Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə13/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   262
2-ci movzu demoqrafiya

Hörmətli oxucular! 
Dərslikdəki mövzuların bir hissəsi müəlliflərin 
özləri tərəfindən müəyyən olunmuş, bir hissəsi isə Rusiya Federasiyasının 
iqtisadi təhsil verən ali məktəblərində çalışan mütəxəssislər tərəfindən 
yazılmış sosial-iqtisadi statistika fənni üzrə dərslik, dərs vəsaiti və tədris 
proqramlarından götürülmüşdür.
Müəlliflər dərsliyə daxil edilmiş mövzuların çoxluğunu və onların hər 
birinin daha ətraflı və müfəssəl şərh olunmasının zəruriliyini nəzərə 
alaraq onun iki hissədə buraxılmasını məqsədəuyğun hesab etmişlər.
Dərsliyin birinci hissəsində mündəricatda göstərilən mövzular şərh 
olunur. Dərsliyin ikinci hissəsinə isə aşağıdakı mövzular daxil edilmişdir: 
1) Məhsuldarlıq statistikası; 2) Qiymət statistikası; 3) Dövlət maliyyəsi 
statistikası; 4) müəssisələrin maliyyəsi statistikası; 5) Pul tədavülü və 
kredit statistikası; 6) Fond bazarı statistikası; 7) Kiçik sahibkarlıq statis­
tikası; 8) Təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi statistikası; 9) 
Əhalinin həyat səviyyəsi statistikası; 10) İqtisadiyyatın ayrı-ayrı sahələ-
Azərbaycan Respublikası Prezidentinin 
İşlər İdarp^i
PREZİDEN T KİTABXANASI


rində istehsal olunan məhsulların hesablanması metodları; 11) Xarici tica­
rət statistikası; 12) Tədiyə (ödəniş) balansı; 13) Makroiqtisadi göstərici­
lərin beynəlxalq müqayisəsi; 14) Sosial-iqtisadi statistikanın məlumat 
mənbələri.
Dərslik müəlliflərin gərgin əməyinin nəticəsi olmaqla, indiyədək bu 
sahədə Azərbaycan dilində nəşr olunmuş dərslik və dərs vəsaitlərindən 
keyfiyyətcə əsaslı surətdə fərqlənir və ali təhsil standartlarının tələblərinə 
cavab verir.
Yeri gəlmişkən qeyd etmək istərdik ki, dərsliyin müəlliflərindən ikisi­
nin həmmüəllifliyi ilə 2011-ei ildə “Kooperasiya” nəşriyyatı tərəfindən 
“Sosial-iqtisadi statistika” adlı dərs vəsaiti (I hissə) kütləvi tirajla nəşr 
olunmuşdur.1 Həmin dərs vəsaitinin materiallarından yeniləşdirilməklə 
indiki dərsliyin hazırlanmasında müəyyən dərəcədə istifadə edilmişdir. 
Ona görə də həmin dərs vəsaitinin ayrı-ayrı mövzularının yazılmasında 
iştirak etmiş və onun həmmüllifləri olmuş şəxslərə - Gəncə Dövlət 
Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları, iqtisad 
elmləri namizədləri, dosentlər M.M.Məmmədova, İ.B.Qocayevə və 
Ş.N.Xurşudova öz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Aydın məsələdir ki, dərslikdə onun predmetinə aid olan bütün məsə­
lələri tələb olunan səviyyədə və hərtərəfli nəzərdən keçirmək mümkün 
deyildir. Buna ilk növbədə dərsliyin həcmi imkan vermir. Digər tərəfdən, 
ölkəmizdə beynəlxalq statistika standartları sisteminə keçid prosesi hələ 
davam edir və müəyyən mərhələlərdə bir sıra təkmilləşdirmələrin aparı­
lacağı istisna deyildir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin