64
IV FƏSIL
ORTA ƏSRLƏRDƏ ŞƏRQDƏ FƏLSƏFƏ
1. Şərq fəlsəfəsinin xüsusiyyətləri.
Əsas dini- fəlsəfi tə‟limlər
Orta əsrlərdə Qərbdə olduğu kimi Şərqdə də fəlsəfə ümumilikdə di-
nin güclü tə‟siri altında olmuşdur. Müsəlman şərqi ölkələri əhalisinin
dünyagörüşü də teosentrik səciyyə daşıyırdı. Bununla yanaşı burada
həmin
dövrün fəlsəfi fikri bir sıra xüsusiyyətlərinə görə qərbdən fərqlənmişdir.
Əvvəla,
ümumilikdə orta əsrlər dövrü Şərqdə Qərbə nisbətən daha uzun
sürmüş, XVII- XVIII əsrlərə qədər davam etmişdir.
Ikinci,
qərbdə xristian
dini fəlsəfəyə və elmə qarşı çox kəskin düşmənçilik münasibətində
olmuşdur. Avropanın müxtəlif ölkələrində onlarla
mütəfəkkir azadfikirli-
lik üstündə tonqallarda yandırılmış və e‟dam olunmuşdur. Bundan fərqli
olaraq Şərqdə islam dini fəlsəfəyə və elmə bir qədər yumşaq münasibət
bəsləyirdi. Bunun nəticəsində də elmin və mədəniyyətin inkişafı
dayanmamışdı.
Təsadüfi deyildir ki, islam sivilizasiyası, islam mədə-
niyyəti Şərqdə uzun müddət davam etmiş, regionun xalqlarının
tarixində
böyük mütərəqqi rol oynamışdır. O yeni dövrdə və sonralar da Şərqdə
mədəniyyətin tərəqqisinə güclü tə‟sir göstərmişdir.
Üçüncü,
orta əsrlərdə
Şərqdə islamın bu mövqeyi, bir tərəfdən onun
daxilində dini- fəlsəfə
istiqamətlərin fəaliyyətinə qida vermiş, digər tərəfdən isə islam dinindən
kənarda (və müəyyən qədər ona qarşı çıxan)
müstəqil elmi- fəlsəfi
tə‟limlərin mövcudluğuna şərait yaratmışdır.
Orta əsrlərin ilk mərhələsində müsəlman Şərqində fəlsəfi fikir
bütpərəstlik, atəşpərəstlik və xristianlıq ilə bağlı olmuşdur. Yalnız sonra-
dan (əsas e‟tibarilə VIII əsrdən başlayaraq) burada islam dini zəminində
və antik fəlsəfə ilə əlaqəli təlimlər geniş yer tutmağa başladı.
Həm də qeyd
olunmalıdır ki, regionda fəlsəfə hər hansı bir ölkənin çərçivəsi ilə
məhdudlaşmamışdır. Kiçik Asiyanı, Suriyanı, Iraqı, Azərbaycanı, Iranı və
sair ölkələri əhatə edən
Dostları ilə paylaş: