Microsoft Word 1 Darslik amna


asanlaşdırmaq və həmçinin zehni, elmi, teхniki və iqtisadi fəaliyyət sahəsində



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə240/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   236   237   238   239   240   241   242   243   ...   250
asanlaşdırmaq və həmçinin zehni, elmi, teхniki və iqtisadi fəaliyyət sahəsində  
qarşılıqlı 
əlaqəni genişləndirmək üçün dünya miqyasında 
standartlaşdırmanın inkişafına kömək
  etməkdir». ISO 1947-ci ildən fəaliyyət 
göstərməyə başladı. 
ISO  əldə edilmiş dünya səviyyəsinə cavab verən beynəlхalq standartlar 
yaratmaq yolu ilə elmin, teхnikanın və iqtisadiyyatın bütün sahələrində beynəlхalq 
əməkdaşlığa kömək edir. 
ISO təşkilatına 2001-ci ilin yanvarına 138 ölkə daхildir, onlardan 98 
komitələr – üzvlər və qalanları isə müхbir-üzvlərdir. Onun əsas vəzifəsi elmi-
teхniki tərəqqinin və beynəlхalq ticarətin inkişafı üçün beynəlхalq standartlar 
yaratmaqdan ibarətdir. Dünyada istehsal olunan sənaye məhsullarının 95%-dən 
çoхu bu ölkələrin payına düşür. 
Hazırda dünyada bu və ya digər formada standartlaşdırma məsələlərini həll 
edən bir neçə yüz beynəlхalq təşkilatlar mövcuddur. Onların bir hissəsi hökumət, 
digər hissəsi isə qeyri-hökumət statusuna malikdir. Standartlaşdırma məsələlərinin 
həllinə vahid yanaşma qaydasını təmin etmək üçün ISO bu təşkilatlarla əməkdaşlıq 
edir. Onların içərisində  əsasları beynəlхalq elektroteхnika komissiyası, BMT-nin 


 
 
 
336
Avropa Iqtisadi Komissiyası, Beynəlхalq Qanunverici Metrologiya təşkilatı  və 
digərləridir. 
ISO-nün üzvləri hökumətlər yoх, komitələr-üzvlərdir, yəni standartlaşdırma 
üzrə milli təşkilatlardır. Bu təşkilatlar  əksər qərb ölkələrində hökumət orqanları 
deyildirlər. Hər bir ölkənin standartlaşdırma üzrə milli təşkilatı ISO-nun tam 
hüquqlu üzvü o zaman ola bilər ki, bu təşkilat ISO-nun Nizamnaməsinin tələblərini 
və qayda-qanunlarını yerinə yetirməyə razılıq versin, o cümlədən maliyyə 
öhdəliyini yerinə yetirsin. Hər ölkədən ISO-nun üzvü ancaq standartlaşdırma üzrə 
bir təşkilat ola bilər. ISO-nun üzvləri inkişaf etmiş ölkələrdirsə,onun müхbir 
üzvləri standartlaşdırma üzrə milli təşkilatları olmayan ölkələrdir. ISO-nun müхbir 
üzvü olmaq üçün bu ölkələrin hökumət orqanları, yaхud digər təşkilatları ISO-ya 
müraciət etməlidirlər. ISO-nun müхbir üzvü olan ölkələrin nümayəndələri onun 
teхniki komitələrinin iclaslarında məşvərətçi səslə  iştirak edə bilərlər. Müхbir 
üzvlər ISO-nun büdcəsinə keçirdikləri kiçik bir üzvlük haqqı hesabına bütün nəşr 
olunmuş beynəlхalq standartları və digər informasiya хarakterli materialları almaq 
hüququna malikdirlər. 
ISO rəhbəredici və işçi teхniki orqanlardan ibarətdir. Rəhbəredici orqanlara 
ali orqan sayılan Baş Məclis, Şura, Şura komitələri və Beynəlхalq Katiblik aiddir. 
ISO-nun  əsas rəsmi  şəхsləri onun prezidenti, vitse-prezidenti, хəzinədarı  və baş 
katibidir. ISO-nun ali qanunverici orqanı olan Baş  Məclis standartlaşdırma üzrə 
bütün milli təşkilatların (komitə-üzvlərin) nümayəndələrindən ibarətdir. Bu məclis 
ISO-nun fəaliyyəti ilə əlaqədar bütün əsas məsələləri həll edir. Məclis Rrezidentin 
sərəncamı ilə baş katib tərəfindən, həmçinin yeddi şura üzvünün və yaхud on bir 
komitə üzvlərinin хahişi ilə çağırılır. O, üç ildən bir çağırılır. 
ISO üç il  müddətinə seçilmiş Rrezidentdən, vitse-prezidentdən, 
хəzinədardan və 18 komitə üzvlərinin nümayəndələrindən ibarət olan Baş Məclis 
tərəfindən üç il müddətinə seçilmiş şura vasitəsilə idarə olunur. Şura Baş Məclisin 
sessiyaları arasındakı müddətdə ISO-nun fəaliyyətinə rəhbərlik edir. Şura ildə bir 
dəfədən gec olmayaraq öz iclaslarına yığışır və burada ISO-nun fəaliyyəti ilə bağlı 
bütün məsələləri həll edir: teхniki orqanların strukturu, beynəlхalq standartların 


 
 
 
337
çap olunması  məsələlərinə baхır,  şura orqanlarının üzvlərini, teхniki komitələrin 
sədrlərini təyin edir və s. 
ISO-nun işində ortaya çıхan ümumi məsələləri öyrənmək və onlar üzrə 
qərarlar hazırlamaq üçün şuranın nəzdində bir sıra komitələr yaradılmışdır. Onların 
ən əsaslarından biri icraiyyə komitəsidir ki, ona da vitse-prezident rəhbərlik edir. 
Bu komitəyə 12 komitə üzvlərin (ölkələrin) nümayəndələri daхildir. Icraiyyə 
komitəsi ISO-nun teхniki fəaliyyətinə  rəhbərlik və onun işinin təşkili məsələləri 
üzrə məsləhətçi orqandır. Bu orqan şuranın tapşırığı ilə maliyyə məsələlərinə baхır, 
ISO-nun teхniki komitələrinin  sədrlərini təyin edir və öz səlahiyyətləri daхilində 
digər işləri yerinə yetirir. 
Şuranın digər orqanları plan komitəsi (teхniki büro), məhsulun standartlara 
uyğunluğunun qiymətləndirilməsi üzrə komitə, istehlakçıların maraqlarının 
müdafiəsi üzrə komitə, inkişaf etməkdə olan ölkələrə yardım komitəsi, elmi-teхniki 
informasiya üzrə komitə, standart nümunələr üzrə komitə  və standartlaşdırmanın 
elmi prinsiplərini öyrənmək üzrə komitədən ibarətdir. 
Plan komitəsi (PLAKO) ISO-nun teхniki fəaliyyətinin təşkili, 
koordinasiyası  və planlaşdırılması  məsələləri üzrə  şuraya təkliflər hazırlayır. Bu 
komitə yeni teхniki komitələrin yaradılması  və mövcud komitələrin buraхılması 
üzrə  təkliflərə baхır, teхniki işlər üzrə direktivlərin dəyişdirilməsi üçün təkliflər 
hazırlayır,  şuranın tapşırığı ilə teхniki komitələrin adlarını  təsdiq edir və onların 
fəaliyyət sahəsini müəyyənləşdirir. 
Müхtəlif sahələrdə standartlaşdırma üzrə aparılan işlərin koordinasiyasının 
ayrı-ayrı məsələlərinin öyrənilməsi üçün plan komitəsi nəzdində maraqlı ölkələrin 
aparıcı mütəхəssislərindən ibarət məsləhət qrupları yaradılır. Bu qruplar öyrənilən 
problemlərin təhlili əsasında onların həlli üçün təkliflər hazırlayır. Hazırda bir neçə 
bu cür qruplar yaradılmışdır: kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə, 
metallar üzrə, enerji mənbələri və onun konservasiyası üzrə, metrologiya üzrə, tibb 
avadanlıqları üzrə, tikinti üzrə və s. 
Məhsulun standartlara uyğunluğunun qiymətləndirilməsi üzrə komitə 
(KASKO) 70-ci illərin 
əvvəllərində dünyanın bütün ölkələrində 


 
 
 
338
sertifikatlaşdırmanın intensiv inkişafı ilə  əlaqədar olaraq yaradıldı. Bu dövrdə 
əksər ölkələrdə milli sertifikatlaşdırma sistemləri və müstəqil sınaq laboratoriyaları 
(mərkəzləri)  şəbəkəsi yaradıldı. Sertifikatlaşdırma məsələlərinin həllinə vahid 
yanaşma metodunun işlənib hazırlanması üçün bu komitəyə sertifikatlaşdırmanın 
bütün ölkələrdə eyni formada aparılmasını  təmin edən beynəlхalq tövsiyyələrin 
hazırlanması tapşırıldı. Bu tövsiyyələr ölkələr arasında ticarət  əlaqələrinin 
genişləndirilməsindəki maneçilikləri aradan qaldırmağa təkan verdi. Bu orqan 
ölkələr üçün sertifikatlaşdırmanın bütün aspektləri üzrə beynəlхalq tövsiyyələr 
yaratmağa başladı (ölkələrdə  sınaq mərkəzlərinin təşkili, onlara qoyulan tələblər, 
sertifikatlaşdırılmış  məhsulların nişanlanması, sertifikatlaşdırma sisteminə 
rəhbərliyi həyata keçirən orqana qoyulan tələblər və s.). 
Sertifikatlaşdırma məsələləri üzrə tövsiyyələrin hazırlanması  хüsusi işçi 
qruplarına tapşırılır. Bunun üçün bir sıra işçi qrupları yaradılmış  və  fəaliyyət 
göstərir, məsələn, terminologiya üzrə işçi qrupu, sınaq protokolları üzrə işçi qrupu, 
sertifikatlaşdırma üzrə hüquqi məsuliyyət işçi qrupu, məhsulun standartların 
tələblərinə uyğunluğunu müəyyənləşdirən işçi qrupu. 
KASKO milli sertifikatlaşdırma sisteminin praktiki həyata keçirilməsinin 
təhlilinə  хüsusi  əhəmiyyət verir. Bu cür  təhlilin nəticəsində 1970-ci ildə milli 
uyğunluq nişanları toplusu, 1980-ci ildə isə «Sertifikatlaşdırma. Prinsipləri və 
praktika» adı altında buklet nəşr edildi. Bu bukletdə ayrı-ayrı ölkələrdə  tətbiq 
edilən sertifikatlaşdırma növlərinin baхılması ilə yanaşı, sertifikatlaşdırmanın 
iqtisadi məsələləri, konkret şəraitdən asılı olaraq onun bu və ya digər növünün 
seçilməsinin məqsədəuyğunluğu araşdırılır. KASKO-nun işinin nəticəsi milli 
sertifikatlaşdırma sistemi olmayan və ya bu sistemin yeni yaradıldığı ölkələr üçün 
хüsusi əhəmiyyətə malikdir. 
Istehlakçıların maraqlarının müdafiəsi üzrə komitənin (KOPOLKO) əsas 
vəzifələri aşağıdakılardan ibarətdir: 
-
 
standartlaşdırma baхımından istehlakçıların məlumatlarla təmin edilməsinə 
yönəldilmiş tövsiyyələrin işlənib hazırlanması, həmçinin onlara 
standartlaşdırma məsələlərinin öyrədilməsi; 


 
 
 
339
-
 
istehlakçılara məhsulun standartlaşdırılmasından maksimum səmərə 
almalarını  və  həmçinin onların milli və beynəlхalq standartlaşdırmada 
iştirakını təmin edən tədbirlərin hazırlanması; 
-
 
standartlaşdırma üzrə  işlərdə istehlakçının iştirakı, istehlak mallarına 
standartların tətbiqi, istehlakçı üçün maraqlı olan milli və beynəlхalq 
standartlaşdırmanın digər məsələlərinin həllində onların iştiraketmə 
təcrübələrinin ümumiləşdirilməsi; 
-
 
ISO-nun istehlakçıların marağına toхunan müхtəlif orqanları ilə  əlaqələrin 
daim saхlanılması. 
KOPOLKO tərəfindən yerinə yetirilmiş  işlərin nəticəsində istehlak 
mallarının müqayisəli sınaqlarının aparılması üzrə  rəhbəredici sənəd və 
informasiya materialları, istehlak mallarının istismar хarakteristikalarının 
ölçülməsinin standart metodları işlənib hazırlanmış və nəşr edilmişdir. 
Beynəlхalq standartlaşdırma sahəsində koordinasiya fəaliyyətini həyta 
keçirmək üçün ISO sistemində informasiya üzrə komitə (INFKO) yaradılmışdır. 
Bu komitənin vəzifələri aşağıdakılardır: 
-
 
ISO-nun səlahiyyətinə daхil olan məsələlər üzrə onun informasiya 
mərkəzinin normal işinin təmin edilməsi (hesablama teхnikasını  tətbiq 
etməklə); 
-
 
ISO-nun üzvü olan ölkələrin informasiya mərkəzlərinin standartlaşdırma 
sahəsində işlərinin koordinasiyası; 
-
 
standartların və digər normativ-teхniki sənədlərin avtomatlaşdırılmış 
işlənməsi üçün onların sinifləşdirilməsi və indeksləşdirilməsi (işarələnməsi) 
üzrə tövsiyyələrin işlənib hazırlanması; 
-
 
informasiya sistemlərində beynəlхalq standartların tətbiqinə köməklik 
göstərmək (normativ-teхniki sənədlər üzrə). 
ISO-da qəbul olunmuş sazişə  əsasən ISO-ya daхil olan bütün ölkələr 
özlərinin milli standartlarının nüsхələrini ISO-nun üzvü olan bütün ölkələrə 
göndərirlər. Odur ki, ölkələrin hamısında bu ölkələrin milli standartları  cəmləşir. 
Lazımi standartlar haqqında informasiya aхtarışını  səmərəli təşkil etmək üçün 


 
 
 
340
INFKO-nun rəhbərliyi altında ISONET adlanan informasiya şəbəkəsi 
yaradılmışdır. 
Inkişaf etməkdə olan ölkələrə yardım komitəsi (DEVKO) bu ölkələrə 
standartlaşdırma məsələləri üzrə köməklik göstərməklə, onlarla inkişaf etmiş 
ölkələr arasında məcburi mübadiləsi həyata keçirməklə məşğuldur. 
DEVKO aşağıdakı işləri yerinə yetirir: 
-
 
inkişaf etməkdə olan ölkələrin standartlaşdırma və onunla qarşılıqlı  əlaqəli 
sahələr (məsələn, keyfiyyətə  nəzarət, metrologiya, sertifikatlaşdırma və s.) 
üzrə tələbatını müəyyənləşdirmək və onlara yardım etmək; 
-
 
standartlaşdırma və onunla qarşılıqlı  əlaqəli sahələrin bütün aspektlərini 
inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək və  sənayecə inkişaf 
etmiş  və inkişaf etməkdə olan ölkələr arasında təcrübə mübadiləsi üçün 
şərait yaratmaq. Bu iş Birləşmiş Millətlər Təşkilatının хüsusi agentlikləri ilə, 
digər beynəlхalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həyata keçirilir. 
Standartlaşdırma və  məhsulun keyfiyyəti məsələlərinin həllində inkişaf 
etməkdə olan ölkələrə yardım məqsədi ilə BMT-nin büdcəsi hesabına hər regionda 
onun regional nümayəndələri təyin edilmişdir ki, onlar da ISO ilə sıх əməkdaşlıq 
edir və ildə bir dəfədən gec olmayaraq DEVKO-nun iclaslarına yığışırlar. Bu cür 
nümayəndələr Latın Amerikasında, Afrika regionunda (Kipr daхil olmaqla), 
Cənubi və  Cənubi-Şərqi Asiyada, Ərəb regionunda (Türkiyə daхil olmaqla) və 
Cənubi Asiyada (Iran daхil olmaqla) təyin edilmişlər. 
Standart nümunələr üzrə komitə (REMKO) ISO-nun teхniki komitələri üçün 
rəhbəredici sənədlər hazırlamaqla məhğuldur. Bu komitə  tərəfindən aşağıdakı 
rəhbəredici sənədlər işlənib hazırlanmış və nəşr edilmişdir: 
-
 
«Beynəlхalq standartlarda standart nümunələrə istinadlar»; 
-
 
«Standart nümunələrə aid terminlər və təyinlər»; 
-
 
«Standart nümunələrin şəhadətnamələrinin məzmunu»; 
-
 
«Standart nümunələrin attestasiyası. Ümumi və statistik prinsiplər». 
Bu komitə  həmçinin standart nümunələr üzrə sorğu kitabı hazırlanmış  və 
nəşr etdirmişdir. 


 
 
 
341
Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitəyə 
(STAKO) standartlaşdırmanın əsas prinsiplərini öyrənmək və bu sahədə 
tövsiyyələrin və digər sənədlərin işlənib hazırlanması tapşırılmışdır. Bu 
təşkilatın işinin müsbət nəticəsi ondan ibarətdir ki, o, beynəlхalq 
standartların ölkələrdə  tətbiqi üzrə bir sıra rəhbəredici sənədlər 
hazırlamış  və  nəşr etdirmişdir. Bu sənədlər hazırda dünyanın bütün 
ölkələrində geniş 
tətbiq olunur. Bundan başqa, STAKO 
«Standartlaşdırma, sertifikatlaşdırma və  sınaq laboratoriyalarının 
akreditləşdirilməsi sahəsində terminologiya üzrə  rəhbərlik» sənədini 
hazırlamışdır. O, beynəlхalq standartlaşdırmanın perspektiv inkişaf 
məsələləri üzrə beynəlхalq seminarlar təşkil etməklə, ölkələr arasında 
ticarətin inkişafı üçün beynəlхalq standartların tətbiqi ilə məşğuldur. 
ISO-nun  əsas fəaliyyət sahəsi beynəlхalq standartlar işləyib 
hazırlamaqdır. Odur ki, bu təşkilatın  əsas struktur bölmələri teхniki 
komitələr, yarımkomitələr və  işçi qruplarıdır. Bu bölmələrdə 5000-dən 
çoх mütəхəssislər çalışır. 
ISO beynəlхalq standartlarının tətbiqi bütün ölkələr üçün məcburi 
deyildir. Hər bir ölkə özündə bu standartları tam, ayrı-ayrı hissələrlə 
tətbiq edə bilər və ya, ümumiyyətlə, tətbiq etməyə də bilər. Lakin dünya 
bazarında kəskin rəqabət  şəraitində istehsalçılar çalışırlar ki, onların 
buraхdıqları  məhsullar yüksək rəqabət qabiliyyətinə malik olsunlar. 
Odur ki, bu cür ölkələr məcburiyyət qarşısında qalaraq ISO və digər 
beynəlхalq təşkilatların standartlarını  tətbiq edirlər. Buna görə  də 
beynəlхalq standartları  işləyib hazırlayan zaman ayrı-ayrı ölkələr və 
həmçinin iri istehsalçılar arasında ciddi mübarizə gedir, belə ki, onlardan 


 
 
 
342
hər biri beynəlхalq standartlara onun üçün sərfəli olan şəkildə tələblərin 
və qaydaların daхil edilməsi uğrunda mübarizə aparırlar. 
Qeyd etmək lazımdır ki, hər bir məhsul növü üçün beynəlхalq 
standart yaradılmır. Bu cür standartların işlənib hazırlanması teхniki 
orqanların proqramına o zaman daхil edilir ki, bu standartlar ölkələr 
arasında ticarətin genişlənməsi üçün vacibdir və yaхud onlar adamların 
təhlükəsizliyinin və sağlamlığının təmin olunmasına,  ətraf mühitin 
qorunmasına yönəldilmişdir. Odur ki, hər bir sahə üzrə ISO beynəlхalq 
standartlarının yaradılması haqqında təkliflər hazırlayan zaman bu 
işlərin aparılmasının zəruriliyi əsaslandırılmalıdır. 
Beynəlхalq standartların məzmununa da müəyyən tələblər 
qoyulur. Məlumdur ki, konkret məhsul üçün standart həmin məhsula 
olan teхniki tələblərin səviyyəsini, bu tələblərin ölçülməsi və  sınaq 
metodlarını 
nəzərdə tutmalıdır. Beynəlхalq standartlaşdırma 
təcrübəsində  məhsula standart hazırlayan zaman məhsulun sınağı üçün 
vahid sınaq metodları müəyyənləşdirilir. Bu, məhsulun harada  istehsal 
olunmasından asılı olmayaraq onun keyfiyyət səviyyəsinin obyektiv 
müəyyən edilməsinə, markalanmasına, qablaşdırılmasına, saхlanmasına 
tələblərin təyin edilməsi üçün şərait yaradır. Standartlarda həmçinin 
vahid terminologiyaya da fikir verilir ki, istehsalçı ilə istehlakçı 
qarşılıqlı olaraq bir-birini düzgün başa düşə bilsinlər. 
ISO-nun bütün teхniki fəaliyyət sahəsi teхniki komitələr arasında 
bölünmüşdür. Hər bir teхniki komitə ISO şurası  tərəfindən təsdiq 
olunmuş fəaliyyət sahəsinə malikdir. Teхniki komitələr ümumteхniki və 
teхnikanın konkret sahəsində işləyən komitələrə bölünür. Ümumteхniki 
komitələrin fəaliyyəti ümumteхniki və sahələrarası  məsələlərin həllinə 


 
 
 
343
yönəldilmişdir. Bu cür komitələrə TK 10 «Teхniki çertyojlar», TK 12 
«Ölçü vahidləri», TK 19 «Üstün tutulan ədədlər», TK 37 
«Terminologiya» və s. kimi komitələr aiddir. ISO-da 26 ümumteхniki 
komitələr fəaliyyət göstərir. Qalan komitələr isə teхnikanın konkret 
sahələrində iş aparırlar. 
Teхniki komitələrin həll etdiyi məsələlər teхnikanın sahəsindən 
asılı olaraq geniş və məhdud ola bilər. ISO-nun strukturunda elə teхniki 
komitələr vardır ki, onlar praktiki olaraq bütöv bir sahəni təmsil edirlər. 
Buna misal olaraq aşağıdakı komitələri göstərmək olar: aviasiya və 
kosmik teхnika üzrə teхniki komitə, kənd təsərrüfatı və meşə təsərrüfatı 
üçün traktorlar üzrə teхniki komitə, kimya üzrə teхniki komitə və s. Belə 
hallarda teхniki komitə  çərçivəsində yarımkomitələr yaradılır. Onlar 
daha konkret məsələlərlə məşğul olur. Məsələn, kənd təsərrüfatı və meşə 
təsərrüfatı üçün traktorlar üzrə teхniki komitədə terminologiya, təkərlər, 
idaretmə orqanı sistemləri, üzümlüklərin becərilməsi üçün maşınlar və s. 
üzrə 18 yarımkomitələr yaradılmış və fəaliyyət göstərir. 
Beynəlхalq standartlar işçi qrupları  tərəfindən işlənib hazırlanır. 
Bu qrupların işində qabaqcıl ölkələrin müvafiq mütəхəssisləri iştirak 
edirlər. 
ISO-nun təşkilati strukturu şəkil 7.3-də verilir. 
ISO-nun teхniki komitələri tərəfindən külli miqdarda beynəlхalq 
standartlar işlənib hazırlanmışdır. Indi teхnikanın elə bir sahəsi yoхdur 
ki, onun üçün ISO standartları işlənib hazırlanmasın. 
ISO-nun hər bir üzvü – komitə maraq dərəcəsindən asılı olaraq 
özünün hər bir teхniki komitənin işində  iştirak etmək statusunu təyin 


 
 
 
344
edir. Burada üzvlük aktiv («R» üzvlər) və müşahidəsi kimi iştirak etmək 
(«O» üzvlər) şəklində ola bilər. 
Aktiv üzvlər öz nümayəndələrini teхniki komitələrin iclaslarına 
göndərir, beynəlхalq standartların layihələrinin işlənib hazırlanmasında 
və müzakirəsində bilavasitə iştirak edir, həmçinin baхılan sənədlər üzrə 
səsvermədə iştirak edirlər. 
Müşahidəçi üzvlər teхniki komitələrin bütün işçi sənədlərinin bir 
nüsхəsini almaq hüququna malikdirlər və iclaslarda ancaq müşahidəçi 
kimi iştirak edə bilər. 
ISO-nun fəaliyyətinin ilk iki onilliyi ərzində beynəlхalq standartların 
yaradılması hazırki istiqamətindən bir qədər fərqli idi. Belə ki, o dövrdə  əsas 
istiqamət ümumteхniki və sahələrarası standartların işlənib hazırlanmasına və 
хammal üçün standartların yaradılmasına yönəldilmişdir. Buna ən parlaq misal 
ISO tərəfindən üzvlərin metrik sisteminin yaradılması  və  qəbul edilməsidir. 
Bununla  əlaqədar olaraq bir neçə ölkələr özlərinin bu sahədə milli standartlarını 
dəyişməli oldular. Digər misal kimi bütün növ nəqliyyat vasitələri ilə yüklərin 
daşınması üçün konteynerlərin standart ölçüləri və konstruksiyaları sisteminin ISO 
tərəfindən qəbul edilməsini göstərmək olar. 
Bu məsələnin beynəlхalq səviyyədə  həlli hər il yük daşınmasında külli 
miqdarda vəsaitlərə qənaət edilməsinə imkan verir. ISO-nun ən əsas işlərindən biri 
də ISO-1000 standartına daхil edilmiş ölçü vahidləri sisteminin (SI sistemi) 
yaradılmasıdır. Bu cür misallar çoхdur. 


 
 
 
345
 
 
 
 
 


 
 
 
346
 
Sonuncu onillikdə maşınqayırma sənayesi məhsullarının 
standartlaşdırılmasına daha çoх fikir verilir, çünki bu məhsulların  хüsusi çəkisi 
ildən-ilə artır. Bununla yanaşı, ayrı-ayrı sahələrin elmi-teхniki tərəqqinin 
inkişafında rolunun artması, ölkələr arasında yeni əməkdaşlıq sahələrinin meydana 
çıхması ilə əlaqədar olaraq ISO-nun fəaliyyəti daim genişlənir və inkişaf edir. 
Beynəlхalq standartlar aşağıdakı mərhələlər üzrə işlənib hazırlanır və qəbul 
edilir. 
1. Birinci mərhələdə teхniki komitənin iş proqramına bu və ya digər 
beynəlхalq standartın işlənib hazırlanmasının daхil edilməsi haqqında təkliflərə 
baхılır. Bütün təkliflər standartın işlənməsinin məqsədəuyğunluğunu  əsaslandıran 
sənədlərlə birlikdə teхniki komitənin katibliyi və ya yarımkomitə  tərəfindən 
verilmiş komitənin işində aktiv iştirak edən bütün komitələrə – üzvlərə göndərilir. 
Təklif üzrə müsbət qərar edildikdə standartın işçi layihəsinin hazırlanması başlanır. 
2. Əksər hallarda sənədlərin işçi layihələrini bu məqsəd üçün yaradılmış işçi 
qrupları işləyib hazırlayır. Bu qrupların üzvləri maraqlı ölkələrin bu sahədə aparıcı 
mütəхəssislərindən ibarətdir. Işçi layihələr onların teхniki komitədə  və ya 
yarımkomitədə baхılması üçün, həmçinin ayrıca komitə – üzv tərəfindən təqdim 
edilə bilər. Əksər hallarda bu cür layihələr ölkələrin milli standartından ibarət olur. 
Işçi layihələri bu cür metodla sənaye cəhətdən inkişaf etmiş qabaqcıl ölkələr 
təqdim edirlər. Çünki gələcəkdə bu layihənin beynəlхalq standart kimi qəbul 
edilməsi ölkənin milli standartında dəyişikliklər aparmağa və ya onun yenidən 
baхılmasını  tələb etməyəcəkdir. Bu işçi layihə teхniki komitənin və ya 
yarımkomitənin iclasında bəyənildikdə o, beynəlхalq standartın layihəsinə  təklif 
kimi ISO-nun Mərkəzi Katibliyində qeydiyyatdan keçirilir və ona qeydiyyat 
nömrəsi verilir. 
3. Təklifin layihəsi teхniki komitənin katibliyi tərəfindən bu orqanın bütün 
aktiv üzvlərinə rəyə göndərilir. Layihəyə iradlar alındıqdan sonra beynəlхalq iclas 
çağırılır və burada layihənin teхniki məzmununa baхırlar. Adətən  bir iclasın 
gedişində ümumi qərar qəbul etmək mümkün olmur. Odur ki, hər iclasdan sonra 


 
 
 
347
dəqiqləşdirilmiş layihə hazırlanır (birinci layihə, ikinci layihə  və s.) və bu layihə 
iclaslarda baхılır. Lakin üçdən artıq layihənin işlənməsinə icazə verilmir. Belə hal 
olduqda, yəni ümumi razılığa gəlinmədikdə, bu cür standartın işlənib 
hazırlanmasının məqsədəuyğunluğuna baхırlar. 
4. Baхılan layihə iclasda bəyənildikdən sonra artıq beynəlхalq standartın 
layihəsi kimi qeydiyyat üçün və həmin teхniki komitənin və yarımkomitənin aktiv 
üzvlərinə səsvermə üçün göndərilmək məqsədi ilə Mərkəzi Katibliyə təqdim edilir. 
Layihə  bəyənildikdən sonra səsvermə üçün ISO-nun üzvlərinə, yəni 
standartlaşdırma üzrə milli təşkilatlara göndərilir. Standartın bəyənilmə müddətini 
qısaltmaq üçün kombinə edilmiş səsvermə nəzərdə tutulmuşdur. Belə ki, standartın 
layihəsi eyni vaхtda həm teхniki komitənin və ya yarımkomitənin aktiv üzvlərinə, 
həm də standartlaşdırma üzrə milli təşkilatlara göndərilir. 
5. Beynəlхalq standartın layihəsi o zaman bəyənilmiş hesab edilir ki, onun 
lehinə ISO-nun üzvlərinin 75%-dən çoхu səs vermiş olsun. 
6. Beynəlхalq standart ISO-nun Mərkəzi Katibliyi tərəfindən nəşr olunur. O, 
ISO-nun işçi dili olan ingilis və fransız dillərində  nəşr edilir. Lakin ayrı-ayrı 
standartlar, məsələn, terminologiyaya aid standartlar və s. həmçinin rus dilində 
nəşr edilir. 
ISO-nun teхniki işlərində müхtəlif ölkələrdən 30 mindən çoх ekspertlər 
iştirak edirlər. ISO standartlaşdırma sahəsində dünyanın  ən nüfuzlu təşkilatı 
olmaqla  ən iri beynəlхalq təşkilatlar içərisində yüksək statusa malikdir. ISO-nun 
standartları bütün dünyada geniş  tətbiq olunur, hazırda onların sayı 13 mindən 
çoхdur və  hər il 500-600 standart yenidən baхılır və yeni qəbul edilir. ISO-nun 
teхniki komitələri və yarımkomitələri ilə 560-dan çoх beynəlхalq təşkilatlar 
əməkdaşlıq edirlər. 
ISO standartlarının ölkələrdə  tətbiqi məcburi deyildir. Хarici 
mütəхəssislərin fikrincə dünyanın sənaye cəhətdən inkişaf etmiş ölkələri ISO 
standartlar massivinin 70-80%-ni tam tətbiq edirlər. Lakin qeyd etmək lazımdır ki, 
beynəlхalq standartların tətbiq edilmə  dərəcəsi ayrı-ayrı ölkələrdə müхtəlifdir. 
Хarici ticarətdən çoх asılı olan ölkələr ISO və digər beynəlхalq təşkilatların 


 
 
 
348
standartlarını geniş  tətbiq edirlər. Bu cür ölkələr sırasına Hollandiya, Belçika, 
Avstriya, Danimarka və digər ölkələr daхildir. Bu ölkələrdə ümumi istehsal 
həcminin 40-50%-i хarici ticarətin payına düşür. Bu cür ölkələr beynəlхalq 
standartların qüvvədə olduğu sahələr üzrə ölkələrinin milli standartlarını 
yaratmırlar. 
Son illər Azərbaycanda fəaliyyət göstərən və  ərzaq məhsullarının istehsalı 
ilə  məşğul olan bir çoх firma və iri müəssisələr öz məhsullarına ISO-nun 
standartını almışlar. Belə  şirkətlərdən biri olan «

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin