Dərslik kimi tövsiyyə edilir. B a k I 1 6


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI



Yüklə 199,7 Kb.
Pdf görüntüsü
səhifə4/152
tarix07.01.2024
ölçüsü199,7 Kb.
#201769
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   152
77MUASIR-INF.SIST .DERSLIK-PDF

MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 8 ____________________________ 
Qərar qəbulu dedikdə, mövcud informasiya əsasında 
mümkün həll variantlarının ən yaxşısının seçilməsi nəzərdə 
tutulur. Qərar qəbulu həmişə risklə bağlı olur. Lazımi 
informasiya cəld və keyfiyyətli hazırlandıqda risklər minimum 
olur. İnformasiya sistemlərinin əsas funksiyalarından biri məhz 
bununla bağlıdır. 
İQTİSADİ İNFORMATİKA VƏ BİZNES PROSESLƏRİ 
İnformasiya texnologiyaları müəssisənin əsas fəaliyyət 
prosesinə necə daxil olur?
Müəssisənin 
mənfəətinin 
artmasında, 
rəqabət 
qabiliyyətinin qorunmasında informasiya texnologiyaları necə 
iştirak edir?
İstehlak 
dəyərinin 
artmasında 
informasiya 
texnologiyalarının rolu nədən ibarətdir? 
Bu suallara cavab vermək üçün 20-ci əsrin 90-cı illərində 
Harvard biznes məktəbində dəyərin yaradılması (və ya 
artırılması) zənciri konsepsiyası işlənib hazırlanmışdır. 
Konsepsiya müəllifi Maykl Porter göstərdi ki, şirkətin rəqabət 
qabiliyyətli olması çoxsaylı əsas və köməkçi proseslərin 
optimallaşdırılması yolu ilə mümkündür. Bu proseslərin 
optimallaşdırılması isə zəngin, aktual və keyfiyyətli 
informasiyadan, başqa sözlə, optimal fəaliyyət göstərən 
informasiya sistemlərindən birbaşa asılıdır. 
Biznes-proses dedikdə, girişi resurs sərfindən, çıxışı isə 
istehlak dəyərindən ibarət olan müxtəlif növ fəaliyyətlər zənciri 
nəzərdə tutulur. Bu tərif qara qutu səviyyəsini ifadə etdiyindən, 
səmərəli deyil. Çünki, sözügedən zəncirin optimallaşdırılması 
üçün onun hansı həlqələrdən ibarət olması və zəif həlqələrin 


MÜASİR İNFORMASİYA SİSTEMLƏRİNİN İDARƏ OLUNMASI 
___________________________ 9 ____________________________ 
necə möhkəmləndirilməsi barədə informasiyaya malik olmaq 
lazımdır.
Bu baxımdan, biznes-proses – vahid natural və ya dəyər 
kriterisi ilə xarakterizə olunan nəticəyə gətirən bircins işlər 
ardıcıllığıdır. Biznes-prosesə aid iş biznes-proses addımı adlanır. 
Biznes-prosesin modelləşdirilməsi iqtisadi informatikanın 
əsas metodudur. 
Maykl Yucin Porter (ingiliscə Michael Eugene Porter) 
1947-ci ildə anadan olmuşdur. Amerika iqtisadçısı, Harvard 
biznes 
məktəbinin 
professoru, 
iqtisdadi 
rəqabət, 
ümumdünya bazar rəqabəti və ölkələr və regionlar arası 
rəqabət sahəsində sayılan mütəxəssisdir. Ölkələrin rəqabətdə 
üstünlük nəzəriyyəsini işləyib hazırlamışdır.

Yüklə 199,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin