Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


ildən - 40 min il bundan əvvələ kimi)



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə3/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

ildən - 40 min il bundan əvvələ kimi) 
mövcud olmuşdur. İnsanlar qida əldə 
etmək və heyvanlardan qorunmaq zərurəti qarşısında 20 - 30 nəfərdən çox 
olmayan bir dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda 
(Azıx və Tağlar mağaralan) və Qazax bölgəsində (Damcılı və Daşsalahh 
mağaraları) məskən salmışlar. İbtidai insan yem əldə etmək üçün yığıcılıq və 
ovçuluqla məşğul olurdu və bu
istehlak təsərrüfatı 
adlamrdı. 
Paleolit (qədim daş dövrü) alt, orta və üst adlanan 3 dövrə bölünür: 
1.
Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ 
qədər davam etmişdir. 
Azıx mağarası Azərbaycanda ən qədim paleolit 
düşərgəsidir və ölkəmizdə ən qədim daş alətlər burada tapılmışdır. 
«Quruçay 
mədəniyyəti»nə 
aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl 
Azərbaycanda 
bacarıqlı insanın 
yaşadığını sübuta yetirir. 


Həmin alətlər belə söyləməyə imkan verir ki, Avroasiya ərazisində ilkin insan 
yurdu bizim Vətənimizdə - Azərbaycanda tapılmışdır. 
. Bacarıqlı insan əmək alətləri düzəldə və onlardan istifadə edə bildiyinə görə 
belə adlanmışdır. Alt paleolitdə bacarıqlı insanlann məcburi şəkildə birləşdiyi 
ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə 
qidalamr, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan 
əvvəl Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub saxlamağı 
bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Ocağın 
ətrafında hörülən divar Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və 
bacanqlı olduqlanm göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350 - 
400 min il bundan əvvələ aiddir. Həmin çənə sümüyünün aid olduğu insan 
Azıxantrop (Azıx adamı) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim 
insan məskənlərindən biri olmasının göstəricisidir. 
2.
Orta paleolit dövrü (təxminən e. ə. 100 - 40-cı minilliklər) Must- ye 
dövrü adlamr. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə 
və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə 
edirdilər. İbtidai insan dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və 
yığıcılıqla məşğul olurdular. Qarabağda Tağlar mağarasındakrocaq yerləri 
insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta 
paleolitdə yaşayan qədim insanları neandertal (bu tip insan qalıqları ilk dəfə 
Almaniyadakı Neandertal mağarasında tapılmışdır) adlandırırlar. 
3.
Üst paleolitdə (eramızdan 40 min il - 12 min il əwəl) ağıllı insanın 
meydana çıxması ilə Azərbaycanda qəbilə icması formalaşmağa başladı. Qəbilə 
icmasında ibtidai yaşayış daha sabit və davamlı şəkil aldı. Bir neçə qəbilənin 
birləşməsi ilə tayfa yarandı. Qan qohumlanndan ibarət tayfa birgə təsərrüfat 
aparır, öz ərazisində bütün təbii ehtiyatlardan birgə istifadə edirdi. Bu zaman 
istehsal vasitələri və məhsul üzərində ümumi mülkiyyət mövcud idi; birgə əmək 
və birgə yaşayış qaydalan hökm sürürdü. Qəbilə icmasının ictimai həyatı və 
təsərrüfatında eneolitin sonunadək (e. ə. V.T minillik) qadın aparıcı yer 
tutmuşdur. Yalnız ovçuluq və balıqçılıqla məşğul olan kişilərdən fərqli olaraq 
qadmlar yem toplayır, ev işləri görür, odu qomyur və uşaqların qayğısına 
qalırdılar. Qəbilədə qadın, ana üstün yer tutduğuna və nəsil ana xətti ilə 
getdiyinə görə həmin dövr matriarxat (anaxaqanlığı) adlandırılmışdır. 
Mczolit (e. ə. XII - VIII minilliklər). Azərbaycanda mezolit dövründə 
ox və kamanın kəşfi ovçuluğun inkişafında böyük rol oynamışdır. Hey- vanlarm 
uzaqdan ovlanması imkam yaranmış, qida ehtiyatı artmış və ovçuluq əsas 
peşəyə çevrilmişdi. Bu dövıdə ovçuluq və yığıcılıqla yanaşı, istehlak 
təsərrüfatının daha bir sahəsi olan balıqçılıq meydana çıxmışdır. İstehlak 
təsərrüfatı ilə məşğul olan insanlar geniş əraziyə yayılmaq imkamna malik 
deyildilər. 
Mezolitdə insanlar heyvanlanıı əhliləşdirilməsinə başladılar. Bununla 
da ibtidai heyvaııdaı lığın əsası qoyulmuş oldu. İnsanlar ilk əkinçilik vər 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin