Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə56/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   50   51   52   53   54   55   56   57   58

Sensibilizasiya - bir təsirə qarşı orqanizmin, onun hüceyrə və 

toxumalarının həssaslığının artması. 

150.


 

Stress - gərginlik. 

151.


 

Şüur  -  insan  beyninin  ali  funksiyası  həqiqəti  əks  etdirən 

spesifik insani forma olub, mənası, mahiyyəti elmə əsaslanan 

məlumatları işlətməklə ikinci siqnal sisteminin köməkliyi ilə 

(söz. Riyazi işarələrlə, bədii əsər obrazları) ola bilsin ki, başqa 

insanlara,  o  cümlədən  digər  nəsillərə  ötürülə  bilər,  əsasən 

şəxsiyyəti  onu  əhatə  edən  aləm  ilə  qarşılıqlı  münasibətini 

tənzim etməyə yönəlmişdir. Öz biliyini digər insana verməklə 

özünü ondan, o aləmdən ayırır və özünü dərk edir. Son illərdə 

funksiyaların  baş-beyin  yarımkürələrində  lateralizasiyası 

sahəsində aparılmış işlərdən məlum oldu ki, qabığın qnostik 

(qnosis, yunanca qnosis - biliyi dərk etmək) zonasının, beynin 

nitq  strukturu  ilə  əlaqənin  saxlanması  şüurun  fəaliyyət 

göstərməsi üçün əsas şərtdir. Şüur - hansı ki, bilik, ola bilsin 

ki,  abs-  tarkt  formada  digər  insanlara  ötürülə  bilər.  O,  bilik 

verməklə  ünsiyyət  yaratmaq  tələbatından  yaranmışdır.  İn-

sanın daxili aləmi xarici müşahidəçilər üçün gizli saxlanılır. 

Ona görə də məlumat bir adamdan digərinə işarələr vasitəsilə 

ötürülür. Belə işarələrlə əlaqə forması nitq oldu. Ünsiyyətin 

əsasında  isə  şüur  əmələ  gəlir.  Şüur  anlayışına  dərketmə 

prosesi əlavə edilir, hansı ki, onun köməyilə insan daima öz 

biliyini  zənginləşdirir,  artırır:  duyğu  və  qavrayış  və  ya 

dərketmə, yaddaş, təfəkkür. 

152.

 

Timus (thimus) və ya çəngələbənzər vəzi - döş sümüyünün 



arxasında döş boşluğunda ön divararası nahiyədə yerləşir. O 

döş  boşluğunda  yuxarıda  nəfəs  borusuna,  aşağıda  aortaya 

bitişir.  Onurğalılarda  immunitet  sisteminin  mərkəz  orqanı 

hesab edilir. Qəlsəmə ciblərində inkişaf edir. 



577 

downloaded from KitabYurdu.org



Quşlarda  və  məməlilərdə  daha  yaxşı  öyrənilmişdir.  Mə- 

məlilərin əksəriyyətində 2-3 paydan və çoxlu paycıqlar- dan 

ibarətdir. Hər bir paycıq qabıq və beyin maddədən ibarətdir. 

İnsanda  cinsi  yetişkənlik  dövrünə  qədər  çəkisi  30  qrama 

qədər  olur.  Cinsi  yetişkənliyi  14-15  yaşma  qədər  ləngidir. 

Hormonları  timozin  və  timopoetin  T-  və  -B  limfositlərin 

formalaşmasında,  həm  də  sinir-əzələ  ötürməsində, 

sulukarbon mübadiləsində və böyümə prosesində iştirak edir. 

153.

 

Trofoblast  -  blastomerlərin  üst  səthində  əmələ  gələn  qişa 



hansı ki, sonra ondan rüşeym qişası formalaşır. 

154.


 

Telarxe  -  cinsi  yetişkənliyin  əlaməti  olan  süd  vəzilərinin 

böyüməsinə başlanması. 

155.

 

Toxum  artımı  vəzi  -  tək  üzv  olub,  şabalıd  formasındadır. 



Kiçik çanaqda sidik kisəsinin altında yerləşir. Spermanın əsas 

hissəsinin hazırlanmasında iştirak edir. Xaricdən kapsula ilə 

örtülüdür. 30-50 qovuqcuqlardan vəziciklər- dən ibarət olub, 

seliyi sidikburaxıcı kanala ifraz edir. 

156.

 

Toxum  (çiyəsi)  -  dairəvi  (bağı)  -  20  sm  uzunluğunda  olur. 



Onun  tərkibinə  daxildir:  toxum  çıxarıcı  axar,  toxum 

arteriyası,  qozaya  bənzər,  vena  toru,  limfa  damarları  və 

sinirləri. Toxumluqdan toxum çiyəsi (kanalı) yuxarı qalxaraq 

qasıq kanalına daxil olur. 

157.

 

Təbii  qocalıq  -  həm  kişi,  həm  də  qadınlarda  75-90  yaşma 



qədər davam edir. 

158.


 

Udlaq  -  yarım  fıbrozlu  -  əzələvi  orqan.  Onda  həzm  və 

tənəffüs  yolu  çarpazlanır.  Ağız  boşluğunun  udlaq  hissəsi  4 

sm-dir. Onun burun və qırtlaq hissələri də var. 

159.


 

Uzaqdan  görmə  -  insan  cismi  uzaqdan  yaxşı  görür.  İşıq 

şüaları  gözün  torlu  qişasının  arxasında  fokslaşır.  Belə  və-

ziyyətdə  büllur  yastılaşmış  və  işığı  zəif  sındırır  və  ya  göz 

alması  qisalmış  olur  və  ya  büllur  elastikliyini  itirir  və  ya 

kirpikli əzələ boşalmış olur. 

160.


 

Uşaqlıq  yolu  -  8  sm  uzunluğunda  boru  olub,  uşaqlıq  bo-

rusundan  başlayır,  sidik  cinsiyyət  diafraqmasmı  keçərək 

xarici cinsiyyət üzvlərinə qədər uzanır. Burada aypara 

578 

downloaded from KitabYurdu.org



formasında qızlıq pərdəsi yerləşir. 

161.


 

Uşaqlıq  -  armudvarı  formada  olub,  qalın  əzələ  divarına 

malikdir.  Qadınlarda  uşaqlıq  kiçik  çanaq  boşluğunda  sidik 

kisəsi ilə düzbağırsaq arasında yerləşib, dölün böyüməsinə və 

doğuş zamanı xaric olmasına xidmət edir. Dibi, bədəni (4 sm) 

və boynu (3 sm) hissələri vardır. Selikli uşaqlıq yumurtanın 

yetişməsi  ilə  əlaqədar  tsiklik  (28  gün)  dəyişikliklərə 

uyğunlaşmışdır;  mayalanma  baş  tutmadıq-  da  qişa  dağılır 

(menstruasiya).  Çəkisi  uşağı  olmayanlarda  40-50  qr,  doğan 

qadınlarda  isə  90-100  qr  olur.  Selikli  qişası  silindr  formalı 

titrəyən  epitel  ilə  və  çoxlu  vəzilər  ilə  örtülmüşdür  və 

menstrual sikllə əlaqədar dövrü dəyişikliklərə məruz qalmağa 

meyllidir.  İnsanda  və  heyvanlarda  kisəşəkilli  və  ya 

kanalabənzər  orqan  olub,  yumurta  və  embrion  (rüşeymin) 

yerləşən yerə deyilir. Uşaqlıq inkişaf etməkdə olan rüşeymi 

qida maddələri və oksigenlə təmin edir. Onurğalılar arasında 

uşaqlıq,  ancaq  diri  bala  doğan  dişi  akulada,  az  miqdarda 

sümüklü balıq növlərində, bəzi suda-quruda yaşayanlarda və 

sürünənlərdə və məməlilər- də vardır. 

162.

 

Cift - inkişaf etməkdə olan rüşeym ilə ana orqanizmi arasında 



əlaqə məməlilərdə - cift vasitəsilə həyata keçirilir. 

163.


 

Uzun  ömür  yaş  dövrü  -  90  yaşından  ömrün  sonuna  qədər 

davam edir. 

164.

 

Ürək - dördkameralı, içi boş əzələvi orqandır. Döş qəfəsinin 



arxasında  yerləşir.  2-ci  və  3-cü  qabırğalar  arasında,  döş 

sümüyünün arxasında asimmetrik vəziyyətdə 1/3 sağda, 2/3 

solda  yerləşir.  Damarları  arasıkəsilmədən  qanla  təmin  edir. 

Hərənin  öz  yumuruğu  boyda  (uzunluğu  təxminən  15  sm) 

olub,  çəkisi  200-250  qr-a  qədər  olur.  Dörd-  kameradan,  2 

qulaqcıq,  2  mədəcikdən  ibarətdir.  Arteriya  qanı  ürəkdən 

aparan, vena ürəyə gətirən damarlardır. 

165.


 

Vegetativ sinir sistemi - periferik sinir sisteminin bir hissəsi 

olub, daxili orqanların fəaliyyətini tənzim edir, daxili mühitin 

sabitliyinin  tənzimində  aparıcı  rol  oynayır,  simpatik  və 

parasimpatik şöbələrə bölünür. 



579 

downloaded from KitabYurdu.org



166.

 

Vəzilər  (qlandula)  -  insan  və  heyvan  orqanizmində  orqa-

nizmin fizioloji fəaliyyətinin tənzimində iştirak edən, spesifik 

maddələr hazırlayan və ifraz edən orqanlar. İnsan və heyvan 

orqanizmində  ekzokrin,  endokrin  və  qarışıq  vəzilər  olur. 

Hazırlandıqları maddəni  xüsusi axacaqlarla bədənin  səthinə 

və ya selikli qişaya ifraz edən vəzilərə ekzokrin və ya xarici 

sekresiya vəziləri (tər, tüpürcək, süd, həşəratlarda mum və s.) 

deyilir.  Axacaqlar  olmayan  və  hazırladıqları  hormonu  qana 

ifraz edən vəzilərə (hipofiz, böyrəküstü, qalxanabənzər və s.) 

endokrin  və  ya  daxili  sekresiya  vəziləri  deyilir.  Həm 

ekzokrin, həm də endokrin funksiyanı yerinə yetirən vəzilərə 

(mədəaltı, cinsiyyət) qarışıq sekresiya vəziləri deyilir. 

167.


 

Vena - orqan və toxumalardan arterial və həm də venoz qanı 

ürəyə  doğru  hərəkət  etdirən  damar.  Səthi  və  dərin  vena 

damarları  ayırd  edilir.  Onlar  qanın  geriyə  cərəyanına  mane 

olan aypara qapaqlara malikdir, tnsanda qapı, aşağı və yuxarı 

boş, körpücük altı, vidaci, qaraciyər venaları və s. 

168.


 

Yoğun bağırsaq - həzm borusunun son şöbəsi, uzunluğu 1,5-

2 m, diametri 3-7 sm, üç hissəsi (kor, çəmbər və düz bağırsaq) 

var. 

169.


 

Yanaqlar  -  üzün  hissəsidir.  Xaricdən  dəri,  daxildən  selikli 

qişa ilə örtülüdür. 

170.

 

Yaxından görmə - insan cismi, ancaq yaxın məsafədən görür, 



işıq  şüaları  torlu  qişanın  önündə  fokuslaşır.  Belə  ki,  büllur 

qabarıq  formada  olur  və  şüaları  qüvvətli  sındırır.  Belə 

vəziyyətdə  göz  alması  ya  uzunsov  olur,  ya  da  ki-  prikcikli 

əzələ boşalmış olur. 

171.

 

Yumurta  (ovum)  -  qadın  cinsiyyət  hüceyrəsi,  hansı  ki, 



mayalanma  və  ya  partogenez  nəticəsində  yeni  orqanizm 

inkişaf  edir.  Məməlilərdə  1827-ci  ildə  K.M.Ber  tərəfindən 

kəşf  edilmişdir.  Formalaşması  yumurtalıqda  (ooge-  nez) 

gedir. 


580 

downloaded from KitabYurdu.org



İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI 

FƏNNİ ÜZRƏ TESTLƏR 

1.

 

Beynin boz maddəsini təşkil edir: 

a)

 



neyronların cisimləri c) aksonlar e) qığırdaq 

b)

 



epitel toxuması 

d) reseptorlar 



2.

 

Hipotalamus və görmə qabarları nəyi əmələ gətirir? 

a)

 



ön-beyin 

c)  orta-beyin 

e) uzunsov-beyin 

b)

 



arxa-beyin 

d)  ara-beyin 



3.

 

Ön-beyin yarımkürələrinin funksiyası nədir? 

a)

 



şüuru, yaddaşı, təfəkkürü təyin edir 

b)

 



şərtsiz reflekslərin mərkəzi hesab edilir 

c)

 



humoral tənzimi təmin edir 

d)

 



daxili sekresiya vəzilərini tənzimləyir 

e)

 



maddələr mübadiləsini tənzimləyir 

4.

 

İşığı duyan reseptorlar harada olur? 

a)

 



buynuz qişada 

c) 


büllurda 

e)  damarlı qişada 

b)

 

ağlı qişada 



d)  torlu qişada 

5.

 

Yaxından görmənin səbəbi nədir? 

a)

 



göz almasının kiçik olması d) büllurun yastılaşması 

b)

 



B avitaminozu 

e) buynuz qişanın bulanması 

c)

 

büllurun qabarıqlığının artması 



6.

 

Uzaqdan görmənin səbəbləri: 

a)

 



büllurun yastılaşması d) kirpik əzələsinin zəifləməsi 

b)

 



B avitaminozu 

e) büllurun qabarıqlığının artması 

c)

 

göz almasının böyük ölçüləri 



7.

 

Eşitmə reseptoru harada yerləşir? 

a)

 



təbil pərdəsində b) eşitmə sümüklərində c) perilimfada 

d)

 



oval pəncərədə e) ilbiz orqanının əsas membranında 

581 

downloaded from KitabYurdu.org



8.

 

Hiss orqanlarının əhəmiyyəti nədir? 

a)

 



insanın oriyentasiyasını onu əhatə etdiyi mühitdə təmin edir 

b)

 



orqanlar sisteminə normal cavab verir 

c)

 



MSS-nin işini tənzimləyir 

d)

 



ürəyin fəaliyyətini tənzimləyir 

e)

 



şərtsiz reflekslərin əmələ gəlməsində iştirak edir 

9.

 

Ali sinir fəaliyyətini öyrənən alim: 

a)

 



 İ.İ.Meçnikov 

c) L.Paster 

e) 

Aristotel 



b)

 

 R.Dekart  d) İ.P.Pavlov 



10.

 

Şərti reflekslərin ləngimə növləri: 

a)

 



determinasiya və xarici 

b) daxili və adaptasiya 

c)

 

daxili və determinasiya 



d) sönmə və diferensiasiya 

e)

 



diferensiasiya və determinasiya 

11.

 

II siqnal sisteminin xüsusiyyətləri: 

a)

 



heyvana xasdır 

b) insan və heyvana xasdır 

c)

 

insana xasdır 



d) xarici mühitin konkter işarələri 

e) oyancılıq 



12.

 

İnsan beyninin ali funksiyaları hansılardır? 

a)

 



xarici mühitə uyğunlaşma d) təfəkkür və abstrakt şüur 

b)

 



hərəkət 

e) şərti reflekslərin əmələgəlməsi 

c)

 

orqanizmin funksiyalarının tənzimi 



13.

 

Ləng yuxunun fazaları: 

a)

 



nəbzin azalması, tənəffüsün zəifləməsi 

b)

 



nəbzin tezləşməsi, tənəffüsün zəifləməsi 

c)

 



tənəffüsün tezləşməsi, nəbzin azalması 

d)

 



nəbzin tezləşməsi, tənəffüsün tezləşməsi 

e)

 



əzələlərin yığılması, nəbzin tezləşməsi 

14.

 

Ən zəruri daxili sekresiya vəzini göstər! 

a)

 



epifiz 

c) hipofız 

e) qalxanabənzər vəzi 

b)

 



cinsi vəziləri d) böyrəküstü vəzi 

582 

downloaded from KitabYurdu.org



15.

 

Mədəaltı vəzinin hormonları: 

a)

 



insulin, qlükaqon 

c) insulin, boy hormonu 

b)

 

adrenalin, qlükaqon 



d) trioksin, insulin 

e) qlükaqon, boy hormonu 



16.

 

Qanda  qlükozanın  qatılığını  tənzimləyən  hansı  vəzilərin 

hormonudur? 

a)

 



hipofiz, böyrəküstü vəzi b) qalxanabənzər vəzi, epifizin 

c)

 



mədəaltı  vəzin,  böyrəküstü  d)  mədəaltı  vəzi,  cins  vəzilərin 

vəzinin qabıq maddəsi və epifız 

e) epifiz, böyrəküstü vəzi 

17.

 

Şəkər diabeti xəstəliyi nədən baş verir? 

a)

 



qlükaqonun çatışmazlığından 

b)

 



insulinin çoxalmasından 

c)

 



insulinin azalmasından 

d)

 



qlükozanın qlükaqona çevrilməsindən 

e)

 



trioksin artmasından 

18.

 

Böyrəküstü vəzinin harmonunu göstərin: 

a)

 



adrenalin 

b) tiroksin 

c) insulin 

d)

 



boy hormonu e) adrinokortikotrop hormon 

19.

 

Hansı vəzilərin hormonları steroidlərə aiddir? 

a)

 



hipofiz, böyrəküstü 

b) cinsi vəzi, hipofızin 

c)

 

qalxanabənzər, cinsi vəzilər d) böyrəküstü, cinsi vəzilər 



e)

 

mədəaltı, epifizin 



20.

 

Hipofiz vəzisinin orta payının hormonlarının funksiyası: 

a)

 



qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir 

b)

 



insanın boy artmasında iştirak edir 

c)

 



sidik ifrazını azaldır 

d)

 



uşaqlığın saya əzələlərini yığır 

e)

 



dəridəki piqmentləri tənzimləyir 

583 

downloaded from KitabYurdu.org



21.

 

Qidantizm xəstəliyi nə ilə əlaqədardır? 

a)

 



qlükaqonun çatışmazlığı d) boy hormonunun azlığı 

b)

 



insulinin çoxluğu 

e) insulinin azlığı 

c)

 

boy hormonunun çoxluğu 



22.

 

Orqanizmin daxili mühitini nə əmələ gətirir? 

a)

 



qan, limfa, toxuma mayesi b) bədən boşluğu 

c)

 



daxili orqanlar 

e) bağırsağın möhtəviyyatı 

d)

 

sinir sistemi 



23.

 

Limfatik damarları hara açılır? 

a) aşağı boş vena b) qarm aortası c) ağciyər arteriyası 

d)

 

yuxarı boş vena e) aorta qövsünə 



24.

 

Qan depoları hesab olunur: 

a) baş-beyin, qaraciyər b) dəri, sarı sümük iliyi 

c)

 

qaraciyər, dəri 



d) dalaq, ağciyər 

e)

 



ağciyər, baş-beyin 

25.

 

Oksehemoqlobin hemoqlobinlə nəyin birləşməsidir? 

a) karbon dioksidlə 

b) oksigenlə 

c) azotla 

d)

 

karbon monooksidlə e) ammonyakla 



26.

 

Hərəkət  edən  zaman  pozanı  saxlamaq  üçün  əmələ  gələn 

ref- leksə deyilir: 

a) statistik 

b) somatik  c)  kinetik 

d)

 



statokinetik 

e) dinamik 



27.

 

Onurğa-beynin ön buynuzunu kəsən zaman əzələ tonusu: 

a) yox olur 

b) əhəmiyyətli dərəcədə azalır 

c)

 



bükücü əzələlərdə artır d) praktiki olaraq dəyişmir 

e)

 



açıcı əzələlərdə artır 

28.

 

Sutka  müddətində  böyrəklərdə  əmələ  gələn  ilk  sidiyin 

miqdarı nə qədər (flltirat) təşkil edir: 

a) 180-200 mL b) 200-300 mL c) 10-15 mL 

d)

 

1,5 mL 



e) 100-105  mL 

584 

downloaded from KitabYurdu.org



29.

 

Frank-Starlinqin ürək qanunu nəyə deyilir? 

a)

 



aortada təzyiqin artması nəticəsində ürəyin yığılma tezliyinin 

artması 


b)

 

ürəkdən axan qanın artması zamanı ürəyin yığılma qüvvəsi 



nin azalması 

c)

 



arterial təzyiqin artması zamanı ürəyin yığılma qüvvəsinin 

artması 


d)

 

ürəyin yığılmasının qüvvəsi ürək əzələsinin diastolik gərgin-



liyi ilə mütənasibdir 

e)

 



arterial təzyiqin artması zamanı ürəyin yığılma qüvvəsinin 

azalması 



30.

 

Bir miofibrilin yığılması  təqəllüsü «hamısı və ya heç nə» 

qanununa tabe olurmu? 

a) yox 


b) qıcığın qüvvəsindən asılı olaraq 

c)

 



hə 

d) qıcığın müddətindən asılı olmayaraq 

e)

 

qıcığın qüvvəsi və müddətindən asılı olmayaraq 



31.

 

Asetilxolin neyro mediatoru mədə sekresiyasına necə təsir 

edir? 

a) ləngidir 

b) təsir etmir c) oyadır (artırır) 

32.

 

Eritrositlərin membranı keçirici deyil: 

a) K


+

 , OH- 


b) K

+

, Na



+

 

c) H



+

, OH 


d)

 

CL, OH- 



e) HCO-

3

, HP0



4

 

33.



 

Yaşlı  adamların  mədəsində  sutka  müddətində  neçə  litr 

mədə şirəsi ifraz olunur? 

a) 2,5 mL b)0,4mL c)10mL d)20mL e)0,8mL 



34.

 

Trombositlərin parçalandığı orqan: 

a) dalaqda 

b) qırmızı sümük iliyi və dalaq 

c) limfatik düyünlərdə 

d) qırmızı sümük iliyində 

e)

 



sarı sümük iliyində 

35.

 

Qırmızı  nüvə  ilə  vestibulyar  nüvənin  (Deyteres  nüvəsi) 

arasında yolun kəsilməsi zamanı əzələ tonusu: 

a) bükücü əzələlərin tonusu, açıcı əzələlərinkindən yüksək olur 



585 

downloaded from KitabYurdu.org



b)

 

əhəmiyyətli dərəcədə azalır 



c)

 

yox olur 



d)

 

praktiki olaraq dəyişmir 



e)

 

bükücü və açıcı əzələlərin tonusu bərabərləşir 



36.

 

MSS-də ləngimə hadisəsini kim kəşf etdi? 

a) Seçenov 

b) Serinqton c) Bbedenskiy 

d)

 



Pavlov 

e) Çernikov 



37.

 

Sistolik və diastolik arterial təzyiq arasındakı təzyiq fərqi 

necə adlanır? 

a) yan təzyiq 

b) orta təzyiq 

c) nəbz təzyiqi 

d)

 

venoz təzyiq e) limfa təzyiq 



38.

 

Neyrotrofillərin funksiyası: 

a)

 



qanın laxtalanmasmda iştirak etmək 

b)

 



faqositoz, histamin əmələ gətirmək 

c)

 



faqositoz, interferon əmələ gətirmək 

d)

 



tromb əmələ gətirmək 

39.

 

Karbon dioksidin venoz qanda gərginliyi: 

a) 100 mm.Hg.st. b) 46 mm.Hg.st. c) 40 mm.Hg.st. d) 30 

mm.Hg.st. e) 150 mm.Hg.st. 

40.

 

Hansı hemoqlobin (Hb) daha çox oksigen (O

2

) birləşdirə 



bilir? 

a) oksihemoqlobin 

b) fetal 

c) embrional 

d) yaşlıların Hb-ni 

41.

 

Qu-mızı  nüvənin  Deyters  nüvəsinə  təsiri  (lateral 

vestibülyar): 

a) oyandırıcı b) təsir etmir c) əhəmiyyətsiz d) ləngidici 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin