də heç nə insanın iradəsindən asılı deyildir . Onların fikrincə insan öz hərəkətlərinin sahibi
deyildir. Beləliklə
cəbbariyyə fatalizmi təbliğ edirdi . Cəbbarilərə görə
allah təkcə xeyirxah atributlara malik deyil, həm də qəzəblidir. O Qur‟anı
müəyyən zaman ərzində göndərmişdir. Onların əksinə
olaraq qədərilər (qədəriyyə sözündəndir)
insanın iradə azadlığının tərəfdarı idilər . Onlar
göstərirdilər ki, əgər insanın bütün hərəkətlərini Allah müəyyən edirsə,
onda o bəndələrini bəd əməllər üstündə cəzalandırmamalıdır. Qədərilərə
görə insanlar azad iradə sahibidir və öz günahları üçün Allah qarşısında
məs‟uliyyət daşıyırlar
1
.
VII- IX əsrlərdə xilafətin həyatında əhəmiyyətli rol oynayan dini-
fəlsəfi istiqamətlərdən biri
mötəzililik olmuşdur. Hərfi mə‟nası, «ayrılan»
deməkdir. Deyilənə görə onun baniləri (Vasil ibn Ata və Übayd) ən‟ənəvi
dini dərnəkdən (Həsən əl Bəsrinin) ayrılaraq müstəqil tə‟lim yaratmışdılar.
Mötəzilizmin tərəfdarları e‟tiqad məsələlərində
dini mənbələrlə yanaşı zəkanın roluna da diqqət yetirirdilər . Onlar allahın antropomorf (insana
bənzər) xassələrini (bilik, iradə, bədən, nitq) inkar edirdilər. Bununla
yanaşı mötəzilizm allahın intuitiv və ya bilavasitə dərk oluna bilənliyini də
qəbul etmirdi. Lakin onun tərəfdarları inam ilə zəkanı bir- birinə qarşı
qoymurdular.
Bə‟zən onlar ortodoksal islamın əleyhinə də çıxış edirdilər . Mötəzilizm də qədərilik kimi iradə azadlığını qəbul edirdi. O
allahı transendent (əlçatmaz ilahi) kimi götürürdü. Allah yaratdığı şeylərə
bənzəmir. Lakin onlarda üzə çıxır və təzahür edir. Mötəzilizmə görə allah
dünyanı heç nədən yaratmışdır. Dünyadakı şeylər sonsuz sayda xırda
hissəciklərə bölünə bilir. Onun fikrincə təbii dünya kəmiyyət və keyfiyyət
kateqoriyaları ilə ifadə olunur.