83
azad sahibkarlıq fəaliyyəti və
dövlətin ölkənin təsərrüfat
həyatı işlərinə az qarışması prinsiplərinin zəruriliyi dur-
muşdu.
Onlar xüsusi mülkiyyəti sahibkarlıq fəaliyyətinin hü-
quqi əsası saymış, iqtisadiyyatda baş verən tənəzzül, dur-
ğunluq, işsizliyin səbəblərini azad rəqabətin yerini inhisar-
çılığın tutması
ilə izah etmiş, dövlətin rolunu isə sahib-
karları istiqamətləndirməkdə yox, onların işgüzar fəaliyyəti
ilə bağlı qarşıya çıxan müxtəlif çətinliklərin aradan qal-
dırılmasında görmüşlər.
V.Oyken və onun tərəfdarları tərəfindən iqtisadi qu-
ruluşların: a)mərkəzdən idarə olunan; b) bazar təsərrüfatı
kimi 2 tipinin təhlili əsasında, sosial yönümlü bazar iqtisa-
di modeli işlənib hazırlanmışdır.
Bu ideya, ikinci dünya
müharibəsindən sonra L.Erhadın bir siyasi xadim kimi
xidmətləri sayəsində Qərbi Albaniyada həyata keçirilmiş-
dir və “alman modeli” adlanır.
Neoliberalizmin L.Mizes (ABŞ) və F.Hayek kimi
görkəmli
nümayəndələri, mərkəzdən idarə olunan planlı
sosialist təsərrüfat sisteminin gələcəyi olmadığını qətiy-
yətlə bildirmiş, müasir dövrdə optimal iqtisadi inkişaf yo-
lunun xüsusi mülkiyyətə, sərbəst mübadiləyə, rəqabət mü-
barizəsinə əsaslanan siyasətlə reallaşa biləcəyini söylə-
mişlər.
F.Hayek “Quldarlığa aparan yol” əsərində yazmışdır
ki, iqtisadi azadlıqdan, bazar qiymətindən imtina edən qu-
ruluşu həyat diktaturaya və “iqtisadi quldarlığa” doğru
aparır.
Onun fikrincə, azadlıq dövlət tərəfindən “məhdu-
diyyətlərin və məcburiyyətlərin” ləğv edilməsi deməkdir.
O, dövlətin iqtisadiyyata hədsiz qarışmasını, cəmiyyətdə
84
insanların iqtisadi fəaliyyət azadlığının pozulması kimi
qiymətləndirmiş və bu rolu yalnız əhalinin sosial müda-
fiəsi sahəsində zəruri saymışdır. Müəllif hesab edirdi ki,
cəmiyyətin yenidən qurulmasının təşkili və onun inkişafı
“plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül
yolu ilə baş verir”. Ona görə də iqtisad elmi insanların mə-
nafeyi naminə cəmiyyətin “iqtisadi ehtiyatlarından (re-
surslarından) daha səmərəli istifadə
edilməsi problemləri-
nin tədqiqi ilə məşğul olmalıdır” .
J.Pyuef (Fransa), Keynisin iqtisadiyyatın dövlət tən-
zimlənməsi ideyasının əleyhinə çıxmış, azad bazar qiy-
mətlərini iqtisadiyyatı tarazlayan amil hesab etmiş, iqtisa-
di hadisələrin kəmiyyət-keyfiyyət cəhətlərinin əlaqəli
təhlilində riyazi modelləşdirmədən istifadə etmiş, əmək
haqqının aşağı olmasının təkrar
istehsal prosesini pozdu-
ğunu, işsizliyi artırdığını, sosial problemləri kəskinləşdiyi-
ni nəzərə çatdıraraq, cəmiyyətdə tarazlığın yaradılması na-
minə, sərbəst bazarla yanaşı, indikativ (tövsiyə) xarakterli
planlarının olmasını da məqsədəuyğun saymışlar.
Dostları ilə paylaş: