Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org   Şəkil 4



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə15/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   11   12   13   14   15   16   17   18   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


159 

downloaded from KitabYurdu.org



 

Şəkil 4. İnsanda ağciyərlərin traxeyadan bronxiollara 

qədər sürətini görmək olar. 

 

Şəkil 5. İnsanda tənəffüs yolları. 1 - qırtlaq; 2 - nəfəs bo-

rusu; 3 - bronxlar; 4 - alviollara keçən bronxlar; 5 - alveol. 



160 

downloaded from KitabYurdu.org



Məməlilərdə nəfəs yollarının daxili səthləri selikli qişa ilə 

örtülmüşdür. Selikli qişada 2 tip hüceyrələrə rast gəlinir. Onlardan 

biri  titrəyən  kirpikli  epitel  hüceyrələri,  digəri  isə  selik  və  seroz 

maye ifraz edən vəz hüceyrələridir. Sekretor hüceyrələri tərəfindən 

ifraz edilən maye nəfəs yollarına girən havanı nəmli edir, selik və 

havadakı  tozu  və  digər  hissəcikləri  tutub  saxlayır,  havanı  yad 

cisimciklərdən  təmizləyir.  Epitel  hüceyrələrinin  kirpiklərinin 

birtərəfli titrək hərəkətləri isə nəfəs  yollarında  yığılan çirkli selik 

tullantılarının nəfəs yollarından xaric edilməsinə xidmət edir. Nəfəs 

yollarından  keçən  hava,  həm  də  bədən  temperaturu  səviyyəsində 

qızır. 

Nəfəs  yolları  sisteminin  başlıca  vəzifəsi,  qəbul  edilən 



havanın  ağciyərlərdə  qaz  mübadiləsi  aparan  səthə  çatdırmaqdır. 

Nəfəs yolları belə səthlərə malik deyil və qaz mübadiləsində iştirak 

etmir,  ona  görə  də  onlara  anatomik  ölü  sahə  deyilir.  Onun  hava 

tutumu  150  ml-ə  yaxındır.  İnsanda  traxeyadan  başlayaraq 

ağciyərlərin qaz mübadiləsi səthinə (alveollara) qədər olan şaxəli 

bronxial  sistemdə  (E.R.Weibel,  1963)  23  dərəcəyə  ayrılır.  Bu 

dərəcələr iki zonaya bölünür. Biri hava daşıyıcı zona, digəri keçid 

və tənəffüs zonası  adlanır. Birinci sahə 0-16, ikinci sahə 14-23-ə 

qədər olan pillələri əhatə edir. Alveol- lar olan və qaz mübadiləsi 

orqanı  son  sahə  tənəffüs  sahəsi  adlanır.  Burada  ağciyərlərin 

elementar  anatomik  vahidləri-  asinuslar  yerləşir.  Onlar  alviol 

salxımları şəklində formalaşmışdır. Bronxiolun sonu ilə salxımdakı 

axırıncı alveol arasındakı məsafə təxminən 5 mm-ə bərabərdir. 

12.10.  Tənəffüs hərəkətlərinin mexanikası 

Tənəffüs hərəkətləri nəfəsalma və nəfəsvermə aktlarından 

ibarətdir. Ağciyərlərə hava diffuziya  yolu ilə dolub- boşalır. Fəal 

diffuziya  üçün  ağciyər  alveollarındakı  havanın  təzyiqi  ilə  xarici 

mühit  arasındakı  havanın  təzyiqi  artıb-azalmalıdır.  Nəfəsalma 

zamanı atmosfer havası ağciyərlərə daxil olur, nəfəsvermə zamanı 

ağciyərdəki hava atmosferə qaytarılır. Nəfəsalma bir çox hallarda 

orqanizmdən fəal tənəffüs hə 



161 

downloaded from KitabYurdu.org



rəkətlərinin icrasını tələb edir, nəfəsvermə aktı isə bir qayda olaraq 

passiv prosesdir. 

Nəfəsalma  zamanı  döş  qəfəsinin  həcmi  üç  istiqamətdə: 

frontal  (yanlara),  sagital  (öndən  arxaya)  və  vertikal  (yuxarıdan 

aşağıya)  istiqamətlərdə  böyüyür.  Nəfəsvermə  zamanı  isə  həmin 

istiqamətlərdə kiçilir (şəkil 6). 

 

Şəkil 6. Nəfəsalma (sağda) və nəfəsvermə (solda) zamanı 

döş qəfəsi və diafraqmanm vəziyyəti: 



1-xarici qabırğaarası əzələlər; 2-daxili 

qabırğaarası əzələlər; 3-diafraqma.

 

Bu proseslərdə xarici və daxili qabırğaarası və diafraq- ma 



əzələləri  əsas  rol  oynayır.  Belə  ki,  MSS-nin  təsiri  ilə  tənəffüs 

əzələləri  yığılır,  nəticədə  döş  qəfəsinin  həcmi  frontal  və  sa-  kital 

istiqamətlərdə  böyüyür.  Bunu  qabırğaların  təsir  sxemini  göstərən 

dörd  oxlu  çərçivə  (şəkil  7,8)  və  diafraqmanm  rolunu  nümayiş 

etdirən Donders modelində müşahidə etmək olar (şəkil 9). 

Bunu  müşahidə  etmək  üçün  şüşə  balon  götürüb  əvvəlcə 

onun dibini rezin pərdə ilə əvəz edirik. Şüşə balonun ağzına şüşə 

boru  keçirilmiş  mantar  tıxac  keçirilir.  Şüşə  borunun  balon-  dakı 

ucuna isə dovşanın ağciyəri ilə birlikdə nəfəs borusunu bağlayırıq. 

Sonra balonun dibinə bağlanmış rezin pərdənin düyməsindən tutub 

aşağı dartdıqda balonun həcmi böyüdüyü üçün onda təzyiq atmosfer 

təzyiqindən  az  olduğu  üçün,  hava  ağciyərlərə  daxil  olur  və  o 

böyüyür. Yəni nəvəsalma baş verir. 

162 

downloaded from KitabYurdu.org



Rezin pərdəni buraxdıqda o əvvəlki vəziyyətinə qayıdır. Bu anda 

balonda  təzyiq  atmosfer  havasındakı  təzyiqdən  yüksək  olduğu 

üçün,  ağciyərlər  sıxılır  və  ona  dolmuş  hava  xaric  olur.  Yəni 

nəfəsvermə baş verir. 

 

Şəkil 7. Nəfəsalma zamanı qabırğaların mexaniki hərəkəti. 

A  və  C-qabırğaların  fəqərəyə  birləşdiyi  yer;  B  və  D-qabırğalar;  Oxlarda  qabırğaların 

hərəkət istiqaməti göstərilmişdir. 

 

Şəkil 8. 



Xarici qabırğaarası əzələ təqəllüsü zamanı qabırğalar yuxarı və irəli 

yerini dəyişir. Nəticədə döş qəfəsi həm eninə, həm də uzunu istiqamətdə böyüyür. Daxili 

qabırğaarası əzələlər yığılanda əksinə proses baş verir. 

163 

downloaded from KitabYurdu.org



 

Şəkil 

9. Tənəffüs aktlarının mexaniki nümayişi üçün Donders modeli. 

Ağciyər  tənəffüsü  həyata  keçirən  orqanizmlərdə  nəfəs- 

alma aktlarının mexanikası bəzi fərqli xüsusiyyətlərə malikdir. Dəri 

tənəffüsü  ilə  yanaşı,  ağciyər  tənəffüsü  edən  yerüstü  qurbağalar 

atmosfer  havanı  udma  hərəkətləri  ilə  qəbul  edir,  havanı  ağız 

boşluğuna alır və ağız boşluğunu sıxmaqla onu ağciyərlərə itələyir. 

Bu,  havaya  artıq  təzyiq  edilməsi  hesabına  baş  verir.  Bir  çox 

reptililərdə havanın ağciyərlərə keçməsi döş boşluğu sayəsində baş 

verir. Nəfəsalma (inspirasiya) hərəkətinin icrası üçün diafraqmanm 

böyük əhəmiyyəti vardır. Bu ən mühüm inspirator (nəfəsalma üçün 

cavabdeh olan) əzələsidir. Döş və qarın boşluqları arasında yerləşən 

bu  güclü  əzələ  pərdəsinin  tağı  döş  boşluğuna  tərəf  yerləşir.  O 

yığılanda, adi halda 1, ekster hallarda 4-5, bəzən də 10 sm-ə qədər 

aşağı enir, qarın boşluğu orqanlarını aşağı sıxaraq döş boşluğunun 

həcmini  artırır.  Xarici  qabırğaarası  əzələlər  yığıldıqda  qabırğalar 

yuxarı  və  önə  dartmır,  bu  zaman  döş  boşluğu  yan  və  ön-arxa 

istiqamətlərində genəlir. Diafraqma və qabırğalararası əzələlərdən 

başqa nəfəsalma aktlarında yardımçı inspirator əzələlər (məsələn, 

döş sümüyünü qaldıran döş sümüyü-körpücük sümüyü - məməyə- 

bənzər əzələ) iştirak edir. Onların nəfəsalmada rolu fiziki və idman 

hərəkətləri zamanı daha fəallaşır. 

Sakit tənəffüs zamanı nəfəsvermə (ekspirasiya) passiv baş 

verir. Ağciyərlər və döş qəfəsi gərilmə xassəyə malikdir və 

164 

downloaded from KitabYurdu.org



ona  görə  də  nəfəsalma  zamanı  onlar  fəal  olaraq  genişləndikdən 

sonra  tezliklə  əvvəlki  vəziyyətə  qayıdırlar.  Bu,  vaxt  etibarilə  dia- 

fraqma və xarici qabırğaarası əzələlərin boşalması fazasına düşür. 

Fiziki iş və ya ağciyərlərin iradi hiperventilyasiyası nəfəs- verməni 

fəallaşdırır. Nəfəsalma zamanı xarici qabırğalararası əzələlər yığılır, 

qabırğalar qalxır və önə dartılır, döş boşluğu bu zaman genişlənir, 

onun döş qəfəsinə doğru köndələn tağı aşağı, qarın boşluğuna tərəf 

enir, nəticədə döş boşluğu genəlir, onun ardınca isə döş boşluğunun 

daxili  səthinə plevra pərdəsi  ilə bitişik  olan ağciyərlər  genəlməyə 

başlayır.  İnsanda  diafraqmanın  lsm  aşağı  enməsi  nəticəsində  döş 

boşluğunun  həcmi  250-300  ml  artır.  Döş  boşluğu  genişləndikcə 

ağciyərlərin həcmi də artır, onlar döş qəfəsinin divarına sıxılırlar. 

Ağciyərlərin  həcmi  artdıqca  bronx  və  alviollarda  təzyiq 

azalır və ona görə də atmosfer havası təzyiqlə ağciyərlərə dolur. 

Nəfəsvermə  aktı  zamanı  qabırğalararası  əzələlər  və  dia- 

fraqma  əzələləri  boşalır,  nəticədə  qabırğalar  aşağı  enir,  dia- 

fraqmanın  tağı  yuxarı  qalxır,  genəlmiş  ağciyərləri  geriyə  doğru 

basır. Bu halda ağciyərlərin həcmi kiçilir, onlarda havanın təzyiqi 

atmosfer təzyiqə nisbətən artır, alviolyar havanın çox hissəsi nəfəs 

yolları ilə xaric edilir. Sakit halda nəfəsvermə əsasən passiv gedir, 

bəzi hallarda isə bu, fəal xarakter daşıyır. Qarın divarı əzələlərinin 

yığılması, qabırğaların enməsi və döş sümüyünün fəqərə sütununa 

doğru dartılması nəticəsində fəal nəfəsvermə baş verə bilər. 

Nəfəsalma  və  nəfəsvermə  aktlarının  icrasında  ağciyərləri 

əhatə  edən  plevra  pərdəsi  ilə  ağciyərlərin  səthi  arasında  qalan 

sahədə  yaranan  mənfi  təzyiqin  dinamik  dəyişilməsi  müəyyən  rol 

oynayır (şəkil 10). Plevraarası mənfi təzyiq ontogenez prosesində 

döş  qəfəsinin  əzələ  və  sümüklərinin  ağciyərlərə  nisbətən  tez 

böyüməsi,  ağciyərlər  tərəfindən  döş  boşluğunu  tamamilə  tuta 

bilməməsi  nəticəsində  əmələ  gəlir.  Plevradaxili  boşluq  həm 

atmosfer mühitindən, həm də ağciyərlərin daxili toxuma sahəsindən 

təcrid olunduğuna görə onda mənfi təzyiq (boşluq təzyiqi) yaranır. 

Nəfəsalma  zamanı  plevradaxili  mənfi  təzyiq  aşağı  düşür, 

nəfəsvermə zamanı, əksinə, artır. İnsanda 



165 

downloaded from KitabYurdu.org



nəfəsvermə  vaxtı  onun  qiyməti  atmosfer  təzyiqdən  7mm,  nəfə- 

salma  vaxtı  isə  9  mm  civə  sütunu  qədər  aşağı  olur.  Döş  qəfəsi 

zədələnmiş  insanda  atmosfer  havası  plevral  boşluğa  keçir.  Bu 

hadisəyə  pnevmatoroks  deyilir.  Pnevamatoroks  zamanı  tənəffüs 

hərəkətləri  dayanır,  çünki  ağciyərlərin  daxilində  və  xaricində 

atmosfer təzyiq tarazlaşır, ağciyərlər artıq hava qəbul edə bilmir. 

İkitərəfli pnevmatoroks zamanı insan və heyvana vaxtında yardım 

edilməzsə ölüm baş verir. 

transpulmona

lozyiq 



Nəfəs alana qədər 

Elastiki 

dartılma qüwosi 

Plevradaxili təzyiq 

monfıdir 

Alviolarada 

almasfer 

lozyiqi 


Nəfəs alanda 

Nəfəs verəndə 

Ağciyərin elastiki 

dartılma qüvvəsi 

azalır 

Döş divarının 



əzlisinin yığılması 

Alviol təzyiqi 

atmasferdən azdır 

Diafraqmanın 

yığılması 

Ağciyərin elastiki 

dartılma qüvvəsi 

azalır 


Plevradaxili təzyiq 

daha az mənfidir 

Alviol təzyiqi 

atmasferdən çoxdur 

Diafraqmanın 

boşalması 



Şəkil 10. 

Qüvvənin tənəffüs tsiklinin axınına doğru istiqaməti. 

12.11.  Tənəffüsün tipləri 

Uşaq anadan olandan sonra göbək çiyəsi kəsilən kimi, döl 

qan dövranı, daimi qan dövranı ilə əvəz olan andan tənəffüs əzələsi 

yığılır  və  ilk  tənəffüs  -  nəfəsalma  baş  verir.  Sonrakı  inkişaf 

dövründə yaşdan, cinsdən, fiziki işdən asılı olaraq müxtəlif tənəffüs 

tipi üstünlük təşkil edir. Kişilərdə daha çox dia- fraqma, qadınlarda 

qabırğaarası əzələlər, uşaqlarda hər ikisi tənəffüsdə daha üstünlük 

təşkil  edir.  Tənəffüsdə  hansı  əzələlərin  iştirak  etməsindən  asılı 

olaraq a) qabırğa və ya döş, b) dia- fraqma və ya qarın, v) qarışıq 

tənəffüs tipləri ayırd edilir. 



166 

downloaded from KitabYurdu.org



Fiziki əməklə məşğul olan qadınlarda döş tipli tənəffüs qarın 

və  ya  qarışıq  tipli,  hamilə  qadınlarda  isə  döş  tipli  tənəffüslə  əvəz 

olunur. 

12.12.  Ağciyərlərin ventilyasiya həcmi 

O

2



 və CO

2

 qazlarının ağciyərlərdə mübadiləsinin insan və ya 



heyvan  orqanizmi  üçün  müstəsna  həyat  əhəmiyyəti  vardır. 

Ağciyərlərdə  havanın  dinamik  və  statik  vəziyyətləri  tənəffüsdə 

mühüm rol oynayır. Bu vəziyyətlərin bəzi göstəricilərini spirometr 

adlanan cihazın köməyilə təyin etmək olar. Qeyd edilmişdir ki, bu 

cihaz vasitəsilə ancaq ağciyərlərin ümumi tutumu, tənəffüs tutumu 

və  həyat  tutumu  haqqında  nisbi  təsəvvür  əldə  edilir,  amma 

ağciyərlərin funksional qalıq tutumu və ölü qalıq tutumu təyin etmək 

üçün  əlavə  üsul  -  qazın  (əsasən  helium  qazının)  durulaşdırılması 

metodunu tətbiq 

edirlər. 

„ 

Spirometr  vasitəsilə  ağciyərlərin  hava  tutumlarının  Öl-



çülməsi,  nəfəsvermə  və  nəfəsalma  aktları  zamanı  həyata  keçirilir. 

Ölçmə  aparmaq  üçün  tədqiq  edilən  adamın  xarici  nəfəs  yolları 

spirometr  ə  birləşdirilir.  Spirometr  içərisində  su  olan  və  o  suya 

üstdən  zəngvarı  qapaq  geydirilmiş  şilindir  və  ona  birləşdirilmiş 

özüyazan aparatdan ibarətdir (şəkil 11). 

Ağciyərlərin həyat tutumu təyin edilən adamın xarici nəfəs 

yolları  spirometrin  borusu  ilə  birləşdirilir.  Nəfəsvermə  zamanı 

spirometrin  qapağı  yuxarı  qalxır,  özüyazan  aparatın  qələmi  aşağı 

düşür.  Sakit  tənəffüs  zamanı  aparatın  kağız  lentinə  yazılan  tezlik 

amplitudu  ağciyərlərin  tənəffüs  həcmini  ifadə  edir.  Əgər  tədqiq 

edilən  şəxs  maksimal  dərindən  nəfəs  alarsa  və  sonra  maksimal 

dərindən  nəfəs  verərsə,  onda  qeyd  edilən  həcm  ağciyərlərin  həyat 

tutumuna  müvafiq  gəlir.  Yəni  dərindən  nəfəs  aldıqdan  sonra 

dərindən nəfəs verən zaman ağciyərlərə daxil və xaric olan havanın 

cəminə - ağciyərlərin həyat tutumu deyilir. Bura tənəffüs havası 500 

sm-


5

, əlavə hava 1500 sm

3

, ehtiyat hava 1500 sm



3

 daxildir. Ümumi 

həyat tutumunun üzərinə qalıq havanı da əlavə etsək (3500+1500) 

onda ağciyər 



167 

downloaded from KitabYurdu.org



lərin ümumi həyat tutumu 500 000 ml təşkil edir. Lakin maksimal 

nəfəsalma  və  nəfəsvermə  aktlarından  sonra  da  ağciyərlərdə 

müəyyən qədər hava qalır. Ona qalıq həcm (100-1500 ml) deyilir. 

Adi (normal) nəfəsvermə aktından sonra ağciyərlərdə qalan qazların 

həcmi funksional qalıq tutumu adlanır. 

 

Şəkil 11. Ağciyərlərin həcmi. 

İnsanda hər bir sakit nəfəsalma (adi, normal nəfəsalma) aktı 

zamanı  ağciyərlərə  500  ml-ə  yaxın  hava  daxil  olur.  Adi 

nəfəsvermədə  o  qədər  hava  ağciyərlərdən  xaric  olur.  Bu 

ağciyərlərin tənəffüs həcmi hesab olunur. Tənəffüsün dərinliyindən 

asılı olaraq müxtəlif adamlarda onun qiyməti 300-800 ml arasında 

dəyişə bilər. Normal nəfəs alandan sonra adam dərindən maksimum 

nəfəs  alsa,  ağciyərlərə  əlavə  olaraq  1500  ml  hava  daxil  olur,  ona 

əlavə  hava  deyilir.  Dərindən  maksimum  nəfəsvermə  zamanı  isə 

ağciyərlərdən 1500 ml hava xaric olur, ona isə ehtiyat hava deyilir. 

Tənəffüs, əlavə və ehtiyat 



168 

downloaded from KitabYurdu.org



havada  ağciyərlərin  ümumi  həyat  tutumu  və  ya  dəqiqlik  həcmi 

deyilir.  Ağciyərlərə  daxil  olan  havanın  ümumi  həcmi,  xaric  olan 

havanın  ümumi  həcmindən  bir  qədər  artıqdır.  Belə  ki,  al- 

veollardan  qana  sorulan  O

2

  qandan  alveollardan  keçən  CO



nisbətən çoxdur. Adi halda qəbul edilən havanın miqdarı 500 ml-ə 

bərabərdirsə  və  150  ml  hava  anatomik  ölü  zonada  qalırsa,  onda 

ağciyərlərin tənəffüs səthinin (alviollara) (500-150) ■ 15=5250 ml 

atmosfer  havası  keçir.  Buna  aveolların  ventilya-  siyası  deyilir. 

Ağciyər  tənəffüsünün  effektivliyi  başlıca  olaraq  bu  həcmdən 

asılıdır,  çünki  onun  qiyməti  alveollarda  qazlar  mübadiləsi  üçün 

yararlı olan «təzə hava»nm miqdarını əks etdirir. Əslində, alveolyar 

ventilyasiya  qəbul  edilən  havanın  miqdarı  ilə  deyil,  xaric  edilən 

havanın  miqdarı  ilə  ölçülür.  Hərçənd  ki,  bunlar  arasındakı  fərq 

minimaldır. 

12.13.  Alveollarda qazların mübadiləsi 

Qazların atmosferdən alveollada və əsksinə hərəkəti xarici 

tənəffüs kimi təzahür edir. Aralıq tənəffüs isə ilk olaraq alveollara 

daxil  olan  atmosfer  havası  və  alveollarm  divarlarına  vena 

kapillyarları ilə gələn qan arasında başlanır. 

İnsanın ağciyərlərində 300 mln-a qədər alvol olir. Hər bir 

alveolun  diametri  0,3mm-ə  yaxındır,  onların  ümumi  sahəsi 

(tənəffüs səthi) 50-100 m

2

-ə  çatır.  Bu  insan  orqanizmində  ayrılıb 



xarici hava mühiti ilə təmasda olan ən geniş səthdir. İnsanın dəri 

səthi bundan 50 dəfə azdır. 

Ağciyərlərin qan damarları bronxlar kimi sıx şaxələnən və 

getdikcə  nazikləşən  borucuqlar  sistemidir.  Ağciyər  arteriyaları 

(onlarda  CO

2

  ilə  zəngin  olan  venoz  qanı  axır)  arteriya  ka- 



pillyarlarına  qədər  bölünürlər,  sonra  isə  birləşərək  ağciyər  vena 

kapilyarlarım əmələ gətirir (onlarda artıq O

2

 ilə zəngin olan və CO



2

 

təmizlənmiş  arteriol  qanı  axır).  Ürəkdən  ağciyərlərə  gələn  bronx 



arteriyaları ilə axan arterial qan ağciyər toxumasının hüceyrələrini 

qidalandırır və oksigenlə təmin edir. 

Beləliklə, ağciyərlərə hər iki - həm kiçik, həm də böyük 

169 

downloaded from KitabYurdu.org



qan dövranı ilə qan daxil olur. Kiçik qan dövranı ağciyər arteriyaları 

ilə  ağciyər  alveolların  kapillyarlarına  qaz  mübadiləsi  üçün  venoz 

qanı çatdırır. Böyük qan dövranı isə bronx arteriyaları ilə ağciyər 

toxumalarını qidalandırmaq üçün arterial qanı çatdırır. 

Alveolların  xarici  səthi  qan  kapillyarları  ilə  əhatə  olun-

muşdur. Kapillyarların divarının qalınlığı 10 mkm-ə çatır. Alveol 

səthində  olan  bəzi  kapillyarlar  o  qədər  qısadır  ki,  fasiləsiz  qan 

təbəqəsi  əmələ  gətirir.  Bu,  qazlar  mübadiləsi  üçün  əlverişlidir. 

Kapillyar qanındakı hər bir eritrosit (alveol havasmdakı 0

2

 əsasən 



ona diffuziya edir) çox ani bir zaman müddətdə (saniyənin 

l

qədər 

olan vaxt ərzində) alveol səthində qalır. Bu qısa an alveol havası ilə 

kapillyar qanı arasında və 0

2

 və C0



2

 diffuziya tarazlığı üçün praktik 

olaraq kifayət edir. 

Alveol  və  kapillyar  divarlarından  əks  istiqamətlərə  doğru 

qaz diffuziyası divar toxumasının və diffuz edən qazın təbiətindən 

xeyli  asılıdır.  Diffuziya  sabiti  (konstantı)  öz  növbəsində  qazın 

mayedə həllolma dərəcəsi ilə düz, onun mole- kulyar kütləsi ilə tərs 

mütənasibdir.  C0

2

  həllolma  qabiliyyəti  0



2

  nisbətən  yüksəkdir, 

onların molekul kütlələri arasındakı fərq isə azdır, ona görə də C0

2

 



oksigendən  təxminən  20  dəfə  tez  diffuz  edir.  Diffuziya  konstantı 

həm  də  iki  mühit  arasında  (alveol  və  qan  kapillyarı  arasında) 

yerləşən  toxuma  pərdəsinin  qalınlığından  asılıdır.  Bu  baryer  nə 

qədər nazikdirsə qazın dif- fuziyasının sürəti bir o qədər yüksəkdir. 

Fik  qanununa  əsasən  alveolyar  -  kapillyar  baryeri  səviyyəsində 

diffuziyanın  sürəti  baryerin  qalınlığı  ilə  tərs  mütənasibdir.  Digər 

tərəfdən, qandan alveola keçən C0

2

 geriyə qana diffuz edə bilməz, 



0

2

 qandan alveola keçməsi də mümkün deyil. Bura verilmiş qazların 



verilmiş mühitlərdə parsial təzyiqləri arasında yaranan fərq mühüm 

rol oynayır. Alveol-kapillyar baryeri atmosfer havasında olan azot 

(N

2

) üçün, demək olar ki, keçilməzdir. Azot oksidi (N



2

0) 


VƏ 

karbon 


mono  oskidi  (CO)  kimi  qazlar  üçün  həmin  baryer  nisbətən 

keçiricidir.  Alveol  divarından  qana  diffuz  edən  N

2

0  eritrositlərə 



keçib hemoqlobin ilə birləşmir və onun tənəffüs funksiyasına təsir 

edə bilmir. CO (dəm qazı) əksinə, 



170 

downloaded from KitabYurdu.org



alveoldan qana daxil olaraq hemoqlobinilə intensiv surətdə birləşir, 

onun O


2

 daşıyıcısı funksiyasını pozur. Dəm qazı oksigenə nisbətən 

hemoqlobinlə  tez  birləşir  və  orqanizmdə  zəhərlənmə  vəziyyəti 

yaradır. 



Alveol - kapillyar baryerdən O

2

 və CO



2

 diffuziyası prinsip 

etibarilə  bədən  səthində  (dəri,  membran)  və  qəlsəmə-  lərdə  bu 

qazların diffuziyasına çox bənzəyir (şəkil 29 d.v.). Prosesi bir qədər 

ətraflı olaraq nəzərdən keçirək. 

Tutaq ki, alviol boşluğuna yığılan atmosfer havasının qazlar 

qarışığında O

2

 porsial təzyiqi (P



02

) 100 mm civə sütununa, alveola 

gələn kapillyar qanda isə onun parsial təzyiqi 40 mm civə sütununa 

bərabərdir. Bu halda diffuziya qanunlarına əsasən O

2

 parsial təzyiqi 



yüksək olan mühitdən (alvioldan) parsial təzyiqi aşağı olan mühitə 

(qanda) intensiv  olaraq keçəcəkdir. Əslində burda bir maraqlı hal 

yaranır. Normal şəraitdə O

2

 diffuziyası zamanı onun alveoldakı və 



alveol kapillyar- larındakı parsial təzyiqləri və ya konsentrasiyaları 

arasındakı  fərq  minimallaşır.  Belə  olan  halda  qanuna  görə  O

2

 

diffuziyası  da  minimallaşmalıdır.  O



2

  ilə  doymuş  qan  tezliklə 

axdığına və  yerinə az O

2

  olan  qan  daxil  olduğuna  görə  diffuziya 



əvvəlki kimi davam edir. Digər tərəfdən, bu ağciyərlərdən qana O

diffuziyası üçün külli vaxt ehtiyatı yaradır. 



Alveol  kapillyar  səviyyəsində  CO

2

  qandan  alveol  diffu- 



ziyası O

2

 nisbətən yüksəkdir. Bu, onun mayelərdə yaxşı həll olması 



ilə  əlaqədardır.  Digər  tərəfdən  qanda  CO

2

  miqdarı  atmosfer 



havasmdakı miqdarından demək olar ki, yüz dəfə artıqdır. Belə olan 

halda  CO

2

  diffuziyası  çox  asan  getməlidir.  Əslində  isə,  bu  qazın 



qandan xaric olması, müəyyən çətinliklərlə qarşılaşır. CO

2

 qan ilə 



birləşməsi və onun qandan ayrılması mürəkkəb prosesdir. Normada 

ağciyər  kapillyarlarına  gələn  qanda  PCO

2

  45  mm  civə  sütunu, 



alviolyar  havada  isə  40  mm  civə  sütunu  qədər  olar.  Bu  təzyiqlər 

arasında  tarazlaşmanm  yaranması  ümumən  oksigendə  olduğu 

kimidir. 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin