Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  dişlərinə də bu dövrdə yiyələnərək  ibtidai əkinçiliyin



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə4/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik




dişlərinə də bu dövrdə yiyələnərək 
ibtidai əkinçiliyin 
əsasını qoydular. 
Beləliklə, mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası 
qoyuldu. 
Azərbaycanda mezolit dövrü 
Qobustan 
və 
Damcılı 
düşərgələri 
əsasında öyrənilmişdir. Qobustanın qayaüstü rəsmlərində ox - yayla silahlanmış 
təbii böyüklükdə insan təsvirləri böyük maraq doğurur. Qayaüstü rəsmlərdə 
qədim insanların ov səhnələri ilə yanaşı, totem - ovsun inancları da təsvir 
olunmuşdur. Maral, at və keçi, qayıq təsvirləri əsasında demək olar ki, qədim 
Qobustan əhalisinin əsas məşğuliyyəti 
ovçuluq 
və 
balıqçılıq 
olmuşdur. 
Qobustan qayaüstü rəsmlərində balıq və balıq toru təsvirlərinə rast gəlinmişdir. 
Buradakı baş tərəfində günəş və içərisində adamlar təsvir edilmiş qayıq rəsmləri 
mezolitdə balıq ovunun artıq geniş yer tutduğunu sənədləşdirmişdir. 
Qobustanda yaşayan insanların axirət dünyasına inamı ilə bağlı dəfn zamanı 
ölülərin yanına məişət əşyaları qoyulurdu. 
Mezolit dövründə kiçik ölçülü (milaolit) alətlərə Damcılı mağarasında 
rast gəlinmişdir. Damcılı və Şuşa mağaralarında tapılmış çeşidli qaşovlar
bizlər, kəsicilər, bıçaqlarla yanaşı, kiçik lövhəciklərdən hazırlanmış quraşdırma 
alətlər (biçin bıçaqlan) və silahlar (ox uduqları, nizələr) diqqəti cəlb edir. 
Neolit (e. ə. 
VII - VI 
minilliklər). 
Azərbaycanda neolit dövrü qəbilə 
icmasının həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Yeni daş 
dövründə istehsal təsərrüfatı və onun əsas sahələri olan 
əkinçilik 
və 
maldarlıq 
meydana çıxmışdır. 
İstehsal təsərrüfatının yaranması 
elmi ədəbiyyatda 
«neolit inqilabı» 
adlanır. Bu inqilabın nəticəsində insan ərzaq ehtiyatı üzərində 
ilk dəfə nəzarət etmək imkanı qazanmışdır. 
Azərbaycanda istehsal təsərrüfatına keçid e. ə. VII minilliyə təsadüf 
edir. Qobustanda tapılan daş toxalar, dən daşları, biçin bıçaqları və çin dişləri ilk 
əkinçilik alətləri hesab olimur. Neolitdə insanlar daşlann deşilməsi və 
cilalanması üsullarım mənimsəmişdilər. Gəncə-Xanlar (Göygöl) bölgəsində 
arxeoloji abidələrin öyrənilməsi göstərir ki, Azərbaycandakı neolit adamı artıq 
daşı novçalı şəklə sala, burma üsulu ilə deşə bilirdi. Əsas əmək aləti kimi 
toxadan istifadə olunduğundan əkinçilik 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin