
1).“Balans” altsistemi. Ailə üzvlərinin gəlirləri və xərcləri, 
həmçinin ailənin verəcəkləri (kreditlər) və alacaqları (debetlər) 
bu altsistemdə əks etdirilir. Bu altsistemin vəzifəsi həm 
daxilolmalar və ödəmələr üzrə hesab əməllərini icra 
etməkdən, həm də alacaqların və verəcəklərin çatan 
müddətləri barədə xəbər verməkdən ibarətdir. Bundan əlavə, 
bu altsistem istifadəçilərin sifarişi üzrə balansın vəziyyəti 
barədə verilmiş formada hesabat da təqdim edir. 
2).“Bank” altsistemi. Bu altsistem ailə üzvlərinə imkan 
verir ki, müxtəlif banklarda yerləşdirdikləri özlərinin bank 
hesablarındakı məbləğləri müvafiq bankların informasiya 
sistemlərinə qoşulmaq yolu ilə idarə edə bilsinlər. Bu 
altsistemdə avtomatlaşdırılan proseslərdən ən vacibi 

kommunal xərclərin ödənilməsi” prosesidir ki, bunun 
nəticəsində qaz, su, elektrik enerjisi, telefon, zibil daşımaları, 
mənzil haqları üzrə ödəmələr ailənin bir və ya bir-neçə bank 
hesabından həyata keçirilir. 
Aydındır ki, təqdim edilən funksional altsistemlər vahid 
informasiya sistemlərinin tərkib hissələri olaraq inteqrasiyanın 
bütün tələblərinə cavab verirlər. Bu AB sisteminə ailənin 
bütün üzvlərindən verilənlər daxil olmalıdır və burada 
cürbəcür variantlar ola bilər.
Birinci inteqrasiya səviyyəsi – İnformasiya 
texnologiyaları-birgəlik (
IT-compatability). Bu, ilk növbədə, 
əməliyyat sistemlərinin və verilənlərin birgəliyini nəzərdə 
tutur. Əgər hamı eyni sistemdə, məsələn, 
Windows 2000 MS 
Office-də işləyirsə, onda verilənlərin mübadiləsi və mətnlərlə 
əlaqədar hər şey qaydasındadır. Əgər ailə üzvləri, bizim 



Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin