Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Azərbaycanın əsas dəniz limanı kimi Bakı limanını-



Yüklə 175,75 Kb.
səhifə146/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   142   143   144   145   146   147   148   149   ...   170
SDU nəqliyyat

Azərbaycanın əsas dəniz limanı kimi Bakı limanını- qeyd edtmək olar. Bu limanda 17 bərə fəaliyyət göstərir. Onlardan 5-i xam neft və neft məhsullarının daşınması, 10-u müxtəlif yüklərin,

2-si isə sərnişinlərin daşınması üçündür.



12.7. Azərbaycanın hava nəqliyyatı

Azərbaycanın hava nəqliyyatı sistemi son 10-15 ildə sürətli inkişafa nail ola bilmişdir. Ölkənin müxtəlif regionlarında beynəlxalq statuslu hava limanları istismara verilmişdir. Hazırda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Zaqatala və Qəbələ şəhərlərində beynəlxalq aeroportlar fəaliyyət göstərir. Ölkənin ən iri hava nəqliyyatı kompaniyası Azərbaycan Hava Yollarıdır (AZAL). Bu kompaniya, sərnişin və yük daşımalarını həyata keçirir. Azərbaycanda Milli Aviasiya Akademiyası Beynəlxalq Hava Nəqliyyatı Assoasiasiyasının regional tədris mərkəzi statusunu alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 16 aprel 2008-ci il tarixində "Azərbaycan Hava Yolları" Dövlət Konserninin adı dəyişdirilərək "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti kimi adlandırıldı. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğundur, "Azərbaycan Hava Yolları" aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür. "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar

Cəmiyyətinin təyyarələri dünyanın onlarla şəhərlərinə müntəzəm uçuşlar yerinə yetirir, "SW Airlines"-in yük aviaşirkətinin hava yolları isə bütün qitələrin üzərindən keçməklə yüzə qədər ölkəyə uzanmışdır.

2013-cü ilin yekunu üzrə ölkənin hava nəqliyyatı vasitəsi ilə 1664 min sərnişin daşınmışdır, bunlardan 1157 mini beynəlxalq, 507 mini isə yerli uçuşlar hesabına olmuşdur. Yükdaşımaların ümumi həcmi 126 min ton, ümumi sərnişin dövriyyəsi 2579 mln. sərnişin-km təşkil etmişdir. Bu nəqliyyat sistemində işçilərin sayı 11 min nəfərdən çox, orta aylıq əmək haqqı isə 833 manatdan artıqdır. 2013-cü ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 282 mln. manata yaxın olmuşdur.




Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin