Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Dərslik yazılarkən çoxsaylı ədəbiyyat



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə14/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   262
2-ci movzu demoqrafiya

Dərslik yazılarkən çoxsaylı ədəbiyyat 
mənbələrindən istifadə edil­
mişdir. Yeri gəlmişkən istifadə olunmuş ədəbiyyat müəlliflərinə, habelə 
dərsliyin yazılması, çapa hazırlanması və nəşr olunmasına şərait yaradan 
və kömək göstərən bütün şəxslərə dərin təşəkkürümüzü bildiririk.
Dərslik təkcə idarəedicilər üçün deyil, müasir bazar təsərrüfatının sir­
lərinə yiyələnməyə çalışan, onun fəaliyyət mexanizminin nədən ibarət ol­
ması haqqında aydın təsəvvürə malik olmaq istəyənlərin hamısı üçün 
dəyərli mənbədir. Oxucular dərslikdə nəzərdən keçirilən məsələləri dərin­
dən öyrənməklə dünyada qəbul edilmiş standartlar, beynəlxalq maliyyə 
qurumlarının iqtisadi göstəriciləri hesablayarkən istifadə etdikləri meto­
1 O.Q.Məmmədli və b. “Sosial-İqtisadi statistika”, Dərs vəsaiti, I hissə. Bakı, “Kooperasiya 
nəşriyyatı” 2011,25,3 ç.v.
18
dika və metodologiya, habelə ölkəmizdə uçot və hesabatın beynəlxalq 
standartlara uyğunlaşdırılınası sahəsində görülmüş işlər haqqında bilik­
lərə yiyələnə, nəzəri iqtisad elmlərini öyrənərkən qazandıqları bilikləri 
təcrübədə tətbiq etmək imkanı əldə edə, onu daha da zənginləşdirə
bilərlər.
Dərslik şübhəsiz ki, ideal, nöqsansız və çatışmazlıqlardan xalı de­
yildir. 
Lakin ölkəmizdə Azərbaycan dilində bu sahədə indiyədək nəşr 
olunmuş dərslik və dərs vəsaitlərindən keyfiyyətcə fərqlənir. Belə kı, 
müəlliflər mümkün qədər köhnəlikdən, sitatçılıqdan uzaq olmağa çalış­
mış, yalnız yeri gəldikcə bazar münasibətlərinin yüksək səviyyədə inkişaf 
etmiş olduğu ölkələrin sırf elmi xarakter daşıyan və bütün səciyyəvi 
cəhətləri ilə özünü doğrultmuş təcrübəsinə və ölkəmizin iqtisadiyyatını 
səciyyələndirən faktiki statistik məlumatlara istinad etmiş, nümunələr 
gətirmiş, ümumiləşdirmələr aparmaqla hər fəslin axırında nəticə çıxarmış, 
təhlil üçün suallar vermişlər ki, bunlar da mövzunun daha yaxşı
mənimsənilməsinə 
müsbət təsir göstərə bilər.
Rəv 
və təkliflərinizi aşağıdakı ünvanlara göndərməyiniz xahiş olunur. 
Gəncə şəhəri Heydər Əliyev prospekti, 187. Gəncə Dövlət Universiteti; e- 
mail: cavadovl958@ mail.ru.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin